Məhkəmə qərarları › İş №2(102)-1582/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1582/2019

04.03.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1582/2019 04.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1582/2019 04 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçılar İddiaçı3, İddiaçı6, Cavabdeh, onun vəkili Məcidli Elşən Seyidəli oğlu və nümayəndəsi X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.09.2018-ci il tarixli, 2(107)-1843/2018 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Göyç ay Rayon Məhkəməsinin (hakim Z.Quliyev) 24 avqust 2017-ci il tarixli, 2(046)1696/2017 nömrəli qətnaməsi ilə ilkin iddia tələbi təmin olunmuş, İddiaçı3, İddiaçı5, İddiaçı4, İddiaçı7, İddiaçı6, İddiaçı1 Əlisurət qızı və İddiaçı2 birgə mülkiyyətində olan Göyçay rayonu Cəyirli kəndində yerləşən 1,48 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinə Cavabdeh girişinə qadağa qoyulması, Cavabdeh iddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı4, İddiaçı7, İddiaçı6, İddiaçı1 Əlisurət qızı və İddiaçı2 qarşı “iddiaçılardan onlara məxsus torpağa uzun illər aqrotexniki xidmət göstərib münbitləşdirərək orada əkib becərdiyi 508 ədəd xurma ağacına görə hər birinə 200 manat olmaqla cəmi 101.600 manat pulun tutularaq ona ödənilməsi tələbinə dair” qarşılıqlı iddiasının rəd d olunması qət edilmişdir. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyаsının (hakimlər Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) 27 noyabr 2017-ci il tarixli, 2(107)-2449/2017 saylı qətnаməsi ilə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Göyçay Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin Mülki Kollegiyаsının (hakimlər A.K.Kalbalıyev, V.Ə.İbayev və Ə.Ə.Əliyev) 04 may 2018-ci il tarixli, 2(102)-3033/2018 saylı qərarı ilə kаssаsiyа şikаyəti qismən təmin edilmiş, Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyаsının 27 noyabr 2017ci il tarixli qətnаməsi qarşılıqlı iddianın rədd edilməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilərək iş yeni apellyаsiyа baxışına qaytarıl mışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.M.Hüseynov, R.Ə.Əliyev və İ.H.Şükürov) 17.09.2018-ci il tarixli, 2(107)-1843/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Göyçay Rayon Məhkəməsinin 24 avqust 2017ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və onun vəkili Məcidli Elşən Seyidəli oğlu iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı4, İddiaçı7, İddiaçı6, İddiaçı1 Əlisurət qızı və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən onların birgə mülkiyyətinə verilmiş və Daşınmaz Əmlak ın Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışı ilə üzərində mülkiyyət hüquqları təsdiqlənmiş 1,48 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılaraq həmin sahəyə girişinə qadağa qoyulmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh ilkin iddia üzrə iddiaçılara İddiaçı3, İddiaçı5, İddiaçı4, İddiaçı7, İddiaçı6, İddiaçı1 Əlisurət qızı və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi verərək iddiaçıların qohum olduqları üçün səmimiyyətlərinə inanaraq onların mülkiyyətində olan 1,48 ha yararsız torpaq sahəsində uzun illər xeyli zəhmət və külli miqdarda vəsait sərf edərək əkib yetişdirdiyi 508 ədəd məhsuldar xurma ağaclarının hər birinin dəyəri 200 (iki yüz) manat olmaqla cəmi 101.600 (bir yüz bir min altı yüz) manat məbləğində qiymətləndirilməsi, iddiaçı lardan onlara məxsus torpağa uzun illər aqrotexniki xidmət göstərib münbitləşdirərək orada əkib becərdiyi 508 ədəd xurma ağacına görə hər birinə 200 manat olmaqla cəmi 101.600 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və onun vəkili Məcidli Elşən Seyidəli oğlu iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi mühüm hallara nəinki münasibət bildirməmiş, əksinə Azərbaycan R espublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 may 2018-ci il tarixli qərarında xüsusi olaraq vurğuladığı cavabdehin mübahisəli torpaq sahəsində 508 ədəd xurma ağacı əkməsi dəlilini, ağacların əkilibəkilmədiyini, sayını, yaşını, kim tərəfindən əkilib becərilməsini, aqrotexniki xidmətin kim tərəfindən göstərilməsini aydınlaşdırmadan yenidən qarşılıqlı iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni dəyişdirmədən saxlamaqla səhvə yol vermişdir. Cavabdehlər hələ 1998-ci ildə ona həmin ərazini istifadəyə tamamilə yarasız olduğunu və həmin torpağı yararlı vəziyyətə gətirmək və münbitləşdirmək üçün külli miqdarda vəsait tələb olunduğunu bildirərək heç vaxt istifadə etməyəcəklərini bildirmiş və həmin torpağı özləri ona vermişlər. O da aralarında yaxın qohumluq münasibəti olduğundan onların səmimiyyətinə inanmış və heç bir rəsmi sənədləşmə işi aparmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Məcidli Elşən Seyidəli oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Cavabdeh və nümayəndəsi X2 vəkilin dediklərinə uyğun izahat vermişdirlər. İddiaçılar İddiaçı3, İddiaçı6 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə işə onların izahatı alınmadan baxılmışdır. Digər iddiaçılar işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 17.09.2018-ci il tarixli qətnaməsi ilə iş üzrə Göyçay Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. İlk növbədə qeyd edilməlidir ki, Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin Mülki Kollegiyаsının hazırki iş üzrə 04 may 2018-ci il tarixli qərarı ilə Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyаsının 27 noyabr 2017-ci il tarixli qətnаməsinin qismən, yəni yalnız qarşılıqlı iddianın rədd edilməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilərək işin həmin hissədə yeni apellyаsiyа baxışına qaytarılması və qətnamənin qalan hissdədə dəyişdirilmədən saxlanılması qərara alınsa da, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 17.09.2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə qalmış ilkin iddia hissəsində təkrarən yoxlayaraq qüvvədə saxlamaqla prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi nin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 419.4-cü maddəsinə əsasən kassasiya instansiya məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə minir. Odur ki, Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Kollegiya qarşılıqlı iddia ilə bağlı məsələyə dair bildirir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin qanuni qüvvəsini almış hissəsində cavabdehin hazırda torpaq sahəsinə münasibətdə sahibliyini iddiaçının çıxmaqla bağlı tələbinə məhəl qoymayaraq qalması baxımından qanusuz kimi qiymətləndirsə d ə, qarşılıqlı iddiaya düzgün hüquqi qiymət vermək üçün cavabdehin 18 il ərzində iddiaçı tərəfin hər hansı etirazı olmadan həmin sahədən istifadə etməsinin əsaslarını aydınlaşdırmamışdır. Baxmayaraq ki, cavabdeh qarşılıqlı iddianın əsası olaraq həmin sahənin onun tərəfindən özbaşına şəkildə zəbt edilmədiyinə, əksinə iddiaçılar tərəfindən əvəzsiz qaydada istifadəsinə verildiyini qeyd etməklə, buna dair çoxsaylı sübutlara istinad etmişdir. Aşağı instansiya məhkəmələri isə nəinki bu dəlilə qiymət verməmişlər, həmin sübutları belə tədqiq etməmişlər. Halbuki, həmin halın müəyyən edilməsi hazırda apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddia ilə bağlı gəldiyi nəticədən tam şəkildə fərqlənən nəticəyə gəlinməsinə səbə ola bilər. Belə ki, sahənin özbaşına zəbti ilə onun mülkiyyətçiləri tərə findən əvəzsiz istifadəyə verilməsi əmlakın geri qaytarılması zamanı fərqli hüquqi nəticələrlə səciyyələnir. Azərbacan Respublikası Mülki Məcəlləsinin: 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər; 734.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir; 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əş yanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. 736.2-ci maddəsinə əsasən əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. 736.3-cü maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Göründüyü kimi, aşağı instansiya məhkəmələrinin istinad etdiyi 157.6-cı maddədən fərqli olaraq, tərəfin könüllü şəkildə əvəzsiz istifadəyə verdiyi sahədə edilmiş yaxşılaşdırılmaların aqibəti mülki qanunvericiliyin məhz özgə işlərin tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərinə uyğun müəyyənləşdirilməlidir. Həmçinin əvəzsiz istifadə müqaviləsinin şifahi qaydada bağlanmasını qadağan edən hər hansı norma nəzərdə tutulmamışdır. Bu baxımdan da edilən yaxşılaşdırılmaların (xurma ağaclarının əkilməsi, qulluğun edilməsi, torpağın münbitləşdirilməsi və s.) kimin tərəfindən edilməsi, habelə onların dəyərinin qiymətləndirilməsi mübahisənin həlli baxımından mühümdür. O da qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında bununla bağlı göstəriş verilsə də, apellyasiya instansiyası məhkəməsi Mülki Prosesual Məcəllənin 420-ci maddəsinə zidd olaraq, bu istiqamətdə hər hansı araşdırma aparmamışdır. Kassasiya kollegiyası xüsusi ilə vurğulayır ki, həmin yaxşılaşdırılmaların kimin tərəfindən edilməsi ilə bağlı araşdırmanın aparılması zamanı məhkəmə tərəfindən tərəflər arasında sübutetmə yükü də düzgün bölüşdürülməlidir. Belə ki, torpaq sahəsinin uzun illər ərzində cavabdehin istifadəsində olmasının müəyyən edildiyi halda həmin sahədə mövcud ağacların onun tərəfindən əkilməsini cavabdeh deyil, əksinə məhz iddiaçılar bu ağacların onlar tərəfindən əkilməsini sübut etməli olacaqlar. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin qarşılıqlı iddiasının əsasını, habelə apellyasiya şikayətinin həmin sahənin onun tərəfindən qanunsuz şəkildə zəbt edilməyərək, məhz əvəzsiz istifadəsinə verilməsi ilə bağlı dəlillərə qiymət vermədiyindən mübahisəyə səhvən Mülki Məcəllənin 157. 6-cı maddəsini tətbiq etmişdir. Beləliklə, kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı hesab edərək, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və qarşılıqlı iddianın rədd edilməsi hissəsində yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilsi n. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.09.2018-ci il tarixli, 2(107)1843/2018 nömrəli qətnaməsi ləğv edilsin, qarşılıqlı iddianın rədd edilməsi hissəsində yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Hacıyev hakimi Sənan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar