Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1586/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 qızının, İddiaçı2 və İddiaçı3 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1586/2025 (Açar sözlər: podrat müqaviləsi, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, iddiaçılar İddiaçı1 qızının, İddiaçı2 və İddiaçı3 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi nəticəsində yaranan kirayə haqqı borc üzrə pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bak ı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-558/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh MMC (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 20 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı1 qızı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 33,4 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, habelə “Tikinti Şirkəti” həmin ərazidə inşa ediləcək binada 83,00 kv.m, iki otaqlı təmirli mənzili “Əmlak mülkiyyətçisi” - İddiaçı1nın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən “Tikinti Şirkəti” inşa edəcəy i çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və “Əmlak mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədilə “Əmlak mülkiyyətçisi”-nə kompensasiya şəklində aylıq 500 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə 1.500 manat ödəyir. “Əmlak mülkiyyətçisi”-nin kommunal borcları olduğu halda “Tikinti Şirkəti” həmin məbləği ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir.
2. Satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 33,4 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, habelə “Tikinti Şirkəti” həmin ərazidə inşa ediləcək binada 83,00 kv.m, iki otaqlı təmirli mənzili “Əmlak mülkiyyətçisi” İddiaçı3nın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən “Tikinti Şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və “Əmlak mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədilə “Əmlak mülkiyyətçisi”-nə kompensasiya şəklində aylıq 500 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə 1.500 AZN ödəyir. “Əmlak mülkiyyətçisi”-nin kommunal borcları olduğu halda “Tikinti Şirkəti” həmin məbləği ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir.
3. Satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı2 arasında bağlanmış 3 oktyabr 2017-ci i l tarixli müqaviləyə əsasən İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 33,4 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, habelə “Tikinti Şirkəti” həmin ərazidə inşa ediləcək binada 83,00 kv.m, iki otaqlı təmirli mənzili “Əmlak mülkiyyətçisi” İddiaçı2nın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən “Tikinti Şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və “Əmlak mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədilə “Əmlak mülkiyyətçisi”-nə kompensasiya şəklində aylıq 500 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə 1.500 AZN ödəyir. “Əmlak mülkiyyətçisi”nin kommunal bor cları olduğu halda “Tikinti Şirkəti” həmin məbləği ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir.
4. İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2024cü il tarixli pretenziya məktubuna əsasən, iddiaçılar tərəfindən Cavabdeh MMC-yə kirayə haqları üzrə yığılan 51.000 manat məbləğində borcun 3 gün ərzində ödənilməsini təmin edilməsini, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 5. "xxxx" ASC tərəfindən Nərimanov rayon İcra şöbəsinə ünvanlanan xx.xx.2021-ci il tarixli məktuba əsasən, Cavabdeh MMC şirkətinə məxsus hesablara yönləndirilən 2299442021 saylı xx.xx.2021-ci il tarixli 31.530 AZN məbləğli inkasso sərəncamından hesabda qalıq 21.078,22 AZN hissəsi icra edilmişdir.
6. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-276/2021 nömrəli, 9 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən, ilk iddianın təmin edilməsi, Bakı şəhəri 21 saylı notariat kontorunda İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən İddiaçı1nın mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 02 (iki) otaqlı tam təmirli mənzilin İddiaçı1 təhvil verilməsi və mənzil iddiaçıya təhvil verilənədək hər ay üçün ödənilməli olan (dekabr 2019-dan avqust ayı 2021-ci il tarixinə 21 ay) 10.500 manat kirayə haqqı Cavabdeh MMC-dən tutulub İddiaçı1 ödənilməsi, Bakı şəhəri 21 saylı notariat kontorunda İddiaçı3 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən İddiaçı3nın mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 02 (iki) otaqlı tam təmirli mənzilin İddiaçı3 təhvil verilməsi və mənzil iddiaçıya təhvil verilənədək hər ay üçün ödənilməli olan (dekabr 2019-dan avqust ayı 2021ci il tarixinə 21 ay) 10.500 manat kirayə haqqı Cavabdeh MMC-dən tutulub İddiaçı3 ödənilməsi, Bakı şəhəri 21 saylı notariat kontorunda İddiaçı2 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən İddiaçı2nın mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxm ənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 2 (iki) otaqlı tam təmirli mənzilin İddiaçı2 təhvil verilməsi və mənzil iddiaçıya təhvil verilənədək hər ay üçün ödənilməli olan (dekabr 2019-dan avqust ayı 021-ci il tarixinə 21 ay) 10.500 manat kirayə haqqı Cavabdeh MMC-dən tutulub İddiaçı2 ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu 30 (otuz) manatın 10 manatı Cavabdeh MMC-dən tutulub İddiaçı2, 10 manatı İddiaçı1 və 10 manatı İddiaçı3 ödənilməsi, iddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı pul ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilməsi qət edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-238/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-276/20 21 nömrəli, 9 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-276/2021 nömrəli, 9 avqust 2021-ci il tarixli qətnaməsi qismən – Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış sahələrinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 2 otaqlı tam təmirli mənzillərin təhvil verilməsi və qarşılıqlı iddia üzrə hissələrdə ləğv edilməsi və həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılması, ilkin və qarşılıqlı iddiaların qismən təmin edilməsi, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 2-ci blok, 14-cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli, 48 saylı mən zil İddiaçı1 təhvil verilməsi, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blok, 3-cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli 4 saylı mənzil İddiaçı3 təhvil verilməsi, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli, 48 saylı mənzil İddiaçı2 təhvil verilməsi, 30 sentyabr 2017-ci il tarixli müqavilələrə əsasən İddiaçı1, İddiaçı2 və İddiaçı3 təhvil verilməli olan 83 kv.m. mənzillərin əvəzində təhvil verilən 79 kv.m. mənzillərin sahələri arasında olan 4 kv.m. görə hər kv.m. üçün 2.300 manat hesablanmaqla Cavabdeh MMC tərəfindən müvafiq olaraq İddiaçı1, İddiaçı2 və İddiaçı3nın hər birinə 9.200 manat məbləğində pul ödənilməsi, qətn amə qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2394/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı1nın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-238/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçılar İddiaçı1 qızı, İddiaçı2, İddiaçı3 (bundan sonra iddiaçılar, yaxud ad, soyadı) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra cavabdeh, yaxud MMC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 21 saylı notariat kontorunda İddiaçı1 ilə MMC arasında bağlanmış xx.xx. 2017ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən İddiaçı1nın mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 2 otaqlı tam təmirli mənzilin İddiaçı1 bu günədək təhvil vermədiyinə görə hər ay üçün ödənilməli olan 500 manat kirayə haqqı (2021-ci ilin sentyabr ayından 2024-cü ilin iyun ayınadək 34 ay üçün yaranan 17.000 manat pul və ödənilmiş 243 manat dövlət rüsumunun 81 manatı, cəmi 17.081 manat pul tutulub İddiaçı1 verilməsi; Bakı şəhəri 21 saylı notariat kontorunda İddiaçı3 ilə MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq cavabdeh MMC tərəfindən ünvan 3 ünvanında yerləşən İddiaçı3nın mülkiyyətində olan ya şayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 2 otaqlı tam təmirlimənzilin İddiaçı3 bu günədək təhvil vermədiyinə görə hər ay üçün ödənilməli olan 500 manat kirayə haqqı (2021-ci ilin sentyabr ayından 2024-cü ilin iyun ayınadək 34 ay üçün yaranan 17.000 manat pul) və ödənilmiş 243 manat dövlət rüsumunun 81 manatı, cəmi 17.081 manat pul tutulub İddiaçı3 verilməsi; Bakı şəhəri 21 saylı notariat kontorunda İddiaçı2 ilə MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq cavabdeh MMC tərəfindən ünvan 4 ünvanında yerləşən İddiaçı2nın mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 2 otaqlı tam təmirli mənzilin İddiaçı2 bu günədək təhvil vermədiyinə görə hər ay üçün ödənilməli olan 500 manat kirayə haqqı (2021-ci ilin sentyabr ayından 2024-cü ilin iyun ayınadək 34 ay üçün yaranan 17.000 manat pul) və ödənilmiş 243 manat dövlət rüsumunun 81 manatı, cəmi 17.081 manat pulun tutulub İddiaçı2 verilməsi barədə barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
10. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, müqavilə şərtlərinə əsasən cavabdəh MMC ünvan 5 ünvanında yerləşən iddiaçıların mülkiyyətində olan mənzilləri söküb, yerində tikilən hündürmərtəbəli binada iddiaçıların hər birinə tam təmirli sahələri 83 kv.m. olan 2 otaqlı mənzilləri iddiaçılara təhvil verənədək, iddiaçıların yaşayışlarını təmin etmək məqsədi ilə əmlak m ülkiyyətçilərinə kompensasiya şəklində iddiaçıların hər birinə aylıq 500 manat kirayə haqlarını əvvəlcədən ödəniş gününə istinad edilməklə üç ayda 1 dəfə 1.500 manat ödəməlidir. Ödənişlər 2017-ci ilin oktyabr ayının əvvəlindən fasilələrlə ödənilsə də (cəmi 26 ay), 2019-cu ilin dekabr ayından MMC müqavilədə qeyd olunan sahəsi 83 kv.m. olan 02 otaqlı mənzilləri də vermir, yaşayış üçün razılaşdırılan kirayə haqlarını da 34 aydır ki (2021-ci ilin sentyabr ayından 2024-cü ilin iyun ayınadək), ödəmir (hər ay üçün 500 manat). Bu isə bu günkü günə MMC tərəfindən hər bir iddiaçıya 17.000 manat borcun yaranmasına səbəb olub. Bundan əlavə, binanın komendantı bildirmişdir ki, MMC-nin rəhbəri Şahin Qasımov sahəsi 83 kvadrat metrlik bütün mənzilləri 90 kvadrat metr adı ilə müştərilərə satıb" və guya “ha zırda bizə verilməli olan sahəli mənzillərdən boş qalanı yoxdur”. Qeyd olunur ki, dəfələrlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında mütəmadi təkrarlayıb ki, “iş adamları, tikinti rəhbərləri ilk öncə sakinləri düşünüb, onları mənzillərlə təmin etməlidirlər, yalnız bundan sonra kənara mənzillər satıla bilər.” "xxxx". Lakin praktikada cavabdeh MMC-nin rəhbərinin əməllərindən bunların tam əksini görünür. Beləliklə, aydın görünmüşdür ki, MMC müqavilələr üzrə iddiaçıların qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Dəfələrlə, şifahi və yazılı şəkildə MMC-nin rəhbəri Şahin Qasımova müqavilələrdə qeyd olunan 2 otaqlı 83 kv.m. mənzillərin iddiaçılara təhvil verilməsi və eyni zamanda kirayə haqlarının ödənilməsi xahişi ilə müraciət etsələr də, o, bunu etmə miş və müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyini bildirmişdir. Yuxarıda qeyd edilənlərdən məlum olur ki, cavabdeh MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir, bilə-bilə qarşı tərəfin etimadından istifadə edərək, onları aldatmış, artıq gəlir əldə etməyə çalışmışdır. Yuxarıda qeyd edildiyi hüquq pozuntusu barədə iddiaçılar iradını cavabdeh MMC-nin rəhbəri Şahin Qasımova bildirmişlər və mübahisənin könüllü həllinin tərəfdarı olmuşlar. Lakin cavabdeh MMC-nin direktoru onların həmin müraciətlərinə cavab verməmiş və dolayısı ilə mübahisənin könüllü həllinin tərəfdarı olmadığını göstərmişdir. Bu çətin günlərdə müqavilə üzrə sahəsi 83 kv.m. olan 2 otaqlı mənzilləri verməməklə yanaşı, iddiaçıların yaşayışını təmin etmək üçün kirayə haqlarını da ödəməyərək Şahin Qasımov onları çox acınacaqlı duruma salmışdır.
11. Birinci instansiya məhkəməsində cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək göstərmişdir ki, iddiaçılar və cavabdeh arasında sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-238/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qəbul edilmiş, həmin qətnamayə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-276/2021 nömrəli, 9 avqust 2021-ci il tarixli qətnaməsi qismən - MMC tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış sahələrinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 2 otaqlı tam təmirli mənzillərin təhvil verilməsi və qarşılıqlı iddia üzrə hissələrdə ləğv edilmiş və həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılmışdır. MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 2-ci blok, 14-cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli, 48 saylı mənzilin İddiaçı1 təhvil verilməsi, MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blok, 3-cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli 4 saylı mənzilin İddiaçı3 təhvil verilməsi, MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli, 48 saylı mənzil İddiaçı2 təhvil verilməsi qət olunmuşdur. Ali Məhkəmənin 2(102)-2394/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-238/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlk gündən iddiaçılara təqdim edilən mənzillər məhkəmənin yekun qərarı ilə iddiaçılara verilməsi qət edilmişdir. Göründüyü kimi, iddiaçılar əsassız olaraq təklif edilən mənzilləri 4 ildən artıq müddətdir ki, təhvil almır və əsassız olaraq təhvil almadığı mənzillərə görə kirayə haqqı tələb edirlər.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(005)-2428/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin edilərək cavabdeh MMC-dən 17.000 manat kirayə haqqı pulunun və 81 manat dövlət rüsumunun İddiaçı2nın, 17.000 manat kirayə haqqı pulunun və 81 manat dövlət rüsumunun İddiaçı3nın, 17.000 manat kirayə haqqı pulunun və 81 manat dövlət rüsumunun İddiaçı1nın xeyrinə tutulması qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəh əri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34 ünvanında yerləşən 36 saylı mənzilin iddiaçılar İddiaçı1nın, İddiaçı2nın və İddiaçı3nın hər birinin 1/3 hissədə xüsusi mülkiyyətində olması mübahisələndirilmir. Bu əmlakın iddiaçıların mülkiyyəti olması qəbul edildiyindən iddiaçıların bu əmlakla bağlı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ da vardır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə öh dəliyin yerinə yetirilməməsi nəticəsində yaranan kirayə borcunu iddiaçılara ödəməlidir.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanan Müqavilənin 1.2ci maddəsinə əsasən MMC inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və “Əmlak mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədilə “Əmlak mülkiyyətçisi”-nə kompensasiya şəklində aylıq 500 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə 1.500 manat ödəməyi öhdəlik götürmüş, iş materiallarından həmin məbləğin sonuncu dəfə 2021-ci ilin avqust ayı üçün kirayə haqqının ödənildiyi, sonradan dayandırıldığı müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, 2021-ci ilin sentyabr ayı ndan 2024-cü ilin iyun ayınədək ayına kimi ödənilməmiş kirayə pulunu (34 x 500=17.000 manat) iddiaçıya ödəməlidir.
15. Məhkəmə cavabdeh tərəfin etiraz ərizəsində qeyd etdiyi “mənzilin 4 ildir ki, iddiaçılar tərəfindən təhvil alınmadığına görə kirayə haqlarının ödənilməməsinə” münasibətdə qeyd etmişdir ki, işin faktiki hallarından müəyyən olunur ki, mənzilin tərəflər arasında olan müqavilələr üzrə vaxtında iddiaçılara təhvil verilməməsi cavabdehin öhdəliyində olan məsələdir və öhdəliyini vaxtında icra edilməməsi ilə bağlı yaranan hüquqi nəticələrə görə məhz cavabdeh MMC məsuliyyət daşıyır. Göründüyü kimi mənzilin təhvil verilməsi ilə bağlı tərəflər arasında uzun müddət mübahisə olmuş, sonuncu dəfə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2394/2024 nömrəli, xx.xx.202 4-cü il tarixli qərarının qəbul olunması ilə iş yekunlaşmışdır. Beləliklə, mənzillərin təhvil alınmaması ilə bağlı iddiaçıların təqsiri müəyyən olunmur. Qeyd olunanlara əsasən, məhkəmə cavabdeh tərəfin etirazının dəlillərinin əsassız olduğu qənaətinə gəlmişdir.
16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152.1, 152.2, 152.5, 158.1.2, 157.8, 385.1, 405.1, 421.2, 423.2, 425.1, 427.3, 442, 448.1, 448.2, 752.1, 759.1, 759.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli, “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərba ycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarlarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
17. Qətnamədən cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçılara hər birinin ümumi sahəsi 83 kv.m. olan mənzillər təhvil verilməli olsa da, tikinti dövründə iddiaçıdan asılı olmayan səbəblərdən ümumi sahəsi 83 kv.m. olan mənzillərin inşa olunması mümkün olmamış, müəyyən dərəcədə azalmal ar yaranmışdır. İddiaçı tərəfindən yaşayış kompleksinin tikintisi vaxtında tamamlanmış, ümumi sahəsi 79 kv.m olan mənzillər təhvil üçün təklif edilmişdir. Əlavə olaraq, arada yaranmış 4 kv.m sahə fərqinə görə hər bir iddiaçıya kompensasiyanın ödənilməsi təklif edilmişdir. Buna baxmayaraq, 83 kv.m mənzillərin təhvil verilməsinin mümkün olmadığını bildikləri halda ümumi sahədə olan fərqə əsaslanaraq iddiaçılar təklif olunan mənzilləri qəbul etməkdən imtina etmişdirlər. Müqavilələr üzrə kreditorlar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən vaxtı çatmış və təklif olunan icranı qəbul etməmiş, bununla da icranı gecikdirmişdirlər. Göründüyü kimi, Ali Məhkəmənin Mülki Kollegiyası da MMC-nin ilk gündən etdiyi təkliflə razılaşmışdır. Müqavilə üzrə gecikmə isə yalnız iddiaçıların təqsirli hərəkətləri səbəbindən baş vermişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanları nəzərə almadan, hazırkı maddi hüquq normasının tələblərini pozaraq qətnamə qəbul etmişdir ki, hazırkı hal həmin qətnamənin ləğvi üçün birbaşa əsasdır. Qeyd edilənlərdən aydın şəkildə görünməkdədir ki, iddiaçıların qərəzli şəkildə gecikdirməyə yol vermələrindəki əsas məqsəd hüquqdan sui-istifadə edərək şəxsi mənfəət əldə etməkdir. Belə ki, təklif edilən mənzilləri qəbul etməyərək gecikmənin yaranmasına şərait yaratmış, daha sonra isə özlərinin yaratdığı gecikməyə əsaslanaraq kirayə haqqı borcları tələb etməkdədirlər. Bununla da, məhkəməyə müraciət etmək hüquqlarından sui-istifadə edərək cavabdeh MMC-nin hüquqlarının pozulmasına səbəb olmaqdadırlar. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən qeyd olunan xüsusatl ar nəzərə alınmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən: “məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.” Hazırkı işdə məhkəmənin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüqu q normaları apellyasiya şikayətinin 6-cı bölməsində sadalanan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-558/2024 nömrəli, 15 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Səadət Səlimova (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin müqavilə öhdəliklərini vaxtında icra etməməsi qanuni qüvvəsini alan məhkəmə aktı ilə müəyyən olunaraq cavabdehdən dekabr 2019-dan avqust ayı 2021-ci il tarixinədək, yəni 21 aya görə 10.500 manat kirayə haqqının hər bir iddiaçının xeyrinə tutul ması qət edildiyindən, iddiaçılar hazırda 2021-ci ilin sentyabr ayından 2024-cü ilin iyun ayınadək olan 34 ay üçün hər birinə 17.000 manat kirayə haqqının tutulmasını tələb etdiklərindən, cavabdeh mənzillərin təhvil verilməsi öhdəliyini xx.xx.2024-cü il tarixdə icra etdiyindən iddia tələblərini tam təmin edən birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
21. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətinə qarşı etirazlarında göstərdikləri 2024-cü ilin iyun ayından 2024-cü ilin 30 oktyabr tarixinədək (mənzillər təhvil verilənədək) olan dövr üçün də kirayə haqqının hazırkı icraatda tutulması ilə bağlı qeyd etmişdir ki, iddiaçılar həmin dövr üzrə kirayə haqqının tutulması ilə bağlı müstəqil iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Bel ə ki, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. (MPM-in 372.2-ci maddəsi)
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Məcəllənin 385.1, 386.1, 390.1, 425.1, 442, 443.1, 448.1, 448.2, 752.1, 762.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88, 217.3, 384.0.1, 385.2, 402.1, 403.1 və 405.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır.. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
23. Qətnamədən cavabdeh MMC (Vəkil) kassasiya şikayəti verərək ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların qərəzli şəkildə gecikdirməyə yol vermələrindəki əsas məqsədin hüquqdan sui-istifadə edərək şəxsi mənfəət əldə etmək olduğunu nəzərə almamışdır. Belə ki, təklif edilən mənzilləri qəbul etməyərək gecikmənin yaranmasına şərait yaratmış, daha sonra isə özlərinin yaratdığı gecikməyə əsaslanaraq kirayə haqqı borcları tələb etmişdirlər. Ali Məhkəmənin 2(102)2394/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə isə MMC tərəfindən ilk gündən təklif olunan mənzillərin onlara təhvil verilməsi qərara alınmışdır. Ap ellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün dəyərləndirməyərək cavabdeh MMC-nin mübahisənin ilk günündən mümkün şəraitdə həllə yönəldiyinə, cavabdehlərin isə həllə deyil də əsassız varlanmağa yönəldiklərini nəzərə almamışdır. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən qeyd olunan hüquq norması tətbiq edilməmişdir. Apellyasiya instansiyası apellyasiya şikayətində qeyd olunanları dəyərləndirməmiş, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntularını nəzərə alaraq yeni qətnamə qəbul etməmişdir. Əksinə tərəflər arasında olmuş digər məhkəmə işi üzrə qüvvəyə minmiş məhkəmə qərarlarına əsaslanmış və hal-hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunmamış hüquq normalarını tətbiq etməmiş, formal əsaslandırma aparmış, tərəflər arasında olan hüqu q münasibətlərinə uyğun əsaslandırılmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
25. İddiaçılar cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz verərək kassasiya şikayətində qeyd olunan dəlillərin əsassız olduğunu bildirərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
26. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
30. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
31. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
32. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
33. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya bi ləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
34. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
35. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
36. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
37. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətd ən qabaqcadan azad etmək olmaz.
38. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
39. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatl ar sübutlar hesab olunur.
42. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla ə saslandırır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalı dır.
50. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh MMC tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlüklə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişd irilməsi üçün əsas yoxdur.
55. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessua l hüquqi əsasları düzgün müəyyən edilmişdir.
56. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 58. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
59. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
60. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
62. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyiş dirilmədən saxlanılmalıdır.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-558/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.