Məhkəmə qərarları › İş №e-2(102)-683/2024

Ali Məhkəmə Qərar — İş №e-2(102)-683/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Gir
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-683/2024 23.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin iddiaçı Cavabdeh qarşı (Əmanətlərin Sığortalanması Fondu müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ İş № e-2(102)-683/24 Açar sözlər: məhkəmə aidiyyətinin müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlundan ibarət qarışıq tərkibdə, iddiaçı Cavabdeh qarşı (Əmanətlərin Sığortalanması Fondu müstəqil tələb ir əli sürməyən şəxs qismində cəlb edilməklə) kredit borcunun ödənilməsi üçün tutmanın girova yönəldilməsi tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5448/2023 nömrəli iş üzrə 08 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə 23 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – iddiaçı və ya Mərkəzi Bank) ilə "xxxx" ASC borclu Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı (bundan sonra – Bank, hal hazırda ləğv prosesindədir, ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, KBQ15-1678 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə ə sasən banka 360 gün müddətinə 20.000.000 (iyirmi milyon) manat məbləğində və xx.xx.2016-cı il tarixli, KBS16-1853 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən xx.xx.2016-cı il tarixdən etibarən 6 ay müddətinə 24.000.000 (iyirmi dörd milyon) manat məbləğində kredit verilmişdir. 2. xx.xx.2015-ci il tarixli, GBQ15-1678/2 saylı girov müqaviləsinə və xx.xx.2016-ci il tarixli sonrakı girov müqaviləsinə əsasən Cavabdeh (bundan sonra – cavabdeh) məxsus, "xxxx" ASC-nin nominal dəyəri 2 manat olan 23.891 ədəd sənədsiz adi adlı səhmi (Milli Depozit Mərkəzinin 8 yanvar 2014-cü il tarixli, 86577 saylı qiymətli kağız sertifikatı) xx.xx.2015-ci il tarixində Bakı şəhərində bağlanmış KBQ15-1678 saylı kredit müqaviləsinə əsasən bankın verdiyi 20.000.000 manat kreditin və xx.xx.2016-cı il tarixli, KBS16- 1853 saylı kredit müqaviləsinə əsasən verilmiş 24.000.000 (iyirmi dörd milyon) manat kreditin təminatı kimi girov qoyulmuşdur. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı Cavabdeh qarşı (LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 3-cü şəxs qismində cəlb edilməklə) «kredit müqavilələri üzrə borcun ödənilməsi üçün tutmanın təminatlara yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 8 dekabr 2023-cü il tarixli, e-2(006)-5448/2023 saylı qərardadı ilə (hakim C.Tağıyev) iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının Cavabdeh qarşı (LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 3-cü şəxs qismi ndə cəlb edilməklə) «kredit müqavilələri üzrə borcun ödənilməsi üçün tutmanın təminatlara yönəldilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmış, iddiaçıya aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir.

5. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2, 26.1 və 26.2-ci maddələrinə istinadla belə əsaslandırmışdır ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yax ud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Göründüyü kimi tərəflər kredit müqaviləsninin təminatı kimi cavabdehə məxsus səhmlər girov qoyulmuş və səhmlərin girovun qoyulması bankla cavabdeh arasında bağlanmış girov müqaviləsi ilə rəsmiləşdirildiyindən, həmin məsələyə kommersiya məhkəməsində baxılmalıdır.

6. İddiaçı qərardaddan şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iddia tələbi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Cavabdeh arasında yaranmış münasibət sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn münasibət deyildir. Belə ki, hazırki işdə iddiaçı və müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmiş LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu hüquqi şəxs olsalar da, Cavabdeh fiziki şəxs olmaqla fərdi sahibkar statusuna malik deyil. İddia ərizəsi cavabdehə məxsus, girov predmeti olan səhmlərə tutma yönəldilməsi ilə bağlıdır. Hesab edirlər ki, mübahisə həm işdə iştirak edən şəxslərin subyektiv tərkibi, həm mübahisənin predmeti, həm də hüquq münasibətlərinin xarakteri baxımından mülki mübahisədir. Bundan əlavə məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.202 0-ci il tarixli, 2-3(103)-132/2020 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmişdir. Müflis elan olunmuş bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. Yuxarıda qeyd edilən Qanunun 72.1.3-cü maddəsinə əsasən isə müflis elan olunmuş bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Hesab edirlər ki, birinci instansiya məhkəməsi hazırki işi icraata qəbul etmədən aidiyyət məsələsinə riayət edilməməsi əsası ilə geri qaytarmaqla prosesual pozuntuya yol vermişdir və s.

8. Birinci instansiya məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

9. MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

10. Baxılan işdə iddiaçı və müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmiş Əmanətlərin Sığortalanması Fondu hüquqi şəxs olsalar da, Cavabdeh fiziki şəxs olmaqla fərdi sahibkar statusuna malik deyil.

11. İddia ərizəsi cavabdehə məxsus, girov predmeti olan "xxxx" ASC-nin nominal d əyəri 2 manat olan 23.891 ədəd sənədsiz adi adlı səhmi tutma yönəldilməsi ilə bağlıdır. Göründüyü kimi mübahisə həm işdə iştirak edən şəxslərin subyektiv tərkibi, həm mübahisənin predmeti, həm də hüquq münasibətlərinin xarakteri baxımından mülki mübahisədir.

12. Eyni zamanda cavabdehə məxsus səhmlər iki kommersiya hüquqi şəxsi arasında bağlanmış kredit müqaviləsinin təminatı olması da hazırkı mübahisənin aidiyyətini dəyişmir. Çünki baxılan iş üzrə kredit müqaviləsindən irəli gələn hər hansı mübahisəyə baxılmır. Əgər baxılan iş üzrə girova tutma yönəldilməsi tələbi kredit müqavilə üzrə borcalana qarşı pul tələbi ilə birləşdirilmiş olsaydı, ona MPM-in 30-cu maddəsinə əsasən həmin işə kommersiya məhkəməsində baxılması barədə məsələ müzakirə predmeti ola bilərdi. Lakin mövcud vəziyyətdə kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə məsələ ilə bağlı ayrıca tələb (mübahisə) mövcud deyildir.

13. Qarışıq məhkəmə tərkibi yuxarıda qeyd olunanları, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv olunmalıdır.

14. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (4 03-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1).

15. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5448/2023 nömrəli iş üzrə 8 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. Mülki iş iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının Cavabdeh qarşı “kredit borcunun ödənilməsi üçün tutmanın təminatlara yönəldilməsi” barədə iddia ərizəsini n mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar