Məhkəmə qərarları › İş №2-2(102)-402/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-402/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Gir
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-402/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-402/2022 Açar sözlər: girov müqaviləsinin ləğvi və girov predmetinin yüklülükdən azad edilməsi Bakı şəhəri 14 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarş ı “girov müqaviləsinin ləğvi, avtomobillərin girovdan azad edilməsi və bununla bağlı müvafiq hərəkətlərin edilməsinin cavabdehə həvalə olunması” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “kredit borcunun tutulması və tutmanın girov qoyulmuş avtomobillərə yönəldilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 fevral tarixli 2-2(103)-101/2022 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. 2012-ci il 14 sen tyabr tarixli 31AV/F20-12 saylı kredit müqaviləsinə əsasən, borc verən Cavabdeh ASC borcalan İddiaçı illik 20% olmaqla 48 ay müddətinə 780.300 manat məbləğində kredit verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit 17 ədəd yeni “İSUZU ECOBUS” markalı sərnişin daşıma avtobusunun alınması üçün verilmişdir. 2. 2012-ci il 14 sentyabr tarixli, 31İP/F20-12 nömrəli girov müqaviləsinə əsasən, 2012ci il 14 sentyabr tarixli, 31AV/F20-12 nömrəli kredit müqaviləsi ilə İddiaçı ayrılmış 780.300 manat məbləğində kreditin təminatı olaraq ümumi dəyəri 918.000 manat olan 17 ədəd “İSUZU ECOBUS” markalı sərnişin daşıma avtobusu kredi tor Cavabdeh ASC-nin xeyrinə girovla yüklü edilmişdir. 3. “Hesabdan çıxarış”ın təsdiq olunmuş surətindən və cavabdehin 2019-cu il 30 may tarixli **********516 nömrəli məktubuna əsasən, İddiaçı tərəfindən 2012-ci il 18 sentyabr tarixdən 2017-ci il 11 fevral tarixədək olan dövr ərzində ümumilikdə 995.237,52 manat ödəniş edilmişdir.

4. İş materiallarına əlavə edilmiş 14 ədəd İSUZU ECOBUS markalı sərnişin daşıma avtobuslarının şəhadətnamələrindən görünür ki, qeyd olunan nəqliyyat vasitələri İddiaçı adına qeydiyyata alınmışdır.

5. Ləğv prosesində olan Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış 2019-cu il 28 yanvar tarixli **********150 nömrəli məktubdan görünür ki, 2012-ci il 14 sentyabr tarixli, 31AV/F20-12 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 285.427,30 manat məbləğində borcun 5 gün mü ddətində ödənilməsi tələb edilmişdir. 6. 2019-cu il 13 sentyabr tarixli AZ-İİ seriyalı 037175 ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı iş apellyasiya icraatında olarkən 2019-cu il 9 sentyabr tarixdə vəfat etmişdir. 7. 2014-cü il 30 may tarixli, AZ-İ 924791 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı X3 ilə rəsmi nikaha daxil olmuşdur. 8. 39 saylı notariat orqanı tərəfindən 2019-cu il 12 dekabr tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, 2019-cu il 9 sentyabr tarixdə ölmüş İddiaçı həyat yoldaşı X4 miras əmlakı qəbul edərək vərəsə kimi tanınmışdır.

9. İddiaçının vərəsəsi X2 ərizəsi təmin edilərək, o, hazırki iş üzrə İddiaçı əvəzinə prosessual h üquq varisi qismində tanınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

10. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (bundan sonra – “iddiaçı”) ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı ləğv prosesində olan Cavabdeh ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 31İP/F20-12 nömrəli 2012-ci il 14 sentyabr tarixli girov müqaviləsinin ləğv edilməsi; girovda olan 14 ədəd avtobusun- “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-***, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı avtobusların girovdan azad olunması və bununla bağlı müvafiq hərəkətlərin edilməsinin cavabdehə həvalə edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2012-ci ilin sentyabr ayında bağ lanmış kredit müqaviləsinə əsasən bank tərəfindən iddiaçıya 780.300 manat kredit verilmişdir. İddiaçı müqavilə öhdəliklərini tam icra etmiş, sonuncu ödənişini 2017-ci ilin yanvar ayında aparmaqla, ümumilikdə banka 999.558,50 manat məbləğində pul ödəmiş, bununla da bank qarşısında öhdəliklərinin icrası yekunlaşmışdır. Lakin cavabdeh tərəf onun əmlaklarının girovdan azad olunması barədə Baş Dövlət Yol Polisi İdarəsinə məktub göndərməli olduğu halda, bunu icra etməmiş, iddiaçının müraciətinə 2019-cu il 28 yanvar tarixdə ünvanladığı məktubunda, guya iddiaçının banka 285.427,30 manat qalıq borcu olduğunu göstərmişdir. Halbuki, iddiaçının 999.558,50 manat ödənişi Cavabdeh ASC-nin özünün təqdim etdiyi hesabdan çıxarışla tam təsdiq olunur. Belə olan halda, iddiaçıya əlavə borcun hesablanması tamam ilə qanunsuzdur.

12. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 389.1, 529.1, 529.2 və 529.4-cü maddələrinə istinad etmişdir.

13. Eyni zamanda, cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 31AV/F20-12 nömrəli, 2012-ci il 14 sentyabr tarixli kredit müqaviləsinə əsasən 2019-cu il 23 aprel tarixinə yaranmış əsas borc üzrə 182.024,41 manat, faiz borcu üzrə 23.402,44 manat, cərimə borcu üzrə 67.585,02 manat, kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarına əsasən illik 5 faizlə hesablanan 17.670,72 manat olmaqla, cəmi 290.682,59 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının cavabdehdən tutul ması və tutmanın girova yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir

14. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 31AV/F20-12 nömrəli, 2012-cl il 14 sentyabr tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən iddiaçıya 56 ay müddətinə, illik 20 faizlə 780.300,00 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq 31 İP/F20-12 nömrəli, 2012-ci il 14 sentyabr tarixli girov müqaviləsi bağlanaraq, iddiaçıya məxsus 17 ədəd 2012-ci il buraxılışlı “İSUZU ECOBUS” markalı sərnişin daşıma avtobusu bankın xeyrinə girovla yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, 2019-cu il 23 aprel tarixinə banka əsas borc üzrə 182.024,41 manat, faiz borcu üzrə 23.402,44 manat, cərimə borcu üzrə 67.585,02 manat və kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarına əsasən illik 5 faizlə hesablanan 17.670,72 manat olmaqla, cəmi 290.682,59 manat borcu yaranmışdır.

15. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi MM-in 385.1, 442, 445.1, 445.2.1ci maddələrinə istinad edilmişdir. 16. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 16 iyul tarixli e-2-2(82)581/2019 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 31İP/F20-12 nömrəli, 2012-ci il 14 sentyabr tarixli girov müqaviləsi üzrə girov predmeti olan “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **- RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **RG-*** dövlət nömrə nişanlı avtobusların girovuna xitam verilmiş, ilk iddia tələbi qalan hissədə, eləcə də, qarşılıqlı iddia tələbi təmin edilməmişdir. (hakim – Ə.Ələkbərov).

17. Birinci instansiya m əhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə 999.558,50 manat ödəniş edilməsini təsdiq edən hər-hansı sübut məhkəməyə təqdim olunmasa da, cavabdehin 2019-cu il 30 may tarixli, **********516 saylı məktubunda iddiaçı tərəfindən ödənilmiş məbləğin 995.237,52 manat olduğu öz əksini tapmışdır. Cavabdehin göstərdiyi məbləğ təkzib edilmədiyindən, məhkəmə ödənişin məbləğini 995.237,52 manat olaraq qəbul etmişdir.

18. Tərəflər arasında bağlanmış kredit müqaviləsi məhkəməyə təqdim olunmadığından, kredit vəsaitinin hansı faizlə verilməsini müəyyən etmək mümkün olmamışdır. Müqavilənin təminatı olan girov predmetinin dəyəri 918.000 manat təşkil etdiyindən, ilk iddia üzrə iddiaçı tərəfindən 995.237,52 manat pulun ödənilməsi öz təsdiqini tapdığından, məhkəmə kredit olaraq götürül müş məbləğin ödənildiyinin şübhə doğurmadığı qənaətinə gəlmişdir. Bu isə öz növbəsində məhkəməyə İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi nəticəsinə gəlməyə əsas verir. Eyni zamanda bu nəticənin əksini sübut edən hal məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə hesab etmişdir ki, girovla təmin edilmiş öhdəlik icra olunmuşdur.

19. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv olunması üçün mülki qanunvericiliklə müəyyən olunmuş əsasların mövcudluğu öz təsdiqini tapmamış, girov predmeti olan nəqliyyat vasitələrinin girovdan azad olunmasına dair hər hansı qeydiyyatın aparılması isə ilk iddia üzrə cavabdehin səlahiyyəti olmamaqla qətnamənin bilavasitə icra mərhələsinə aiddir. Buna görə də, iddia bu hissələrdə təmin edi lməmiş, qarşılıqlı iddia da rədd edilmişdir.

20. Məhkəmə gəldiyi nəticəni MM-in 294.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat

22. Apellyasiya icraatı zamanı cavabdehin səhmdarı Sənan Məmmədov vəsatətlə müraciət edərək, onun maraqlı şəxs kimi cəlb edilməsini və iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 8 yanvar tarixli, 2-2(103)-23/2020 saylı qərardadı ilə vəsatət q ismən təmin edilmiş, Sənan Məmmədov iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur (sədrlik edən – H.Həmidov, hakimlər – E.Nağıyeva və V.Baxışova).

24. Apellyasiya icraatı zamanı Aynurə Kazımova ərizə ilə müraciət edərək, iddiaçının vəfat etməsi və ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini bildirərək, iddiaçının prosessual hüquq varisi qismində cəlb olunmasını xahiş etmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 15 yanvar tarixli məhkəmə iclas protokoluna əsasən, məhkəmə kollegiyası Aynurə Kazımovanın iş üzrə iddiaçının prosessual hüquq varisi qismində tanınmasını qərara almışdır.

26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 22 yanvar tarixli, 2-2(103)-23/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-mü hasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2020-ci il 28 mart tarixli 5116 saylı rəyi ilə müəyyən edilmişdir ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları, 2012-ci il 14 sentyabr tarixli 31AV/F20-12 saylı təminatlı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi 2017-ci il 14 may tarixə iddiaçının Cavabdeh ASC-yə olan borcu 173.142,96 manat əsas və 18.660,96 manat faiz borcu olmaqla, cəmi 191.803,92 manat məbləğində müəyyən edilir. Müqavilə müddətinin bitdiyi 2017-ci il 14 may tarixdən 2019-cu il 16 yanvar tarixədək faiz borcu illik 5% dərəcəsi ilə hesablanmaqla və 2019-cu il 16 yanvar tarixdə aparılmış 3000 manatın faiz borcundan silinməsi nəzərə alınmaqla iddiaç ının Cavabdeh ASC-yə olan borcu 173.142,96 manat əsas və 30.137,64 manat faiz borcu olmaqla, cəmi 203.280,6 manat məbləğində müəyyən edilir. Müqavilə müddətinin bitdiyi 2017-ci il 14 may tarixdən 2019-cu il 16 yanvar tarixədək faiz borcu hesablanmamaqla və 2019-cu il 16 yanvar tarixdə aparılmış 3000 manatın faiz borcundan silinməsi nəzərə alınmaqla, iddiaçının Cavabdeh ASC-yə olan borcu 173.142,96 manat əsas və 15.660,96 manat faiz borcu olmaqla, cəmi 188.803,92 manat məbləğində müəyyən edilir. Bank tərəfindən 2012ci il 14 sentyabr tarixli, 31AV/F20-12 saylı təminatlı kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən, ekspertiza zamanı borcalana qeyd olunan təminatlı kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır.

27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 5 avqust tarixli, 2-2(103)-23/2020 saylı qətnaməsi ilə ilk iddia üzrə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla ilk iddia rədd edilmiş, qarşılıqlı iddia tələbi qismən – tərəflər arasında bağlanmış 2012-ci il 14 sentyabr tarixli, 31AV/F20-12 saylı kredit müqaviləsi üzrə 173.142,96 manat əsas borc, 15.660 manat faiz borcu və 30 manat dövlət rüsumunun ona keçən miras həddində X1 tutulması və tutmanın 2012-ci il 14 sentyabr tarixli, 31İP/F20-12 saylı girov müqaviləsi üzrə girov qoyulmuş “İsuzu Ecobus” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOB US” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı 90-RG388 dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı avtobuslara yönəldilməsi hissəsində təmin o lunmuş, qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir (Sədrlik edən – H.Həmidov, hakimlər – E.Nağıyeva və V.Baxışova).

28. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2012-ci il tarixli 31AV/F20-12 saylı təminatlı kredit müqaviləsinə istinad edərək qeyd etmişdir ki, ilk iddia tələbi girov müqaviləsinə xitam verilməsi ilə bağlı olduğundan və girov müqaviləsi müstəqil müqavilə olmamaqla təminat verdiyi əsas öhdəliyə (kredit müqaviləsinə) istinad etdiyindən, nəhayət kredit müqaviləsinin kontragenti kimi iddiaçı həmin müqavilənin bir nüsxəsini özündə saxlamalı olduğundan, birinci instansiya məhkəməsinin kredit müqaviləsinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilməməsi səbəbindən kredit borclarına görə 20 faiz hesablanmalı olmamasına dair gəldiyi nəticə əsaslı olmamışdır.

29. Birinci instans iya məhkəməsi ilk iddiaçının iddia tələblərinin əsaslandığı halların sübutu kimi həmin kredit müqaviləsinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyini nəzərə almamış və sübutetmə yükünün ilk növbədə iddiaçının üzərinə düşdüyünə əhəmiyyət verməmişdir.

30. Məhkəmə kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddiaçı cərimələrin hesablanması barədə məhkəməyə hesabdan çıxarış məlumatlarını təqdim etmədiyindən, qarşılıqlı iddia bu hissədə təmin edilməməli, cərimə hesablanmadan müqavilə müddətinin bitdiyi 2017-ci il 14 may tarixdən 2019-cu il 16 yanvar tarixədək faiz borcu hesablanmamaqla və 2019-cu il 16 yanvar tarixdə aparılmış 3000 manatın faiz borcundan silinməsi nəzərə alınmaqla, ilk iddiaçının qarşılıqlı iddiaçıya olan kredit borcu əsas borc üzrə 173.142,96 manat, faiz borcu 15.660,96 m anat olmaqla ümumilikdə 188.803,92 manat müəyyən edilməlidir.

31. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün MM-in 269.1, 294, 527.1, 294.1.1-ci, MPM-in 372.6, 9.1, 87.2, 97.1, 77.1-ci maddələrinə istinad etmişdir.

32. Həmin qətnamədən iddiaçının hüquqi varisi Aynurə Kazımova kassasiya şikayəti verərək onun ləğv edilməsi və apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 fevral tarixli 2-2(102)-29/2021 saylı qərarı ilə ilk iddia üzrə iddiaçının hüquqi varisi Aynurə Kazımova tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, cavabdeh tərəfindən ve rilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 5 avqust tarixli, 2-2(103)-23/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir (Sədrlik edən – S.Hüseynova, hakimlər – A.Hüseynov və B.Məmmədli).

34. Kassasiya məhkməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəflər arasında 14 sentyabr 2012-ci il tarixli yazılı kredit müqaviləsinə istinad etmiş, həmin müqavilənin surəti apellyasiya məhkəməsinə təqdim edilmişdir. Lakin apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372.2-ci maddəsinin tələblərinə uyğun olmayan halda yeni sübutu qəbul etmiş və işin yeni halını müəyyən etmişdir. Belə ki, işin hallarına görə, birinci instnasiya məhkəməsinə təqd im olunmayan kredit müqaviləsinin surəti üçüncü şəxs qismində apellyasiya icraatına cəlb olunmuş şəxs təqdim etmişdir.

35. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qətnamənin cavabdehin səhmdarı Sənan Məmmədovun qanunla müəyyən edilmiş hüquq və vəzifələrinə toxunmadığı halda, onun məhkəmə icraatına cəlb edilməsi MPM-in 357.2-ci maddəsinin tələblərinə zidd olmuşdur. İşə cəlb edilməsi qanunsuz olduğundan onun tərəfindən apellyasiya icraatı zamanı təqdim edilmiş sübutun qəbul edilməsi də qeyd olunan prosessual qanunvericiliyin tələblərinə zidd hesab edilməlidir.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən sübut kimi təqdim edilməmiş kredit müqaviləsinin MPM-in 89.1 və 89.3-cü maddələrinə uyğun olaraq lazımi qaydada təsdiq edilmədiyini nəzərə almam ış və onun əsasında qətnamə qəbul etməklə prosessual pozuntuya yol vermişdir.

37. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini MM-in 739.1, 739.2, 740.2-ci və MPM-in 57.1, 76.1, 76.2, 77.1, 89, 357.1, 357.2, 372.2, 388-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

38. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 iyun tarixli 2-2(103)-430/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 16 iyul tarixli e-2-2(82)-581/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – C.Yusifov, hakimlər – R.Qurbanov və V.Baxışova).

39. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında 2012-ci ilin se ntyabr ayında kredit müqaviləsi bağlandığı və cavabdeh tərəfindən iddiaçıya 780.300 manat məbələğində təminatlı kredit verildiyi işin mübahisələndirilməyən halıdır. Lakin iş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən tərəflər kredit müqaviləsinin əslini məhkəməyə təqdim edə bilməmiş, məhkəməyə yalnız iddiaçıya məxsus ümumi dəyəri 918.000 manat olan 17 ədəd “İSUZU ECOBUS” markalı sərnişin daşıma avtobusunun cavabdeh qarşısında yüklülüyünə dair bağlanmış 2012-ci il 14 sentyabr tarixli 31 İP/F20-12 nömrəli girov müqaviləsi təqdim olunmuşdur.

40. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən bankın ləğvedicisinə sorğu verilsə də, kreditin verilməsinə əsas olan kredit müqaviləsi məhkəməyə təqdim olunmamışdır. Apellyasiya mərhələsində də məhkəməni n müvafiq təklifinə baxmayaraq, qarşılıqlı iddiaçı istinad etdiyi 31AV/F20-12 nömrəli kredit müqaviləsinin əslini tapa bilmədiyini bildirmişdir.

41. Bundan əvvəlki apellyasiya mərhələsində üçüncü şəxs qismində işə cəlb olunmuş səhmdar S.Məmmədovun məhkəməyə təqdim etdiyi kredit müqaviləsinin surəti ilə bağlı Ali Məhkəmənin mövqeyi əsas götürülərək mötəbər sübut kimi qəbul edilməmişdir.

42. Cavabdehin təqdim etdiyi maliyyə arayışlarında və hesabdan çıxarışlarında iddiaçının banka 285.427,30 manat qalıq borcunun olduğunun mübahisələndirilməsi ilə bağlı ilk növbədə qeyd edilmişdir ki, kredit müqaviləsinin əslinin məhkəməyə təqdim edilmədiyi, bununla da kreditin hansı faizlə verildiyi sübuta yetirilmədiyi halda, iddiaçının qalıq borcunun bankın birtərəfli qaydada tərtib olunmuş öz maliyyə aray ışına və hesabdan çıxarışına istinadən 285.427,30 manat təşkil etməsini mötəbər məlumat kimi qiymətləndirilə bilməz. İkincisi, qeyd olunan həmin əsaslara görə həm də ilkin apellyasiya mərhələsində Məhkəmə Ekspertizası Mərkəzinin 5116 saylı 2020-ci il 28 mart tarixli rəyində ekspertin gəldiyi nəticəyə (iddiaçının kredit müqaviləsi üzrə əsas borcunun 173.142,96 manat, faiz borcunun 15.660,96 manat təşkil etməsinə) də əsaslanaraq, mötəbər sübut əhəmiyyətli məlumatlar kimi qəbul olunması istisna olunur.

43. Bununla yanaşı, bankın birinci instansiya məhkəməsinin sorğusuna ünvanladığı 2019-cu il 30 may tarixli **********516 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçı tərəfindən banka 2012-ci il 18 sentyabr tarixdən 2017-ci il 11 fevral tarixədək olan dövr ərzində, ümumilikdə, 995.237,52 manat ödəniş edilmişdir. İddiaçı mübahisəli kredit müqaviləsi üzrə banka 999.558,50 manat ödənişinə dair ödəmə sənədləri məhkəməyə təqdim etməsə də, hər bir halda, bank məhkəməyə ünvanladığı 2019-cu il 30 may tarixli məktubunda iddiaçı tərəfindən banka kredit borcundan 995.237,52 manat məbləğində ödənildiyini etiraf edir.

44. Belə olan halda, yəni iddiaçının 995.237.52 manat məbləğində ödənişinin bankdan aldığı 780.300,00 manat kreditdən, həm də girov müqaviləsinin predmetinin (avtobusların) 918.000,00 manat məbləğində ümumi dəyərindən artıq olması – kredit müqaviləsinin əsli (və ya lazımi qaydada təsdiq olunmuş surəti) mövcud olmadığından, illik faizin kredit müqaviləsində təsbit olunan həddi qeyri-müəyyən olduğu halda iddiaçının qəbul edilən 995.237,52 manat məbləğində ödənişinin 780.300,00 manatı onun əsas borcuna, bundan artıq 214.937,52 (995237,52-780300) manat məbləğində hissəsinin isə onun faiz borcuna aid edilməsi işin sübutlarla müəyyən edilən hallarına uyğun sayılır. Bütün bunlar isə onu deməyə əsas verir ki, iddiaçı bank qarşısında mübahisəli kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirmişdir.

45. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün MM-in 294.2, 528-ci və MPM-in 89.3-cü maddələrinə istinad etmişdir.

46. Həmin qətnamədən narazı qalan cavabdeh kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və ya iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 26 oktyabr tarixli 2-2(102)-452/21 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 iyun tarixli 2-2(103)-430/2021 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir (sədrlik edən – K.Abıyeva, hakimlər – İ. Dadaşov və B.Qəribov).

48. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki işə yenidən apellyasiya qaydasında baxılarkən, MPM-in 19.1.3-cü maddəsinin tələblərinə əməl edilməmiş, apellyasiya məhkəməsindəki birinci icraat zamanı işə mahiyyəti üzrə baxılmasında iştirak etmiş hakim V.Baxışovanın iştirakı ilə təkrar baxılmışdır.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Abbasovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 4 noyabr 2015-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il 14 oktyabr tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyi nəzərə alınaraq, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verildiyi üçün iş üzrə qətnamə ləğv edilməli, kassasiya şikayəti təmin edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

50. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini MPM-in 19.1.3-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Abbasovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 4 noyabr 2015-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il 14 oktyabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

51. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 yanvar tarixli 2-2(103)-101/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 16 iyul tarixli, e-2-2(82)581/2019 saylı qət naməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – M.Tağızadə, hakimlər – A.Oruczadə və X.Cəmilova).

52. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin faktiki hallarından göründüyü kimi, tərəflər arasında 2012-ci ilin sentyabr ayında kredit müqaviləsi bağlanmış və Cavabdeh ASC tərəfindən iddiaçıya 780.300,00 manat məbələğində təminatlı kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, iddiaçıya məxsus ümumi dəyəri 918.000,00 manat məbləğində olan 17 ədəd “İSUZU ECOBUS” markalı sərnişin daşıma avtobusunun bank qarşısında yüklülüyünə dair 2012-ci il 14 sentyabr tarixli 31 İP/F20-12 nömrəli girov müqaviləsi bağlanmışdır. Lakin işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən kredit müqaviləsinin əsli məhkəməyə təqdim edilməmiş, yalnız 2012-ci il 14 se ntyabr tarixli 31 İP/F20-12 nömrəli girov müqaviləsi təqdim olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən bankın ləğvedicisinə sorğu verilsə də, kreditin verilməsinə əsas olan kredit müqaviləsi məhkəməyə təqdim olunmamış, eyni zamanda məhkəmə baxışında cavabdeh istinad etdiyi kredit müqaviləsinin əslini tapa bilmədiyini bildirmişdir.

53. İlkin apellyasiya baxışında üçüncü şəxs qismində işə cəlb olunmuş bankın səhmdarı S.Məmmədovun məhkəməyə təqdim etdiyi kredit müqaviləsinə gəldikdə isə, ilkin apelyasiya baxışı zamanı S.Məmmədovun üçüncü şəxs qismində işə cəlb olunması MPMin 357.2-ci maddəsinin tələblərinə zidd olduğundan, işə ikinci apelyasiya baxışı zamanı S.Məmmədov üçüncü şəxs qismində proses iştirakçılığından çıxarılmışdır. S.Məmmədov tərəfindən təqdim edilmiş kredit müqaviləsin də olan məlumatların sübut əhəmiyyətilə bağlı kollegiya bidirir ki, həmin sübut MPM-in 76-cı və 89-cu maddələrinin tələblərinə əsasən lazımi qaydada təsdiq edilməmiş surət olduğundan, sübut əhəmiyyətli mötəbər dəlil kimi qəbul edilə bilməz.

54. Kredit müqaviləsinin lazımi qaydada təsdiq edilmiş surəti və ya əsli məhkəməyə təqdim edilmədiyindən, iddiaçıya kreditin hansı faizlə verildiyi müəyyən edilmir. Belə olan halda, bank tərəfindən birtərəfli qaydada tərtib olunmuş maliyyə arayışları və hesabdan çıxarışlara istinadən iddiaçının qalıq borcunun 285.427,30 manat təşkil etməsi hazırki mübahisə üzrə işin faktiki halı kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, ləğv prosesində olan bankın məhkəmənin sorğusuna ünvanladığı 2019-cu il 30 may tarixli **********516 nömrəli cavab məktubunda məhk əməyə bildirilmişdir ki, iddiaçı tərəfindən banka 2012-ci il 18 sentyabr tarixdən 2017-ci il 11 fevral tarixədək olan dövr ərzində, ümumilikdə 995.237,52 manat ödəniş edilmişdir. Nə qədər ki, iddiaçının banka 999.558,50 manat ödənişinə dair ödəmə sənədləri məhkəməyə təqdim edilməmişdir, bank isə məhkəməyə ünvanladığı məktubunda iddiaçı tərəfindən banka kredit borcundan 995.237,52 manat məbləğin ödənildiyini etiraf edir, kollegiya hesab edir ki, kredit müqaviləsi üzrə iddiaçının banka ödənişinin 995.237,52 manat məbləğində olması işin həqiqi halı kimi qiymətləndirilməlidir.

55. Kredit müqaviləsi üzrə hesablanmalı olan faizin miqdarının məlum olmaması və iddiaçının 995.237.52 manat məbləğində ödənişinin bankdan aldığı 780.300,00 manat kreditdən, həm də girov müqaviləsinin predmetinin (avtobu sların) 918.000,00 manat məbləğində ümumi dəyərindən artıq olmasını nəzərə alaraq, bank tərəfindən qəbul edilən 995.237,52 manat məbləğində ödənişin 780.300,00 manat məbləğinin iddiaçının əsas borcuna, bundan artıq 214.937,52 (995237,52 - 780300) manat məbləğində hissəsinin isə onun faiz borcuna aid olması işin faktiki hallarına uyğundur. Beləliklə, yuxarıda sadalananlara əsasən, iddiaçının bank qarşısında mübahisəli kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirdiyi müyyən edilir.

56. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən kredit müqaviləsi üzrə girovla təmin edilmiş öhdəliyin icra olunması müəyyən edildiyindən, ilkin iddia tələbi “girovda olan “İSUZU ECOBUS” markalı avtobusların girovdan azad olunması” hissəsində əsaslıdır.

57. İlkin iddia tələbinin müqavilənin ləğv edi lməsi və girovdakı nəqliyyat vasitələrinin girovdan azad olunmasının cavabdehə həvalə edilməsi” hissələrinə münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, müqavilənin ləğvi üçün mülki qanunvericiliklə müəyyən olunmuş əsaslara dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmin halların mövcudluğu işin halları ilə təsdiqini tapmadığından ilkin iddia bu hissədə əsaslı deyildir. Bundan əlavə ilkin iddianın girovdakı nəqliyyat vasitələrinin girovdan azad olunmasının cavabdehə həvalə edilməsi hissəsinə mübasibətdə məhkəmə hesab etmişdir ki, cavabdeh həmin nəqliyyat vasitələrinin sənədlərində girov məhdudiyyətinin götürülməsi ilə bağlı hər hansı qeydiyyat aparmağa səlahiyyətli deyildir, həmçinin bu tələb qətnamənin bilavasitə icra mərhələsinə aiddir.

58. Kollegiya birin ci instansiyanın mövqeyilə razılaşaraq bildirmişdir ki, məhkəmə ilkin iddia tələbini qismən, girov qoyulmuş nəqliyyat vasitələrinin girovdan azad edilməsi hissəsində təmin etməkdə haqlı olmuşdur. Eyni zamanda iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliyin tam ödənildiyi müəyyən edildiyindən və cavabdeh tərəfindən bunun əksini sübut edən hər hansı dəlil məhkəməyə təqdim edilmədiyindən, qarşılıqlı iddiaçının kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə tələbi əsassızdır.

59. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün MM-in 294.2-ci, MPM-in 76 və 89.3-cü maddələrinə istinad etmişdir.

60. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2022-ci il 1 fevral tarixdə tərəflərin elektron kabinetində yerləşdirilmişdir.

61. Həmin qətnamədən cavabdeh 2022-ci il 28 mart tarixdə kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

62. MM-in 324, 357 və 740-cı maddələrinin tələbləri pozulmuşdur. Həm zahiri hallara görə, həm də iş materiallarında olan digər sübutlarla əqdin məzmununu müəyyənləşdirmək mümkün olmuşdur. Həmçinin iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Cavabdeh ödənişləri müəyyən bir qrafik üzrə ödədiyinə görə müqaviləni həmin şərtlərlə bağlandığını qəbul etmiş sayılır. Borc müqaviləsi şifahi bağlanır (2016-cı il 31 may tarixədək olan redaksiyada). Tərəflərin razılaş ması ilə yazılı formadan da istifadə edilə bilər.

63. MPM-in 88 və 217-ci maddələrinin tələbləri pozulmuşdur. Bakı Apellyasiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Bakı Apellyasiya Məhkəməsini Kommersiya Kollegiyasının iş üzrə qəbul etdiyi qətnaməsi qanuni və ədalətli deyildir.

64. Bank məhkəməyə kredit müqaviləsinin əslini təqdim edə bilməsə belə, faktiki halların mövcudluğunu təsdiq edən digər sənədləri təqdim etmişdir. Kredit müqaviləsinin əsli mövcud olmasa belə, Bank əməliyyat sistemində mövcud kreditlə bağlı bütün məlumatlar hal-hazırda da mövcuddur. İş materiallarında olan hesabdan çıxarış, halhazırki şikayətə əlavə olunmuş ödəniş cəd vəlindən və cavabdehin qrafik üzrə həyata keçirdiyi ödənişlərdən də müəyyən olunur ki, kredit müqaviləsinin bitmə tarixinə, yəni 2016-cı il 14 sentyabr tarixə cavabdehin ümümi ödəməli olduğu məbləğ 995.237,52 manat ola bilməz.

65. İşin məhkəmələr tərəfindən müyyən olunmuş hallarından da görünür ki, iddiaçı ilə bank arasında bağlanmış 2012-ci il 14 sentyabr tarixli kredit müqaviləsinə əsasən 2012-ci il 14 oktyabr tarixdən başlayaraq 2017-ci il 17 yanvar tarixinədək cavabdeh tərəf davamlı olaraq hər ay 23.744 manat məbləğində ödənişlər həyata keçirmişdir. Yalnız 780.300,00 manatı illik 20 faizlə 48 ay müddətinə bölərək qrafik təyin edəndə, müştərinin ödəməli olduğu məbləğ ayda 23.744 manat təşkil edir ki, cavabdeh də eyni bu qaydada ödənişlər həyata keçirmişdir. Hazırki iş materiallarında ol an cavabdehə məxsus hesabdan çıxarışda ayların əksəriyyəti üzrə ödənilmiş məbləğ 23.744 manat məbləğindədir. Qeyd edilənlər kredit müqaviləsi üzrə hesablanmalı olan faiz miqdarının 20% olmasını faktlarla edir.

66. Apellyasiya instansiya məhkəməsi iddianı rədd edərkən göstərmişdir ki, kredit müqaviləsinin surəti məhkəməyə təqdim edilmişdir. Hesab edirik ki, məhkəmənin bu mövqeyi əsassızdır. Çünki AR Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bu baxımdan müqavilələrin kserosurət olması, məhkəmənin zəruri araşdırma aparıb həqiqəti müəyyən etmək vəzifəsindən azad etmir. Həqiqiliyi sübutetmə qaydalarına uyğun müəyyən olunmuş kredit müqaviləsinin əsas tutulması, digər tərəfin ziyanına olsa belə, qanunsuz olmayacaq, digər tərəfin hüququnu pozan hal kimi qiymətləndirilməyəcək.

67. Həmçinin iddiaçı tərəfindən iddia tələbində istinad edilmiş dəlillər də məhkəmə qarşısında tam sübuta yetirilməmişdir. Məhkəmə iddiaçının faiz borcu olmasını bilmədiyi halda, hansı səbəbdən əsas borcdan artıq pul ödədiyini araşdırmamışdır. Digər tərəfdən işin içərisində kredit müqaviləsinin surəti olduğu və orada kreditin 20% ilə verilməsi bildirildiyi, həmin müqavilə əsasında ekspertizanın keçirilməsi və Məhkəmə Ekspertiza Mərkəzinin 5116 saylı, xx.xx.2020-ci il tarixli rəyini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

68. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilən apellyasiya şikayəti əsassı zdır. Belə ki, iddiaçı tərəfindən cavabdehə 999.558,50 manat məbləğində ödəniş edilmiş və öhdəlik tamamilə icra edilmişdir. Cavabdeh tərəfindən iddia edilir ki, edilmiş ödənişlər əsas, faiz və cərimə borcundan müvafiq qaydada silinir. Lakin maraq doğuran məqam odur ki, faiz borcu hansı faiz dərəcəsi ilə hesablanır? Bank tərəfindən birinci instansiya məhkəməsinə kredit müqaviləsinin əsli və ya surəti təqdim edilməmişdir. Daha sonra kredit müqaviləsinin surəti təqdim edilsə də, bu, mötəbər sübut kimi qəbul edilməməlidir. Çünki, məhkəməyə üçüncü şəxs tərəfindən təqdim edilmiş sənədin surəti lazımi qaydada təsdiq edilməmişdir. Belə olan halda isə həmin sənəd sübut qismində qiymətləndirilə bilməz. Kredit müqaviləsinin mövcudluğu danılmır. Müqavilə üzrə borcun aktiv olması mümkün deyildir. Ban k faiz dərəcəsinə istinad edərək borcun mövcudluğunu bildirsə də, faiz borcunun hesablandığı faiz dərəcəsini sübut edə bilmir.

69. Bundan başqa, cavabdeh tərəfindən işə baxmış birinci instansiya məhkəməsinə təqdim edilmiş 2019-cu il 30 may tarixli **********516 nömrəli məktubla da sübut olunur ki, iddiaçı tərəfindən banka 995.237,52 manat ödəniş edilmişdir. Əgər iddiaçının banka kredit müqaviləsi üzrə hər hansı borcu (əsas, faiz və cərimə) qalmışdırsa, kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra və ya kredit üzrə iddiaçı tərəfindən üzərinə götürülmüş öhdəlik yerinə yetirilmirdisə, niyə görə cavabdeh müvafiq tələblərlə məhkəməyə və ya iddiaçıya müraciət etmirdi? Eyni zamanda, iddiaçının bank qarşısındakı öhdəliklərini yerinə yetirməməsini təsdiq edən hər hansı bir sübut cav abdeh tərəfindən təqdim olunmamışdır.

70. Bakı Apelyasiya Məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Lakin ekspertizanın həyata keçirilməsi üçün zəruri olan bütün sənədlər mövcud olmalıdır. Bura kassa məxaric və mədaxil orderləri, hesabdan çıxarış sənədləri, kredit müqaviləsi və s. daxildir. Ekspertizanın həyata keçirilməsi üçün kassa məxaric orderi, kredit müqaviləsinin əsli təqdim edilməmişdir. Belə ki, ekspertə kreditin hansı məbləğdə verilmiş olması qeyri-müəyyəndir. Digər tərəfdən ekspert faiz dərəcəsini bilmədən düzgün hesablama apara bilməz. Kredit müqaviləsinin surətində qeyd edilən faiz dərəcəsi ilə hesablama aparmaq tamamilə yanlışdır, çünki bu, üçüncü şəxs tərəfindən saxta şəkildə də qeyd edilmiş ola bilər. Sənədin düzgünlüyü heç bir şəkildə təsdiq edilmir. “Məhkəmə ekspertizası” haqqında 1999-cu il 18 noyabr tarixli Qanunun 12-ci maddəsində qeyd edilir ki, tədqiqat obyektləri və iş üzrə materiallar rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda və onların tamamlanması barədə ekspertin vəsatəti təmin edilmədikdə, ekspert ekspertizanın aparılmasında imtina etməlidir. 13-cü maddədə isə qeyd olunur ki, məhkəmə ekspertizasının aparılmasından imtina etməyə əsas verən bu Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda rəy verməyin qeyrimümkünlüyü barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxsə yazılı formada məlumat vermək ekspertin vəzifələri sırasına daxildir. Mövcud halda ekspertizanın həyata keçirilməsi üçün sənədlər natamam idi. Kassa məxaric orderi və kredit müqaviləsinin əsli təqdim edilməmişdir. Belə olan halda, ekspert rəyi əsaslı ola bilməz və mötəbər sübut növü kimi qəbul edilə bilməz.

71. Digər məsələ ondan ibarətdir ki, birinci instansiya məhkəməsində məsələ hərtərəfli və obyektiv şəkildə araşdırılmışdır. Məhkəmə tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinə, cavabdehə kredit müqaviləsinin əslinin əldə edilməsi ilə bağlı rəsmi sorğularla müraciət edilmişdir, lakin hər hansı birindən nəticə əldə etmək mümkün olmamışdır. Halbuki, borc aktiv olduqda kassa məxaric orderi və müqavilənin əsli saxlanılmalıdır.

72. Qeyd edilənlərə əsasən apellyasiya insitansiyası məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti tam əsassızdır, hər hansı bir maddi və prosessual hüququ normasına istinad edilməmiş sadə söz yığımından ibarətdir. İİ. KASSASİYA ŞİKAYƏTİ NİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

73. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

74. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

75. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qi ymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

76. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

294. Girova xitam verilməsi 294.1. Girova aşağıdakı hallarda xitam verilir: 294.1.1. girovla təmin edilmiş öhdəliyə xitam verildikdə; 294.1.2. bu Məcəllənin 283.3-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda girov qoyanın tələbi ilə; 294.1.3. əgər girov qoyan bu Məcəllənin 288.2-ci maddəsində nəzərdə tutulan hüquqdan istifadə etməyibsə, girov qoyulmuş əşya məhv olduqda və ya girov qoyulmuş hüq uqa xitam verildikdə; 294.1.4. tutma yönəldilməsi ilə bağlı girov qoyulmuş əmlak satıldıqda 294.2. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfi n hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qaba qcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vax tında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.”

77. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələ ri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

78. İşə kassasiya qaydasında baxan məhkəmə kassasiya şikayətinin maddi hüquq normalarının pozulması ilə bağlı dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, mülki qanunvericilikdə borc müqaviləsinin şifahi bağlanması imkanı müəyyənləşdirilsə də, hazırkı halda tərəflər müqavilənin bağlanma forması kimi yazılı formanı seçmiş və öz iradə ifadələrini yazılı formada bəyan etmişlər. Odur ki, tərəflər arasında borc müqaviləsi yazılı formada bağlandığından, həmin müqavilənin təqdim edilməsinin mümkün olmaması səbəbindən mülki qanunvericiliyin borc müqaviləsinin şifahi bağlanmasına dair normalarına istinad edilməsi əsaslı hesab edilə bilməz.

79. Məhkəmə kollegiyası kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri ilə bağlı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 88 və 217-ci maddələrinin tələblərinə riayət edilmiş, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

80. Kassasiya şikayətinin işin faktiki halları nın düzgün müəyyən edilməməsinə, sübutların düzgün qiymətləndirilməməsinə dair dəlillərinə münasibətdə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.

81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 2004-cü il 12 aprel tarixli Qərarında da qeyd olunur ki, “... Kassasiya instansiyası məhkəməsi apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin vəzifəsinin ancaq bundan ibarət olması Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

82. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və y a onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşdırır”.

83. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır.

84. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 fevral tarixli 2-2(103)-101/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar