Məhkəmə qərarları › İş №2(102)-1578/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1578/2023

12.04.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1578/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən olunması, ipoteka predmetinin ilkin satış qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X3 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(107)1246/2022 nömrəli qətnaməsindən iddi açı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 19 mart 2014-cü il tarixli, 5-G-1-0-911-14 saylı kredit müqaviləsi ilə "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 25% dərəcəsi ilə 28000 manat məbləğində kredit verilmişdir.

2. Kreditin təminatı olaraq həmin tarixli ipoteka müqaviləsi ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərində olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, 3 otaqlı, 112 kv.m ümumi, 61,6 kv.m yaşayış, 50,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evini və 0,56 ha torpaq sahəsini bankın xeyrinə ipoteka ilə yüklü etmişlər. İpoteka daşınmaz əşyaların rəsmi reyestrində qeydiyyata alınmışdı r.

3. Problemli kreditlərin kompensasiyasına dair məlumata əsasən Cavabdeh1 "xxxx" İKB ASC-yə olan kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, borc 14300,39 manat məbləğində müəyyən olunmuş və həmin məbləğinin restrukturizasiya olunması nəzərdə tutulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 mart 2014-cü il tarixli, 5-G-1-0-911-14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 iddiaçının xeyrinə 14300,39 manat əsas, 5585,21 manat faiz, 3 925,28 manat cərimə borcu və kredit müqaviləsi üzrə 19 mart 2017-ci il tarixdən 12 yanvar 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2762,35 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 26573,23 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması; tutmanın ipoteka predmeti olan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məxsus olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, 3 otaqlı, 112 kv.m ümumi, 61,6 kv.m yaşayış, 50,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,56 ha torpaq sahəsinə yönəldilərək, açıq hərracdan satılması və borcun ödənilməsinə yönəldilməsi; satışdan əl də olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; ipoteka ilə yüklü edilmiş əmlak hərracda satıldıqdan 1 ay sonra cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi və çıxarılmaları, fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, banka tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır.

6. İş üzrə birinci instansiya məhkəməsində təyin edilərək keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 09 sentyabr 2021-ci il tarixli rəyinə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 19 mart 2014-cü il tarixdə bağlanmış 5-G-1-0-911-14 sa ylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə, illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu da nəzərə alınmaqla onun banka olan borcu əsas borc üzrə - 14243,19 manat, faiz borcu üzrə - 7894,54 manat təşkil etmişdir.

7. Birinci instansiya məhkəməsinə təqdim edilmiş “X4” MMC-nin 10 noyabr 2021ci il tarixli rəyinə əsasən, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məxsus olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, 3 otaqlı, 112 kv.m ümumi, 61,6 kv.m yaşayış, 50,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0,56 ha torpaq sahəsinin real bazar qiyməti 165200 manat, likvid dəyəri isə 139500 manat təşkil edir.

8. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında alınmış "xxxx" MMC-nin 12 mart 2022-ci il tarixli rəyinə əsasən Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, 3 otaqlı, 112 kv.m ümumi, 62,6 kv.m yaşayış, 50,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0,56 ha torpaq sahəsinin real bazar qiyməti 217500 manat, likvid dəyəri isə 179000 manat təşkil edir.

9. Yenidən iddiaçının vəsatəti əsasında alınmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 04 iyul 2022-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məxsus olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, 3 otaqlı, 112 kv.m ümumi, 61,6 kv.m yaşayış, 50,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0,56 ha torpaq sahəsinin real bazar qiyməti 190000 manat, likvid dəyəri isə 180500 manat təşkil edir.

10. Qəbələ Rayon Məhkəməsinin 03 avqu st 2022-ci il tarixli, 2(025)-12/2022 nömrəli qətnaməsi ilə (hakim E.B.İsayev) iddia qismən təmin edilərək, iddianın qismən təmin edilməsi, 19 mart 2014-cü il tarixli kredit müqaviləsi üzrə 14243,19 manat əsas borcun, kredit müqaviləsi üzrə 19 mart 2017-ci il tarixdən 12 yanvar 2021-ci il tarixədək kredit borcu üzrə illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla 7894,54 manat faiz borcunun, 1430 manat cərimə borcunun, cəmi 23567,73 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyy ətində olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, 3 otaqlı, 112 kv.m ümumi, 61,6 kv.m yaşayış, 50,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,56 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılması, fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin (likvid) satış qiymətinin 180500 manat müəyyən edilməsi, satışdan əldə olunan vəsait hesabına borcun İddiaçı ASC-yə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 paylarına uyğun olaraq qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, 3 ot aqlı, 112 kv.m ümumi, 61,6 kv.m yaşayış, 50,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,56 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 319.1, 385.1, 386.1, 442, 445, 448.1, 449.1-ci, “İpoteka haqqında” Qanunun 34.1.1, 34.1.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı ASC apellyasiya şikayəti verərək, Qəbələ Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(025)-12/2022 nömrə li qətnaməsinin qismən - ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsinin ləğv olunması və ipoteka predmetinin dəyərinin 139500 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Həmçinin cavabdeh X1 apellyasiya şikayəti verərək, Qəbələ Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(025)-12/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(107)-1246/2022 nömrəli qətnaməsi ilə (hakim G.İ.Cavadovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.Ş.Hüseynovun və V.İ.Məlikovun iştirakı ilə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilərək, Qəbələ Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(025)-12/2022 nömrəli qətnaməsinin apellyasiya baxışını təşkil edən hissədə qismən, yəni tutulmalı olan faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi, qətnamənin apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni ipoteka predmetinin ilkin satış qiymətinin 180500 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh1 19 mart 2014-cü il tarixli kredit müqaviləsi üzrə Bank qarşısında icra edilməmiş öhdəliyi mövcuddur. O, həmin müqavilə üzrə Bankdan aldığı kreditin bir hissəsini Banka qaytarmış, qalan hissəsini isə qaytarmaqdan yayınmışdır. Cavabdeh1 də Bank qarşısında üzərinə götür düyü öhdəliklərin lazımınca yerinə yetirmədiyini, habelə bu öhdəliklərin yerinə yetirilməməsi nəticəsində Bank tərəfindən hesablanmış əsas borc məbləğini mübahisələndirmir. Cavabdeh1 bildirir ki, Bank və Rayon Məhkəməsi tərəfindən əsassız olaraq ona faiz və cərimə borcu hesablanmışdır.

16. Apellyasiya məhkəməsi cavabdehin bu dəlili ilə bağlı bildirmişdir ki, işdə olan 12 yanvar 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 həmin tarixə faiz borcu 13104,72 manat, cərimə borcu 3925,28 manat, müqavilə müddəti bitdikdən sonra 5% hesablanmış faiz borcu 2762,35 manat təşkil edir. Rayon Məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının nəticəsi olaraq verilmiş 09 avqust 2021ci il tarixli rəyə əsasən Cavabdeh1 Banka əsas borcu 14243,19 manat, faiz borcu 7894,54 manat müəyyən edilmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, iddiaçı və Cavabdeh1 arasında bağlanmış 19 mart 2014-cü il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanın təsiri altına düşür. Bu səbəbdən cavabdehdən tutulması qət olunmuş faiz və cərimə borcunun məbləğinin düzgün hesablanıb-hesablanmamasına hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı Bankın nümayəndəsi Nümayəndə1 ərizə təqdim edərək bildirmişdir ki, hazırkı iş üzrə tələbin əsasını təşkil edən 19 mart 2014-cü il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə ba ğlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixdə 551 nömrəli Fərmanın təsiri altına düşür. Bununla bağlı, sözügedən Fərmanın qəbulundan 3 ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyə qədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki artıq Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Fərman hazırkı iş üzrə borcalana münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya o lunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Belə ki, iddiaçı Fərmanının tələblərinə riayət etməsini və bununla bağlı cavabdehə müraciət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Fərmanın tələblərini yerinə yetirməmiş və hərəkəsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləyərək məhkəməyə müraciət etmişdir.

18. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi müqavilə müddəti üçün hesablanmış 5585,21 manat faiz borcu, 3925,28 manat cərimə borcu və borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış 2762,35 manat faiz məbləğinin ödənilməsi hissəsində təmin edilməməlidir.

19. Apellyasiya instansiyası məhkəməsi rayon məhkəməsinin qətnamə sinin apellyasiya qaydasında mübahisələndirilən digər hissəsi - ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı göstərmişdir ki, işə rayon məhkəməsində baxılması zamanı iddiaçı Bankın təşəbbüsü ilə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir. İş üzrə təyin edilmiş təkrar ekspertiza tədqiqatının nəticəsi olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin müəyyən etdiyi likvid qiyməti (180500 manat) ilə "xxxx" MMC-nin müəyyən etdiyi likvid qiyməti (179000 manat) ilə demək olar ki, eynilik təşkil etmişdir. Bu səbəbdən, Rayon Məhkəməsi hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti 180500 manat məbləğində müəyyən edilməlidir.

20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 269.1, 319.1, 385.1, 386.1, 442, 445.7, 448.1, 448.2, 739.1, 739.2-ci, “İpoteka haqqında” Qanunun 34.1.1, 39.3.3, 41.1-ci, Mülki Prosessual Məcəllənin 77.1, 88, 119.1, 384.0.1-ci maddələri, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanı ilə əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

21. İddiaçı ASC kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(107)-1246/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməs i barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci, Mülki Prosessual Məcəllənin 88, 372.2-ci maddələri, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanın tələbləri pozulmuşdur.

23. Belə ki, Azərbaycan Respublikası Prezidentinin fərmanı üzrə kredit borcunun restrukturizasiyası 31 dekabr 2019-cu il tarixədək mümkün olduğu üçün, faizin silinmə mümkünlüyü aradan qalxmışdır. İddiaçının gecikdirilmiş vaxt üçün faiz tələbinin rədd olunması üçün heç bir əsas olmamışdır. X2 faizlərin silinməsi məsələsi b anklara tövsiyə edilmiş, imperativ xarakteri daşımamışdır. Faizlərin silinməsi məsələsi o zaman tövsiyə olunmuşdur ki, borclun vaxtı keçmiş kredit borcu restrukturizasiya olunsun. Həmçinin ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən nəzərə alınmamışdır ki, iş üzrə 3 dəfə ekspertiza keçirilmiş və əmlakın qiyməti ilə razı olmayan tərəf iddiaçı olmuşdur. Cavabdeh birinci qiymətlə razı olmuşdur. İddiaçının təşəbbüsü ilə ekspertiza keçirilib, qiymətlər onun ziyanına olmuşsa, ondan üçüncü ekspert rəyi ilə nəticəyə gəlmək düzgün deyil.

24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

25. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

26. Azərbaycan Respublikası mül ki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

27. Apellyasiya insta nsiyası məhkəməsi tərəfindən iddia qismən təmin edilsə də, kassasiya şikayətini yalnız iddiaçı verdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən, yəni iddianın həmin məhkəmə tərəfindən təmin olunmamış hissəsində və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən i rəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiy yət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 29. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudlu ğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 30. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının: 5-ci bəndinə əsasən A zərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215000000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin. 6.1-ci bəndinə əsasən Banklara tövsiyə edilir bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməli, 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməlidirlər. 6.2-ci bəndində banklara tövsiyə edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesabl anmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. 8.8-ci bəndinə əsasən Fərmanın məqsədləri üçün güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredi t borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər nəzərdə tutulması qeyd olunmuşdur. 8.9-cu maddəsinə əsasən faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqi q olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Kassasiya şikayətinin dəlill əri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə cavabdehin kredit borcuna “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tətbiq edilməklə, borcunun bir hissəsinin dövlət tərəfindən kompensasiya olunması işin mübahisəsiz halıdır.

34. Prezidentin Fərmanına uyğun olaraq həmin Fərmanı icra edən orqan tərəfindən cavabdehin borcunun bir qisminin kompensasiyasının iddiaçıya köçürüldüyü halda isə, cavabdehin yeni müqavilə bağlamaması əsası ilə həmin məbləğin nəzərə alınmalı olmadığına dair kassasiya şikayətinin dəlili əsassızdır.

35. Bundan əlavə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbi rlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6.2 və 8.9-cu bəndlərinə görə Fərmanın məqsədləri üçün faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulmuşdur.

36. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində kassasiya şikayətinin dəlilləri üzrə isə qeyd olunmalıdır ki, iş materiallarına əsasən həmin qiymətin müəyyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən bir neçə dəfə qiymətləndirmə həyata keçirilmişdir. Apellyasiya məhkəməsi qəbul edilmiş əmlakın qiyməti ilə razılığını əsaslandırmışdır.

37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsində təkrar ekspertizanın keçirilməsi b arədə vəsatət verməsə də, sonuncu rəylə verilmiş qiymətlə razılaşmamış və apellyasiya şikayətinin dəlillərindən biri də müəyyən olunmuş qiymətin aşağı olmasından ibarət olmuşdur.

38. Odur ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini alınmış rəylər əsasında əmlakın likvid dəyəri ilə müəyyən etməklə, Azərbaycan Respublikası MPMin 88 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.

39. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişd ir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(107)-1246/2022 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamış hissəsində və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar