Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-319/2022 14.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-319/22 (Açar sözlər: hesablanmış faizin silinməsi ) Bakı şəhəri, 14 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “hesablanmış faiz borcunun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4184/2021 nömrəli, 28 aprel 2021- ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 14 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabeh GüleyMMC tərəfindən ona 2020-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları üçün hesablanmış faiz borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı ilə GüleyMMC ilə arasında bağlanmış müqavilələrə əsasən iddiaçı qızıl-zinət əşyalarını Cavabdeh MMC-yə saxlanca qoymaqla 4495 manat pul götürmüşdür, bu barədə iddiaçıya girov biletləri verilmişdir.
3. İddiaçı aylıq ödənişləri vaxtında etmişdir. Ölkə ərazisində C ovid-19 pandemiyasına görə elan edilmiş xüsusi karantin rejimi ilə bağlı iddiaçı evdən çıxa bilməmiş, 2020-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları üçün aylıq ödənişləri iddiaçı üzrlü səbəblərdən GüleyMMC-yə ödəyə bilməmişdir.
4. Cavabdeh təşkilat qeyd edilən aylar üçün faizlərinin silinməsi və yerdə qalan pulun ödənilməsinə razı olduğunu bildirsə də, iddiaçıya bir ay vaxt vermişdir.
5. İddiaçı 2020-ci ilin sentyabr ayında cavabdeh təşkilata gedərək aylıq ödənişi etmək isəmiş, cavabdehin nümayəndəsi həmin pulun faiz borcundan çıxılacağını, qalan pulu isə ödəməli olduğunu bildirmişdir.
6. İddiaçı hesab edir ki, üzrlü səbəblərdən aylıq ödənişləri gecikdirdiyinə görə, cavabdeh həmin aylar üzrə faiz hesablaya bilməzdi.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllə nin 445.5-ci maddəsinə istinad etmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-578/2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Vahid Hacıyev)
9. Birinci instansiya məhkəməsi iş materiallarında olan girov biletlərinə əsasən müəyyən edib ki, İddiaçı müxtəlif vaxtlarda özünə məxsus olan qızıl-zinət əşyalarını Cavabdeh MMC-yə girov qoyaraq ssuda (borc pul) götürmüş və aldığı məbləğləri müəyyən edilmiş müddətdə ssuda faizləri ilə birlikdə GüleyMMCyə qaytarmağı öhdəsinə götürmüşdür.
10. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçının girov biletləri üzrə cavabdehin qarşısında girov müqaviləsindən irəli gələn əsas və faiz borcunu ödəmək öhdəliyi yaranmışdır. Hazırkı iddia ərizəsi ilə iddiaçının yaranmış faizlərin silinməsini təl əb etməsi, tərəflər arasında bağlanmış girov müqaviləsinə və Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun deyildir. Bu səbəbdən onun iddia tələbi özü-özlüyündə əsassız olduğundan təmin edilə bilməz. Çünki ölkə ərazisində Covid-19 pandemiyası ilə bağlı elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq iddiaçının 2020-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları üçün aylıq ödənişləri üzrlü səbəblərdən gecikdirməsi, onu həmin aylar üçün hesablanmış faizləri ödəməkdən azad etmir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 269.1, 279, 281.1, 281.2, 399.1 və 407.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş edib.
13. Apellyasiya şikayətinin dəlilləri: - Mülki Məcəllənin 296.1-ci maddəsinə görə girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; - “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4184/2021 nömrəli, 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(004)-587/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Emin Mehdiyev, Şərafət Məmmədova)
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq, qeyd edib ki, apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın də lilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasını iclasında İddiaçı vəkili Vəkil şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
20. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə m əlumat verməmişdir. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə
279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. M addə 281.1. Girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. Maddə 281.2. Əgər müqaviləyə görə girov predmeti girov saxlayanda olmalıdırsa, girov hüququ girov predmetinin ona verildiyi an, girov predmeti müqavilə bağlanana qədər verildikdə isə onun bağlandığı an əmələ gəlir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxla ya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
22. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi i lə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
25. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
26. İddia tələbi iddiaçının girov biletləri girov müqaviləsindən irəli gələn əsas öhdəlik üzrə faiz borcunun silinməsi barədədir. İddiaçı tələbini əsası kimi ölkə ərazisində Covid-19 pandemiyasına görə elan edilmiş xüsusi karantin rejimi ilə bağlı evdən çıxa bilməməsi ilə əsaslandırmışdır.
27. İşin müəyyən edilən halları da o ndan ibarətdir ki, iddiaçının girov biletləri üzrə cavabdehin qarşısında girov müqaviləsindən irəli gələn əsas və faiz borcunu ödəmək öhdəliyi yaranmışdır. Hazırkı iddia ərizəsi ilə iddiaçının yaranmış faizlərin silinməsini tələb etməsi, tərəflər arasında bağlanmış girov müqaviləsinə və Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun deyildir. Ölkə ərazisində Covid-19 pandemiyası ilə bağlı elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq iddiaçının 2020-ci ilin müvafiq ayları üçün aylıq ödənişləri üzrlü səbəblərdən gecikdirməsi, onu həmin aylar üçün hesablanmış faizləri ödəmək vəzifəsindən azad etmir.
28. Göründüyü kimi, birinci instansiya məhkəməsi və həmin məhkəmənin mövqeyi ilə razılaşan apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri iddianın təmin edilməsini istisna etdiyi üçün məhkəmələr düzgün nəticəyə gəliblər.
29. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4184/2021 nömrəli, 28 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.