Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1585/2019 11.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1585/2019 şəhəri 11 mart 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili X2, cavabdehlər Cavabdeh, X1 və onların vəkili Vəkil iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.12.2018-ci il tarixli, 2(107)-655/2018 nömrəli qərardadından cavabdehlər Cavabdeh, X5 və onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Rəfiyev, G.Abbasov, E.Hüseynov) 29.03.2018-ci il tarixli, 2(107)-655/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayətinin qismən təmin edilərək, iş üzrə Balakən Rayon Məhkəməsinin 19.12.2017-ci il tarixli, 2(019)-672/2017 saylı qətnaməsinin “İddiaçı tərəfindən 6500 manat kompensasiya ödənməklə cavabdehlər Cavabdeh və X1 İddiaçı mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi” hissəsində dəyişdirilməsi, İddiaçı tərəfindən Cavabdeh 3500 manat və cavabdeh X4 3500 manat olmaqla, ümumilikdə 7000 manat kompensasiya ödənməklə cavabdehlər X3 və X1 İddiaçı mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifa də hüquqlarına xitam verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdehlər Cavabdeh və X5 27.11.2018-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.03.2018-ci il tarixli, 2(107)-655/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Rəfiyev, G.Abbasov, M.Hüseynov) 13.12.2018-ci il tarixli, 2(107)-655/2018 nömrəli qərardadı ilə cavabdehlər Cavabdeh, X5 və onların vəkili Vəkil Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.03.2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdehlər Cavabdeh, X5 və onların vəkili Vəkil iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.12.2018-ci il tarixli qərardadından kassasiya şikayəti v ermişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehlər Cavabdeh, X5 və onların vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdeh R1 həmin qətnamə məhkəmə tərəfindən göndərilməmiş, R1 həmin qətnaməni almamış, iki dəfə o, apelyasiya instansiyası məhkəməsinə müraciət edərək, qətnamənin surətinin ona göndərilməsini xahiş etsə də, buna əhəmiyyət verilməmişdir. Ruslan qətnamənin surətini 20.11.2018-ci il tarixdə cavabdehdən almışdır. S1 isə qətnamədən kasasiya şikayəti verilməsi üçün vəkillə təmin edilməsi barədə ərizə ilə iki də apellyasiya məhkəməsinə müraciət etmiş, ərizəyə baxılması barədə ona məlumat verilməmiş və ərizənin nəticəsində çıxarılmış qərar ünvanına göndərilməmişdir. Daha sonra Balakən rayon İcra şöbəsindən qətnamənin mövcud olması barədə R1, icraya yönəldilməsi barədə Solmaz məlumat əldə etdikdən sonra cavabdehlər kassasiya şikayəti verilməsi üçün müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə ilə apelyasiya məhkəməsinə müraciət etmişlər. Lakin şikayət geri qaytarılmış, qeyd edilən ərizəyə isə münasibət bildirilməmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, S1 qətnamənin surətinin çatması barədə iş materiallarında sənəd vardır, R1 qətnamənin surətinin çatması ilə bağlı X8 sorğu edilmiş və cavab alınmışdır ki, qətnamənin surəti 10.04.2018-ci il tarixdə ona təqdim edilmişdir. Lakin eyni ünvanda yaşayan R1 qətnamənin 10 aprel tarixində, S1 isə 12 aprel tarixində çatdırılması qeyri-mümkündür. Məhkəmə poçt qaydalarına zidd olaraq **** xəbərnamə tərtib etmə miş, qətnamənin hansı ünvana göndərilməsini göstərməmiş və kimə təqdim edilməsi məlum deyildir. Ona görə də, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.12.2018-ci il tarixli qərardadının ləğv edilməsini, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-655/2018 saylı, 29.03.2018-ci il tarixli qətnaməsindən kasasiya şikayətinin verilməsi üçün müddətin ötürülməmiş hesab edilməsi və kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin i ştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh, X5 və onların vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X6 məhkəmə qərardadının əsaslı şəkildə qəbul edilməsini, cavabdehlər tərəfindən şikayət verilmə müddətinin ötürüldüyünü, müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edilmədiyini bildirib, şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki ApellyasiyaMəhkəməsininMülki Kollegiyası qəbul etdiyi 13.12. 2018-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh, X5 və onların vəkili Vəkil Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.03.2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətini (kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyinə görə) geri qaytararkən haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-in 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə e tməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-in 130.3-cü maddəsinə əsasən isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası MPM-in 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Belə ki, iş materiallarından görünür ki, cavabdehlər Cavabdeh, X5 və onların vəkilləri Qanbayev Emil Məhəmməd oğlu tərəfindən Şə ki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-655/2018 saylı, 29.03.2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti 27.11.2018-ci il tarixdə məhkəməyə daxil olmuş, apelyasiya məhkəməsi tərəfindən AR Nəqliyyta, Rabitə, Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC-nin X10 Filialına ünvanlanmış sorğuya cavabla müəyyən edilmişdir ki, 20.06.2018-ci il tarixdə Balakən rayonu Meşəşumbul kənd sakini Cavabdeh adına ünvanlanan ************ saylı sifarişli məktub 27.06.2018-ci il tarixdə sahibinə verilmiş, 05.04.2018-ci il tarixdə Balakən rayonu ******* kənd sakini X5 adına ünvanlanan ************ saylı sifarişli məktub 10.04.2018-ci il tarixdə sahibinə verilmişdir. Bundan əlavə, göstərilən qətnamə 05.04.2018-ci il tarixdə sifarişli poçt göndərişi ilə mülki iş üzrə proses iştirakçıl arına, o cümlədən Cavabdeh göndərilmiş, poçt göndərişinin verilməsi haqqında xəbərnamədən aydın olmuşdur ki, 12.04.2018-ci il tarixdə xəbərnaməyə imza etməklə Cavabdeh qətnamənin surətini almışdır. Azərbaycan Respublikası MPM-in 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarı lır. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual qanunun tələblərinə uyğun çıxarıldığına görə dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh, X1 və onların vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.12. 2018-ci il tarixli, 2(107)655/2018 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-1585/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1585/2019
11.03.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver