Məhkəmə qərarları › İş №2(102)-1580/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1580/2020

11.03.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1580/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)2750/2019 saylı qətnaməsindən ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.H.Məmmədov, iş № 2(033)-629/2019) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, torpaq sahəsinin mülkiyyətə verilməsi və ya pulun qaytarılması tələbinə dair ilk, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı torpaq sahəsindən məcburi çıxarılma, vəsiyyətnamənin etibarsız hesab edilməsi və əldən çıxmış faydanın ödənilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair iş üzrə ilk iddianın qismən təmin edilməsi, cavabdehiddiaçılar Cavabdeh2 və Cavabdeh1 iddiaçı tərəfindən çəkilmiş xərc məbləği olan 10.575 manat alınaraq iddiaçı-cavabdeh İddiaçı verilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, iddiaçı-cavabdeh İddiaçı seriya RX № ******* saylı daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında cavabdeh-iddiaçı Cavabdeh2 və seriya RX № ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında cavabdeh-iddiaçı Cavabdeh1 mülkiyyətinə verilmiş Zaqa tala rayonu, Əliabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən məcburi qaydada çıxarılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət оlunmuşdur. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.F.Quliyev, Ə.T.Məcidov və M.A.Əsədli) Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münаsibətdə dəyişdirilmədən, оnların apellyasiya şikayəti isə təmin edilmədən sаxlаnılmışdır. İlk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşə kassasiya qaydasında baxılarkən Cavabdeh1 və Cavabdeh2 məhkəməyə kassasiya şikayətindən imtina edilməsi barədə ərizə ünvanlayaraq kassasiya icraatına xitam verilməsini xahiş etmişlər. İddiaçı işin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq kollegiyanın iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, Cavabdeh1 və Cavabdeh2 məhkəməyə təqdim etdikləri ərizəni araşdıraraq hesab edir ki, kassasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 410-cu maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. (410.1) Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayə tindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. (410.2) Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. (410.3) Göstərilən Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 410-cu maddəsini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İlk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətindən imtina təsdiq edilsin və kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar