Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1581/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, cavabdehin vəkili İsmayılov Azər Həşim oğunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 24 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 mart 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli, 2(033)-439/2019 saylı qətnaməsi ilə (hakim E.Məmmədo v) iddia qismən təmin edilmiş, cavabdeh x2 Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1.00 ha torpaq sahəsində 140 topa fındığın hazırki vəziyyətinə gətirilməsi ilə bağlı çəkilmiş xərcin məbləği olan 13572 (on üç min beş yüz yetmiş iki) manat alınaraq iddiaçı x1na verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 24 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.Məlikov (sədrlik edən, məruzəçi), E.Hüseynov və A.Mahmudov, 2(107)2780/2019 saylı mülki iş) hazırki iş üzrə iş üzrə Zaqatala Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli, 2(033)-439/2019 saylı qətnaməsi qismən-cavabdeh x2 Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1.00 ha torpaq sahəsində 140 topa fındığın hazırki vəziyyətə gətirilməsi ilə bağlı çəkilmiş xərc məbləği olan 13672 (on üç min altı yüz yetmiş iki) manat alınaraq iddiaçı x1na verilməsi hissində ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, cavabdeh x2 Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1.00 ha torpaq sahəsinə görə 4000 manat, 140 topa fındığın hazırki vəziyyətə gətirilməsi ilə bağlı çəkilmiş xərcə görə 8672 manat-ümumilikdə 12672 manat alınaraq iddiaçı x1na verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları İddiaçı x1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh x2 qarşı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, torpaq sahəsinin mülkiyyətə verilməsi və ya 24000 manat pulun cavabdehdən alınaraq ona verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İ ş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili İsmayılov Azər Həşim oğu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iş tirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən aparılmış qiymətləndirmə nəticəsində 1 ha boş torpaq sahəsinin orta bazar qiymətyi 3-5 min manat arası müəyyən edilmişdir. Bu isə orta hesabla 4000 manat təşkil edir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Zaqatala Rayon Aqrar İ nkişaf Mərkəzi tərəfindən verilmiş rəyi ilə 140 ədəd fındıq kolunun qiyməti 11400 manat təşkil etdiyini göstərsə də, tərəflər 140 ədəd fındıq kollarına çəkilən xərcin 8672 manat olması barədə razılığa gəlmişlər. Ona görə də məhkəmə kollegiyası fındıq kollarına çəkilən xərcin müəyyən edilməsini zəruri saymamışdır. Apellyasiya instansiyası məhkəməsi işin hallarına, tərəfələrin izahatlarına qiymət verərək belə bir nəticəyə gəlmişdir ki, topağa çəkilən 4000 (dörd min) manat və fındıq kollarına çəkilən 8672 (səkkiz min altı yüz yetmiş iki) manat pul cavabdeh x2 tutularaq iddiaçı x1na verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh x2nın kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 24 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1581/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1581/2020
18.03.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver