Məhkəmə qərarları › İş №2(102)-158/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-158/2022

07.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-158/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, X10, X11, X12 və X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-158/22 (Açar sözlər: zəbt olunmuş torpaq sahəsinin qanuni mülkiyyətçilərə təhvil verilməsi, inşa edilmiş qanunsuz tikililərin və hasarın cavabdehlərin öz vəsaitləri hesabına sökülməklə torpağın əvvəlki vəziyyətə qaytarılması, mülkiyyətdə olan torpaq sahəsindən istifadə olunmasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və onların qanunsuz hərəkətlərinə son qoyulması, ekspert rəyinə düzgün qiymət verilməməsi) Bakı şəhəri, 07 fevral 2022-ci il Azərbaycan Respubl ikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçılar X3, X4 və vəkil Qasımov Zaur Ərəstun oğlunun, cavabdeh Cavabdeh3 və Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, X10, X11, X12 və X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zəbt olunmuş torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən azad edilməklə qanuni mülkiyyətçilərə təhvil verilməsi, inşa edilmiş qanunsuz tikililərin və hasarın cavabdehlərin öz vəsaitləri hesabına sökülməklə torpağın əvvəlki vəziyyətə qaytarılması, mülkiyyətdə olan torpaq sahəsindən istifadə olunmasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və onların qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-487/2021 nömrəli, 24 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kassasiya şikayətinə 07 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Lənkəran rayon AİK-in 15 aprel 1998-ci il tarixli, 07 saylı qərarı ilə X10, İddiaçı1 və digər ailə üzvlərinin birgə mülkiyyətinə Lənkəran rayonu, Osaküçə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1,00 ha paybəlli torpaq sahəsi verilib. Bu barədə JN-480 KOD-80216018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı da vardır.

2. Lənkəran rayon AİK-in 15 aprel 1998-ci il tarixli, 07 saylı qərarı ilə X2 m ülkiyyətinə Lənkəran rayonu, Osaküçə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,11 ha paybəlli torpaq sahəsi verilib. Bu barədə JN-481 KOD-80216018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı da vardır.

3. Lənkəran rayon AİK-in 15 aprel 1998-ci il tarixli, 07 saylı qərarı ilə X5 mülkiyyətinə Lənkəran rayonu, Osaküçə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,11 ha paybəlli torpaq sahəsi verilib. Bu barədə JN-482 KOD-80216018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı da vardır.

4. Lənkəran rayon AİK-in 15 aprel 1998-ci il tarixli, 07 saylı qərarı ilə X11 və digər 3 ailə üzvünün birgə mülkiyyətinə Lənkəran rayonu, Osaküçə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0.19 ha paybəlli torpaq sahəsi verilib. Bu barədə JN-483 KOD -80216018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı da vardır.

5. Mübahisə iddiaçıların mülkiyyətlərində olan torpaqdan istifadəsi ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1, X10, X11, X12, X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Lənkəran rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətlərində olan torpaq sahələrinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X13 qanunsuz sahibliyindən azad edilməsi və həmin torpaq sahələrinin qanuni mülkiyyətçilərə (iddiaçılara) təhvil verilməsi, mülkiyyətlərində olan torpaq sahələrinə gedişgəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolda cavabdeh X17 tərəfindən inşa edilmiş qanunsuz tikilinin (fərd yaşayış evi) sökülməsi, torpaq sahələrinin ətrafına cavabdehlə r tərəfindən çəkilmiş ağac payalar və tikanlı məftillərdən ibarət olan hasarın onların öz vəsaitləri hesabına sökülməklə yolun və torpaq sahələrinin əvvəlki vəziyyətinə qaytarılması, mülkiyyətlərində olan torpaq sahələrindən istifadə etməklərinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. Lənkəran rayonu, Osaküçə bələdiyyəsi 3-cü şəxs qismində qoyulmuşdur.

8. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçıların pay torpaq sahələri Osaküçə kəndində yanbayan yerləşmişdir və iddiaçılar həmin torpaq sahələrindən təyinatı üzrə istifadə etmişlər. 2018-ci ilin iyun-iyul aylarından (biçin fəsli bitdikdən sonra) başlayaraq cavabdehlər iddiaçıların torpaq sahələrini və həmin torpa q sahələrinə gediş-gəliş yolunu zəbt etməklə orada qanunsuz tikililər inşa etməyə başlamışlar. Bununla bağlı dəfələrlə cavabdehlərin özlərinə və kənd icra nümayəndəliyinə, həmçinin kənd bələdiyyəsinə müraciətlər etsələr də, heç bir müsbət nəticə əldə olunmamışdır.

9. Cavabdehlər iddiaçıların mülkiyyətində olan torpaq sahələrini eninə hissədən zəbt etməklə ayrı-ayrılıqda hər birinin torpağını cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz tutub kənarlarına ağac payalar basdıraraq tikanlı məftillərlə hasara almış, Cavabdeh3 isə iddiaçıların torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş və ümumi istifadədə olan yolu tamamilə bağlamış, orada bacısı üçün ev tikməyə başlamışdır.

10. Cavabdehlərin qanunsuz hərəkəti nəticəsində torpaq sahələrinə heç bir qaydada daxil ola bilmirlər. Lakin, idd iaçılar hansı cavabdehin, onların hansının torpaq sahəsini hansı ölçüdə zəbt etdiyini dəqiq bilmirlər. Bunlara həmin şəraiti yaradan isə kənd bələdiyyəsidir.

11. Cavabdehlərin bu qanunsuz əməlləri nəticəsində iddiaçılara maddi ziyan da dəyir. Belə ki, payız mövsümü torpaqların əkin üçün hazırlanma dövrüdür və iddiaçılar öz torpaqlarından istifadə edə, həmçinin torpaq sahəsinin içərisinə daxil ola bilmirlər. Cavabdehlərə dəfələrlə xəbardarlıq edilməsinə baxmayaraq onlar buna əhəmiyyət verməyərək qanunsuz hərəktlərini davam etdirirlər.

12. İddiaçılar tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 152.5, 152.2 və 157.4-cü maddələrinə istinad etmişdir.

13. Birinci instansiya məhkəməsi 21 dekabr 2018-ci il tarixli qərardadla iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin etmiş, ekspert qarşısında cavabdehlər tərəfindən iddiaçılara məxsus torpağın zəbt edilib-edilməməsini müəyyən etmək üçün müvafiq suallar qoymuş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşlarını mütəxəssis kimi ekspertizaya cəlb etmişdir.

14. Məhkəmə Ekspertizası Mərkəzinin 23 aprel 2019-cu il tarixli, 4268 nömrəli ekspert rəyində qeyd edilib ki, (Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi əsas götürülməklə) iddiaçılara məxsus torpaq sahələri cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə olunmur. İddiaçılara məxsus pay bəlli torpaq sahələrində və ya həmin torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadə olan yolda Cavabdeh3 tərəfindən qanunsuz tikili (fərdi ev) inşa edilməmişdir. İddiaçıların mülkiyyətində olan torpaq sahələrinin ətra fında cavabdehlər tərəfindən ağaclar və tikanlı məftillərdən olan hasar çəkilməmişdir.

15. İddiaçıların vəsatəti əsasında birinci instansiya məhkəməsi 17 may 2019-cu il tarixli qərardadla iş üzrə təkrar məhkəmə-torpaqşünaslıq ekspertizası təyin etmiş, ekspert qarşısında müvafiq suallar qoymuş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşlarını mütəxəssis kimi ekspertizaya cəlb etmişdir

16. Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 01 oktyabr 2019-cu il tarixli 23718 nömrəli ekspert rəyində qeyd edilib ki, (Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi əsas götürülməklə) iddiaçılara məxsus torpaq sahələri ayrı-ayrılıqda GPS aparatı ilə ölçülməklə hər bir Dövlət Aktı üzrə yerində müəyyənləşdirildi və iddiaçıların torpaq sahələrinə dair sənədlərdəki məkan g östəriciləri ilə torpaqların faktiki yerləşdiyi məkan göstəriciləri arasında uyğunsuzluq olduğu müəyyən edildi. İddiaçılara məxsus paybəlli torpaq sahələri faktiki olaraq ölçülüb müəyyənləşdirildikdən sonra iddiaçıların iddia etdikləri yol kimi hesab edilən Osaküçə təsərrüfatının “Torpaq islahatlarına dair kompleks yerquruluşu layihəsi”nə əsasən meşə zolağı ərazisi olduğu və iddiaçıların pay torpaq sahələrinə gediş-gəliş yolu kimi istifadə edilə bilən bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin iddia olunan yerdən şimal istiqamətində, yəni meşə zolağı ilə pay torpaqları ərazisində yerləşdiyi müəyyən edildi.

17. Birinci instansiya məhkəməsi 28 noyabr 2019-cu il tarixli qərardadla iş üzrə təkrar məhkəmə-torpaqşünaslıq ekspertizası təyin etmiş, ekspert qarşısında cavabdehlər tərəfindən iddi açılara məxsus torpağın zəbt edilib-edilməməsini müəyyən etmək üçün müvafiq suallar qoymuş, "xxxx" MMC-nin əməkdaşlarını mütəxəssis kimi ekspertizaya cəlb etmişdir.

18. Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 27 aprel 2020-ci il tarixli 31437 nömrəli ekspert rəyinə əsasən iddiaçılara məxsus torpaq sahəsinə gedən yolun üzərində Cavabdeh3 tərəfindən iki mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Cavabdeh3 inşa etdiyi tikili iddiaçıların torpaq sahələrinə gedən yolun üzərində olduğu üçün sərbəst şəkildə daxil olmağa və oradan istifadə etməyə maneə olur. İddiaçılar X1, X7 və X8 məxsus torpaq sahələrində və yolun ümumi gediş-gəliş yolu kimi nəzərdə tutulmuş hissəsində Cavabdeh1 tərəfindən 0.15 ha torpaq sahəsi ağac dirəklər və tikanlı məftillərlə hasara alınmışdır. İddiaçılara məxs us torpaq sahələri hazırda yalnız Cavabdeh1 tərəfindən istifadə olunur.

19. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 sonuncu rəy üzrə ekspertiza zamanı iştiraklarının təmin olunmamasını, verilən zaman rəylər arasında fərq olduğunu bildirərək, təkrar ekspertiza keçirilməsi barədə vəsatət vermişlər.

20. Cavabdeh3 iddiaya etiraz edib. Etirazın dəlilləri: - Lənkəran rayonu, Osaküçə kəndində ailəsi ilə birlikdə yaşayır. Onun yaşayış evi olmadığına görə yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması barədə Osaküçə bələdiyyəsinə müraciət etmiş və Osaküçə bələdiyyəsinin sədri Tərbiyə Cavadova ona torpaq sahəsi göstərərək istifadə etməsini, sənədləşdirmənin isə sonradan aparılacağını bildirmişdir. Ona görə də o, göstərilən sahədə ev tikməyə başlamışdır; - lakin sonradan həmin torpaq sahəsi ilə əlaqəd ar mübahisə yarandığından tikintini yarımçıq saxlamışdır. İstifadə etdiyi torpaq sahəsi iddiaçıların torpaq sahələrinə gedişgəliş üçün nəzərdə tutulan torpaq sahəsi deyil. İddiaçıların torpaq sahəsinə gedən yol başqa yerdə yerləşir. Bu, öz təsdiqini məhkəmə ekspertizasının 01 oktyabr 2019-cu il tarixli 23717 saylı rəyində də öz təsdiqini tapmışdır.

21. Cavabdeh1 da iddiaya etiraz edib. Etirazın dəlilləri: - Lənkəran rayonu, Osaküçə kəndində ailəsi ilə birlikdə yaşayır. Onun torpaq sahəsi olmadığına görə torpaq sahəsinin ayrılması barədə Osaküçə bələdiyyəsinə müraciət etmiş və Osaküçə bələdiyyəsinin sədri Tərbiyə Cavadova ona iddiaçıların torpaq sahəsinin qonşuluğunda torpaq sahəsi göstərərək istifadə etməsini, sənədləşdirmənin isə sonradan aparılacağını bildirmişdir. Buna görə də o, göstər ilən sahənin kənarlarına ağac payalar basdıraraq hasara almışdır; - onun istifadəsində olan torpaq sahəsinin iddiaçıların torpaq sahəsinə heç bir aidiyyatı yoxdur.

22. Üçüncü şəxs Osaküçə bələdiyyəsinin Nümayəndəsi (sədri) X6 iddia tələbi ilə bağlı bildirib ki, Osaküçə kənd sakinləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona müraciət edərək ev tikmək və həyətyanı sahə üçün torpaq sahələrinin ayrılmasını xahiş etmişlər. O, da bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən onların hər birinə ayrılıqda torpaq sahələri göstərərək gələcəkdə sənədləşdirmə işlərinin aparılacağını bildirmişdir. Lakin sonradan sənədləşdirmə aparmaq mümkün olmamışdır. Onun tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ayrılmış torpaq sahələri bələdiyyənin mülkiyyətinə aid olan torpaq sahələridir və iddiaçıların torpaq sahəsinə heç bir aidiyyatı yoxdur.

23. Lənkəran Rayon Məhkəməsinin 2(049)-55/2020 nömrəli, 10 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Lənkəran rayon AİK-nın 15 aprel 1998-ci il tarixli 07 saylı qərarı ilə JN-480 KOD-80216018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Lənkəran rayonu, Osaküçə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X10, İddiaçı1 və digər ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1.00 ha paybəlli torpaq sahəsinin, Lənkəran rayon AİK-nın 15 aprel 1998-ci il tarixli 07 saylı qərarı ilə JN-481 KOD-80216018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Lənkəran rayonu, Osaküçə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X2 mülkiyyətinə verilmiş 0.11 ha paybəlli torpaq sahəsinin, Lənkə ran rayon AİKnın 15 aprel 1998-ci il tarixli 07 saylı qərarı ilə JN-482 KOD-80216018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Lənkəran rayonu, Osaküçə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X5 mülkiyyətinə verilmiş 0.11 ha paybəlli torpaq sahəsinin, Lənkəran rayon AİK-nın 15 aprel 1998-ci il tarixli 07 saylı qərarı ilə JN483 KOD-80216018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Lənkəran rayonu, Osaküçə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X11 və digər 3 ailə üzvünün birgə mülkiyyətinə verilmiş torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolda Cavabdeh3 tərəfindən inşa edilmiş qanunsuz tikilinin (fərdi yaşayış evi) Cavabdeh3 vəsaiti hesabına sökülməsi, Cavabdeh1 iddiaçılar İddiaçı1 Yaqub qızına, X9, X7 və X8 məxsus torpaq sahələrindən və yolun ümumi gediş-gəliş yolu kimi nəzərdə tutulmuş 0.15 ha torpaq sahəsi hissəsindən çıxarılması, həmin torpaq sahəsi ətrafına çəkilmiş ağac dirəklər və tikanlı məftillərin Cavabdeh1 vəsaiti hesabına sökülməklə yol və torpaq sahələrinin əvvəlki vəziyyətinə qaytarılması, iddiaçıların öz mülkiyyətlərində olan torpaq sahələrindən istifadə etmələrinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və onların qanunsuz hərəkətlərinə son qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsiqət edilmişdir. (hakim Mütəllim İsayev)

24. Məhkəmə toplanmış sübutlara, o cümlədən ekspert rəyinə hüquqi qiymət verərək müəyyən etmişdir ki, Cavabdeh3 iddiaçılara məxsus torpaq sahəsinə gedən yolu qanunsuz olaraq zəbt edərək üzərind ə fərdi yaşayış evi inşa edərək onun inşa etdiyi tikili iddiaçıların torpaq sahələrinə gedən yolun üzərində olduğu üçün sərbəst şəkildə daxil olmağa və oradan istifadə etməyə mane olur, Cavabdeh1 isə İddiaçı1 Yaqub qızına, X9, Adıgözəlov Nahid Əbdül oğluna və Adıgözəlov Cavid Əbdül oğluna məxsus torpaq sahəsinin 0.15 ha torpaq sahələrini və yolun ümumi gediş-gəliş yolu kimi nəzərdə tutulmuş hissəsini qanunsuz olaraq zəbt edərək ağac dirəklər və tikanlı məftillərlə hasara almışdır.

25. Birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, iddia qismən təmin edilməlidir.

26. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 180.1, 180.4, 239 və Torpaq Məcəlləsinin 111-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiy a instansiyası məhkəməsindəki icraat

27. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ayrı ayrılıqda apellyasiya şikayətləri verib qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş ediblər.

28. Apellyasiya şikayətləri belə əsaslandırılıb ki, qətnamə məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, hakim ətraflı araşdırma aparmamışdır. Belə ki, iş üzrə 3 dəfə ekspertiza keçirilmiş, məhkəmə əvvəlki ekspert rəyləri ilə ziddiyyət təşkil edən sonuncu ekspert rəyini əsas götürərək mübahisəni həll etmişdir.

29. Cavabdehlər apellyasiya baxışında iş üzrə təkrar ekspertiza təyin edilməsi barədə vəsatət vermiş, apellyasiya instansiyası məhkəməsi mütəxəssis rəyinə əlavə edilmiş sxemin təqdim edilməsinədək vəsatəti baxılmamış saxlamışdır.

30. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(106)-487/2021 nömrəli, 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(049)-55/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İsmayıl Əhmədov (sədrlik edən və məruzəçi), Tale Kərimov, Tofiq Heydərov)

31. Apellyasiya instansiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə keçirilmiş sonuncu tikinti texniki ekspertizanın rəyini əsas götürməsi düzgün olmuşdur. Belə ki, bu ekspert rəyinin təyin edilməsi zamanı məhkəmə ekspertiza təyin edilməsi barədə qərardadda əvvəlki ekspertiza rəyləri ilə razılaşmamasının səbəblərini göstərmiş, bu səbəblər aradan qaldırılmaqla ekspertizanın keçirilməsi üçün ekspertlərin üzərinə vəzifələr qoymuş, rəyin hazırlanması zamanı mü xtəlif ekspert idarələrinin mütəxəssisləri iştirak etmişlər.

32. Apellyasiya instansiyası işin müəyyən edilmiş hallarına əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edib ki, iddianı qismən təmin edərkən birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, iş üzrə gəlinən nəticə işin faktiki hallarına uyğun olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

33. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ayrı-ayrılıqda (Vəkil) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianını rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər.

34. Kassasiya şikayətlərinin dəlilləri: - birinci instansiya məhkəməsi tərəfindən 3 də fə ekspertiza keçirilmiş və birinci iki ekspertiza rəyi ilə iddiaçıların iddia etdikləri öz təsdiqini tapmamışdır. Hər dəfə də iddiaçılar və onların vəkili ekspertiza rəyi il razı olmayaraq təkrar ekspertiza keçirilməsi barədə vəsatət vermişlər və hər dəfə də məhkəmə onların vəsatətlərini təmin edərək ekspertiza təyin etmişdir; - sonuncu ekspertiza rəyi ilə isə razı olmayan cavabdehlər təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatət versələr də məhkəmə onların vəsatətini qəbul etməkdən belə imtina etmişdir. İddiaçılar ekspertiazının rəyi ilə razı olmayanda məhkəmə onların təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatətlərini təmin edib, təkrar ekspertizanın keçirilməsi barədə qərardad qəbul edir, cavabdehlər isə ekspertizanın rəyi ilə razı olmayanda təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatət verəndə məhkəmə onların vəsatətini qəbul etməkdən belə imtina edir; - apellyasiya məhkəməsi qətnamədə göstərib ki, birinci instansiya məhkəməsinin iş üzrə keçirilmiş sonuncu tikinti texniki ekspertizanın rəyini əsas götürməsi düzgün olmuşdur. Belə ki, bu ekspert rəyinin təyin edilməsi zamanı məhkəmə ekspertiza təyin edilməsi barədə qərardadda əvvəlki ekspertiza rəyləri ilə razılaşmamasının səbəblərini göstərmiş, bu səbəblər aradan qaldırılmaqla ekspertizanın keçirilməsi üçün ekspertlərin üzərinə vəzifələr qoymuş, rəyin hazırlanması zamanı müxtəlif ekspert idarələrinin mütəxəssisləri iştirak etmişlər.Apellyasiya məhkəməsinin istinad etdiyi bu hal da düzgün deyil. Çünki birinci instansiya məhkəməsi ekspertlər qarşısında eyni suallar qoymuşdur. b) Kassasiya şikayətinə qarşı yazı lı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

36. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.

37. İddiaçılar X14, vəkil Qasımov Zaur Ərəstun oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdilər.

38. İddiaçı X15 vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qoru nan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Torpaq Məcəlləsi Maddə111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilm əsi) qanunla qadağan olunur. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirili r. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı ins tansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

40. Hazırkı kassasiya şikayətində cavabdehlər apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarının düzgün hesab etmir.

42. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27 aprel 2020-ci il tarixli ekspert rəyi ilə əsaslandırsa da, həmin rəyi Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirməmişdir.

43. İşdən görünür ki, birinci instansiya məhkəməsi iş üzrə üç dəfə ekspertiza təyin etmiş, ilk iki ekspertiza rəyi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi əsas götürülməklə verilmiş və iddiaçıların istinad etdikləri hal həmin rəylərlə təsdiq edilməmişdir. Sonuncu rəy isə "xxxx" MMC-nin əməkdaşlarının mütəxəssis rəyi əsasında verilməklə iddiaçıların istinad etdikləri hal qismən təsdiqini tapmışdır.

44. Qanunvericiliyin tələbinə görə ekspert rəyi də başqa sübutlar kimi məhkəmə üçün məcburi deyildir və həmin rəylər sübutlara qiymət verilməsi ilə bağlı ümumi qaydalar əsasında qiymətləndiriməlidir. (MPM, maddə 103.1)

45. İş üzrə üç ekspert rəyi olsa da, qeyd edildiyi kimi birinci instans iya Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27 aprel 2020-cil tarixli ekspert rəyini əsas götürüb, lakin nəyə görə əvvəlki ekspert rəylərini qəbul etməyib, sonuncu rəyə daha mötəbər sübut kimi istinad etməsini qətnamədə əsaslandırmayıb.

46. Cavabdehlər apellyasiya şikayətində ziddiyyətli ekspert rəylərinin olmasını dəlil kimi irəli sürüb, bununla bağlı təkrar ekspertiza keçirilməsi barədə vəsatət versələr də, apellyasiya məhkəməsi cavabdehlərin həmin dəlilinə qiymət verməmişdir. 24 iyun 2021-ci il tarixli məhkəmə iclasının protokolunda qeyd edilib ki, apellyasiya məhkəməsi cavabdehlərin ekspertiza barədə vəsatəti ilə bağlı müşavirə otağına getmiş, müşavirədən qayıdaraq qərardadı elan etmişdir. Lakin vəsatətlə bağlı hər hansı qərar qəbul edilməsi barədə nə ayrıca məhkəmə aktının qə bul edilməsi, nə də vəsatətin protokol qaydasında hansı formada həll edilməsi, rədd edilibsə, nəyə görə rədd edilməsi işdən görünmür.

47. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.

48. Cavabdehlərin apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əks ini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)

49. Göründüyü kimi, birinci instansiya məhkəməsi ziddiyyətli ekspert rəyinə istinad etməklə iddianı təmin etmiş, apellyasiya məhkəməsi də cavabdehlərin dəlillərinə qiymət verməmiş, qətnaməni dəyişdirmədən saxlamaqla səhv yol vermişdir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmə nin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

51. Qeyd edilən hallar göstərir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr, o cümlədən apellyasiya məhkəməsi ekspert rəyinə formal yanaşmış, rəyi MPM-in 88 və 103.1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun qiymətləndirməmişlərr.

52. Apellyasiya instansiyası məhkəməsinin rəylə bağlı hazırki qərarın 31-ci bəndində əks edilən mövqeyinə gəldikdə, bu mövqe ekspert rəyinin qiymətləndiriməsi baxımından əsaslı sayıla bilməz. Çünki əvvəla, birinci instansiya məhkəməsi nəyə görə sonuncu rəyə istinad etməsini qətnamədə əsaslandırmadığı halda, apellyasiya məh kəməsinin bunu özünün təxmin etdiyi ehtimallarla əsaslandırması düzgün deyil. Bundan əlavə, ekspert rəyi onda əks edilən tədqiqat prosesi, bu prosesin yekunu olaraq gəlinən nəticənin araşdırılması yolu ilə qiymətləndirilir.

53. Buna görə məhkəmələrin sonuncu ekspert rəyinə istinad etmələrinin və bununla da gəlinən nəticənin əsaslılığına məhkəmə kollegiyası qiymət verə bilmir.

54. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan f aktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 56. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

57. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsələrdindən biri də odur ki, mübahisə tərəfi mübahisənin hə lli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır.

58. Bu baxımdan, tətbiq edilən maddi hüquq normaları da işin müəyyən edilmiş hallarına uyğun olmamışdır. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq həm vindikasiya, həm də neqator (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi, maneələrin aradan qaldırılması) tələbidir. Bu iddiaların təmin olunmasının da əsas şərti mülkiyyətdə olan əmlakın digər şəxsin qanunsuz sahibliyində olması, mülkiyyətdən istifadəyə maneələrin törədilməsi halının müəyyən edilməsindən asılıdır.

59. Ha zırki işdə isə iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin və bu sahələrə gedən yolun cavabdehlərin istifadə etməsi halı sübutların düzgün qiymətləndirilməsi ilə müəyyən edilib, belə olan halda mülkiyyətin müdafiəsi ilə bağlı maddi hüquq normaları da düzgün tətbiq edilmiş hesab edilə bilməz.

60. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, cavabdehlərin dəlilləri ilə bağlı zəruri prosessual tədbirlər gör məli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

61. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kassasiya şikayətləri qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-487/2021 nömrəli, 24 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar