Məhkəmə qərarları › İş №2(102)-1587/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1587/2024

07.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1587/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Rayon Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət dair çıxarışın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Rayon Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tə ləbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2018/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 07 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış 20 sentyabr 2019-cu il tarixli alqısatqı müqaviləsi ilə, satıcı X6 Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,045 ha torpaq sahəsini alıcı Cavabdeh2 satmağı, alıcı Cavabdeh2 isə müqavilədə müəyyən edilmiş məbləği satıcı X5 ödəməyi öz öhdəsinə götürmüşdür.

2. Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,045 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi Cavabdeh2 adına xx.xx.2019-cu il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Fatmayı kəndində tikdirdiyi və yaşadığı ona məxsus 2 və 3 otaqlı iki fərdi yaşayış evinə xx.xx.1969cu il tarixdə Ağcabədi rayonunda doğulmuş X8 şəxsi mülkiyyət hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən aparılmış 12 dekabr 2019-cu il tarixli, ********** nömrəli dövlət qeydiyyatının və həmin evlərə verilmiş 12 dekabr 2019-cu il tarixli, ********** nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı 2002-ci ildə Abşeron rayonu, Fa tmayı kəndində bələdiyyədən torpaq sahəsi alaraq orada 2004-cü və 2014-cü illərdə 2 və 3 otaqdan ibarət 2 yaşayış evi tikmişdir. Pula ehtiyacı olduğuna görə torpaq sahəsinin 0,055 ha hissəsini qonşusu Seyidzadə X4. Lakin onların qarşılıqlı razılaşmalarına əsasən, rəsmi olaraq onun adına olan 10 sot torpağın hamısı Məlahət Seyidzadəyə satıldığı kimi rəsmiləşdirilsə də, rəsmi qeydiyyatda olan 4,5 sot torpaq sahəsi iddiaçıya məxsus olmuşdur. Habelə iddiaçıya aid olan qeyd etdiyi 4,5 sot torpaq sahəsindən başqa, həmin ərazidə evin arxa tərəfindən keçən qanunsuz hasara aldığı qeydiyyat sənədi olmayan 2 sota yaxın torpaq sahəsi də iddiaçının olmuşdur. Beləliklə də eyni ərazidə yerləşən dörd tərəfinə daşdan hasar çəkdirdiyi 6 sotdan artıq torpaq sahəsi iddiaçıya məxsus olmuşdur. 2019-cu ildə həmi n torpaq sahəsinin 4,5 sot olan hissəsini satmışdır. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, bu torpaq sahəsini almış X14 hansı yollasa iddiaçıya məxsus yuxarıda göstərdiyi 2 və 3 otaqlı 2 fərdi yaşayış evlərini öz şəxsi mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyata aldırmış və bu barədə həmin idarədən 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

5. Eyni zamanda reyestr xidmətinin 4 saylı Abşeron İdarəsi tərəfindən iddiaçının 2 evinə hüquq subyekti X14 göstərilməklə **********20-10301 nömrəli texniki pasport tərtib olunmuşdur.

6. Qeyd edilməlidir ki, həm çıxarışa, həm də texniki pasporta reyestr xidmətinin əməkdaşları tərəfindən təhrif olunmuş məlumatlar daxil edilmişdir. Belə ki, göstərdiyi ik i evin 6 sotdan artıq torpaq sahəsində yerləşməsinə baxmayaraq, çıxarışda bu evlərin guya 0,0450 ha torpaq sahəsində yerləşdiyi qeyd edilmişdir. Eləcə də texniki pasportun yaşayış evinin texniki göstəriciləri yazılmış səhifəsində hər iki evin 2019-cu ildə tikildiyi göstərilmişdir. Əslində isə iddiaçı həmin evlərin birini 2004, digərini isə 2014-cü ildə tikdirmişdir. Göstərilən torpaq sahəsinin 4,5 sotdan çox olduğu və iddiaçıya məxsus, lakin Müşfiq Əliyevin əmlakı kimi qanunsuz olaraq Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış iki evinin qeydiyyat sənədi olmayan, yol üçün ayrılmış torpaqda tikildiyi Abşeron rayon Fatmayı bələdiyyəsinin 29 dekabr 2021-ci il tarixli, 75 nömrəli arayışı ilə də bir daha təsdiq olunur. Buna görə də bu evlərin heç biri nə iddiaçı tərəfindən dövlət reyestr xidmətində qeydiyyata aldırılması və çıxarış alınması mümkün olmamışdır. İddiaçı həmin evləri heç kimə, o cümlədən X10 rəsmi və ya qeyri- rəsmi satmamışdır, ümumiyyətlə, evlərinin Müşfiq Əliyev tərəfindən hansı yolla qeyriqanuni ələ keçirildiyini anlamır.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcllənin 139-1 və 146.3-cü maddələrinə istinad etmişdir

8. Cavabdeh2 iddiya etiraz edərək göstərmişdir ki, İddiaçı hazırki iddia tələbini qaldırmaqda subyektiv hüququ yoxdur. Belə ki, o, sözügedən Abşeron rayonu, Fatmayı kəndində yerləşən fərdi yaşayış evini X2 almışdır. Alqı-satqı münasibətləri İddiaçı ilə olmamışdır. Hazırda İddiaçı evdən çıxmamaq üçün süni şəkildə işi uzadır.

9. Cavabdeh2 vəkili və nümayəndəsi iddiya etiraz edərək, etirazını belə əsasl andırmışdır ki, cavabdeh 20 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında 0,045 ha torpaq sahəsini və torpaq üzərində olan fərdi yaşayış evini X1 Abşeron rayonu, Fatmayı kəndində, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış mənzilini almışdır. Bununla bağlı xx.xx.2019-cu il tarixdə **********20-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın reyestri xidmətindən xüsusi mülkiyyət kimi qeydiyyata alınıb. Lakin həmin evdə keçmiş mülkiyyətçi X3 mülkiyyətində olduğu vaxtdan kirayənişin kimi qalan iddiaçı ailə üzvləri ilə birlikdə cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsindən və həmin torpağın üzərində olan fərdi evdən çıxmırlar. Hazırkı iş üzrə iddiaçı əsassız olaraq alqı-satqı müqaviləsinin etibarsızlığına dair iddialarla Abşeron və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı Abşeron rayonu, Fatmayı kəndində, nömrəsiz ünvanda yerləşən 0,045 ha torpaq sahəsindən və həmin torpaq üzərində olan fərdi yaşayış evindən çıxarılmasına dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. Hazırda həmin işin icraatı İddiaçı vəsatəti əsasında dayandırılmışdır. İddaçının əsassız iddiası mənzildən çıxmamaq üçün işin uzadılmasına yönəlmişdir. Belə ki, yuxarıda qeyd etdiyi kimi torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi cavabdehin xüsusi mülkiyyətindədir və X1 notarial qaydada alqı-satqı müqaviləsinə əsasən almışdır. Bu halda iddiaçının iddia qaldırması üçün subyektiv hüququ yoxdur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) ö z istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddia tələbindən də görünür ki, iddiaçının mübahisəli torpaq və fərdi yaşayış evinə dair heç bir hüququ yoxdur. Bu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında öz əksini tapıb. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır.

10. Abşeron Rayon Məhkəməsinin 2(012)-1976/2023 saylı, 23 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Elman Məmmədov)

11. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış 20 sentyabr 2019-cu il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən alıcı Əliyev X11 rayonu, Fatmayı kəndində yerləşən 0,045 ha torpaq sahəsini alıcı satıcı X1 almış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövl ət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən, Abşeron rayonu, Fatmayı kəndində yerləşən fərdi yaşayış evi hüquq sahibi olan Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi, xx.xx.2019-cu il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. İddiaçı tərəf məhkəməyə göstərilən fərdi yaşayış evinin ona məxsus olmasını və mülkiyyət hüquqlarını təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Cavabdeh isə həmin fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarış almış, hal-hazırda da həmin sənədlərin şübhə altına alınmasına dair iddiaçı tərəfindən hər hanı bir mötəbər sübut təqdim eilməmiş, halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur.

12. Birinci instansiya məhkə məsinin mövqeyinə görə iddiaçı bəhs edilən iddia tələbini irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olmadığı üçün iddia rədd edilməlidir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məclləinin 14.2, 77.1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli, “M.Bağırovun şikayəti üzrə” 30 iyun 2008-ci il tarixli, “İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli və “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007- ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qeyriobyektiv və qanunsuzdur, ona görə ki, cavabdehin öz aldığı torpaq sahəsinə deyil, 2004cü ildə istifadədə olan 2 yaşayış binası olan torpaq sahəsinə çıxarış verilməsinə heç bir əhəmiyyət verilməmişdir. Torpaq sahəsinin dəyişdirilməsini məhkəmə ekpertizası təyin etməklə müəyyən etməmişdir. İddiaçının hüquq müəyyənedici sənədlərinin olmamasına baxmayaraq, onun həmin torpaq sahəsindən 2001-ci ildən istifadə etməsini sübut edən şahid ifadələri və akt vardır. Torpaq sahəsindən 30 il istifadə etməsi nəzərə alınma mışdır. Məhkəmə boş olmayan torpaq sahəsinə sənəd verilməsinə əhəmiyyət verməmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2018/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lətifə Məmmədov (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Səyyad Qafari)

17. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehin mülkiyyətində olan torpaq sahəsinin və evin ona məxsus olmasına dair hər hansı bir sübut təqdim də bilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsionu da qeyd edir ki, iddiaçının qeyd etdiyi qeydiyyatın və çıxarışın etibarsızlığı üçün əsas yoxdur. Belə ki, cavabdeh rəsmi qaydada, notarial qaydad a təsdiq olunmuş alğı-satqı əsasında torpaq almış, bundan sonra həmin torpaq sahəsinə və üzərində tikilmiş evə mülkiyyət hüququna dair reyestrdən çıxarış almışdır. Eləcə də torpağın X3 mülkiyyətinə keçməsinə dair reyestrdən çıxarış və onunla cavabdeh arasında olan alğı-satqı müqaviləsi də hazırda qüvvədədir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün yenidən apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublik ası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir h üququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt r ejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini n pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

23. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam yoxlayır.

24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozul ması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə qiymət vermişdir.

27. İddiaçı cavabdehin adına qeydə alınmış evlərin ona məxsus olmasını bildirsə də, bu barədə sübut təqdim etməmişdir, həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə X6 arasında torpağın alqı-satqısı müqaviləsi bağlanmış, sonuncu isə torpağa çıxarış aldıqdan sonra onun 0,045 ha hissəsini cavabdehə müqavilə əsasında satmış və həmin müqavilələr mübahisələndirilməmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə mal ik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticə əsaslandırılmış, apellyasiya şikayətini dəlillərinə qiymət verilmiş, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

29. Bu baxımdan, kassasiya şikayətinin dəlilləri əsassızdır.

30. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu m addələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2018/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar