Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-158/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçılar İddiaçı1, onun və digər İddiaçı2 nümayəndəsi Nümayəndə, iddiaçıların nümayəndəsi və vəkili X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)11258/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassa siya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin (hakim Zaur Hacıyev) xx xxxx 2019-cu il tarixli, 2(008)-3985/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı2 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi B.Bünyatov küçəsində yerləşən 14A saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli ı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ə rizəsi ilə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi B.Bünyatov küçəsində yerləşən 14A saylı evə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmşdır ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(008)-516/2018 №-li qətnaməsinə əsasən İddiaçı2 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmişdir. Daha sonra Nümayəndə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə müraciət edərək İddiaçı2 üzərində qəyyum təyin edilməsini xahiş etmiş, İcra Hakimiyyəti Başçısının xx xxxx 2018-ci il tarixli 77 №-li sərəncamı ilə Nümayəndə İddiaçı2 üzərində qəyyum təyin edilmişdir. Onlar uzun müddətdir ki, ünvan 1 ünvanında yaşayırlar. Ataları 2006-cı il tarixdə ailə üzvl əri ilə birlikdə sözügedən ünvana qeydiyyata alınmaları ilə əlaqədar Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin xx xxxxx 2006-cı il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri Bakıxanov qəsəbəsi B.Bünyatov küçəsi 14A saylı evə pasport qeydiyyatına alınması qət edilmişdir. Onlar əvvəllər heç bir əngəl olmadan dinc şəkildə sözügedən ünvanda yaşamışlar. Daha sonra yeznələri, yəni cavabdeh X4 həyat yoldaşı Cavabdeh3 tərəfindən yaşayış hüquqları məhdudlaşdırılmağa başlanmışdır. Cavabdeh3 onların dinc yaşayış tərzinə mane olmuş, hərvəchlə onları həmin evdən uzaqlaşdırmağa çalışmışdır. Daha sonra atası Cavabdeh1 da psixoloji təsir göstərərək onlara qarşı çevirmişdir. Göründüyü kimi cavabdehin məqsədi sözügedən ev i ələ keçirməkdən ibarət olmuşdur. 2018-ci ilin mart ayında İddiaçı2 həmin evdən qovularaq çıxarılmışdır. Cavabdeh3 Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində digər yaşayış evi də vardır. Lakin o, sözügedən evi faktiki özəlləşdirmək üçün qeyd edilən ünvanda yaşayır. Cavabdehin mübahisəli ünvanda yaşamağa ehtiyacı da yoxdur. Sadəcə olaraq hər vəchlə həmin evi zəbt etməyə çalışır və bütün fəaliyyəti bu məqsədə çatmağa yönəlmişdir. Onların başqa sığınacaq heç bir yeri yoxdur. Cavabdeh3 atalarına göstərdiyi psixoloji təsir nəticəsində sonuncu da onların həmin evdə yaşamasına mane olur, halbuki bilir ki, onların yaşamaq üçün başqa yeri yoxdur, həmçinin onu da bilir ki, onların yaşayış mənzili almaq üçün kifayət qədər maddi vəsaitləri yoxdur. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi uzun müddət ərzində daimi yaşayış yerləri olmuşdur. Həmin evdən məcburi çıxarılmaları yaşayış hüquqlarının itirilməsinə səbəb ola bilməz. Azərbaycan Respublikasının Mülki Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Mülki qanunvericiliyin normalarına əsaslanaraq hesab edirlər ki, ünvan 3 ünvanında yerləşən evə köçürülmələri və yaşamaları labüddür. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahi ş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçılar İddiaçı1, onun və digər İddiaçı2 nümayəndəsi Nümayəndə, iddiaçıların nümayəndəsi və vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh2, onun və digər Cavabdeh3 nümayəndəsi və vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı2 kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına əsasən, 4 saylı Bakı“ASAN xidmə t” mərkəzi tərəfindən xx xxxxx 2019-cu il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı2, Cavabdeh2, İddiaçı1, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxxx 2006-cı il tarixli 2-270/2006 №-li qətnaməsindən görünür ki, Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri Bakıxanov qəsəbəsi B.Bünyatov küçəsi 14A saylı evə pasport qeydiyyatına alınması qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(008)-516/2018 №-li qətnaməsinə əsasən xx xxxxxx 1968-ci il tarixdə Bərdə rayonunda doğulmuş İddiaçı2 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2018-ci il tarixli 77 №-li sərəncamına əsasən Nüma yəndə xx xxxxxx 1968-ci il təvəllüdlü İddiaçı2 üzərində qəyyum təyin edilmişdir. Bərdə rayonu Kətəlparaq Bələdiyyəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 15 və 16 №-li arayışlardan görünür ki, İddiaçı1 və xxx X6 Bələdiyyəsi ərazisində hər birinin mülkiyyətində olan 0,21 ha torpaq sahələrini satmışlar və hal-hazırda onların mülkiyyətində heç bir torpaq sahəsi yoxdur. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.2018-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qiymət verərək belə qənaətə gəlmişdir ki, İddiaçı1 xx.xx.2018-ci il tarixdən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi B.Bünyatov küçəsində yerləşən 14A saylı fərdi yaşayış evində pasport qeydiyyatında olsa da, heç vaxt həmin evdə yaşamamışdır. Hazırda cavabdehlər onun həmin evə köçməsinə etiraz edirlər. Mübahisəli fərdi yaşayış evi İddiaçı1 yaşayış yeri sayılmadığından, iddia tələbi sonuncunun həmin evə köçürülməsinə dair hissədə rədd edilməlidir. Digər İddiaçı2 uzun müddət cavabdehlərlə bir yerdə yaşadığından və cavabdehlər onun mənzilə köçürülməsinə etiraz etmədiklərindən iddia tələbi ona münasibətdə təmin edilməlidir. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən aşağıdakı normalara istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa d aşınmaz əmlak özbaşına tikinti sayılır; Qeyd olunan Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin olduğu yer- onun yaşayış yeri sayılmayan müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış banısı (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Şəxsin yaşayış yeri tam həcmdə qabiliyyətli şəxsin mülkiyyətçisi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutul muş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Birinci instansiya məhkəməsinin qətnaməsində yalnız İddiaçı1 apellyasiya şikayəti vermiş, cavabdehlər iddia tələbinin təmin edilən hisədə mübahisələndirməmişlər. Verilmiş apellyasiya şikayətinə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı İddiaçı1 aid hissədə təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçı1 tərəfindən apellyasiya şikayətinə əlavə olunmuş qonş ular tərəfindən tərtib olunmuş akt sübut kimi qəbul oluna bilməz. Belə ki, həmin sənədin həqiqiliyi şübhəlidir, sənədin əsli olmamaqla notarial qaydada təsdiq olunmamışdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçı2 iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstər ilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı2 kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı1 kassasiya şika yəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11258/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı1 kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-158/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-158/2020
13.01.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver