Məhkəmə qərarları › İş №2(102)-1586/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1586/2023

08.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1586/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının maraqlı şəxs qismində cəlb edildiyi) ərizəsinə dair iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2133/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətin ə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. 24 iyul 1981-ci il tarixli, A seriyalı 771069 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətinə əsasən, Ərizəçi 01 sentyabr 1980-ci ildə Bakı şəhəri 94 №-li texniki məktəbinə daxil olmuş, 23 iyul 1981-ci ildə pivə və spirtsiz içkilər maşinisti peşəsi üzrə məktəbin tam kursunu bitirmişdir və imtahan komissiyasının qərarı ilə ona pivə və spirtsiz içkilər maşinisti ixtisası verilmişdir. 3. 26 fevral 1985-ci il tarixli, DT-İ seriyalı 780917 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətinə əsasən, Ərizəçi 1982-ci ildə Azərbaycan SSR Ali və Orta İxtisas təhsili nazirliy i Bakı yeyinti sənayesi texnikumuna daxil olmuş, 1985-ci ildə tam kursu bitirmiş və Dövlət ixtisas komissiyasının 25 fevral 1985-ci il tarixli qərarı ilə ona texniktexnoloq ixtisası verilmişdir. 4. 06 aprel 2005-ci il tarixdə verilmiş AA seriyalı 108455 nömrəli məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Ərizəçi 1993-cü il tarixdə Cəbrayıl rayonundan məcburi köçkündür.

5. Ərizəçi məxsus ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətinə əsasən o, xx.xx.1994-cü il tarixdə 5k saylı əmrlə xx.xx.1994-cü il tarixdən Borular sexinə 2-ci dərəcəli fəhlə vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2002-ci il tarixdə 18 saylı əmrlə həmin tarixdə öz xahişinə əsasən işdən azad edilmiş, xx.xx.2002-ci il tarixdə 125 saylı əmrlə xx.xx.2002-ci il tarixdən Bakı şəhər Rayonlararası İstehsalat Təmir-Tikinti Birliyinə təchizatçı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə 132 saylı əmrlə həmin tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2006-cı il tarixdə 10 saylı əmrlə xx.xx.2006cı il tarixdən Tam ortaqlı “MŞ” şirkətinin balıq emalı sexinə 3-cü dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2008-ci il tarixdə 18 saylı əmrlə həmin tarixdə öz ərizəsinə əsasən işdən azad olunmuşdur.

6. Dövlət sosial sığorta şəhadətnaməsinin surətinə əsasən xx.xx.1959-cu il tarixdə Cəbrayıl rayonu, Çullu kəndində anadan olmuş Ərizəçi Dövlət sosial sığorta şəhadətnaməsi verilmişdir (SSN **********562).

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Abşeron-Xızı r egional filialı tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubda göstərilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən pensiya yaşına çatmış hər bir vətəndaşın fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə ən azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququnun olması, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1-ci maddəsinin 22.1.5-ci bəndinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqınd a” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22.1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmədiyi bildirilərək, bu hal “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22.1-ci maddəsinin tələblərinə uyğun olmadığından ərizəçiyə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialı tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubda göstərilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən pensiya yaşına çatmış hər bir vətəndaşın fərdi hesabın sığort a hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə ən azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququnun olması, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1-ci maddəsinin 22.1.5-ci bəndinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22.1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmədiyi, 1977-ci il tarixdən, eyni zamanda 1985-1993cü illərdə Cəbrayıl rayonu Jdanov adına üzüm çülük sovxozunda fəhlə işlədiyi dövrlərin sənədlərinin təqdim edilməməsi və müəssisənin hüquqi ünvanının məlum olmaması səbəbindən qeyd edilən dövrlərin sosial sığorta stajına daxil edilməməsi bildirilərək, bu hal “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olmadığından ərizəçiyə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsi 1 saylı regional ərazi filialına qarşı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 1977-ci ildən 1980-cı ilə kimi və 1985-ci ildən 1993-cü ilə kimi Cəbrayıl rayo nunda yerləşən Jdanov adına üzümçülük sovxozunda fəhlə işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 1959-cu ildə Cəbrayıl rayonunda anadan olmuş, Cəbrayıl rayonu, Çullu kəndində qeydiyyatda olmaqla məcburi köçkün kimi Abşeron rayonu, Xırdalan şəhəri, MD-23, Ə.Vahid küçəsində yerləşən evdə məskunlaşmışdır. O, bu günə kimi müxtəlif işlərdə işləmiş, təqaüdə çıxmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Abşeron - Xızı regional filialına müraciət etmiş, ona əmək pensiyasının təyin olunması haqqında xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktub göndərilmişdir. O, 1977-ci il tarixdən Cəbrayıl rayonunda yerləşən Jdanov adına ola n üzümçülük sovxozunda fəhlə işləmişdir. 1980-1981-ci illərdə isə peşə məktəbində, daha sonra, yəni 1982-ci il tarixdən 1985-ci il tarixədək texnikomda təhsil almışdır. O, təhsilini bitirdikdən sonra yenə də Cəbrayıl rayonunda yerləşən Jdanov adına olan üzümçülük sovxozunda 1985-ci il tarixdən 1993-cü il tarixədək fəhlə işləmişdir. Onun işləməsini sübut etmək üçün şahidləri də vardır. O, həmin sovxozda məlum məsələlərə görə işləməsini sübuta yetirə bilmədiyi üçün iş stajı toplanmır və təqaüdə çıxa bilmir. O, 1977-ci il tarixdən 1980-cı il tarixədək və 1985-ci il tarixdən 1993-cü il tarixədək Cəbrayıl rayonunda yerləşən Jdanov adına üzümçülük sovxozunda fəhlə işləməsini nəzərə alıb sosial sığorta stajının yoxlanılması və məhkəməyə təqdim edilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. Qeyd edilən dövrləri sübuta yetirə bilmədiyi və həmin dövrlərdə işlədiyi sənədləri Cəbrayıl rayonunda qaldığı üçün maraqlı şəxsə müraciət etmişdir. Maraqlı şəxs də ona eyni qaydada cavab verərək, sənədləri əldə etmək mümkün olmadığı üçün yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Onunla eyni sovxozda çalışan Cəbrayıl rayonu, Çullu kəndində qeydiyyatda olan X6, X4 və X7 onun həmin işdə işləməsinə şahiddirlər.

11. Maraqlı şəxs ərizəyə qarşı verdiyi yazılı etirazında bildirmişdir ki, Ərizəçi Fondun Abşeron rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 508 nömrəli qərarı ilə hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə müavinət (3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar) təyin edilmişdir. Hazırda həmin müavinətin məbləği 180 manat tə şkil edir. Bundan sonra xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi maraqlı şəxs Fondun Abşeron-Xızı regional filialına müraciət edərək 1977-ci il tarixdən 1980-cı il tarixədək və 1985-ci il tarixdən 1993-cü il tarixədək Cəbrayıl rayonu Jdanov adına üzümçülük sovxozunda işlədiyi illərin sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin sözügedən filial tərəfindən 04 mart 2022-ci il tarixli, **********5 nömrəli məktubda 1977-ci il tarixdən 1980-cı il tarixədək və 1985-ci il tarixdən 1993-cü il tarixədək Cəbrayıl rayonu Jdanov adına üzümçülük sovxozunda fəhlə işlədiyi dövrlərin sənədlərinin təqdim edilməməsi və müəssisənin hüquqi ünvanının məlum olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün hesab edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən də iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunund an göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. İş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, yuxarıda qeyd olunan şərt gözlənilmiş olsun. Lakin iş materiallarından göründüyü kimi şahidlərin sözügedən d övrlərdə əmək fəaliyyətini təsdiq edən nəinki əmək kitabçası, işləməsi faktının müəyyən edilməsinə dair bu və ya digər sənəd (məhkəmə qətnaməsi) təqdim edilməmişdir. Şəxsin həmin müəssisədə işləməsini təsdiq edən hər hansı fakt, sənəd, sübut yoxdursa, həmin şəxsin digərinin xeyrinə şahidliyinin mötəbərliyi iş üzrə həlledici sübut kimi qəbul edilə bilməz. Göründüyü kimi, ərizəçinin 1977-ci il tarixdən 1980-cı il tarixədək və 1985-ci il tarixdən 1993-cü il tarixədək Cəbrayıl rayonu “Jdanov” adına üzümçülük sovxozunda işləməsi faktının təsdiq edilməsi yalnız Ərizəçi ilə eyni illərdə işləmiş və əmək kitabçası olan iki və daha çox şahidlərin iştirakı ilə mümkündür. Göstərilənlərə əsasən Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi dair ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

12. Abşeron Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 05 iyul 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Cəbrayıl Rayon İcra Hakimiyyəti Cəbrayıl rayon Dövlət Arxivi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2022-ci il tarixli, 44 nömrəli məktubunda göstərilir ki, xx.xx.1993-cü il tarixdə Cəbrayıl rayonunun işğal olunması ilə əlaqədar Cəbrayıl rayon Jdanov adına üzümçülük sovxozunun mühasibat sənədləri, əmr və əmək haqqı cədvəlləri işğal zonasında qalmışdır. Odur ki, Ərizəçi 1 977-ci il tarixdən 1980-cı il tarixədək və 1985-ci il tarixdən 1993-cü illər üzrə iş stajı və əmək cədvəlləri barədə Cəbrayıl rayon Dövlət Arxivində heç bir məlumat yoxdur.

13. Birinci instansiya məhkəməsinin 27 iyul 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında X4 və X7 şahid ifadələri vermişlər.

14. X4 ifadəsində bildirmişdir ki, Ərizəçi ilə həmkəndlidirlər, eyni kənddə, Cəbrayıl rayonu, Çullu kəndində anadan olmuşlar və Cəbrayıl rayonunda yerləşən Jdanov adına üzümçülük sovxozunda birlikdə işləmişlər. Daha sonra sovxozun adı dəyişdirilərək Vidadi adına sovxoz olmuşdur. Verilmiş suallara cavabında qeyd etmişdir ki, o, özünə aid əmək kitabçasını məlum hadisələrə qədərki dövrdə sovxozdan almış, məcburi köçkün düşən dövrdə özü ilə gətirmiş, lakin Ərizəçi əmək kitabçası məlum hadisələrlə əl aqədar işğal edilmiş ərazidə qalmışdır.

15. X7 ifadəsində bildirmişdir ki, Ərizəçi ilə həmkəndlidirlər, eyni kənddə, Cəbrayıl rayonu, Çullu kəndində anadan olmuşlar, kənddə qonşu olmuşlar və Cəbrayıl rayonunda yerləşən Jdanov adına üzümçülük sovxozunda birlikdə işləmişlər. Daha sonra isə sovxozun adı dəyişdirilərək Vidadi adına sovxoz olmuşdur. O, Jdanov adına üzümçülük sovxozunda 1966-cı il tarixdən işləmişdir. Ərizəçi isə o, Jdanov adına üzümçülük sovxozunda işləməyə başlayandan sonrakı illərdə işləməyə başlamışdır. Ərizəçi 1993-cü il tarixdəki məlum hadisələrə kimi onunla birlikdə sözügedən sovxozda işləmişdir. Verilmiş suallara cavabında qeyd etmişdir ki, o, məlum hadisələr baş verməmişdən əvvəlki dövrdə özünə məxsus əmək kitabçasını sovxozdan götürmüş və məcburi köçkün düşəndə əmək kitabçasını özü ilə birlikdə gətirmiş, lakin Ərizəçi əmək kitabçası məlum hadisələrlə əlaqədar işğal edilmiş ərazidə qalmışdır.

16. X3 məxsus ******* saylı əmək kitabçasının surətinə (əslinə məhkəmə baxışı zamanı baxış keçirilmişdir) əsasən, xx.xx.1971-ci il tarixli, 130 saylı əmrlə Jdanov adına sovxoza fəhlə vəzfiəsinə işə qəbul edilmiş, xx.xx.1982-ci il tarixli, 80 saylı əmrlə M.V.Vidadi adına sovxoza fəhlə vəzfiəsinə işə qəbul edilmiş, xx.xx.1990-cı il tarixli kolxoz idarə heyətinin qərarı ilə M.V.Vidadi adına kolxoza üzümçülükdə fəhlə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1995-ci il tarixli kolxoz idarə heyətinin qərarı ilə M.V.Vidadi adına kolxozun fəaliyyəti dayandığı üçün işdən azad edilmiş, xx.xx.1997-ci il tarixli, 84 nömrəli əmrlə ehtiyaca görə Cəbrayıl rayonu, M.Allahverdiyev adın a Çullu kənd tam orta məktəbində xidmətçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixli, 223 saylı əmrlə həmin tarixdə çalışmanın yaş həddi başa çatdığına görə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

17. X5 məxsus ******* saylı əmək kitabçasının surətinə (əslinə məhkəmə baxışı zamanı baxış keçirilmişdir) əsasən, xx.xx.1970-ci il tarixli, 155 saylı əmrlə Jdanov adına sovxoza üzümçülükdə fəhlə vəzfiəsinə işə qəbul edilmiş, xx.xx.1983-cü il tarixli, 120 saylı əmrlə M.V.Vidadi adına sovxozda üzümçülükdə işə qəbul edilmiş, xx.xx.1990-cı il tarixli, 10 saylı kolxoz idarə heyətinin qərarı ilə M.V.Vidadi adına kolxoza üzümçü işinə qəbul edilmiş, xx.xx.1997-ci il tarixli, 46 saylı kolxoz idarə heyətinin qərarı ilə M.V.Vidadi adına kolxozun fəaliyyəti dayandığı üçün işdən azad edilmi şdir.

18. Birinci instansiya məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(012)-3458/2022 nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsi 1 saylı regional Ərazi Filialına qarşı işləmə faktının müəyyən olunmasına dair ərizəsi təmin edilmiş, Ərizəçi 1977-ci il tarixdən 1980-cı il tarixədək və 1985-ci il tarixdən 1993-cü il tarixədək Cəbrayıl rayonunda yerləşən Jdanov adına üzümçülük sovxozunda (sonrakı adı M.V.Vidadi adına kolxoz) fəhlə işləməsi faktının müəyyən edilməsi qət edilmişdir.

19. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Ərizəçi 1977-ci ildən 1980-cı ilə və 1985-ci ildən 1993- cü ilə kimi Cəbrayıl rayonunda yerləşən Jdanov adına üzümçülük sovxozunda (sonrakı adı M.V.Vidadi adına kolxoz) fəhlə işləmişdir. Bu hal eyni sovxozda ərizəçi ilə birlikdə çalışan yuxarıda qeyd edilən şahidlərin izahatları və onların əmək kitabçaları ilə tam təsdiq olunur. Lakin, ərizəçi baş vermiş məlum hadisələrlə əlaqədar əmək kitabçası və əmək fəaliyyəti ilə əlaqədar digər sənədləri götürə bilməmiş, həmin sənədlər Cəbrayıl rayonunda qalmışdır və həmin faktı təsdiq edən sənədləri başqa qaydada əldə etmək mümkün olmadığı üçün məhkəmə qaydasında müəyyən olunmalıdır.

20. Məhkəmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının etirazına və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsi 1 saylı regional Ərazi Filialının nümayəndəsi X1 ərizəyə etiraz kimi göstərdiyi mövqeyə münasibətdə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi Ərizəçi 1977-ci il tarixdən 1980-cı il tarixədək və 1985-ci il tarixdən 1993-cü il tarixədək Cəbrayıl rayonunda yerləşən Jdanov adına üzümçülük sovxozunda (sonrakı adı M.V.Vidadi adına kolxoz) fəhlə işləməsi faktını onunla Jdanov adına üzümçülük sovxozunda birgə işləyən və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin həmin sovxozda işləmələri barədə əmək kitabçaları olan iki nəfərdən ibarət şahid - X4 və X7 təsdiq edir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikas ı Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 və 23-cü maddələri, Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4, 305.1.1, 307.1, 307.2.11, 308, 311-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, ərizənin təmin edilməməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ərizəçinin məhkəmə qaydasında müəyyən edilməsini tələb etdiyi dövrlərə dair əmək kitabçası mövcud olmadığı halda, şahid qismində dindirilmiş X8 və X5 məxsus əmək kitabçası vardır. Digər tərəfdən, məlum olduğu k imi Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixdə işğal olunmuşdur. Lakin şahid qismində dindirilmiş Q.H.Bəşirovaya məxsus əmək kitabçasında isə sözügedən sovxozda xx.xx.1995-ci il tarixdə, Ş.Ş.Məmmədovaya məxsus əmək kitabçasında isə sözügedən sovxozda xx.xx.1995-ci il tarixdə işdən azad edilməsinə dair qeyd mövcuddur. Həmçinin şahid Q.H.Bəşirovaya məxsus əmək kitabçasında M.V.Vidadi adına kolxozun fəaliyyətinin xx.xx.1995-ci il tarixdə dayandırıldığı qeyd edilsə də, digər şahid Ş.Ş.Məmmədovaya məxsus əmək kitabçasında isə həmin kolxozun fəaliyyətinin dayandırıldığı tarix xx.xx.1997-ci il olaraq qeyd edilmişdir. Şahid qismində dindirilmiş X5 məxsus əmək kitabçasında 1970-ci il tarixdə işə qəbul edilməsinə dair qeyd olsa da, əmək kitabçasının doldurulma tarixi 1999-cu ilə təsadüf etmişdir. Həmç inin digər şahid X3 məxsus əmək kitabçasında 1971-ci il tarixdə işə qəbul edilməsinə dair qeyd olsa da, əmək kitabçasının doldurulma tarixi 1993-cü ilə təsadüf etmişdir. Lakin məhkəmə iclasında şahid qismində ifadə vermiş Ş.Ş.Məmmədova və Q.H.Bəşirova özlərinə aid əmək kitabçalarını məlum hadisələrə qədərki dövrdə (xx.xx.1993) sovxozdan aldıqlarını bildirmişlər. Əmək kitabçasını sovxozdan aldıqdan sonra həmin sovxozda işləməyə davam etməklə bağlı şahid ifadələrinin həqiqətə uyğun olmadığı açıq aşkar görünsə də, birinci instansiya məhkəməsi tərəfindən sözügedən hallara hüquqi qiymət verilməmişdir.

24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-2133/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Telman Qul iyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlili kimi göstərilmiş hallara birinci instansiya məhkəməsi tərəfindən tam hüquqi qiymət verilmişdir.

26. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikas ı Qanununun 1.0.1-ci, 23-cü maddələrinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 3364 saylı, 10 oktyabr 2007-ci il tarixli qeydiyyatdan keçmiş Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının 24 sentyabr 2007-ci il tarixli qərarının 2.5-ci bəndinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında ifadə olunmuş hüquqi mövqeyə, MPM-in 14.2, 76.1, 76.2, 77.1, 80, 82.1, 88, 217.3, 217.4, 305.1.1, 307.1, 307.2.11, 311, 384.0.1-ci maddələrinə istinadla əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Maraqlı şəxs (vəkil Məmmədova yeganə Bayram qızı) kassasiya şikayəti verər ək qətnamənin ləğv edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə:

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətb iq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. La kin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Məhkəmə kollegiyası, qətnaməni maraqlı tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-nin 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində göstərilən dəlillər və şikayətin həddi ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qətnam ə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

39. Eyni zamanda kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən qiymət verilmişdir.

40. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

41. Məh kəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətində qeyd olunan dəlillər qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

42. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2133/2022 nömrəli mülki iş üzrə 7 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi an

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar