Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1579/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC-yə, "xxxx" MMC-yə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinə qarşı (Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki iş üzrə QƏRARİ “Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi, mülkiyyət hüququ haqqında qeydin ləğv edilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlu ndan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC-yə, "xxxx" MMC-yə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinə (Sabunçu rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, mülkiyyət hüququ haqqında qeydin ləğv edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5578/2023 nömrəli iş üzrə 19 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 BOKT ASC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8288/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən xx.xx.2015-ci il tarixli, 2015/00117-01 saylı kredit müqaviləsi üzrə 49.062,14 ABŞ dolları əsas, 12.554,47 ABŞ dolları faiz, 2.000 ABŞ dolları cərimə, cəmi 63.616,61 ABŞ dolları pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı Mövsümov Hafiz Rza oğlundan alınaraq tələbkar Cavabdeh1 BOKT ASC-yə ödənilməli, tələbin ipoteka predmeti olan ünvan 2nə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 70.000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, əldə edilən vəsaitdən göstərilən borc məbləği və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi tələbkar Cavabdeh1 BOKT ASC-yə ödənilməlidir.
2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1001/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə "xxxx" MMC tərəfindən i poteka predmeti olan ünvan 2nə dair keçirilmiş hərracın yekunları barədə 45/05 saylı, xx.xx.2020-ci il tarixli protokol və bu protokol əsasında ünvan 2nə dair Cavabdeh1 BOKT ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə etibarsız hesab edilmişdir (hakim Vüqar Quliyev).
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-909/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1001/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1241 saylı bağ evinə dair "xxxx" MMC tərəfindən tərtib olunmuş “Hərracın yekunları barədə” xx.xx.2020ci il tarixli, 45/05 saylı prot okol və həmin bağ evinə dair "xxxx" MMC ilə Cavabdeh1 BOKT ASC-nin arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir (hakimlər Namiq Cəfərov, Emin Mehdiyev, Xəyal Sarıyev). Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3589/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakim Ələsgər Əliyev). 4. "xxxx" MMC tərəfindən aidiyyəti şəxslərə, o cümlədən Cavabdeh1 BOKT ASC-yə və İddiaçı göndərilmiş “Açıq hərracın keçirilməsinə dair” xx.xx.2021-ci il tarixli bildirişə əsasən həmin şəxslərə ünvan 2nin satılmasına dair xx.xx.2021-ci il tarixdə, saat 11:00-da açıq auksionun keçiriləcəyi və əmlakın ilkin satış q iymətinin 70.000 manat müəyyən edildiyi barədə məlumat göndərilmiş, eyni zamanda, bu barədə “birja yenilikləri” qəzetində məlumat yerləşdirilmişdir. 5. "xxxx" MMC tərəfindən aidiyyəti şəxslərə, o cümlədən Cavabdeh1 BOKT ASC-yə və İddiaçı göndərilmiş “Açıq hərracın keçirilməsinə dair” xx.xx.2021-ci il tarixli bildirişə əsasən həmin şəxslərə ünvan 2nin satılmasına dair xx.xx.2021-ci il tarixdə, saat 11:00-da açıq auksionun keçiriləcəyi və əmlakın ilkin satış qiymətindən 15% aşağı qiymətə, yəni 59.500 manat müəyyən edildiyi barədə məlumat göndərilmiş, eyni zamanda, bu barədə “birja yenilikləri” qəzetində məlumat yerləşdirilmişdir.
6. Cavabdeh1 BOKT ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli bildirişlərə əsasən cəmiyyət özü də ipoteka predmeti ilə bağlı xx. xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə keçiriləcək hərrac barədə ona məlumat vermiş, lakin “Azari” Ekspress poçt-daşıma kuryer xidməti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən Cavabdeh1 BOKT ASC-dən qəbul edilmiş zərf məktubda qeyd edilən ünvanda başqa şəxs yaşadığından İddiaçı çatdırılmamışdır. 7. "xxxx" MMC tərəfindən aidiyyəti şəxslərə, o cümlədən Cavabdeh1 BOKT ASC-yə və İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli “İpoteka predmetinin əldə olunmasına dair” təklifə əsasən Sabunçu rayon İcra şöbəsinin 4828-197439/17 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklü edilmiş ünvan 2nin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elanın dərc edildiyini bildirilmiş və “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 44.625 manat olmaqla ipoteka saxlayana təklif edilmişdir. 8. “FM Express” poçt-daşıma kuryer xidmətinin xəbərnamələrinə əsasən isə İddiaçı göndərilmiş xx.xx.2021-ci il tarixli bildiriş xx.xx.2021- ci il tarixdə Mövsümova Aytən, xx.xx.2021-ci il tarixli bildiriş xx.xx.2021-ci il tarixdə Mövsümova, xx.xx.2021-ci il tarixli bildiriş xx.xx.2021-ci il tarixdə Hacıbəyli soyadlı şəxs tərəfindən təhvil alınmışdır. Eyni zamanda, birinci və təkrar hərrac barədə, habelə hərracın baş tutmaması barədə məlumatlar “Birja Yenilikləri” Qəzetinin aidiyyəti buraxılışlarında dərc edilmişdir.
9. Hərracın Yekunları barədə 81/01 saylı, xx.xx.2021-ci il tarixli protokola əsasən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1241 saylı bağ evi Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8288/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin 4828-197439/17 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna və Cavabdeh1 BOKT ASC-nin müvafiq məktubuna əsasən ipoteka predmetinin 25% aşağı olan qiyməti: 44.625 manat məbləğə əldə etmək hüququnun olması bildirilmişdir.
10. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1241 saylı bağ evi "xxxx" MMC tərəfindən Cavabdeh1 BOKT ASC-yə 44.625 manata satılmışdır.
11. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və R eyestri Publik Hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 BOKT ASC-nin ünvan 2nə dair mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC-yə, "xxxx" MMC-yə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkə məsinin 2(103)-8288/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Sabunçu rayon İcra şöbəsinin sifarişinə əsasən ünvan 2nin açıq hərracdan satışına dair cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021- ci il tarixlərdə keçirilmiş hərracların və həmin əmlakın Cavabdeh1 BOKT ASC-yə satılmasına dair xx.xx.2021-ci il tarixli, 81/01 saylı Hərracın Yekunları barədə protokolun etibarsız hesab edilməsi, ünvan 2nə dair Cavabdeh1 BOKT ASC-nin mülkiyyət hüquqlarına dair ********** qeydin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi yuxarıda qeyd olunan işin halları (bax §§1-11) ilə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8288 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi icra olunması üçün Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə göndərilmiş və xx.xx.2020-ci il tarixli qərar ilə icraata başlanılmışdır. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin 4206-28692/17 saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka predmeti olan ünvan 2 "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə açıq hərracdan ilkin və təkrar hərraca çıxarılmış, daha sonra xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Hərracın yekunları barədə” protokola və xx.xx.2020- ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləyə əsasən 44.625 manata Cavabdeh1 BOKT ASC tərəfindən əldə edilmişdir. O, həmin protokolun və alqı-satqı müqaviləsi nin etibarsız hesab edilməsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1001/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, "xxxx" MMC tərəfindən ipoteka predmeti olan ünvan 2nə dair keçirilmiş hərracın yekunları barədə 45/05 saylı, xx.xx.2020-ci il tarixli protokol və bu protokol əsasında ünvan 2nə dair Cavabdeh1 BOKT ASC ilə “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 909/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən həmin qətnamədən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1241 nömrəli bağ evinə dair "xxxx" MMC tərəfindən tərtib olunmuş “Hərracın yekunları barədə” xx.xx.2020-ci il tarixli, 45/05 saylı protokolun və həmin bağ evinə dair "xxxx" MMC ilə Cavabdeh1 BOKT ASC-nin arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3589/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarına əsasən həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-909/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra həmin qətnamənin icrası i lə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası tərəfindən icra vərəqəsi verilmiş və icra olunması üçün xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmiş, lakin hələ icra olunmamış, yəni əmlakın açıq hərracdan satışı ilə bağlı müvafiq hərrac protokolu və alqı-satqı müqaviləsi ləğv edilməmişdir. Beləliklə, ipoteka predmeti olan əmlakın açıq hərracdan satışı ilə bağlı xx.xx.2020-ci il tarixli, 45/05 saylı protokol və alqı-satqı müqaviləsi faktiki olaraq qüvvədə olduğu və onun ləğvi ilə bağlı hər hansı icra hərəkəti aparılmadığı halda həmin hərrac təşkilatı tərəfindən növbəti hərraclar keçirilmişdir. Eyni zamanda, Sabunçu rayon İcra şöbəsinin 4206-28692/17 saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka predmeti olan əmlakın "xxxx" MMC tərəf indən xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə keçirilmiş açıq hərracı və xx.xx.2020-ci il tarixli, 45/05 saylı protokol və alqı-satqı müqaviləsinin məhkəmə qaydasında mübahisələndirilməsinə, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin olunmasına, bütün bunlarla bağlı Bakı şəhəri Sabunçu rayon İcra şöbəsini yazılı qaydada məlumatlandırmağına, sonuncunun həm də sözügedən məhkəmə mübahisəsi üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb olunmasına və icra sənədi üzrə icraatın dayandırılması ilə bağlı müraciət etməyinə baxmayaraq, paralel olaraq Sabunçu rayon İcra şöbəsi əvvəlki hərracın nəticələri hələ qüvvədə olduğu halda və bununla bağlı məhkəmə qətnaməsi hələ qanuni qüvvəyə minmədiyi və mübahisələndirldiyi halda ipoteka pred meti olan əmlakın yenidən hərraca çıxarılması ilə bağlı "xxxx" MMCyə hərrac sifarişi vermiş və sonuncu tərəfindən xx.xx.2021-ci il tarixdə ilkin (əslində üçüncü) və xx.xx.2021-ci il tarixdə təkrar (əslində dördüncü) hərraclar keçirilmiş, keçirilən hərraclar baş tutmamış və əmlak yenə də qanunsuz olaraq xx.xx.2021-ci il tarixli, 81/01 saylı Hərracın yekunları barədə protokola əsasən 44.625 manat qiymətə ipoteka saxlayan Cavabdeh1 BOKT ASC-yə satılmışdır. Halbuki, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin sifarişi ilə "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə hərraclar keçirilərkən və icra hərəkətləri davam etdirilərkən iddiaçının həmin hərrac təşkilatı tərəfindən eyni ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı 2020-ci ildə keçirdiyi hərraclar nəticəsi ndə tərtib edilmiş xx.xx.2020-ci il tarixli protokolun mübahisələndirilməsinə dair iddia tələbinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında 2(103)-909/2022 saylı iş üzrə baxılmaqda idi. Məsələ burasındadır ki, həmin iddia tələbi üzrə məhkəmə icraatına həm Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi, həm də mübahisəli protokolun tərəfləri olan - "xxxx" ASC və "xxxx" MMC müvafiq tərəflər qismində cəlb olunmuşdular və proses barədə işə baxmış məhkəmələr tərəfindən də lazımi qaydada xəbərdar edilmişdilər. Məhkəmə qətnaməsi məhz qanuni qüvvəyə mindikdən sonra məcburilik, müstəsnalıq və preyudisiallıq xüsusiyyətləri əldə etdiyindən "xxxx" MMC tərəfindən hələ xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə keçirilmiş hərraclar və xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Hərracın yekunları ba rədə” protokolun etibarsız hesab edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)1001/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi növbəti instansiya məhkəmələrində mübahisələndirildiyinə görə qanuni qüvvəyə minmədiyindən və faktiki olaraq xx.xx.2021ci il və xx.xx.2021-ci il tarixlərində eyni cavabdeh hərrac təşkilatçısı tərəfindən hərraclar keçirilərkən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində keçirilmiş hərraclar hələ də qüvvədə olduğundan (həmin vaxt bu hərracların nəticələrinin etibarsız hesab edilməsi barədə məhz qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud deyildi) əvvəlki hərracların nəticələri məhkəmə qaydasında etibarsız hesab olunmadan və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olmadan hər hansı əsasla yeni hərracların keçirilməsi qanunsuz olmuşdur. Bununla yanaşı, eyni əmlakın eyni ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair eyni hərrac təşkilatının xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Hərracın yekunları barədə” protokolu qüvvədə olduğu halda paralel olaraq həmin hərrac təşkilatı tərəfindən eyni əmlakın eyni ipoteka saxlayana satılması ilə bağlı xx.xx.2021-ci il tarixli protokol tərtib edilmişdir. Halbuki, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Hərracın yekunları barədə” protokolun mübahisələndirilməsinə dair məhkəmə işi xx.xx.2021-ci il tarixli eyni tərəflər arasında eyni predmetlə bağlı eyni protokolun imzalanmasından 10 ay sonra yekunlaşmış və Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3589/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarına əsasən kassasiya şikayəti təmin edilməmişdir.
14. Cavabdeh "xxxx" ASC məhkəm əyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)- 231/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 BOKT ASC-nin cavabdehlər Mövsümov Hafiz Rza oğlu və İddiaçı qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələbinə dair iddiası qismən təmin edilərək, 49.062,14 ABŞ dolları əsas, 12.745,25 ABŞ dolları faiz, 2.000 ABŞ dolları cərimə, cəmi 63.807,39 ABŞ dolları pulun cavabdehlərdən tutulması və tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi və mənzilin açıq hərracdan satılaraq borcun ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017- ci il tarixli, 2(004)231/2017 saylı qətnaməsindən iddiaçı Cavabdeh1 BOKT ASC və cavabdeh Mövsümov H afiz Rza oğlu apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 569/2018-ci il saylı qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilən apellyasiya şikayətləri qismən təmin edilmişdir. Qeyd olunan qətnamədən cavabdeh Mövsümov Hafiz Rza oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 2106/2019 saylı qərarı ilə cavabdeh Mövsümov Hafiz Rza oğlunun kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2( 103)-569/2018-ci il saylı qətnaməsi cavabdehlərdən kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı dövr üçün hesablanmış ikiqat faiz borcuna görə 18.850,79 ABŞ dolları pulun tut ulması hissəsində ləğv edilmiş və işə həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 8288/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 BOKT ASC-nin iddiası təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-231/2017 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin kredit müqaviləsinin 3.2-ci bəndinə əsasən müqavilə bitdikdən sonra hesablanmış faiz borcuna görə 25.490,50 ABŞ dolları borcun tutulmasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli sifarişinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün "xxxx" MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən Cavabdeh1 BOKT ASC-yə təklif edilmişdir. Sözügedən təşkilat ilə Cavabdeh1 BOKT ASC arasında xx.xx.2020-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və 45/05 saylı Hərracın nəticələri haqqında yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və hərracın nəticələri haqqında yekun protokola əsasən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ünvan 2nə Cavabdeh1 BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmışdır. Daha sonra Cavabdeh1 BOKT ASC tərəfindən ünvan 2 y üklülükdən azad edilmiş, yalnız bundan sonra şirkət tərəfindən həmin əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması mümkün olmuşdur. Daha sonra isə İddiaçı hərracın etibarsızlığına dair iddia qaldırmışdır. Yekun olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-909/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1241 nömrəli bağ evinə dair "xxxx" MMC tərəfindən tərtib olunmuş “Hərracın yekunları barədə” xx.xx.2020-ci il tarixli, 45/05 nömrəli protokol və həmin bağ evinə dair "xxxx" MMC ilə Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı ASC-nin arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edilməsi qət edilmişdir. Bundan sonra ünvan 2nin hərracdan satışını təmin edilməsi üçün Sabunçu rayon İcra şöbəsinə müraciət edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi ipoteka predmetinin açıq hərracda satılması üçün "xxxx" MMC-yə sifariş məktubu göndərmişdir. Həmin əmlak iki dəfə - xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə açıq hərraca çıxarılmış, lakin həm ilkin, həm də təkrar hərrac baş tutmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, xx.xx.2021 -ci il tarixli, 81/01 saylı protokola əsasən “FİNOKO" BOKT ASC tərəfindən 44.625 manata əldə edilmişdir. Əmlak Cavabdeh1 BOKT ASC-nin balansına keçmişdir. Həmin müqaviləyə və Hərracın nəticələri haqqında yekun protokola əsasən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Ha qqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ünvan 2nə Cavabdeh1 BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmışdır. Bir sıra səbəblərə görə iddiaçının hazırki tələbi əsassızdır. Belə ki, xx.xx.2021 -ci il tarixdə saat 11:00-da ünvan 2 ünvanında ipoteka predmetinin ilkin satış qiyməti 70.000 manat məbləğində olmaqla ilkin hərracının keçiriləcəyi barədə "xxxx" MMC tərəfindən Mövsümov Hafiz Rza oğluna və İddiaçı xx.xx.2021-ci il tarixində məktub göndərilmişdir. Poçt qaimələrinin surətindən də göründüyü kimi, məktublar Mövsümov Hafiz Rza oğlu tərəfindən və İddiaçı təqdim edilməsi üçün Mövsümova Aytən tərəfindən qol çəkilərək qəbul edilmişdir. Bundan sonra xx.xx.2021 -ci il tarixli ilkin hərracın keçirilməsi ilə bağlı müşaiyət məktubu Mövsümov Hafiz Rza oğluna və İddiaçı göndərilmiş dir. Həmin məktubun göndərilməsi barədə poçt qaimələri xx.xx.2021-ci il tarixində Mövsümov Hafiz Rza oğlu tərəfindən imzalanmış və qəbul edilmişdir. İddiaçı qeyd olunan ünvanında başqa şəxs yaşadığından məktubun çatdırılması mümkün olmamışdır. “Birja” qəzetinin xx.xx.2021-ci il tarixli sayında xx.xx.2021-ci il tarixdə, saat 11:00-da ünvan 2nin - ipoteka predmetinin ilkin satış qiyməti 70 000 olmaqla hərracının keçiriləcəyi barədə məlumat dərc edilmişdir. xx.xx.2021-ci il tarixində, saat 11:00-da Bakı şəhəri, Sabunçu rayonu. Nardaran qəsəbəsi, 1241 saylı bağ evinin - ipoteka predmetinin ilkin satış qiyməti 59.000 manat məbləğində olmaqla təkrar hərracının keçiriləcəyi barədə "xxxx" MMC tərəfindən Mövsümov Hafiz Rza oğluna və İddiaçı xx.xx.2021-ci il tarixində məktub göndərilmişdir. Poçt qai mələrinin surətindən də göründüyü kimi, məktublar Mövsümov Hafiz Rza oğlu tərəfindən və İddiaçı təqdim edilməsi üçün “Mövsümova” soyadlı şəxs tərəfindən qol çəkilərək qəbul edilmişdir. Bundan sonra həmçinin, xx.xx.2021-ci il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı müşaiyət məktubu tərəfimizdən Mövsümov Hafiz Rza oğluna və İddiaçı göndərilmişdir. Həmin məktubun göndərilməsi barədə poçt qaimələri xx.xx.2021-ci il tarixdə Mövsümov Hafiz Rza oğlu və İddiaçı tərəfindən imzalanmış və qəbul edilmişdir. "Birja" qəzetinin xx.xx.2021-ci il tarixli sayında xx.xx.2021 -ci il tarixdə, saat 11:00-da Bakı şəhəri. Sabunçu rayonu. Nardaran qəsəbəsi, 1241 saylı bağ evinin - ipoteka predmetinin ilkin satış qiyməti 59.000 olmaqla təkrar hərracının keçiriləcəyi barədə məlumat dərc edilmişdir. İlkin və təkrar hərrac baş tutmadığına görə, xx.xx.2021-ci il tarixində "xxxx" MMC tərəfindən Cavabdeh1 BOKT ASC-yə “ipoteka predmetinin əldə olunmasına dair” təklif məktubu göndərilmişdir. Təqdim edilən sübutlardan da göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-8288/2019 saylı qətnaməsi qanuni hüquqi qüvvəyə mindikdən sonra Sabunçu rayon İcra şöbəsinə icraya yönəldilmişdir. Hərracın yekunlarına dair 81/01 saylı protokol və ipoteka predmetinin alqısatqısına dair müqavilə xx.xx.2021-ci il tarixində bağlanılmışdır və ipoteka predmeti Cavabdeh1 BOKT ASC-nin balansına keçmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 8288/2019 saylı qətnaməsi üzrə icra hərəkətləri davam etdirilərkən qanuni hüquqi qüvvəsini almışdır. İddiaçı isə hərrac prosesi tam yekunlaşandan 14 ay sonra məhkəməyə müraciət etmişdir.
15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1480/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC-yə, "xxxx" MMC-yə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinə qarşı “hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərrac keçirilən zaman onun prosesləri eşitməməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, hərracın keçirilmə qaydası, habe lə özündə qanunvericiliklə müəyyən edilmmiş qaydada baş tutmuşdur. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş, məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Digər tərəfdən, xx.xx.2020-ci il tarixli, 45/05 nömrəli protokolun və alqı-satqı müqaviləsinin faktiki olaraq qüvvədə olduğu və onun ləğvi ilə bağlı hər hansı icra hərəkəti aparılmadığı halda həmin hərrac təşkilatı tərəfindən növbəti hərracların keçirilməsi, Sabunçu rayon İcra şöbəsinin əvvəlki hərracın nəticələri hələ qüvvədə olduğu halda ipoteka predmeti olan əmlakın yenidən hərraca çıxarılması ilə bağlı "xxxx" MMC-yə hərrac sifarişi verilməsi dəlilinə münasibətdə məhkəmə qeyd etmişdi r ki, göstərilən hallar müvafiq icra şöbəsinin icra tədbirləri ilə bağlıdır. Həmin icra hərəkətlərinin aparılmasında iddiaçının ehtimal etdiyi qanunvericiliyin tələblərinin pozulması hərracın keçirilmə qaydalarının düzgün həyata keçirilmədiyini demək üçün əsas deyil. "xxxx" MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə zidd hallar baş verməmiş, qanunvericiliyin tələblərinə uyğun baş tutmuşdur. İddia tələbində göstərilən hallar hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratmır.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci, 416.1-ci, 416.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 41.2-ci, 41.3-cü, 41.5-ci, 42.1-ci, 42.3-cü, 46.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-c i, 119.1-ci, 217.4-cü maddələrinə, habelə “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali MəhkəməsiMulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
18. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ipoteka predmeti olan əmlakın tutmaya yönəldilməsi nəticəsində yalnız iki hərrac keçirilə bilər, hər hansı bi r əsasla üçüncü və dördüncü hərrac keçirilə bilməzdi, növbəti hərracların keçirilməsinə müstəsna hal kimi yalnız o halda yol verilə bilər ki, ilkin və təkrar hərrac qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında etibarsız sayılmış olsun. Bununla yanaşı, eyni əmlakın eyni ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair eyni hərrac təşkilatının xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Hərracın yekunları barədə” protokolu qüvvədə olduğu halda paralel olaraq həmin hərrac təşkilatı tərəfindən eyni əmlakın eyni ipoteka saxlayana satılması ilə bağlı xx.xx.2021-ci il tarixli protokol tərtib edilmişdir. Halbuki, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Hərracın yekunları barədə” protokolun mübahisələndirilməsinə dair məhkəmə işi xx.xx.2021-ci il tarixli eyni tərəflər arasında eyni predmetlə bağlı e yni protokolun imzalanmasından 10 ay sonra yekunlaşmış və Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3589/2022 saylı, xx.xx.2022- ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmişdir. Hərracın təşkilatçısı "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021ci il tarixlərdə keçirilmiş qanunsuz hərraclar barəsində də o məlumatlandırılmamışdır. Belə ki, hərrac sənədlərindəki kuryer xidmətlnin mədaxil qəbzlərindən də aydın olur ki, həmin qəbzlər onun tərəfindən deyil, digər kənar şəxslər tərəfindən imzalanmışdır. O, sözügedən hərraclar və mübahisəli hərrac protokolu barədə yalnız Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş 2(005)-1001/2021 saylı mülki iş üzrə məhkəmə bildirişi ilə xx.xx.2023-cü il tarixdə xəbər tuta bilmişdir. Mübahisəli hərraclarla bağlı digər qanun pozuntus u ondan ibarət olmuşdur ki, o, ipoteka predmeti olan həmin əmlakın açıq hərracdan satışı ilə bağlı heç bir məlumat əldə edə bilməmiş, nə icra qurumu, nə də hərrac təşkilatı onu bu barədə rəsmi və s. qaydada məlumatlandırmamışdır. Halbuki, həmin bağ evinin açıq hərracdan satışı ilə bağlı keçirilən hərraclar barədə məlumatı olsa idi, mülkiyyətindəki ipoteka predmeti olan həmin bağ evini açıq hərracdan özü alıcı qismində iştirak edərək əldə edəcəkdi və belə olan halda icra sənədi üzrə ilkin satış qiyməti 70 000 manat müəyyən edilmiş bağ evinin tələbkar tərəfindən hətta likvid qiymətindən də xeyli aşağı qiymətə - 44.625 manata əldə edilməsi üçün şərait yaranmayacaqdı. Qanunvericilik hərracın keçirilməsi zamanı elanların verilməsi ilə bildirişlərin göndərilməsinin təyinatını fərqləndirərək, ela nın verilməsinin bildirişlərin göndərilməsini istisna edən hala aid olmadığını müəyyən etmişdir. Məhkəmə qətnaməsi məhz qanuni qüvvəyə mindikdən sonra məcburilik, preyudisiallıq və təkzibolunmazlıq xassələrini əldə edir. Buna qədər isə məhkəmə aktı müvafiq prosessual vasitələrlə iş üzrə tərəflərin mübahisəsinə açıqdır. "xxxx" MMC tərəfindən hələ xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə keçirilmiş hərraclar və xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Hərracın yekunları barədə” protokolun etibarsız hesab edilməsi barədə Nərimanov rayon məhkəməsinin 2(005)- 1001/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi növbəti instansiya məhkəmələrində mübahisələndirildiyinə görə qanuni qüvvəyə minmədiyindən və faktiki olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində eyni cavabdeh hərrac təşkilatçısı tərəfindən hərraclar keçirilərkən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində keçirilmiş hərraclar hələ də qüvvədə olduğundan (həmin vaxt bu hərracların nəticələrinin etibarsız hesab edilməsi barədə məhz qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud deyildi) əvvəlki hərracların nəticələri məhkəmə qaydasında etibarsız hesab olunmadan və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olmadan hər hansı əsasla yeni hərracların keçirilməsi qanunsuz olmuşdur. Başqa sözlə, əmlakın ipoteka saxlayana satılması ilə bağlı xx.xx.2021-ci il tarixli protokol imzalanarkən eyni əmlakın eyni ipoteka saxlayana satılması ilə bağlı xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Hərracın yekunları barədə” protokol da paralel olaraq qüvvədə olmuş və bu zaman onun etibarsız hesab edilməsi ilə bağlı hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8288/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədini icra edən Sabunçu rayon icra şöbəsi ən azından bu prosessual ehtimalı nəzərə alaraq əmlakın satışı ilə bağlı 2020-ci ildə keçirilmiş hərracların nəticələrinin hüquqi talehi məhkəmədə həll olunmadan və bununla bağlı yekun məhkəmə aktı qəbul edilmədən icra hərəkətlərini davam etdirməməli və yeni hərrac sifarişi verməməli idi. Başqa sözlə, Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)909/2022 saylı iş üzrə o, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Hərracın yekunları barədə” protokolun etibarsız hesab edilməsi barədə tələbdən imtina etmiş olsa idi, bu zaman hər hansı yeni hərracın keçirilməsinə ehtiyac qalmayacaqdı. O dur ki, hər bir halda icra şöbəsi əvvəlki hərracın nəticələrinin etibarsızlığı ilə bağlı iddia məhkəmədə baxılıb yekunlaşana qədər əmlakın realizəsi istiqamətində əlavə hər hansı tədbir görməməli idi. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, guya iddiaçının keçirilən hərraclar barədə məlumatlandırılmaması iş üzrə mateiallarda öz əksini tapmamışdır. Bundan əlavə, məhkəmə vahid məhkəmə təcrübəsini pozaraq sifarişli bildirişin çatdırılması barədə poçt qəbzinin iddiaçının özü tərəfindən və ya qeyri şəxslər tərəfindən imzalanmasını xüsusatını araşdırmamış və bununla bağlı xəttşünaslıq ekspertizası təyin etməmişdir. Halbuki, o, həmin poçt sənədlərinin özü tərəfindən deyil, digər kənar şəxslər tərəfindən imzalandığını göstərmişdir. Məhkəmə isə xüsusi bilik tələb edən həmin halları aydınlaşdı rmaq üçün ekspertiza da təyin etməmişdir. İpoteka predmeti olan əmlakın tutmaya yönəldilməsi nəticəsində yalnız iki hərracı keçirilə bilər, hər hansı bir əsasla üçüncü və dördüncü hərrac keçirilə bilməzdi, növbəti hərracların keçirilməsinə müstəsna hal kimi yalnız o halda yol verilə bilər ki, ilkin və təkrar hərrac qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında etibarsız sayılmış olsun. Hərracların keçirilməsi barədə bildirişlərin iddiaçıya çatdırılması barədə poçt qəbzlərinin və müvafiq qaimələrdəki imza xətt nümunələrinin iddiaçıya məxsus olub-olmaması, mübahisəli hərracların keçirilməsi zamanı həmin əmlakla bağlı paralel olaraq qüvvədə olan hüquq-müəyyənedici mülkiyyət sənədinin və ya mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan sənədin (hərracın yekunlarına dair pr otokol, alqı-satqı müqaviləsi) mövcud olubolmaması faktları məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Qanunvericilik ipoteka predmetinin yalnız 2 sayda hərracının keçirilməsinə imkan verdiyi halda, hərrac təşkilatı əvvəlki hərracların nəticələri ilə bağlı məhkəmə prosesləri yekunlaşmadan və əmlakın satışı ilə bağlı əvvəlki hərrac protokolunun hüquqi müqəddəratı həll olunmadan eyni əmlakın təkrar hərraclarını təşkil etmiş, hərrac bildirişlərində əmlakın mülkiyyətçisi kimi o göstərilsə də hələ etibarsız hesab edilməsi və ləğv olunması barədə qanuni qüvvəyə minmiş və icra edilmiş məhkəmə aktı və ya icra sənədi mövcud olmayan əvvəlki hərrac protokoluna əsasən əmlakın yeni mülkiyyətçisi Cavabdeh1 BOKT olmuşdur. Başqa sözlə, hərrac təşkilatçısı qüvvədə olan əvvəlki hərrac protokoluna əsasən mülk iyyətçisi Cavabdeh1 BOKT olan əmlakı onun əmlakı kimi təqdim edərək hərraca çıxarmışdır. Məhkəmə isə qeyd olunan xüsusatları nəzərə almamış və bununla bağlı icra şöbəsinə qarşı tələb irəli sürülməli olmasını qeyd etmişdir. Halbuki, icra şöbəsinin sifarişindən asılı olmayaraq iş üzrə materiallardan aydın olur ki, 2020-ci ildəki sözügedən hərracları da, hazırki mülki iş üzrə mübahisələndirilmiş hərracları da eyni hərrac təşkilatçısı həyata keçirmiş və əvvəlki hərracların hüquqi müqəddəratı barədə məlumatlı olmuşdur. Məhkəmənin mübahisəli hərracların keçirilməsi ilə bağlı iddiaçının hərrac təşkilatı tərəfindən lazımi qaydada xəbərdar edilməsi barədə gəldiyi qənaət işin hallarına uyğun deyil. Məhkəmə cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə keçirilmiş hərr acların və həmin əmlakın "xxxx" ASC-yə satılmasına dair xx.xx.2021-ci il tarixli Hərracın yekunları barədə 81/01 saylı protokolun qanuni və etibarlı əqd hesab edilməsi qənaətinə gəlmişdir, lakin məsələ burasındadır ki, həmin əmlakın paralel olaraq eyni alıcıya satılması ilə bağlı eyni hərrac təşkilatının xx.xx.2020-ci il tarixli, 45/05 nömrəli protokolu və alqı-satqı müqaviləsi də mövcuddur. Məhkəmənin hazırki mövqeyi eyni əmlakla bağlı paralel olaraq 2 hüquqmüəyyənedici sənədin mövcud olmasına rəvac verir. Məhkəmə əsassız olaraq o qənaətə gəlmişdir ki, iddia ərizəsində hərracın etibarsızlığı ilə bağlı istinad olunan hallar müvafiq icra şöbəsinin icra tədbirləri ilə bağlıdır. Həmin icra hərəkətlərinin aparılmasında iddiaçının ehtimal etdiyi qanunvericiliyin tələblərinin pozulması hərracın keçirilmə qaydalarının düzgün həyata keçirilmədiyini demək üçün əsas deyil. Halbuki, icra haqqında qanunvericilikdə və hərracların təşkili ilə bağlı mülki və ipoteka qanunvericiliyindən göründüyü kimi hərracın keçirilməsinə məhz hərracın təşkilatçısı cavabdehdir və icra şöbəsinin fəaliyyəti hərrac sifarişinin verilməsi ilə başa çatır.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2023-cü il tarixli, 2(103)-5578/2023 nömrəli qətnaməsi ilə (hakim F.Abdıyevin sədrliyi və məruzəsi ilə, hakimlər F.Qasımov və X.Sarıyevdən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbinin təmin edilməsi qət edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişd ir: 22. xx.xx.2020-ci il tarixli hərracın yekunları barədə protokolun və əmlakın alqı-satqı müqaviləsinin mübahisələndirilməsinə dair iş üzrə qanuni qüvvəsini almış yekun məhkəmə aktı olmadan (birinci instansiya məhkəməsinin bu barədə qətnaməsinə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman), bu baxımdan hüquqi nəticə etibarı ilə xx.xx.2020-ci il tarixli protokol və müqavilənin qüvvədə olduğu və bu sənədlərin ipoteka predmetini təşkil edən əmlakın Cavabdeh1 BOKT ASC-nin mülkiyyətinə keçməsi üçün əsas yaratdığı bir halda, eyni icra qurumunun sifarişi əsasında eyni hərrac təşkilatçısı tərəfindən iş üzrə eyni tərəflərə, o cümlədən Cavabdeh1 BOKT ASC-yə bu barədə bildiriş göndərilməklə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə yenidən ilkin və təkrar hərraclar keçirilmiş, hərrac baş tutma dığından əmlak təklif əsasında yenidən ipoteka saxlayan Cavabdeh1 BOKT ASC tərəfindən əldə edilmişdir.
23. Bununla da, eyni ipoteka predmeti barəsində eyni tərəflərin təşkilatçılığı və iştirakı ilə ümumilikdə 2 dəfə hərrac proseduru, o cümlədən 2 dəfə ilkin və 2 dəfə təkrar hərrac keçirilmişdir. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilir. Əvvəlki hərracın nəticələri, o cümlədən xx.xx.2020-ci il tarixli protokol və müqavilə qüvvəsini itirmədiyindən həmin hərracın predmeti olan əmlakla bağlı "xxxx" MMC tərəfindən yenidən xx.xx.2021-ci il tarixdə ilkin və xx.xx.2021ci il tarixdə təkrar hərracın keçirilməsi qanunsuz olmuşdur. Hərracın nəticələrinə əsasən mübahisələndirilən əmlaka dair mülkiyyət hüququnun dövlət qeydiyyatına aldırılması hüququ əldə etmiş Cavabdeh1 BOKT ASC-yə həmin əmlakın satın alınması ilə bağlı yenidən təklif irəli sürülməsi və yekun olaraq yenidən eyni əmlakın eyni mülkiyyətçiyə satılması nəinki qanunvericiliyin, ümumilikdə mülki hüququn təbiətinə uyğun deyil. Əmlakı hərracdan əldə etdikdən sonra hüquqi nəticə etibarı ilə ona məxsus olan əmlakı hər hansı əsas olmadan yenidən hərrac prosedurunda iştirak edərək, əldə etməsi ilə bağlı Cavabdeh1 BOKT ASC-nin hərəkətləri ümumiyyətlə anlaşılmazdır. Hər bir halda, bu sahədə ixtisaslaşan "xxxx" MMC tərəfindən keçiril miş hərraclar və bu hərraclara çıxarılmış əmlakların qeydiyyatı aparılır. Cavabdeh1 BOKT ASC-nin bu qaydada əldə etdiyi əmlaklar barədə məlumatlı olmaması isə mümkün deyil.
24. Eyni zamanda, qeyd olunmalıdır ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, bununla bağlı müddətlərin müəyyən edilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət və imkan verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd mü lkiyyətçinin hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil. Əksinə müəyyən edilmiş bu qayda üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Bu barədə məlumatlandırmanın müxtəlif növlərinin (media və internet saytda məlumatın dərc edilməsi, bildirişin göndərilməsi) təsbit edilməsi də həmin prosedurun onun iştirakçıları, o cümlədən ipoteka qoyan üçün mümkün qədər əlçatımlı edilməsi məqsədini daşıyır.
25. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi öz qənaətində haqlı olmamışdır. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə ilkin və təkrar hərrac qanunvericiliyin tələbləri pozulmaqla keçirilmiş, nəticədə iddiaçının mülkiyyətində olmaqla hərraca çıxarılmış ipoteka predmeti təklif əsasında xx.xx.2021-ci il tarixli protokol və alqı-satqı müqaviləsinə əsasən yenidən Cavabdeh1 BOKT ASC tərəfindən mülkiyyətə qəbul edilmişdir. Bu da öz növbəsində həmin hərracların və onların baş tutmaması nəticəsində edilmiş təklifin qəbulu əsasında xx.xx.2021-ci il tarixdə bağlanmış hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi üçün əsas yaradır. Bu barədə tələb irəli sürülüb-sürülməməsindən asılı olmayaraq, protokolun etibarsızlığı, eyni zamanda xx.xx.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin də etibarsızlığına səbəb olur və bu əmlakla bağlı daşınmaz əmlakın d övlət reyestrində Cavabdeh1 BOKT ASC-nin xeyrinə mülkiyyət hüququ ilə bağlı aparılmış qeydin ləğv edilməsini şərtləndirir.
26. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5, 337.1, 337.4, 337.5, 415.2, 416.1, 416.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.1, 41.2, 42.1, 42.8, 43.1, 43.4, 43.5, 43.7, 43.71, 44-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh1 BOKT ASC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının hərracın keçirilməsi ilə bağlı məlumatlandırılmaması ba rədə dəlilləri əsaslı hesab edilə bilməz, çünki iş materialları ilə təkzib edilir. Həmin subutlar birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş və iddiaçı məhkəmə tərəfindən müəyyən edilmiş halları təkzib edən sübutları apellyasiya şıkayətində təqdim edə bilməmişdir.
29. Mülki işin materiallarından göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1001/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ipoteka predmeti olan ünvan 2nə dair keçirilmiş hərracın yekunları barədə № 45/05 nömrəli 27 noyabr 2020-ci il tarixli protokol və bu protokol əsasında ünvan 2nə dair Cavabdeh1 BOKT ASC iəl "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 27 noyabr 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab olunmuşdur. Həmin qətnamə qanunla müəyyən edilmiş qaydada “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmiş və 27 may 2021-ci ildə qüvvəyə mindiyindən 30 iyul 2021-ci ildə icraya yönəldilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 233.1-ci maddəsinə görə, bu Məcəllənin 355-7.4- cü, 355-17.3cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla (məhkəmə qətnaməsinin dərhal qüvvəyə minməsi halları), məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Başqa sözlə, tərəfin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmiş qətnamədən qanunla müəyyən edilmiş müddətdə şikayət verməməsi həmin qətnamənin qüvvəyə minməməsi anlamına gəlmir. Mülki işin materiallarından da göründüyü kimi, apellyasiya və kassasiya şikayətləri məhz iddiaçı tərəfindən verilmiş, baxmayaraq ki, iddia təmin edilmişdir. Həmin iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyası isə xx.xx.2022-ci il tarixli 2(102)-3589/2022 saylı Qərarında hesab etmişdir ki, “kassasiya şik ayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.” Hesab edirəm ki, ünvan 2nə dair Cavabdeh1 BOKT ASC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 27 noyabr 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və ondan əvvəl keçirilmiş hərracların etibarsız hesab olunması barədə məhkəmə qərarının qüvvəyə minərək icra edilməsini həm də o, hal təsdiq edir ki, Mülki-Prosessual Məcəllənin 236-1-ci maddəsi ilə nəzərdə tutulmuş icrada dönüş edilməsi barədə tədbirlər görülməmişdir. Qeyd edilənlər belə nəticəyə gəlməyə əsas verir ki, apellysiya i nstansiyası məhkəməsi hərracın qaydalarının pozulmaqla keçirilməsi barədə səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırki kasassiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
33. Maddə 319.5 hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmet ini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur;
34. Maddə 337.1 bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır;
35. Maddə 337.4 etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır;
36. Maddə 337.5 əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir;
37. Maddə 415.2 qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir;
38. Maddə 416.1 Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər;
39. Maddə 416.2 yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
40. Maddə 41.1 ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər;
41. Maddə 41.2 məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru s ifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir;
42. Maddə 42.1 hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dairmediadavə özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir;
43. Maddə 42.8 hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur;
44. Maddə 43.1 hərraca iki nəfərdən az alıcı gəldikdə və ya hərracın iştirakçısı olmadıqda hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyimediadavə özünün rəsmi internet saytındaməlumat dərc etdirir;
45. Maddə 43.4 ipoteka predmetinin ipoteka saxlayan tərəfində n alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir20təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir;
46. Maddə 43.5 təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir.Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun;
47. Maddə 43.7 bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakısatış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun;
48. Maddə 43.7-1 təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir;
49. Maddə 44 bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keç irilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
52. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
53. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəl illərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət ve rərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
59. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, M əhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5578/2023 nömrəli iş üzrə 19 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.