Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1584/2023 03.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh4 qarşı “borc tutulması, ipoteka predmetinə tutma yönəldilməsi, evin boşaldılması” tələbinə dair iş üzrə QƏRARDADİ İş № 2(102)-1584/2023 (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, MPM-in 403.1-ci maddəsi) Bakı şəhəri, 01 mart 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə Cavabdeh4 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)136/2022 nömrəli, xx.xx.2022-cı il tarixli qətn aməsindən kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etd: İddiaçı "xxxx" İKB ASC ("Yelobank” ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 bankın xeyrinə 17 sentyabr 2015-ci il tarixli, 4-G1-1 -0-554-15 saylı kredit müqaviləsi üzrə 13782,4 ABŞ dolları əsas borc, 8390,66 ABŞ dolları faiz borcu, 1135,42 ABŞ dolları cərimə borcu, cəmi 23308,48 ABŞ dolları məbləğində borcun, 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbə si, 20 Yanvar küçəsində yerləşən 111 kv.m ümumi sahədən ibarət 39 nömrəli fərdi yaşayış evinə yönəldilməklə açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına "xxxx" İKB ASC-nə ödənilməsi, satışdan əldə edilmiş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 111 kv.m ümumi sahədən ibarət 39 nömrəli fərdi yaşayış evinə yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, X6, X7 və X2 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 111 kv.m ümumi sahədən ibarət 39 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X6mın, X3 və X2 həmin fərdi yaşayış evindən çıxarılmaları, əm lakın boşaldılaraq "xxxx" İKB ASC-yə təhvil verilməsi, Cavabdeh1 ilə bank arasında bağlanmış 17 sentyabr 2015-ci il tarixli, 4-G1-1-0-554-15 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 sentyabr 2015-ci il tarixli, 4-G1-1-0-554-15 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 17 sentyabr 2015-ci il tarixli, 4- G1 -1-0-554-15 saylı kredit müqaviləsi üzrə 13743,85 ABŞ dolları əsas borc, 8370,38 ABŞ dolları faiz borcu, 113 ABŞ dolları cərimə, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzə nnəsi ilə hesablanmaqla cəmi 22227,23 ABŞ dolları borc və 30 manat dövlət rüsumuna görə, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat rüsumuna və 20 manat xidmət haqqına görə pul, cəmi 60 manat iddiaçı "xxxx" İKB ASC-nin xeyrinə pul tutulması, tutma kreditin təminatı olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 111 kv.m ümumi sahədən ibarət 39 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzil açıq hərracda satılması, mənzilin satışından əldə edilən vəsait hesabına Cavabdeh1 "xxxx" İKB ASC-nə olan borcunun ödənilməsi təmin edilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 111 kv.m ümumi sahədən ibarət 39 nömrəli fərdi yaşayış evinin ilkin satış qiy məti 70000 (yetmiş min) manat müəyyən edilməsi, ekspertiza tədqiqatının dəyəri 145 manat Cavabdeh1 alınaraq dövlət nəfinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, banka olan borcunun qalan hissəsinin qrafik üzrə ödəməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-136/2022 nömrəli, xx.xx.2022-cı il tarixli qətnaməsi ilə şikayət qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli qətnaməsi mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 111 kv.m ümumi sahədən ibarət 39 nömrəli fərdi yaşayış evinin likvid dəyərinin 70.000 (yetmiş min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Cavabdeh4 (Vəkil) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-136/2022 nömrəli, xx.xx.2022-cı il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətini nəzərdən keçirib hesab edir ki, kassasiya şikayəti icraata qəbul edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinə görə bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. İşdən görünür ki, cavabdeh X4 qarşı iddia yalnız ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarılma barədə olub, həmin iddia da rədd edilib. Başqa sözlə, cavabdeh X2 hazırki iş üzrə hər hansı tələbi olmadığı, hətta Bankın ona qarşı olan “ipoteka predmetindən çıxarılma” barədə iddiası təmin olunmadığı üçün Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinin tələbi baxımından Cavabdeh4 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ da yoxdur. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 403.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiy ası QƏRARA ALDİ: Cavabdeh4 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)136/2022 nömrəli, xx.xx.2022-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-1584/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-1584/2023
03.03.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver