Məhkəmə qərarları › İş №2(102)-1582/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1582/2020

10.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1582/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh vəkili X5 iştirakı ilə, Cavabdeh Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, işi mahiyyəti üzrə baxılma sı üçün icraata qəbul edərək, məhkəmə iclası təyin edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı 17 saylı Ərazi üzrə Daşınmaz əmlakın Dövlət reyestr xidmətindən verilmiş çıxarışın ləğv olunması və adına yeni çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin 11 may 2018-cı il tarixli qətnaməsi ilə (hakim Ə.Hüseynov, iş № 2(051)-908/2018) iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzrə cavabdeh X2 adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair hissədə təmin edilməməsi, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 10 saylı evin, 12 saylı mənzilində yerləşən mənzilin satışından əldə olunmuş 29520 (iyirmi doqquz min beş yüz iyirmi) manat məbləğində pulun X1 tutulub İddiaçı ve rilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədlivə İ.Quliyev, iş № 2(107)-1965/2018) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(051)-908/2018 nömrəli qətnaməsi qismən-iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı Mingəçevir şəhəri A.Məmmədov küçəsindəki 10 saylı evin, 12 saylı mənzilinin satışından əldə olunmuş 30000 (otuz min) ABŞ dolları məbləğində pulun Cavabdeh tutulub ona verilməsi tələbinə dair iddiаsının rədd edilməsi qət edilmiş, qətnamənin qalan h issəsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2019-cu il tarixli qərarı ilə (hakimlər Q.Allahverdiyev(sədrlik edən və məruzəçi), İ.Xələfovvə Ə.Şadıyev, iş № 2(102)-1020/2019) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.Məlikov (sədrlik edən və məruzəçi), M.Hüseynovvə A.Mahmudov, iş № 2(107)-1555/2019) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(051)908/2018 nömrə li qətnaməsi qismən-iddianın təmin olunmuş hissəsində-yəni Mingəçevir şəhəri A.Məmmədov küçəsi 10 saylı evin, 12 saylı mənzilində yerləşən mənzilin satışından əldə olunmuş 29.520 manat pulun Cavabdeh tutulub İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə qismən təmin edilmiş, Cavabdeh Mingəçevir şəhəri A.Məmmədov küçəsi 10 saylı evin, 12 saylı mənzilində yerləşən mənzilin satışından əldə olunmuş 29.520 manat pulun yarsı-yəni 14.760 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qətnamə qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 04 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər E.Vəliyeva (sədrlik edən və məruzəçi), Q.Əsgərov və S.Hacıyev, iş № 2(102)-6354/2019 ) İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2019-cu il tarixli 0qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə və kassasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər V.Məlikov (sədrlik edən və məruzəçi), E.Hüseynovvə A.Mahmudov, iş № 2(107)-1555/2019) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şika yətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini, işi mahiyyəti üzrə baxılması üçün icraata qəbul edərək, məhkəmə iclası təyin edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Ca vabdeh vəkili X7 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır. İddiaçı Cavabdeh qarşı 17 saylı Ərazi üzrə Daşınmaz əmlakın Dövlət reyestr xidmətindən verilmiş çıxarışın ləğv olunması və adına yeni çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin 11 may 2018-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzrə cavabdeh X2 adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair hissədə təmin edilməməsi, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 10 saylı evin, 12 saylı mənzilində yerləşən mənzilin satışından əldə olunmuş 29520 (iyirmi doqquz min beş yüz iyirmi) manat məbləğində pulun X1 tutulub İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(051)-908/2018 nömrəli qətnaməsi qismən-iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı Mingəçevir şəhəri A.Məmmədov küçəsindəki 10 saylı evin, 12 saylı mənzilinin satışından əldə olunmuş 30000 (otuz min) ABŞ dolları məbləğində pulun Cavabdeh tutulub ona verilməsi tələbinə dair iddiаsının rədd edilməsi qət edilmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasi ya Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(051)-908/2018 nömrəli qətnaməsi qismən-iddianın təmin olunmuş hissəsində-yəni Mingəçevir şəhəri A.Məmmədov küçəsi 10 saylı evin, 12 saylı mənzilində yerləşən mənzilin satışından əldə olunmuş 29.520 manat pulun Cavabdeh tutulub İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə qismən təmin edilmiş, Cavabdeh Mingəçevir şəhəri A.Məmmədov küçəsi 10 sayl ı evin, 12 saylı mənzilində yerləşən mənzilin satışından əldə olunmuş 29.520 manat pulun yarsı-yəni 14.760 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qətnamə qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 04 oktyabr 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2019-cu il tarixli 0qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə və kassasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,Şəki Аpelyаsiyа Məhkəməsinin Mülki kоllegiyаsın ın 02 may 2019- cu il tаrixli qətnаməsinin surəti Cavabdeh adına göndərilmiş və 20 may 2019-cu il tarixdə almışdır. Qətnamənin surətini 20 may 2019-cu ildə almasını işə əlavə edilmiş reyestrdən çıxarış və qətnaməni almasına dair xəbərnamə təstiq edir. Deməli, qətnаmədən kаssаsiyа şikаyəti verə biləcəyi sоn tаrix 20 iyul 2019-cu il tarixli olmuş, lаkin kassasiya şikаyəti qanunla müəyyən edilmiş müddətdən dörd aydan da cox müddət ötürüldükdən sоnrа məhkəməyə daxil olmuşdur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəx slərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasənQanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən,məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Mülki Prosessual Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. X3tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...Cavabdeh şikayət və əlavə edilmiş sənədlər özündə saxlanması nəticəsində buraxılmış prosessual müddətin bərpa edilməsi üçün üzrlü hal hesab edilə bilməz.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nət icələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar