Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1581/2019 26.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakim K.Süleymanov, iş № 2(054)-xx/18) Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “ev1, Ağdam rayon Texnika Birliyində və Oğ uz rayon “ev2işləməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi qismən təmin olunaraq, ərizəçi Ərizəçi xx xx 1970-ci il tarixdən xx xxx 1973-cü il tarixədək ev1, 1975-ci il tarixdən xx xx 1993-cü il tarixədək Ağdam rayon Texnika Birliyində və 1993-1997-ci illərdə Oğuz rayon “ev2 işləməsi faktı müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Quliyev-sədrlik edən və məruzəçi, Ə.Məcidov və M.Əsədli, iş № 2(107)-xx/18) maraqlı tərəf Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi maraqlı tərəf Maraqlı şəxsnə münаsibətdə dəyişdirilmədən sаxlаnılmışdır. Maraqlı tərəf Maraqlı şəxs kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının iş üzrə xx xx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xx1969-cu il tarixdən xx xx 1973-cü il tarixədək ev1, 1975-ci il tarixdən xx xx 1993-cü il tarixədək Ağdam rayon Texnika Birliyində və 1993-1997-ci illərdə Oğuz rayon “ev2 işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmı şdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ciil tarixli qətnaməsi ləğv olunmalı və iş yeni apellyasiya baxışına göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xx 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə görə kassasiya və apellyasiya instansiyası məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş üzrə kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş olsa da, apellyasiya instansiyası məhkəməsi bu dəlillər üzrə heç bir araşdırma aparmamış və onlara qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçini n hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır: - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır; - ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri ba şqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar: - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar; - hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. İşdən göründüyü kimi, ərizəçinin tələbi xx xx1969-cu il tarixdən xx xx 1973-cü il tarixədək ev1, 1975-ci il tarixdən xx xx 1993-cü il tarixədək Ağdam rayon Texnika Birliyində və 1993-1997-ci illərdə Oğuz rayon “ev2işləməsi faktının müəyyən edilməsindən ibarətdir. Qətnamənin məzmunundan göründüyü kimi, məhkəmə bu faktı müəyyən edərkən ərizəçinin izahatına və şahidlərin ifadələrinə əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin 12-ci vərəqində olan məktubdan görünür ki, ərizəçi bundan əvvəl yaşa görə əmək pensiyası təyin olunması barədə Dövlət Sosial Müdafiə Fondunun Oğuz rayon şöbəsinə müraciət etmiş, lakin qanunvericiliklə müəyyən olunmuş qaydada iş stajı və əmək kitabçası olmadığından ərizəsi təmin olunmamışdır. İş materiallarından ərizəçinin Dövlət Sosial Müdafiə Fondunun Oğuz rayon şöbəsinin bu hərəkətini inzibati qaydada mübahisələndirib-mübahisələndirmədiyi görünmür. Halbuki, ərizəçi inzibati orqanın hərəkətini (hərəkətsizliyini) mübahisələndirmək hüququna malikdir. Nəzərə alınmalıdır ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi tələbə uyğun gələn qanuni əsasın tapılmasından və ərizəçinin məhkəməyə bildirdiyi faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya f aktiki hallar tapılan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin sübutların qiymətləndirilməsinə dair mövqeyini əsaslı saymayaraq hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən təqdim olunan sübutlar (şahid ifadələri) əsasında Ərizəçi ərizəsinin təmin olunması üçün qanunda göstərilən dispozitiv şərtlərin mövcud olubolmaması bir daha yoxlanılmalı və qiymət verilməlidir. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, kassasi ya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli, 2(107)-xx/18 saylı qətnaməsi ləğv edilsin, iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi A.İsgəndərov
Məhkəmə qərarları › İş №2(102)-1581/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1581/2019
26.02.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver