Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1588/2019 04.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1588/2019 04 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və onun vəkili ***nun, cavabdeh Mingəçevir şəhər X9 Hüquqi Şəxsin vəkili X12 qızının iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.10.2018-ci il tarixli, 2(107)2444/2018 nömrəli qətnaməsindən cavabdeh Mingəçevir şəhər X8 Hüquqi Şəxsin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Mingəçevir şəhər Mərkəzi X2rşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Mingəçevir şəhər Mərkəzi X1 bağladığı əmək müqaviləsinə xitam verilməsinə dair 30.03.2018-ci il tarixli 215 saylı əmrini qanunsuz və əsassız olduğundan ləğv edib, onun işə bərpa olunması bаrədə qətnаmə qəbul edilməsini xаhiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim H.Mirzəliyev) 09 iyul 2018-ci il tаrixli, 2(051)1737/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında “***” X10 direktoru Könül Əkbərovun 30 mart 2018ci il tarixli, 215 saylı əmrinin ləğv edilməsi və İddiaçı *** “***” X10 Terapiya şöbəsinin şöbə müdiri vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakiml ər M.A.Əsədli, Ə.T.Məcidov və İ.F.Quliyev) 11.10.2018-ci il tarixli, 2(107)-2444/2018 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təminolunmamış, Mingəçevir Şəhər Məhkəməsinin 09 iyul 2018-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Mingəçevir şəhər X9 Hüquqi Şəxsi və onun vəkili X12 qızı iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Mingəçevir şəhər X9 Hüquqi Şəxsi və onun vəkili X12 qızı iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin fakt iki hallarına yanaşmada subyektivliyə yol vermiş, qanunvericiliyin və konkret olaraq AR ƏM-nin 47 və 68-ci maddələrinin tələblərinə tərəfsiz qaydada qiymət verməmiş, yalnız formal mülahizələrə əsaslanaraq cavabdeh tərəfin haqlı narazılığına səbəb olan qətnamə qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X12 qızı kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili *** kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı vəkilinin dedikl ərinə uyğun izahat verdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 11.10.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı Həsənov X4 şəhər X3 şöbəsinin şöbə müdiri vəzifəsində işləmişdi r. İddiaçı ilə Mingəçevir şəhər X9 Hüquqi Şəxsinin arasında 01 mart 2017-ci il tarixdən müddətsiz əmək müqaviləsi bağlanmışdır. Lakin sonradan iddiaçı ilə cavabdeh arasında 01 aprel 2017-ci il tarixli əmrə əsasən 1 (bir) il müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. Müqavilənin müddəti qurtardığına görə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə İcbari Tibbi Sığorta üzrə X6 şəhər X8 Hüquqi Şəxsinin 30 mart 2018-ci il tarixli, 215 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən (müqavilənin müddəti qurtardığına görə) xitam verilmişdir. Əmək funksiyasının xarakterinə görə iddiaçının tutduğu vəzifə daimi xarakter daşıyır, ona görə də müddətli əmək müqaviləsinin bağlanması hüquqi cəhətdən əsaslı deyildir. Maddi hüquq normalar yoxla nılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X5 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Həmin Məcəllənin 43-cü maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilə nədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Həmin Məcəllənin 45-ci maddəsinin 3-cü hissəsinə əsasən Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Аzərbаycаn Respublikаsı Əmək Məcəlləsi 14-cü maddəsində yazılmışdır ki, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınması, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sa həsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlandığı hallar sadalanmışdır. Həmin maddədə deyilir ki, aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsüm işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması, və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının (Baş Məşğulluq İdarəsi və onun yerli orqanları) göndərişi ilə haqqı öd ənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə il ə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndində göstərilmişdir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin məzmununda digər məlumatlarla yanaşı əmək müqaviləsinin ləğv edilməsinin əsası, əmək müqaviləsinin ləğv edilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Həmin Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, ƏM-nin 84-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr ə mək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edə bilər. Аzərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 288-ci maddəsinin tələbinə görə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi, əmək müqaviləsinin şərtlərinin tətbiq edilməsi məsələlərinin tənzimlənməsi zamanı yaranan fərdi əmək münasibətlərinin həlli həmin Məcəllə ilə nizama salınır. Həmin Məcəllənin 292-cu maddəsinin 2-ci hissəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə məhkəməyə müraciət edə bilər. Bundan başqa, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən qanunla təsbit edilmiş qaydanı pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron in formasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul olunarkən elektron informasiya sistemi Respublikada tam həcmdə fəaliyyət göstərirdi və işəgötürən üçün mütləq xarakter daşıyırdı. Lakin qanun bu tələbinə baxmayaraq cavabdeh həmin tələbə müəyyən olunmuş qaydada əməl etməsini sübuta yetirməmişdir. İş materiallarında mübahisələndirilən əmrin müəyyən olunmuş qaydada elektron informasiya sisteminə daxil edilməsi barədə məlumat yoxdur. Deməli mübahisələndirilən əmr Əmək Məcəlləsinin 84 -cü maddəsinin 2-ci bəndinə əsasən (analoqiya) etibarsızdır və bu səbəbdən tərəflər arasındakı əmək münasibətlərində müqavilənin müddətinin bitməsi ilə əlaqədar xitam verilməsinə işarə edə bilməz. Bundan belə nəticə çıxır ki, tərəflər arasındakı əmək müqaviləsi hazırki vaxtadək davam etmiş hesab olunmalıdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2011-ci il tarixli, 180 saylı qərarına əsasən “Dövlət büdcəsindən maliyələşən müəssisələrdə çalışmanın yaş həddi çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları” təsdiq edilmişdir. Həmin meyara əsasən 1.1 Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmə, 1.2 Azərbaycan Respublikasının fəxri adların a layiq görülmə, 1.3 işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması, 1.4 Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması və 1.5 Dövlət mükafatı laureatı olması Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadaılmasına yol verilən hallardır. Məhkəmədə müəyyən olunmuşdur ki, İddiaçı 03 aprel 2009-cu ildə Rusiya Federasiyası tibb Elmləri Doktoru elmi dərəcəsi, 26 noyabr 2010-cu ildə isə Azərbaycan Respublikası tibb üzrə Elmlər Doktoru elmi dərəcəsi verilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının icra etdiyi iş daimi xarakterə malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbinə əsasən, əmək funksiyasının yerinə yeti rilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Qeyd olunan qanun normasının tələbi ondan ibarətdir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilməklə bağlanmasına yol verilmir. Bu qaydadan istisna halı kimi yalnız həmin Məcəllənin 47-ci maddəsində sadalanan hallar müəyyən olunmuşdur. Qanunun müəyyən etdiyi bu şərt işə qəbul zamanı müddətli əmək müqaviləsindən istifadəni məhdudlaşdıran təminatları təsbit edən X5 02 iyun 1982-ci il tarixdə qəbul et diyi “İşəgötürənin təşəbbüsü ilə əmək münasibətlərinin xitam edilməsi haqqında” 166 saylı Tövsiyyəsində də nəzərdə tutulmuşdur və əmək hüquqlarının müdafiəsi sahəsində təməl hüquqi təminatlardan biridir. İş materiallarından görünür ki, iddiaçı ilə 01.03.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsi müddətsiz olaraq bağlanmışdır. Həmin müqaviləyə xitam verilmədən 01.04.2017-ci il tarixdə iddiaçı ilə yenidən 1 (bir) il müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. Lakin, müqavilə bağlanarkən iddiaçı həmin müqaviləni imzalamamışdır. Bundan başqa hazırki iş üzrə mübahisə obyektini tərəflər arasında əmək müqaviləsi bağlanarkən yaranmış əmək münasibətləri təşkil edir. Əmək müqaviləsinin bağlanması şərti tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığıdır. Öz növbəsində qarşılıqlı razılıq o deməkdir ki, razılıq məcburi deyil, həqiqi olmalıdır və işçinin işləmək arzusundan irəli gəlməlidir. Bununla əlaqədar olaraq bərabərlik prinsipi – müddətli əmək müqaviləsi bağlanarkən işəgötürənin və işçinin bərabər vəziyyətdə olmasıdır. Göstərilən hal hazırki mübahisədə mövcud olmamışdır. Müddətli əmək müqaviləsi bağlanan zaman İddiaçı cavabdehlə bərabər vəziyyətdə olmamışdır. Bundan başqa əmək münasibətlərində bərabərlik prinsipinə əməl olunması onu nəzərdə tutur ki, əmək müqaviləsinin bağlanması həm işçinin, həm də işəgötürənin maraqlarına cavab verir. Əgər işçinin müddətli əmək müqaviləsi bağlamağa əhəmiyyətli səbəbi yoxdursa, bu cür müqavilənin bağlanması bərabərlik prinsipinə uyğun hesab oluna bilməz. Bu ona dəlalət edir ki, işçi işəgötürəndən asılı v əziyyətdə olur. Çünki, işə düzəlmək imkanından məhrum olunması və ya mövcud iş yerini itirməsi nəinki işçini, həm də ondan maddi cəhətdən asılı olan ailə üzvlərinin vəziyyətinin ağırlaşmasına səbəb olur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, cavabdeh kassasiya şikayətində sonuncu 01.04.2017-ci il tarixli müddət li əmək müqaviləsinə iddiaçının imza atmamasını qəbul etdiyini bildirsə də, onun həmin müqavilənin bağlanmasına dair ərizə yazması əsası ilə qüvvədə olmasına istinad etmişdir. Kollegiya bu dəlillə razılşmayaraq, aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır, tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Odur ki, istinad edilən maddi hüquq normasının tələbləri baxımından, iddiaçı tərəfindən istinad edilən müddətli əmək müqaviləsinə imza edilmədiyindən tərəflər arasında ola n əmək münasibətlərinin müddətli kimi qiymətləndirmək əsaslı hesab edilə bilməyərək, münasibətlər işçinin imzaladığı sonuncu müddətsiz müqaviləyə uyğun qaydada davam etdirilmiş hesab edilməlidir. Nə qədərki də münasibətlər müddətli deyil, müddətsizdi müddətin bitməsi əsası ilə işdən azad edilməsinə dair əmr qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Mingəçevir şəhər X8 Hüquqi Şəxsin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəm əsi Mülki Kollegiyasının 11.10.2018-ci il tarixli, 2(107)-2444/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi
Məhkəmə qərarları › İş №2(102)-1588/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1588/2019
04.03.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver