Məhkəmə qərarları › İş №2(102)-1585/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1585/2023

27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1585/2023 27.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, şikayətin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və mənzilin boşaldılması tələblərinə dair iddia ərizəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-363/2016 nömrəli iş üzrə 31 yanvar 2023-cü il tarixli qərardadından cavabdehin kassasi ya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

1. Abşeron Rayon Məhkəməsinin 2(012)-2332/2015 nömrəli iş üzrə xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 16074 nömrəli alqı-satqı müqaviləsi ləğv edilmiş, cavabdehin faktiki istifadəsində olan ünvan yerləşən 1 nömrəli binanın 12-ci blokunun ümumi sahəsi 83,4 kv.m. olan 3 otaqlı 25 (yeni nömrə ilə 31) nömrəli mənzilinin boşaldılaraq iddiaçıya geri qaytarılması, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim İ.Kərim li). b) Apellyasiya instansiyası məhkəməsində icraat

2. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-363/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Cavabdeh xx.xx.2022-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə ərizə təqdim edərək, buraxılmış kassasiya şikayəti vermə müddətinin bərpa olunmasını və şikayətin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

5. Ərizənin əsaslarına görə, cavabdehin iddiadan xəbəri olmamış, bu barədə ona icra şöbəsində məlum olmuşdur. İşdə olan xəbərnamədəki imza ona məxsus de yil.

6. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-363/2016 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər L.Məmmədova, A.Mahmudov, L.Rəhimli) ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. Qərardadın əsaslarına görə, “... iş materiallarından görünür ki, barəsində kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası xahiş edilən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 yanvar 2016-cı il tarixli, 2(105)-363/2016 nömrəli qətnaməsi iş üzrə tərəflərə 08 fevral 2016-cı il tarixdə göndərilmiş və 15 fevral 2016-cı il tarixdə “Həsənova” qeydi yazılmaqla qəbul edilmişdir.... Məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlmişdir ki, ərizəçi məhkəmə qətnaməsini xx.xx.2016-cı il tarixdə aldığından qətnamədən kassasiya şikayəti verilmə müddəti xx.xx.2016-cı il tarixi hesablanmalıdır. İş materiallarından görünür ki, (i.v.88) cavabdehin nümayəndəsi X4 xx.xx.2022-ci il tarixdə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək qətnaməni almadığı üçün rəsmi qaydada verilməsini xahiş etmiş, qətnamələrin surəti xx.xx.2022-ci il tarixdə almasına dair qeyd yazmış və imzalamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə kassasiya şikayəti və müddətin bərpasına dair ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Cavabdeh məhkəmə qətnaməsinin tərəfindən alınmamasını qeyd edərək xəbərnamədəki imzanın ona məxsus olmamasını mübasihisələndirilmiş və ekspert rəyi ilə xəbərnamədəki imzanın ona məxsus olmaması müəyyən e dilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyindəki imzanın cavabdeh tərəfindən icra edilməməsinin müəyyən edilməsi, həmin qətnamənin cavabdeh tərəfindən alınmamasına əsas ola bilməz. Belə ki, məhkəmənin qətnaməsi cavabdehin qeydiyyatda olduğu və kassasiya şikayətində də qeyd edilmiş ünvan 1 ünvanına göndərilmişdir.... Göründüyü kimi, qanunvericiliyə görə məhkəmə sənədləri ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə də verilə bilər. Belə olan halda, məhkəmə qətnaməsinin Cavabdeh ailə üzvləri tərəfindən təhvil alınması istisna edilmir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 23 iyul 2015-ci il tarixli qətnaməsinin qəbul edilməsindən keçən 7 il müddətinə məhkəmə qətnaməsinin mövcudluğundan məlumatlı olmaması ağ labatan deyildir. Eyni zamanda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyini bildirsə də iş materiallarından görünür ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, işə apellyasiya qaydasında baxılmış, məhkəmə iclasları barədə cavabdehə məktub göndərilmiş, ünvana göndərilən məktublar “qapı bağlıdır, telefona cavab vermir” qeydi ilə geri qaytarılmışdır. Bundan başqa cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyini bildirsə də hazırkı ərizə ilə müraciət edərkən və ekspertiza təyin edilərkən yalnız qətnamənin alınmasına dair xəbərnamədəki imzanı mübahisələndirmiş, apellyasiya şikayəti vermədiyini bildirməsinə baxmayaraq apellyasiya şikayətindəki imzanın ona məxsus olmamasını mübahisələndirməmişdir. Bu da h əmin şikayətin onun tərəfindən tərtib edilərək məhkəməyə ünvanlamasını təsdiq edir. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalananlara əsasən məhkəmə qətnaməsinin cavabdeh tərəfindən alınmaması inandırıcı deyil və iş materialları ilə təkzib edilir.”

7. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 128.1-128.3, 133.1, 135.3, 405.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

8. Qərardadla raz ılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, ləğv edilib, buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in tələbləri pozulmuşdur. Belə ki, qətnamə cavabdehə rəsmi surətdə təqdim edilmədiyindən ondan şikayət verilməsi üçün müddət ötürülmüşdür. Məhkəmə ekspertiza təyin etsə də, eskpertin rəyinə düzgün qiymət verməyərək, kassasiya şikayəti vermə müddətini bərpa etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

11. MPM: Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya had isənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər; Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir; Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və ka ssasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düz gün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

12. Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin Plenumunun qərarları “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.... Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı öz ündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mü bahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfi deyildir ki, MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.... Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması ilk növbədə hüquqi müəyyənlik prinsipilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir.... Qanuni qüvv əyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.” “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 20 06-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilmək lə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”

13. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarları “Brumaresku Rumıniyaya qarşı” iş üzrə xx.xx.1999-cu il tarixli Qərar: “Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.” “Ryabıx Rusiyaya qarşı” iş üzrə xx.xx.2003-cü il tarixli Qərar: “Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən ba xılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurəti ndən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

15. Kassasiya şikayətində qərardadın ləğvi tələb edildiyi üçün, apellyasiya instansiyasının məhkəmə aktı şikayətdə irəli sürülmüş dəlillər üzrə tam yoxlanılır.

16. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.

18. Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələri, 60-cı maddəsinin İ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmə k iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qald ırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Bu kontekstdə nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyil və sözügedən hüquq qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri də MPM-in 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilməsi müəyyən olunur.

19. Məhkəmə kollegiyası qeyd edir ki, qanunla nəzərdə tutulan prosessual müddətin bərpası məqsədilə cavabdehin ərizədə göstərdiyi səbəblərin ondan asılı ol maması və onun tərəfindən dəf edilməli imkanlardan kənara çıxması sübuta yetirilmir, qəbul edilməsindən keçən 7 il kimi uzun müddətdə cavabdehin Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin mövcudluğundan məlumatlı olmaması inkarolunmaz, ağlabatan və inandırıcı deyil.

20. Bundan əlavə, cavabdeh xx.xx.2015-ci il tarixli qətnamədən apellyasiya şikayəti vermədiyini deməsinə baxmayaraq, apellyasiya şikayətindəki imzanın ona məxsus olmadığını mübahisələndirməmiş, habelə, həmin qətnamənin icrasına işə surəti əlavə olunan 3527/16-8 nömrəli İcra işi üzrə xx.xx.2016-cı il tarixli qərarla başlayan icra məmuru ilə cavabdehin hazırkı vəkilinin eyni şəxs olması barədə iddiaçının nümayəndəsinin xx.xx.2023-cü il tarixli məhkəmə iclasında səsləndiridiyi mülahizəyə də münasibət bildirmə mişdir.

21. Ərizənin və şikayətin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə ətraflı hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

22. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassız, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olduğu üçün, qərardad dəyişiklik edilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

23. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-363/2016 nömrəli iş üzrə 31 yanvar 2023-cü il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar