Məhkəmə qərarları › İş №2(102)-1578/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1578/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Gir
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1578/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın girov predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1978/2021 nömrəli iş üzrə 17 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 19 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qayda sında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli, xxxx saylı kredit müqaviləsinə əsasən, borcalana 18 ay müddətinə, illik 30% ödəmək şərtilə 3700 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 05 sentyabr 2019-cu il tarixdə bank ilə girov qoyan Cavabdeh arasında girov müqaviləsi bağlanmış və sonuncuya məxsus olan 1 ədəd saat Polet- çəkisi 86 qram əyarı 583, 1 ədəd üzük-çəkisi 9.7 qram, əyarı 583 qızıl-zinət əşyaları girov qoyulmuşdur.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05.06.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, 05 sentyabr 2019-cu il tarixli kredit müqaviləsin də qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh "X” Açıq Səhmdar Cəmiyyətinə 08.10.2020-ci il tarixə olan əsas borcu 2819,22 manat, faiz borcu isə 436,98 manat təşkil edir İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia və iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, Cavabdeh iddiacı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 05 sentyabr 2019-cu il tarixli, xxx saylı kredit müqaviləsi üzrə kreditə görə 2993.05 manat, faiz borcuna görə 568.68 manat, cərimə borcuna görə 105.97 manat, cəmi 3667.7 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh məxsus olan girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi (1 ədəd saat Polet- çəkisi 86 qram əyarı 583, 1 ədəd üzük-çəkisi 9.7 qram, əyarı 583), bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 05 sentyabr 2019-cu il tarixli, xxxx saylı kredit müqaviləsi üzrə cəmi 3667.7 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun İddiaçı ACS-yə ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 05 sentyabr 2019-cu il tarixli, xxx saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 05 sentyabr 2019-cu il tarixli, xxx saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, illik 30% ödəmək şərtilə 3700 manat məbləğində kredit verilmişdir. Həmin kredit üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı X ilə Cavabdeh arasında 05 sentyabr 2019-cu il tarixli, GNLMB 8194 saylı saxlanc girov müqaviləsi bağlanaraq qızıl-zinət əşyaları (1 ədəd saat Poletçəkisi 86 qram əyarı 583, 1 ədəd üzükçəkisi 9.7 qram, əyarı 583) girov qoyulmuşdur. Kredit şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərini icarə edilməsindən qərəzli olaraq yayınmışdır.

6. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin. 02 noyabr 2020-ci il t arixli 2(044)1578/2020 nömrəli (hakim Z.Hünmətov) qətanaməsi ilə iddia tələbi təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh qarşı tələbi qanuni və əsaslı olduğu üçün təmin edilm əlidir.

8. Məhkəmə hesab etmişdir ki, Cavabdeh ilə iddiaçı arasında girov müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlandığından və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edildiyindən iddia tələbinin Cavabdeh məxsus qızıl-zinət əşyalarına tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, əldə edilmiş pul vəsaiti yetərli olmadığından tutmanın ümumi qaydada həyata keçirilməsinə dair hissəsi əsaslıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 279, 295, 296.1, 385, 442, 443.1, 445.1, 445.2.1, 448-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 115.0.9, 119.1, 217.2, 217.4-cü maddə lərinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

11. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1978/2021 nömrəli iş üzrə 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ə.Məmmədov (sədrlik edən və məruzəçi), Ç.Məmmədov və R.Mamedov) apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2(044)-1578/2020 nömrəli qətnaməsi iddianın təmin edilmiş-Cavabdeh 05 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas kredit borcunun 2993,05 manat məbləğində, faiz borcunun 568.68 manat məbləğində və cəmi borcun 3667,7 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmiş, “X Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 2819,22 manat məbləğində əsas borc, 436,98 manat məbləğində faiz borcu və 105.97 manat məbləğində cərimə borcu olmaqla cəmi 3362,17 (üç min üç yüz altmış iki manat 17 qəpik) manat məbləğində pulun Cavabdeh alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, iddianın təmin edilmiş qalan hissələrində qətnamənin dəyişdirilməməsi qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə kredit borcunun düzgün müəyyən edilmədiyi barədə apelyatorun dəlilləri qismən əsaslıdır və ona görə də cavabdehin əsas kredit borcunun və faizlər üzrə yaranan borcunun məbləği ekspert rəyinə uyğun olaraq müəyyən edilməlidir.

13. Cərimə borcunun müəyyən edilməsi hissədə məhkə mə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymış və hesab etmişdir ki, hesablanmış cərimənin məbləği əsas borca nisbətdə yüksək deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

18. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

19. Girov və ipoteka hüququ gi rov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. (maddə 269.1)

20. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. (maddə 279)

21. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. (ma ddə 295)

22. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir (maddə 296.1)

23. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

24. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)

25. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)

26. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa d üşülür. (maddə 442)

27. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)

28. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)

29. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. (maddə 462.1)

30. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)

31. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2) Mülki Prossesual Məcəllə

32. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

33. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

34. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qi ymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

35. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

37. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayə ti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

40. Məhkəmə kollegiyası qe yd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1978/2021 nömrəli iş üzrə 17 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar