Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1587/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneəçiliklərə qadağa qoyulması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiyanın yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Cavabdeh və vəkili X1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2020-ci il ta rixli, 2(107)2276/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İsmayıllı Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 2(037)-233/2020 nömrəli qətnaməsi ilə (hakim R.S.Şirinov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsinə edilən maneəçiliklərə qadağa qoyulması qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinə ötürülmüş müddətin bərpasına dair ərizə əlavə etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(037)-233/2020 qərardadı ilə İddiaçı vəsatəti təmin edi lmiş, İsmayıllı Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 2(037)-233/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Cavabdeh şikayət verərək, İsmayıllı Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(037)-233/2020 nömrəli qərardadının ləğv edilməsi və iddiaçının ərizəsinin təmin edilməməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(037)-233/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2020-ci il tarixli, 2(107)-2276/2020 nömrəli qəradadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 2(037)-233/2020 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə həmin Məhkəmənin 24 sentyabr 2020-ci il tarixli, 2(037)-233/2020 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı münasibətdə apellyasiya qeyri-mümkün hesab edilmiş, verdiyi apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2020-ci il tarixli, 2(107)-2276/2020 nömrəli qərardadının ləğv edilməsi və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti ic raata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı ilə iddiaçıya münasibətdə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınsa da, qərardadla həll olunan mübahisənin mahiyyəti apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası olmuşdur. Məhkəmə kollegiyası izah edir ki, mülki prosessual qanunvericilikdə barəsində kassasiya şikayəti verilməli olan məhkəmə aktlarının məhdud dairəsi dəqiq müəyyən edilmiş və bundan hər hansı istisna, o cümlədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtinaya dair qərardadlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardadda iddiaçının apellyasiyasının qeyri-mümkün hesab olunmasının və apellyasiya şikayətinin geri qaytarılmasının qeyd edilməsi, özlüyündə ondan şikayət verilməsi imkanını vermir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki halda kassasiya şikayəti verilməsinin istisna olunması vətəndaşın hüquq və azadlıqlarının məhkəmə təminatı və məhkəməyə təkrar müraciət etmək kimi konstitusion hüquqları ilə ziddiyyət təşkil etm ir. Belə ki, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair məsələyə ilkin olaraq birinci instansiya məhkəməsində baxıldığı üçün həmin qərardaddan verilən şikayətə MPM-in 269-cu maddəsində nəzərdə tutulmuş qaydada birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən təkrar baxılır. Yəni, qanunvericiliklə belə qərarların yalnız iki instansiya məhkəməsi tərəfindən yoxlanılması nəzərdə tutulmuşdur. Bu baxımdan MPM-in 402-ci maddəsinin tələbinə görə İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2020-ci il tarixli, 2(107)-2276/2020 nömrəli qərardadından verdiyi kassasiya şikayəti kassasiya instansiya məhkəməsinin baxış predmeti ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin icraata qəbul edilməsinə dai r Ali Məhkəmənin Mülki kollegiyasının 12 fevral 2021-ci il tarixli qərardadı ləğv edilməli və İddiaçı kassasiya şikayəti məhkəmə baxışından çıxarılmaqla, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli, 2(102)1587/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2020-ci il tarixli, 2(107)-2276/2020 nömrəli qərardadından verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, qaytarılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1587/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-1587/2021
26.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver