Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1581/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar X11, X9 və X4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar X11, X9 və X4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-813/2022 nömrəli, 12 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı X11 tərəfindən verilmiş kassasiya şikayətinə 18 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Xanlar rayon Aqrar islahat Komissiyasının 21 iyun 2002-ci il tarixli, 04 saylı qərarı ilə Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.43 ha torpaq sahəsi X5 və X2 mülkiyyətinə verilmişdir. 2. 0.43 ha torpaq sahəsinin 0.22 ha hissəsi X10 tərəfindən xx.xx.2006-cı il tarixli alqısatqı müqaviləsinə əsasən Cavabdeh1, 0.055 ha hissəsi xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X12 tərəfindən Cavabdeh1, 0.155 ha hissəsi isə xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X12 tərəfindən Cavabdeh2 satılmışdır.
3. Tahir və Cavabdeh2ların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adlarına müvafiq çıxarışlar verilmişdir.
4. Torpağa mülkiyyət hüququna dair JN-0078 №-li dövlət aktına əsasən iddiaçı X12 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.64 ha torpaq sahəsi cavabdehlərin mülkiyyətində olan torpaq sahələri ilə qonşuluqda yerləşir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı X11 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, Göygöl rayon Aqrar İslahat Komissiyasının 21 iyun 2002-ci il tarixli, 04 nömrəli qərarına əsasən ona və ailə üzvlərinə verilmiş Göygöl rayonu, Qızılqaya kəndi ərazisində yerləşən 0,64 ha torpaq sahəsindən cavabdehlərin zəbt olunmuş 0,16 ha torpaq sahəsindən çıxarılmaları, zəbt edilmiş torpaq sahəsində 68 metr məsafədə qanunsuz tikintisi aparılm ış barının sökülməsi və ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbinin dəqiqləşdirlməsinə dair ərizə verilmiş və iddiaçılar qismində X11, X9 və X4 tanınması, eləcə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilmiş 0,16 ha torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi və çıxarılmaları, zəbt edilmiş torpaq sahəsində 68 metr məsafədə qanunsuz çəkilmiş barının sökülməsi və ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir.
7. Göygöl Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(066)-03/2021 nömrəli (hakim Q.Abbasov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Göygöl rayon Aqrar İslahat Komissiyasının 21 iyun 2002-ci il tarixli, 04 nömrəli qərarına əsasən Göygöl rayonu, Qızılqaya qəsəbəsi ərazisindən iddiaçılar X7, X6 və X4 mülkiyyətlərinə verilmiş 0,64 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmuş 0,16 ha hissəsindən cavabdehlərin çıxarılması və zəbt edilmiş torpaq sahəsində 68 metr məsafədə qanunsuz tikintisi aparılmış barının cavabdehlərin öz vəsaiti hesabına sökülməsi, iddia üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı X8 ödənilməsi, iş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatının 100 (bir yüz) manat ekpertiza xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************* *, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına ödənilməsi; İş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatının 95 (doxsan beş) manat ekpertiza xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin KOD 200071 VOEN (bank) **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT:AİİBAZ2X, Kadastr və Yerqruluşu Layihə- Tədqiqat Mərkəzi MMC VOEN: **********, AZ23AİİB******************** nömrəli hesabına ödənilməsi qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, toplanmış sübutlardan və iş materiallarından görünür ki, Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0,64 ha torpaq sahəsi iddiaçılar X7, X6 və X4 qanuni əsaslarla mülkiyyətindədir. Cavabdehlər qeyd edilən torpaq sahəsinin 0.16 ha hissəsini zəbt etmişlər.
9. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, Göygöl rayon Aqrar İslahat Komissiyasının 21 iyun 2002-ci il tarixli, 04 saylı qərarına əsasən Göygöl rayonu, Qızılqaya qəsəbəsi ərazisində iddiaçıların mülkiyyətinə verilmiş 0,64 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmuş 0,16 ha hissəsində inşa edilmiş bütün növ tikililər sökülməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152, 157 və 180-ci maddələrinə, eləcə də Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111 və 112-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1,119.1, 124.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
12. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərinin pozaraq qətnamə çıxartmışdır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən notarial qaydada alqısatqı müqaviləsi bağlanmış və aldıqları torpaq sahəsinin dəyərini iddiaçıya ödəmişlər. 0,43 ha torpaq sahəsi hazırda mülkiyyətlərindədir və buna dair çıxarış tərtib olunmuşdur. Ekspert qarşısında düzgün suallar qoyulmamış və cavabdehlərin faktiki istifadəsində nə qədər torpaq sahəsinin olması araşdırılmamışdır
13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – R.Ş.Muradov (sədrlik edən və məruzəçi), Ə.İ.Məmmədov və F.Ə.Mehtiyev) 2(104)-813/2022 nömrəli, 12 dekabr 2022-ci il tarixli qətnaməsi ilə Göygöl Rayon Məhkəməsinin 15 sentyabr 2021ci il tarixli 2(066)-03/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçılar X11, X9 və X4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddiasının rədd edilməsi və aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (100+50=150) manatın iddiaçılar X11, X9 və X3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına, mütəxəssis rəyinin verilməsi üçün çəkilən 85,20 manat xərc isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin KOD 200071 VOEN (bank) **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT:AİİBAZ2X, Kadastr və Yerqruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VOEN: **********, AZ23AİİB******************** nömrəli hesabına ödənilməsi qət edilmişdir.
14. Apellyasiya icraatı zamanı tərəflərin, eləcə də ekspert İsa Eyvazzadə və mütəxəssis Sevindik Həsənovun iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, cavabdehlərə satılan 0,43 ha torpaq sahəsində iki fərdi yaşayış evi var. Torpaq sahəsi dörd tərəfdən b ütövlükdə mişar daşı ilə hasara alınmışdır. Cavabdeh2 bildirmişdir ki, fərdi yaşayış evinin biri ona, digəri isə qardaşı Tahirə məxsusdur. Qardaş olduqlarından mülkiyyətlərində olan torpaq sahəsinin sərhədlərini müəyyən edərək ayırmamışlar. İddiaçı Yəhya Quliyev də öz növbəsində bildirmişdir ki, baxış keçirilən torpaq sahəsi atası Cəlal tərəfindən (0,22 ha) və onun tərəfindən satılan (0,055 və 0,155 ha) torpaqdır, onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,64 ha torpaq sahəsinin 0,16 ha hissəsi də cavabdehlər tərəfindən istifadə olunur.
15. Həmçinin müəyyən olunmuşdur ki, Tahir və Cavabdeh2ların inşa etdikləri tikililər iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,64 ha torpaq sahəsinin sərhədləri daxilində deyil, həmin ərazidə ümumi istifadədə olan yol tərəfdə inşa olunm uşdur. Cavabdeh2 və qardaşı Cavabdeh1 almış olduqları (hər birinə ayrı-ayrılıqda məxsus olan) 0,43 ha torpaq sahəsini bütövlükdə hasara alsalar da, lakin daxildən öz aralarında torpağa (tikililərin altında olan torpaq istisna olmaqla) sərhəd müəyyən etmədən istifadə edirlər. Cavabdehlərin inşa etdikləri tikililər iddiaçıların mülkiyyətində olan torpaq sahəsində deyil, onlara satılmış 0,43 ha torpaq sahəsinin hüdudları daxilində inşa olunmuşdur.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 satılmış 0,22 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış mövcud olduğu halda, plan və ölçü sənədi tərtib edilməməsi səbəbindən 0,22 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmaması əsası ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə v erilmiş 0,64 ha torpaq sahəsinin 0,195 ha hissəsinin Cavabdeh1 tərəfindən istifadə olunması hissəsində ekspert rəyi sübut kimi qəbul edilə bilməz. Belə ki, mübahisəli əraziyə baxış keçirilərkən də iddiaçı Yəhya Quliyev bildirmişdir ki, atası X15 Hüseynova satdığı 0,22 ha torpaq sahəsi də baxış mübahisələndirdiyi ərazi daxilindədir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29cu maddələrinə, Mülki Məcəllənin 152.1, 157.4, 158.4, 238.1-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, əlavə tikinti-texniki ekspertiza aparılması və işə mahiyyəti üzrə yeni dən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi işə baxılarkən kifayət qədər sübutlarını, eləcə də işə əlavə edilmiş mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpspertiza Mərkəzinin tikintitexniki ekspertlərinin xx.xx.2021-ci il tarixli, 10/2054 nömrəli ekspert rəyi olmasına baxmayaraq məhkəmə qətnamə çıxararkən yalnışlığa yol vermiş, iş materiallarında toplanan sübutların, mütəxəssis rəyinin və ekspertiza rəyini nəzərə almadan cavabdehlərin apellyasiya şikayətlərini təmin edərək, öz mülahizəsinə əsasən işin faktiki hallarına uyğun olmayan qanunsuz qətnamə çıxartmışdır. Apellyasiya instansiya məhkəməsi iş üzrə obyektiv, hərtərəfli araşdırma aparmamış, natamam halların aradan qaldırılması üçün əlavə ekspertiza keçirilməsini həyata keçirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 22. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxsləri n sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
24. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
25. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əm lakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
26. Maddə 111.Hissə İ. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
27. Maddə
111. Hissə İİ. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normal arına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətind ən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə tərkibi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
40. İşin müəyyən olunmuş hallarından görünür ki, 0.43 ha torpaq sahəsinin 0.22 h a və 0.055 ha hissəsi Cavabdeh1, 0.155 ha hissəsi isə Cavabdeh2 notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında satılmış və sonuncuların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adlarına müvafiq çıxarışlar verilmişdir.
41. Həmçinin işin halları ilə müəyyən edilir ki, iddiaçıya və onun valideynlərinə məxsus torpaq sahələri alqı-satqı müqavilələri əsasında cavabdehlərə satıldıqdan sonra ümumi sahəsi 043 ha. olan həmin torpaq sahəsini naturada iddiaçı müəyyən edərək cavabdehlərə vermiş, və bu zaman faktiki olaraq alqı-satqı müqavilələrinin predmetini təşkil edən torpaq sahələrini deyil, özünə və ailə üzvlərinə aid torpaq sahəsini cavabdehlərin faktiki istifadəsinə vermişdir.
42. Cavabdehlər iddiaçının bu hərəkətinə güvənməklə mülkiyyətləri hesab etdik ləri torpaq sahəsində hazırda sökülməsi tələb edilən tikililəri inşa etmişlər və onların istifadə etdikləri torpaq sahəsi ölçülərinə görə alqı-satqı müqavilələri ilə satılmış sahədən 0.0050 ha azdır.
43. Bu hal da onu təsbit edir ki, cavabdehlər alqı-satqı müqavilələri ilə onlara satılmış torpaq sahəsindən artıq torpaq sahəsindən istifadə etmirlər.
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2.-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
45. Həmin Məcəllənin 560.3.4.-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.
46. Göstərilən əsaslara görə məhkəmə kollegiyası iddiaçıların verdiyi iddianı hüquqdan sui- istifadə kimi qiymətləndirməklə hesab edir ki, verilən kassasiya şikayəti təmin edilməməlidir.
47. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması iddiaçıların müvafiq məbləğdə kompensasiya ödəməklə onların torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılması tələbinə dair iddianın verilməsini və əsaslar olduqda bu iddianın təmin edilməsini istisna etmir.
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-813/2022 nömrəli, 12 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanı