Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1587/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 avqust 2022-ci il tarixli, 2(104)-2122/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 may 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərar ı qəbul etdi: İşin halları
1. Cavabdeh1 İddiaçı qardaşı, x isə onun arvadıdır. 2. ünvan 1 ev İddiaçı xüsusi mülkiyyətindədir və Reyestr Xidməti tərəfindən onun adına 27 mart 2012-ci il tarixli Çıxarış verilmişdir.
3. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı məxsus əşyaların ünvan 1 ünvanda yerləşən evin sahəsi 12.7 kv.metr olan otağına yerləşdirilməklə, Cavabdeh1 və X həmin evin sahəsi 12.7 kv.metr olan otağından çıxarılması və həmin otağın boşaldılaraq İddiaçı verilməsi qət edilmiş və məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və X (bundan sonra cavabdehlər) qarşı iddia ərizəsi, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər və onların övladları X, X3 və X1 mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 evə olan istifadə hüquqlarına 8.000 manat kompensasiya ödənilməklə xitam verilməsi və onlara məxsus əşyaların evdən boşaldılaraq, həmin evin iddiaçının sahibliyinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında ona məxsusdur və həmin ev 2012-ci il tarixdə mərhum anası X2 tərəfindən ona hədiyyə edilmişdir. Cavabdehlər uşaqları ilə birgə hazırda tam mülkiyyət hüququ əsasında ona məxsus olan mübahisəli evdə yaşayırlar. O, dəfələrlə cavabde hlərə evinin boşaldılmasını bildirsə də, onlar bundan imtina edərək, evdən çıxmayacaqlarını və həmin evin əslində onlara qaldığını bildirmişlər. Bundan başqa o, evini cavabdehlərdən tələb etdikdə, ona 8.000 manat pul vermək şərti ilə evdən imtina etməsini bildirmişlər. Cavabdehlər ona sərbəst şəkildə evinə girib yaşamaq imkanı vermədiklərindən o, 2017-ci ildə məhkəməyə müraciət etmiş və Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 21 fevral 20210-ci il tarixli qətnaməsi ilə onun üzərində hüquqları təmin edilmişdir. Hazırda Gəncə şəhəri, Nizami rayonu, X küçəsində eyni şəraitli mənzillərin kirayə haqqı təxminən 110-120 manat təşkil edir. Bütün bunlara görə də iddiaçı onları bir otaqlı evlə təmin etməlidir, o, həmin vaxt evi boşaltmağa razı olar, əks halda onlar ona 10.000 manat pul verir lər, iddiaçı evdən onların onların xeyrinə imtina etsinlər. 6. "xxxx" MMC tərəfindən verilmiş 12 saylı qiymətləndirmə rəyinə əsasən, ünvan 1 ünvanda yerləşən evin real bazar dəyəri 25.000 manat təşkil edir.
7. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(044)221/2022 saylı qətnaməsi ilə (hakim G.Şirinov) iddia rədd olunmuşdur.
8. Birinci instansiya məhkəməsi 8.000 manat məbləğində cavabdehlərə kompensasiya verilməsini ədalətli və insaflı hesab etməyərək qeyd etmişdir ki, 8.000 manat kompensasiya müqabilində cavabdehlərə başqa yerdə əvvəlki evdə onlara xas olmuş şəraitlə müqayisədə davamlı və müddətli olaraq yaşamaq imkanına malik olmur. Ona görə də iddiaçı tərəfindən təklif edilmiş 8.000 manat kompensasiyanın qarşılığında cavabdehlərin evdən istifadə hüquqlarına x itam verilməsini işin faktiki hallarına, eləcə də məhkəmə iclasında tədqiq edilmiş sübutlara görə ədalətli və mümkün deyil.
9. Məhkəmə öz hüquqi mövqeyini “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci insta nsiya məhkəməsinin gəldiyi nəticə iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, məhkəmə iddiaçının təqdim etdiyi arayışla razılaşmayaraq öz təşəbbüsü ilə qiymətləndirmə təyin edərək bunu "xxxx" MMC-yə həvalə etmiş, həmin təşkilat isə fərdi yaşayış evinə 25.000 manat qiymət qoymuşdur. İddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği demək olar ki, fərdi yaşayış evinin yarı qiymətinə yaxın məbləğdir. Evin yarı qiyməti isə 12.000 manat təşkil edir və kompensasiya məbləği 8.000 manatdır və aradakı fərq cəmi 4.000 təşkil edir. Məhkəmə isə nəticəyə gələrkən həmin məbləği ədalətli və insaflı hesab etməmişdir. Xüsusilə qeyd etmişdir ki, mübahisəli ev sənəd üzərə bir otaqdan ibarətdir və tərəflərin orada birlikdə yaşamaqları demək olar ki, mümkün deyil. Məhkəmə nəticəyə gələr kən mülkiyyətçinin hüquqlarını qısa müddət ərzində təmin etmək əvəzinə iddianı rədd etmişdir. İddia rədd edilərkən qətnamə əsaslandırılmamış, iş materiallarında olan sübutlara hansı səbəbdən tənqidi yanaşılmasının əsaslarını göstərməmişdir. Belə ki, iş materiallarında olan 11 oktyabr 2021-ci il tarixli arayışdan məlum olur ki, həmin fərdi yaşayış evinin yerləşdiyi ərazidə oxşar kommunal şəraitli bir yaşayış otağından ibarət evlərin aylıq kirayə haqlarınin orta məbləği təxminən 100 manat təşkil edir. Cavabdehlərə təklif olunan 8.000 manat kompensasiya məbləği isə həmin ərazidə oxşar şəraitli evdə 5 ildən artıq kirayədə yaşamaq üçün kifayət qədər əlverişlidir.
12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 avqust 2022-ci il tarixli, 2(104)-2122/2022 saylı qətnaməsi ilə (hakimlər İ.H əsənov sədrlik edən, məruzəçi, L.Süleymanov və A.Hüseynzadə) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilmiş, cavabdehlərə iddiaçı tərəfindən 8.000 manat kompensasiya ödənilməklə onların ünvan 1 evdən istifadə hüquqlarına xitam verilmiş, cavabdehlərin həmin evdən çıxarılması və evdən çıxarılma ilə kompensasiyanın ödənilməsinin eyni vaxtda icra edilməsi qət edilmişdir.
13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, ünvan 1 ev iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının adına evə dair tam mülkiyyət hüququ barədə 27 mart 2012-ci il tarixli Çıxarış verilmişdir. Həmin evin yaşayış sahəsi 12. 7 kv.metr, yardımçı sahəsi 9 kv.metr olmaqla ümumi sahəsi 21.7 kv.metrdir. Evin yerləşdiyi torpaq sahəsi isə 0.0075 hektardır. Həmçinin Reyestr Xidməti tərəfindən verilmiş 17 mart 2012-ci il tarixli “Texniki pasporta” əsasən ünvan 1 ünvanda yerləşən evin “A” tikilisində 8.3 kv.metr köməkçi sahəsi, 16 kv.metr açıq eyvan hissəsi və tikili “B”-də 4.6 kv.metr hissəsi qanunsuz tikilidir.
14. İşin mübahisə olunmayan hallarına görə mübahisəli fərdi yaşayış evi 27 mart 2012-ci ildən iddiaçının mülkiyyətindədir. Cavabdehlər məhkəmə qətnaməsi ilə həmin ünvana köçürülməklə yaşamaq hüququ əldə etmiş, iddiaçı bunu istifadə hüququnun olması kimi qiymətləndirmişdir. İddiaçı cavabdehlərlə bir mənzildə yaşamaqları mümkün olmadığına görə cavabdehlərə cəmi 8.000 manat kompensasiya verilməklə onların evə is tifadə hüquqlarına xitam verilməsini xahiş edir. Cavabdeh tərəf isə iddiaçının təklif etdiyi 8.000 manat kompensasiya məbləği ilə razı deyil. Etirazlarının əsası kimi onu göstərirlər ki, ev şəhərin mərkəzində yerləşir. Onların həmin evdən başqa digər yaşayış yerləri yoxdur. Cavabdehlər iddiaçıdan bır otaqlı ev tələb edirlər. Əks halda, onlar iddiaçıya 10.000 manat pul təklif edirlər ki, evdən onların xeyrinə imtina etsin.
15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmamışdır. Hətta, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməmişdir. Eləcə də, mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə hər hansı norma yoxdur. Qanunvericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunmuşdur.
16. Məhkəmə kollegiyası tərəfindən iddiaçının cavabdehlərə verə biləcəyi maksimum kompensasiya məbləği müəyyənləşdirildikdən sonra, cavabdehlərə 8.000 manat kompensasiya təklif edilmiş, iddiaçı tərəfindən həmin məbləğ qəbul edilmişdir ki, məhkəmə kollegiyası da 8.000 manat kompensasiya verilməklə cavabdehlərin evdən istifadə hüququna xitam verilməsini ədalətli və qanunauyğun hesab etmişdir. Həmçinin, həmin məbləğ mübahisəli evdə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün əhəmiyyətli maddi dəstəkdir və bu, işi n hallarına və mülkiyyətçi kimi iddiaçının qanunla qorunan hüquqlarının təmin edilməsi baxımından hər iki tərəfin mənafeyinə uyğundur.
17. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 228.2ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli və “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 31 mart 2006cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarına istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalmır. Belə ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği cavabdehlərə yaşadığı ərazidə ağlabatan müddət ərzində əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməklə yanaşı, hətta özünə məxsus ev əldə etməsi üçün əhəmiyyətli maddi dəstəkdir. Belə ki, cavabdehlərin yaşadığı ərazidə bir otaqlı evin dəyəri 25.000-26.000 manat olduğu müəyyən edilmişdir.
18. Cavabdeh1 “evdən çıxmaları müqabilində iddiaçı tərəfindən bir otaqlı ev alındığı halda razı ola biləcəyinə” dair arqumentlərini isə məhk əmə kollegiyası ədalətli hesab etməmişdir. Belə ki, cavabdeh əmək qabiliyyətli olmaqla, işləməklə gəlir əldə etmək və nəticədə özünə ev almaq imkanları mövcuddur. Bundan başqa iş materiallarında olan mütəxəssis rəyinə əsasən mübahisəli evin bazar dəyəri təxminən 25.000 manat təşkil edir ki 8.000 manat kompensasiya məbləği demək olar ki evin dəyərinin yarısına yaxın məbləğ edir. Cavabdehlər isə mübahisəli evdən evdən çıxmaları qarşılığında iddiaçıdan bir otaqlı ev tələb edirlər ki, bu isə evə istifadə hüququ olan şəxslərin hüquqlarının mülkiyyətçi hüquqlarından üstün olması anlamına gəlməklə bu hal qanunvericiliyin tələbinə görə əsaslı hesab edilə bilməz.
19. Məhkəmə kollegiyası həmçinin, cavabdehlərin Gəncə şəhərində olan evlərin aylıq kirayə haqqının 300-350 manat təşkil etməsinə dair d əlili ilə bağlı qeyd etmişdir ki, cavabdehlərin istinad etdikləri bu dəlillər də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında əks olunan hüquqi mövqeyə görə kompensasiyanın məbləği yaşayış sahəsinin dəyərindən asılı deyildir. Mübahisəli evin aylıq kirayə haqqı barədə arayışın şübhə altına alınması və əslində kirayə haqqının daha artıq olması nəticəsinə gəlmək üçün əsaslar mövcud deyildir. Çünki cavabdehlər istinad etdiyi halların təsdiqi barədə hər hansı sübut təqdim etməmişlər. Ona görə də, iddiaçı həmin məbləğdə kompensasiya verməklə cavabdehlərin mübahisəli evə olan istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə haqlıdır.
20. Həmçinin məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehlərin həmin evdən çıxarılm ası tələbləri də əsaslıdır. Belə ki, cavabdehlərin həmin evə olan istifadə hüquqlarına xitam verildikdən sonra onların həmin evdən istifadəsi qanunsuzdur. Mülki Məcəllənin 157.2-ci maddəsində təsbit olunmuşdur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Buna görə də iddia tələbi təmin edilməli, həmçinin, cavabdehlərin mübahisəli evdən çıxarılması müvafiq kompensasiya məbləği verilməklə icra olunmalı olduğundan, qətnamənin icrası qaydası kimi, kompensasiyanın ödənilməsi ilə cavabdehlərin evə olan istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılması eyni vaxtda icra edilməli olması müəyyən edilməlidir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya ş ikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən maddi hüquq norması kimi Mülki Məcəllənin 228.2 və 157.2 maddələrinə istinad etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçının onlara ödədiyi 8.000 manat kompensasiya məbləği onlara başqa yerdə yaşadıqları evə oxşar yaşayış yeri tapmağa imkan vermir. Bu onu sübut edir ki, məhkəmə iddianı təmin edərkən maddi hüquq norması kimi Mülki Məcəllənin 228.2 və 157.2-ci maddələrinə düzgün istinad etməmişdir. Məhkəmənin məlum qətnaməsi AR Konstitusiya Məhkəməsi Plenumun un 26 sentyabr 2007-ci il tarixli qərarının tələblərinə ziddir. Bu qərarda deyilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın tələb etmək hüququnu verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adı xitamı deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mübahisəli evin qiymətləndirilməsi ekspertiza institutunun eksperti tərəfindən deyil, mütəxəssis tərəfindən qiymətləndirilmişdir. Bu da bir daha onu sübut edir ki, məhkəmə iddianı təmin edərkən düzgün nəticəyə gəlməmişdir. İşə baxan məhkəmə iddianı təmin edərkən onların məhkəməyə təqdim etdikləri evin dü zgün qiymətləndirilməməsinə dair dəlillərini, 8.000 manat kompensasiya məbləği ilə özlərinə əvvəlki yaşadıqları evlə müqayisədə yaşayış sahəsi ilə təmin edə bilməyəcəkləri ilə bağlı sübutlarını düzgün qiymətləndirməmiş, bununla da düzgün olmayan qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları
24. Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyy ətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarı
26. Həmin Qərarda göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən “yaşayış sahəsi üzərindəki mülkiyyət hüququ” ilə “yaşayış sahəsindən istifadə hüququ” arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməs ini tələb etmək hüququ vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir;
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir;
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır;
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
34. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
35. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən ma ddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
36. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, ünvan 1 ev iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının adına evə dair tam mülkiyyət hüququ barədə 27 mart 2012-ci il tarixli Çıxarış verilmişdir. Həmin evin yaşayış sahəsi 12.7 kv.metr, yardımçı sahəsi 9 kv.metr olmaqla ümumi sahəsi 21.7 kv.metrdir. Evin yerləşdiyi torpaq sahəsi 0.0075 hektardır.
37. Həmçinin Reyestr Xidməti tərəfindən verilmiş 17 mart 2012-ci il tarixli “Texniki pasporta” əsasən, ünvan 1 ünvanda yerləşən evin “A” tikilisində 8.3 kv.metr köməkçi sahəsi, 16 kv.metr açıq eyvan hissəsi v ə tikili “B”-də 4.6 kv.metr hissəsi qanunsuz tikilidir.
38. Apellyasiya instansiyası məhkəməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Cavabdeh1 iddiaçının qardaşı, Sevda Nəsibova isə Cavabdeh1 arvadıdır. Cavabdeh2 2007-ci ildə iddiaçının qardaşı Cavabdeh1 ilə ailə həyatı quraraq həmin evə gəlin köçmüş və hal-hazırda 3 uşağı və əri ilə birlikdə həmin evdə yaşayırlar.
39. Hazırda iddiaçı, 8.000 manat kompensasiya ödənilməklə cavab ehlərin evdən istifadə hüquqlarına xitam verilməklə, onların evdən çıxarılmasını iddia edir.
40. Cavabdehlər isə iddiaçının təklif etdiyi 8.000 manat kompensasiya məbləği ilə razı deyil. Etirazlarının əsası kimi onu göstərirlər ki, ev şəhərin mərkəzində yerləşir. Onların həmin evdən başqa digər yaşayış yerləri yoxdur. İddiaçıdan bir otaqlı ev tələb edirlər. Əks halda onlar iddiaçıya 10.000 manat pul təklif edirlər ki, evdən onların xeyrinə imtina etsin.
41. Azərbaycan Respubliaksı Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.
42. Göründüyü kimi, Mülki Məcə llənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir.
43. Ona görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir.
44. Bundan başqa, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etm ək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır.
45. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə kompensasiya məbləği mənzil istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzilin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni, mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır.
46. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, kompensasiya almaq hüququ yaşayış sa həsinin istifadəçisinə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etməyə əsas vermir. Bununla belə, mənzilin mülkiyyətçisi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə (şəxslərə) onun (onların) istifadə hüququna xitam verilməsi üçün elə məbləğdə kompensasiya verməlidir ki, həmin kompensasiya istifadəçiyə (istifadəçilərə) müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona (onlara) xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Tərəflər (mülkiyyətçi və istifadəçi) kompensasiyanın məbləği barədə razılığa gələ bilmədikdə həmin məbləğ məhkəmə tərəfindən müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
47. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə isti fadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmamışdır.
48. Hətta Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməmişdir. Eləcə də, mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə hər hansı norma yoxdur. Qanunvericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunmuşdur.
49. Məhkəmə kollegiyası tərəfindən iddiaçının cavabdehlərə verə biləcəyi maksimum kompensasiya məbləği müəyyənləşdirildikdən sonra, cavabdehlərə 8.000 manat kompensasiya verilməsi məbləği təklif edilmiş, iddiaçı tərəfindən də həmin məbləğ qəbul edilmişdir ki, məhkəmə kollegiyası da 8.000 manat kompensasiya verilməklə cavabdehlərin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsini ədalətli və qanunauyğun hesab etmişdir. Həmçinin, həmin məbləğ mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün əhəmiyyətli maddi dəstəkdir və bu, işin hallarına və mülkiyyətçi kimi iddiaçının qanunla qorunan hüquqlarının təmin edilməsi baxımından hər iki tərəfin mənafeyinə uyğundur.
50. Məhkəmə kollegiyası tərəfindən təklif edilmiş kompensasiya məbləğinə münasibətdə qeyd olunur ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plen umunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
51. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericil ik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğ un olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
52. Göründüyü kimi, hazırki iddia tələbi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqe mövcuddur.
53. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli mənzilin bazar qiymətindən asılı deyildir. Məhkəmə bu qənaətə gələrkən Mülk i Məcəllənin 228-ci maddəsini və həmin maddənin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli və “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarlardakı hüquqi mövqeləri rəhbər tutmuşdur. Həmin qərarlardakı hüquqi mövqelər isə ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən e dilərkən “yaşayış sahəsi üzərində mülkiyyət hüququ” ilə “yaşayış sahəsindən istifadə hüququ” arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir.
54. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq, dövlət tərəfindən bərabər müdafıə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı ola raq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafıəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır.
55. Məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair yuxarıda göstərilən qanunvericilik müddəalarını və onların şərhinə dair Konstitusiya Məhkəməsinin qərarlarını rəhbər tutmaqla, ödəniləcək kompensasiyanın məbləği ilə bağlı həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
56. Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surət də və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, yaşayış sahəsindən istifadə etmək hüququnu ağlabatan müddət ərzində təmin edə bilməsinə kifayət etməlidir.
57. Kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir.
58. Məhkəmə kollegiyası həmçinin nəzərə almışdır ki, cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalmır. Belə ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği cavabdehlərə yaşadıqları ərazidə ağlabatan müddət ərzində əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməklə yanaşı, hətta özünə məxsus ev əldə etməsi üçün əhəmiyyətli maddi dəstəkdir.
59. Belə ki, cavabdehlərin yaşadığı ərazidə bir otaqlı evin 25.000-26.000 manata olduğu müəyyən edilmişdir. Cavabdeh1 evdən çıxmaları müqabilində iddiaçı tərəfindən bir otaqlı ev alındığı halda razı ola biləcəyinə” dair arqumentlərini məhkəmə kollegiyası ədalətli hesab etməmişdir.
60. Belə ki, cavabdeh əmək qabiliyyətli olmaqla, işləməklə gəlir əldə etmək və nəticədə özünə ev almaq imkanları mövcuddur.
61. Bundan başqa mülki iş materiallarında olan mütəxəssis rəyinə əsasən mübahisəli evin bazar dəyəri təxminən 25.000 manat təşkil edir ki, 8.000 manat kompensasiya məbləği demək olar ki evin dəyərinin yarısına yaxın məbləğ edir. Cavabdehlər isə mübahisəli evdən çıxmaları qarşılığında iddiaçıdan bir otaqlı ev tələb edirlər ki, bu isə evə istifadə hüququ olan şəxslərin hüquqularının mülkiyyətçi hüquqlarından üstün olması anlamına gəlməklə, bu hal qanunvericiliyin tələbinə görə əsaslı hesab edilə bilməz.
62. Məhkəmə kollegiyası həmçinin cavabdehlərin “Gəncə şəhərimdə olan evlərin aylıq kirayə haqqının 300-350 manat təşkil etməsi ilə bağlı” qeyd etmişdir ki, cavabdehlərin istinad etdiyi bu dəlilləri də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında əks olunan hüquqi mövqeyə görə kompensasiyanın məbləği yaşayış sahəsinin dəyərindən asılı deyildir. Mübahisəli evin aylıq kirayə haqqı barədə arayışın şübhə altına alınması və əslində kirayə haqqının daha artıq olması nəticəsinə gəlmək üçün isə əsaslar mövcud deyildir. Çünki cavabdehlər istinad etdiyi halların təsdiqi barədə hər hanı sübut təqdim etməmişlər. Ona görə də, iddiaçı həmin məbləğdə kompensasiya verməklə cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə haqlı olmuşdur.
63. Həmçinin məhkəmə kollegiya hesab etmişdir ki, cavabdehlərin evdən çıxarılması tələbləri də əsaslıdır. Belə ki, cavabdehlərin mübahisəli evə olan istifadə hüquqlarına xitam verildikdən sonra onların həmin evdən istifadəsi qanunsuzdur.
64. Mülki Məcəllənin 157.2-ci maddəsində təsbit olunmuşdur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb e də bilər.
65. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının 30 avqust 2022-ci il tarixli, 2(104)-2122/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.