Məhkəmə qərarları › İş №2(102)-1589/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1589/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1589/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı və X4 cavabdehlər X8 və “Cavabdeh2” Şirkətinə qarşı (X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu) iş üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlundan və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-644/2025 nömrəli, 04 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı, Emil Hacıyevin arvadıdır, “Cavabdeh2” şirkəti X5 məxsusdur; 3. 25 oktyabr 2023-cü il tarixdə X9 ilə “Cavabdeh2” şirkəti arasında “mebel mallarının istehsal olunub, çatdırılıb və quraşdırılmasına dair” yazılı podrat müqaviləsi tərtib edilmiş, lakin həmin müqavilə imzalanmamışdır;

4. Müqavilə icraçı olaraq (Rüfət Mehdiyev) “Cavabdeh2” Şirkəti və sifarişiçi olaraq Hacıyev Emil arasında bağlansa da, müqavilə münasibətləri sifarişçi İddiaçı və podratçı isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X8 arasında meydana gəlmişdir; 5. 24.10.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən bank hesabının mobil tətbiqi vas itəsilə 5600 manat ödəniş edilmişdir; 6. 21.11.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən bank hesabının mobil tətbiqi vasitəsilə 5650 manat ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər X8 və “ Cavabdeh2” Şirkətinə qarşı iddia ərizəsi ərizə məhkəməyə müraciət edərək cavabdehlərin ona vurduqları maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 11.250 manat, kompensasiya olaraq 3.000 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün aldığı hüquqi yardıma görə çəkdiyi xərcin əvəzi olaraq 1.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 136 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, 25 oktyabr 2023-cü il tarixdə iddiaçılar İddiaçı və həyat yoldaşı X9 ilə Cavabdeh2 şirkəti arasında “Mebel mallarının istehsal olunub, çatdırılıb və quraşdırılmasına dair” xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, icraçı, yəni cavabdeh “Cavabdeh2” şirkəti sifarişçilərin, yəni iddiaçıların İddiaçı və Hacıyev Emilin sifarişi əsasında müqavilədə qeyd olunan tələblərə “şərtlərə” və əlavə №1-də göstərilən eskiz layihə(lərə) uyğun gələn malları istehsal edib sifarişçiyə, yəni iddiaçıya, çatdırmağı və quraşdırmağı öz öhdəliyinə götürürlər. Müqavilə şərtlərinə uyğun olaraq, müqavilənin bağlandığı gün, yəni 25 oktyabr 2023-cü il tarixdə, sifarişçi, yəni iddiaçı, İddiaçı tərəfindən bank hesabının mobil tətbiqi vasitəsilə icraçı, yəni Cavabdeh2 şirkəti nə, 5600 manat ödəniş edilmişdir. Habelə 21 noyabr 2023-cü il tarixdə 5650 manat ödəniş edilmişdir. Ödənişlərin olunmasına dair sübut olaraq ödənişi təsdiq edən qəbzlərin sürəti və qeyd olunan ödənişlərin olunmasına baxmayaraq heç bir malın sifarişçi, yəni İddiaçı təqdim olunmamasına dair “Whatsapp” sosial platforması üzərində aparılmış mesajların ekran görüntüləri, qoşma olaraq əlavə olunur. Əlavə olaraq “Whatsapp” sosial platforması üzərində aparılmış mesajların ekran görüntülərindən görmək olar ki, icraçı, yəni cavabdeh, “Cavabdeh2” şirkəti tərəfindən sifarişçi, yəni iddiaçılar, İddiaçı və onun həyat yoldaşı X7 qarşı təhdid xarakterli mesajlar ünvanlanmışdır.

9. İşə baxılan zaman iddiaçının vəkili (nümayəndəsi) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək bildirmiş dir ki, iddia ərizəsində qeyd edilən müqavilə nə sifarişçi nə də ki, podratçı tərəfindən imzalanmamışdır. Buna görə də onlar iddia tələbinin hüquqi əsasını dəyişmək qərarına gəlmişlər. Buna görə də xahiş edir ki, iddia tələbinin əsası kimi, əsassız varlanma hesab edilsin.

10. Cavabdeh Mətanət Qurbanovanın vəkili (nümayəndəsi) Vəkil2 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, iddia ərizəsində qeyd edilən müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən tam icra olunmuşdur. Müqavilənin şərtləri iddiaçının özü tərəfindən pozulmuş, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bu səbəbdən də cavabdehlər iş vaxtında tam icra edə bilməmiş, işin yalnız bir hissəsini görmüşlər. Belə ki, “Cavabdeh2” mağazasında dizayner işləyən X6 tərəfindən 3.500 manat məbləğində dizayn işləri (dizayn proyektinin hazırlanması, texniki planın hazırlanması, ölçü götürülməsi və s.) görülmüş, 2.000 manat dəyərində isə nümunələr hazırlanmışdır. Əgər iddiaçı qeyd edilən müqavilə üzrə onlarla işin görülməsini davam etmək istəmirsə, onda iddiaçının ödədiyi məbləğdən qeyd edilən xərclər çıxmaqla, qalan məbləği iddiaçıya qaytarmağa razıdırlar. Qalan hissədə isə iddia rədd edilməlidir.

11. Üçüncü şəxs qismində işə cəlb edilmiş X6 izahatında göstərmişdir ki, o, cavabdeh Mətanət Qurbanovaya məxsus “Cavabdeh2” mağazasında dizayner işləyir və iddiaçı ilə bağlanmış müqavilənin icrası ilə əlaqədar dizayner işlərini həyata keçirmişdir. İddiaçı tərəf mağazaya gələn zaman onlara nümunələr verilmiş və yanvar ayının 27-nə kimi mənzilə baxıb rənglər seçilmişdir. Oktyabr ayının sonunda müqavilə imzalanmışdır. Onlar müqavilə bağlayan zaman iddiaçıya məxsus ev hələ təmirə götürülməmişdi. Daha sonra işlər başlamışdır. İddiaçı tərəf ilə aralarında heç bir narazılıq olmamışdır. İddiaçı tərəf özü əsassız olaraq işə xitam verilməsini və işin davam etdirilməsini istəmədiklərini bildirmişlər. Onun tərəfindən 3.500 manat məbləğində dizayn işləri (dizayn proyektinin hazırlanması, texniki planın hazırlanması, ölçü götürülməsi və s.) görülmüş, 2.000 manat dəyərində isə nümunələr hazırlanmışdır.

12. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli e-2(010)2191/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X3 podrat müqaviləsi üzrə 5750 manat və ödənilmiş dövlət rüsumuna görə 77.50 manat, hüquqi yardım göstərilməsi ilə əlaqədar 300 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Rübabə Qafarova).

13. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin öz müqavilə öhdəliyini yerinə yetirməsi üçün əvvəlcə iddiaçının şərtləşdirilmiş şərtləri yerinə yetirməsi nəzərdə tutulmuş, lakin iddiaçı öz öhdəliyini yerinə yetirməmişdir. Mülki Məcəllənin 759.1-ci maddəsinin tələbindən göründüyü kimi, Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Odur ki, cavabdehin öz müqavilə öhdəliyini pozması halı müəyyən edilmir.

14. Məhkəmə qeyd etm işdir ki, “Podrat müqaviləsi” bağlandıqdan sonra, iddiaçı müqavilə üzrə hissə-hissə 11.250 manat ödəniş etmişdir. Eyni zamanda işin hallarından müəyyən edilir ki, həmin müqavilə üzrə cavabdeh Mətanət Qurbanovaya məxsus mağaza tərəfindən cəmi 5.500 manat məbləğində iş görülmüşdür. Odur ki, 11250 manat pul vəsaitindən cavabdehin çəkdiyi xərc, ümumilikdə 5500 manat pul vəsaiti çıxılmaqla cəmi 5750 manat pul vəsaiti cavabdeh hüquqi şəxs X3 tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 357, 385, 404, 752, 759-cu, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə cavabdeh tərəfindən çəkilmiş xərclərə dair heç bir sübut təqdim edilməməsinə baxmayaraq, Whatsapp yazışmalarını əsas gətirərək iddia tələbini qismən təmin etmişdir. Məhkəmə iddiaçı tərəfin ödənişlərini dizayn xərcləri kimi nəzərə almasını ümumiyyətlə əsaslandırmamış, iş materiallarında yalnız təqdim edilmiş müqaviləyə və yazışmalara istinad etmişdir. Halbuki, tərəflər arasında müqavilənin bağlanması və bu barədə danışıqların (yazışmaların) aparılması cavabdeh tərəfin müqavilə üzrə öhdəlikləri yerinə yetirməsi mənasına gəlmir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-644/2025 nömrəli 04 fevral 2025-ci il tarix li qətnaməsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli e-2(010)-2191/2024 nömrəli dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Fuad Talışinski və Azad İmanov).

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilə tərəfləri həmin müqaviləni həqiqətən də imzalamamışlar. Lakin bu hal hazırkı mülki mübahisənin həlli üçün vacib amil kimi qəbul edilə bilməz, çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.2-ci maddəsinə müvafiq olaraq podrat (tapşırıq) müqaviləsinin mütləq yazılı formada bağlanması şərtini müəyyən etməmişdir. Bu kimi müqavilə şifahi formada da bağlanıla bilər. Digər tərəfdən qeyd edilməlidir ki, həmin müqavilə imzalanmasa da, iddiaçı müqavilənin şərtlərini bəyənmiş, onları qəbul etmiş və müqavilə üzrə ö dənişlər etmişdir.

20. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli “Podrat müqaviləsi” sifarişçi olaraq iddiaçı ilə podratçı olan cavabdeh Mətanət Qurbanovaya məxsus mağaza ilə bağlansa da, smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi (“WhatsApp”) vasitəsi ilə həyata keçirilmiş və surəti iş materiallarına əlavə edilmiş yazışmalarından görünür ki, müqavilə münasibətləri (sifarişçi) iddiaçı ilə (podratçı) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Mətanət Qurbanova arasında yaranmışdır. Bu baxımdan qəbul edilməlidir ki, “Podrat müqaviləsi” iddiaçı ilə cavabdeh Mətanət Qurbanova arasında bağlanmışdır və Rayon Məhkəməsi bu nəticəyə gəlməkdə haqlı olmuşdur.

21. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh Mətanət Qurbanova arasında bağlanmış “Podrat müqaviləsində” iddiaçının müqavilə bağlandığı gündən 10 iş günü ərzində, istifadə ediləcək texnika siyahısı təqdim etməsi və son ölçü götürmək üçün yeri hazır vəziyyətə gətirməli olması şərtləşdirilmişdir. Yəni, həmin hərəkətlərin həyata keçirilməsindən sonra icraçı artıq öz müqavilə öhdəliklərinin icrasına başlamalı idi. Lakin iddiaçının izahatından görünür ki, iddiaçı, “Podrat müqaviləsinin” şərtini icra etməmiş, evində istifadə ediləcək texnikanın siyahısını cavabdeh tərəfə təqdim etməmişdir. Odur ki, iddiaçının “Podrat müqaviləsi” üzrə sifarişinin cavabdeh Mətanət Qurbanova tərəfindən icra edilməməsi onun təqsiri üzündən deyil, iddiaçının təqsiri üzündən baş vermiş və Rayon Məhkəməsi də bu nəticəyə gəlməkdə haqlı olmuşdur.

22. Məhkəmə kolleg iyası Mülki Məcəllənin 759.1-ci maddəsinə istinadən hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 11.250 manat pul vəsaitindən (3.500 manat məbləğində dizayner işləri, 2.000 manat məbləğində isə nümunələrin hazırlanması işləri) çıxaraq, qalan 5.750 manat məbləğində pulu Mətanət Qurbanovadan tutularaq iddiaçıya ödənilməsini qət etməkdə Rayon Məhkəməsi haqlı olmuşdur.

23. Məhkəmə kollegiyası məhkəmə xərcləri ilə bağlı MPM-nin 119.1, 121.1-ci maddələrinə istinadən vəkilin göstərdiyi hüquqi yardıma görə 300 manat pulun ağlabatan məbləğ olduğunu və cavabdehin öhdəliyin icra edilməməsi nəticəsində iddiaçının çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab etmişdir ki, Rayon Məhkəməsinin qətnaməsi həmin hissədə də əsaslıdır.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 357, 385, 404, 752, 759-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-644/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumlarının, hüquqi yardım xərclərinin, habelə mənəvi zərərin cavabdehdən tutulması barədə yeni qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti iddia ərizəsi və apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarını tam, hərətərəfli araşdırmamışdır. Cavabdehin məhkəmədə iddia etdiyi nümunələr məhkəməyə təqdim edilmişdir. Nümunələrin ilkin baxışından da aydın olmuşdur ki, həmin nümunələrin qiyməti cavabdehin iddia etdiyi məbləğdən dəfələrlə azdır. Bununla bağlı məhkəmə araşdırma aparmamış, hər hansı ekspertiza təyin etmədən nümunələrin qiymətini buna səlahiyyəti olmasa belə müəyyən etməyə çalışmışdır.

27. Daha sonra qeyd edilmşidir ki, cavabdeh şirkət fərdi sahibkar VÖEN ilə fəaliyyət göstərsə də, müqavilə üzrə ödənişlər kartdan karta atılmaqla həyata keçirilmiş, sahibkarlıq subyekti üçün nəzərdə tutulan qanun normaları pozulmuş, cavabdeh vergidən yayınmış, lakin məhkəmə bu halların heç birini araşdırmamış və münasibət bildirməm işdir.

28. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 427, 442, 752-ci, Mülki Prosessual Məcəlləsinin 76, 77.1, 97, 265-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

31. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.

32. M addə

759. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

34. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.

35. Maddə 77.1. Hər b ir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

37. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

38. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yaz ılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.

39. Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, sifarişçi İddiaçı ilə podratçı X8 arasında podrat müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. İddiaçı bu münasibət çərçivəsində cavabdeh Mətanət Qurbanovaya 11.250 manat məbləğində pul ödəmişdir. Bununla belə, sonradan münasibətlərin pozulması səbəbindən iddiaçı müqaviləni ləğv etmiş, ödədiyi pulun qaytarılmasını tələb etmişdir. Cavabdeh Mətanət Qurbanova isə müqavilənin icrası üçün çəkdiyi xərclərin - dizayn işlərinə (dizayn proyektinin hazırlanması, texniki planın hazırlanması, ölçü götürülməsi və s.) görə 3.500 manat, nümunələr hazırlanmasına görə 2.000 manat məbləğində pulun çıxılmasını istəmişdir. İddiaçı həmin işlərin dəyərinin şişirdildiyini bildirərək göstərilən məbləğlərlə razılaşmamışdır.

45. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmi ş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir (§ 30, 32).

46. İşdən göründüyü kimi, podratçının yerinə yetirilmiş işin dəyəri tərəflər arasında mübahisəli olmuşdur. Belə olan halda, istinad etdiyi xərclərin dəyərini sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Çünki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (§ 35).

47. Məhkəmələr cavabdehin istinad etdiyi 5.500 xərci iddiaçının ödədiyi məbləğdən çıxarkən Mətanət Qurbanovanın və “Cavabdeh2” mağazasında dizayner işləyən Sara Abdullayevanın izahatlarına əsaslanmışlar.

48. İddiaçı isə bildirir ki, nümunələrin qiyməti cavabdeh Mətanət Qurbanovanın iddia etdiyi məbləğdən dəfələrlə azdır. Bununla bağlı məhkəmə araşdırma aparmamış, hər hansı ekspertiza t əyin etmədən nümunələrin qiymətini buna səlahiyyəti olmasa belə müəyyən etməyə çalışmışdır.

49. Məlum olduğu kimi mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (§ 34, 37-39).

50. Buna baxmayaraq, hazırkı işdə məhkəmə həmin prosessual imkanlardan istifadə etməmiş, cavabdehin istinad etdiyi xərclərin dəyəri mübahisəli olduğu halda əlavə sübutların tədqiq olunmasını, zəruri olduqda mübahisəli halın mütəxəssisin və ya ekspertin rəyi ilə müəyyənləşdirilməsini tərəflərlə müzakirə etməmişd ir.

51. Qeyd edilənlər həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılması, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılması barədə prosessual hüquq normalarının pozulmasına dəlalət edir (§ 33, 36, 40).

52. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o c ümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

53. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

54. Göstərilənlə rə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-644/2025 nömrəli, 04 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar