Məhkəmə qərarları › İş №2(102)-158/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-158/2021

01.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-158/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması, mənzilə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə/mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(103)4641/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı və Cavabdeh xx xxxxx 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx xxxx 2011-ci ildə təvəllüdlü X4 və xx xxxx 2012-ci il təvəllüdlü X10 anadan olmuşlar. Tərəflər ailə münasibətlərinə daxil olduqdan sonra xxx X5 qəsəbə nümayəndəliyinin arayışına əsasən mərhum X3 və X2 məxsus olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş və cehiz əmlaklarını həmin evdə yerləşdirmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinın xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, yetkinlik yaşına çatmayan uşaqlar iddiaçının yanında saxlan ılmışlar. Bununla bağlı İddiaçı övladları ilə birgə yaşadığı evdən çıxarılmışdır. xx xxx 2019-cu il tarixdə ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzrə, xx xxx 2020-ci il tarixdə isə həmin torpaq sahəsinə olan fərdi yaşayış evi üzrə cavabdehin bacısı X1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsı ilə məhkəməyə müraciət edərək, iddiaçının xx xxxx 2011-ci il təvəllüdlü X4 və xx xxxx 2012-ci il təvəllüdlü X10 ilə birlikdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülərək, həmin evin cehizlər olan otağına yaşayış qaydasının müəyyən edilməsi və iddiaçının uşaqları ilə birlikdə həmin evə qeydə alınması barədə qətnamə qəbul edilməsini xahış et mişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 4 ünvanında yerləşən evə gəlin köçdüyündən, 2010-cu ildə cavabdehlə birlikdə həmin evdən ailə üzvü kimi istifadə edərək yaşamağa başladığından və cavabdehlə birgə təsərrüfat apardığından cavabdeh tərəfindən mənzildən qovulmağı qanunsuz olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(008)4168/2019 nömrəli qətnaməsi ilə (hakim A.A.Paşayeva) iddia təmin edilməmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.5-ci maddələrinə istinad edərək hesab etmişdir ki, tərəflər arasında bağlanmış nikah pozulduğu üçün Cavabdeh iddiaçıya münasibətdə ailə üzvü sayılmır. Belə olan halda müəyyən edilir ki, iddiaçının mübahisəli tikiliyə məhkəmə qaydasında köçürülm əsi əsası mövcud deyil, iddiaçı həmin tikiliyə köçürülə bilməz. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(008)-4168/2019 nömrəli qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12369/2019 nömrəli qətnaməsi ilə (hakim X.A.Cəmilovanın sədrliyi və məruzəsi ilə, hakimlər İ.K.Xəlilovadan və İ.Ə.Kərimlidən ibarət tərkibdə) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(008)-4168/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məh kəməsinin qətnaməsi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mənzilə köçürülmə tələbi mənzilə mülkiyyət hüququna, mənzilə kirayə müqaviləsinə, mənzilə istifadə hüququna, mənzilin onun xeyrinə servitutlar yüklülüyünə, vəsiyyət tapşırığına əsaslanarsa mümkündür. Hazırki halda iddiaçının mübahisəli evə köçürülməsi üçün qeyd olunan əsaslarda heç biri mövcud deyil. b) Kasasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12369/2019 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-849/2020 nömrəli qərarı ilə (hakim V.Ə.İbayevin sədrliyi və məruzəsi ilə, hakimlər A.K.Kalbalıyevdən və Ə.Ə.Əliyevdən ibarət tərkibdə) kasasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə istinad edərək izah etmişdir ki, bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əs asında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçılar köçmək istədikləri evdə yaşayıblar və cavabdeh güc tətbiq etməklə onları yaşadıqları evdən məhrum edibdir. Ona görə də 3-cü halın mövcud olubolmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şə xsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçılara qarşı törətdikləri məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçılar məhrum edildikləri evə köçürülməlidirlər. Kollegiya həmçinin qeyd etmişdir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması da Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçıların da həmin şərtlər daxilində bu evdə yaşamaq hüquqları vardır. Bu yanaşmanın əksi, yəni iddiaçıların evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməs inə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçıların da cavabdehlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə, onların mübahisəli evə köçürülməsi barədə gəlinən qənaət əsaslı hesab edilməlidir. b) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(103)4641/2020 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(008)4168/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilməklə, İddiaçı uşaqları xx xxxx 2011-ci il tarixdə doğulmuş X4 və xx xxxx 2012-ci il tarixdə doğ ulmuş X10 ilə birlikdə ünvan 1 olan fərdi yaşayış evinə köçürülməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi nəticəni Azərbaycan Respublikası Ali Məhkəmənin yuxarıda qeyd olunan mövqeyi ilə əsaslandırmışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(103)-4641/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulm uşdur. Belə ki, məhkəmə iddianı qismən təmin edərkən evin özbaşına tikili olmasına və evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının olmamasına əsaslanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 180.2-ci maddələrinə istinad etmişdir. Lakin mübahisəli evin yerləşdiyi torpaq sahəsi və fərdi yaşayış evi cavabdehin bacısı X1 xüsusi mülkiyyətidir. Məhkəmə qətnaməsində qeyd edilmiş özbaşına tikili hesab olunan ünvan 1 olan fərdi yaşayış evi mövcud deyildir. Hazırki iş üzrə Cavabdeh qismində göstərilməsi prosessual pozuntudur. Məhkəmə çəkişmə prinsipinə əməl etməmiş, tərəflərin bərabərliyini təmin etməmişdir. Məhkəmə cavabdehə məhkəmə bildirişi göndərməmiş, onun məhkəmə iclası barədə yalnız 1 gün öncə məlumatı olmuş, ona müdafiə hüququnun təşkil edilməsi imkanı yaradılmamışd ır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh və vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə, Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Avropa İnsan Hüquqları Məhkəməsi “X7rşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim e dilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindiri lmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabd eh hesab olunurlar. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətna mə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübut larla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kasasiya və apelyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən prosessual hüquq normaları düzgün tətbiq olunmamış, iddia ilə maraqlarına toxunan şəxslər işə cəlb olunmamış və işə onların iştirakı olmadan baxılmış, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı pro sessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçı və cavabdehin xx xxxxx 2010-cu ildə nikaha daxil olmaları və həmin vaxtdan ailə münasibətləri pozulduğu tarixədək mübahisəsi gedən yaşayış sahəsində birgə yaşamaları işin mübahisəsiz halıdır. Lakin apelyasiya instansiyası məhkəməsi həmin evin hüquqi statusunu ətraflı araşdırmayıb, yalnız onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığını əsas götürərək, onun özbaşına tikili olması qənaətinə gəlmiş və bu səbəbdən iddiaçının da cavabdehlə yanaşı həmin evdə yaşamaq hüququnun olmasını göstərmişdir. Halbuki, birinci instansiya məhkəməsinə təqdim olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi X1 mülkiyyətindədir. Həmçinin kasasiya şikayətinə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 (yeni qaydalarla AZ1059, ünvan 1-cü döngə, 14) ünvanında yerləşən 207,30 kv.m. sahəsi olan fərdi yaşayış evi xx xxx 2020-ci il tarixdə (apelyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsi qəbul edildiyi tarixdən 8 gün əvvəl X1 mülkiyyəti kimi qeydə alınmışdır. Daha sonra iş materiallarında olan Cavabdeh nümayəndəsi, Vəkil apelyasiya məhkəməsinə ünvanladığı xx xxx 2020-ci il tarixli ərizədə sonuncu xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsində təyin olunmuş başqa iştirak etdiyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və vəsatətinin sübutu qismində Ali Məhkəmənin Cinayət Koll egiyasının bildirişini əlavə etmişdir. Buna baxmayaraq apelyasiya məhkəməsi cavabdehin üzrsüz səbəblərdən məhkəmə iclasına gəlməməsini əsas götürərək, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işə apelyasiya instansiyası məhkəməsində cavabdehin iştirakı olmadan baxılması, mübahisələndirilən evin yerləşdiyi torpaq sahəsinin (hazırda isə evin) mülkiyyətçisinin işə cəlb edilməməsi ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olmasından ibarət prinsipinin, bununla da, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 50.3, 88, 217.4-cü maddələrinin pozulmasına səbəb olmuşdur. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yeni apelyasiya baxışına göndərilm əli, işə yenidən baxan məhkəmə mübahisələndirilən evin və onun yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisini mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində, iddiaçının ərizəsi olduğu halda isə, cavabdeh qismində cəlb olunması üçün tədbirlə görməli, işə sonuncunun, habelə hazırki cavabdehin iştirakları ilə baxmaqla, tərəflərin nikaha daxil olarkən torpaq sahəsinin və evin hüquqi statusunu araşdırmalı, o cümlədən yaşayış sahəsi hazırda işə cəlb olunmamış şəxsin mülkiyyətində olsa da belə, onun iddiaçının hüquqları ilə yüklü olması məsələsinə hüquqi qiymət verməli və işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(103)4641/2020 nömrəli qətnaməsi ləğv edilsin və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar