Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-159/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-159/21 (Açar sözlər: zaminin reqres tələbinə tətbiq olunan iddia müddəti) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı MMC-nin vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “zaminlik müqaviləsinə əsasən aparılmış kredit ödənişlərinin əvəzinin tutulması” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5002/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsin dən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları “xxxx” İKB ASC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh 36 ay müddətinə illik 21%-lə 8500 manat məbəğində kredit verilmiş, kreditin təminatı olaraq İddiaçı MMC bank qarşısında zamin durmuş, cavabdeh öhdəliklərini lazımi qaydada icra etmədiyindən banka ödənilməli borcun 8070 manatı zamin tərəfindən ödənilmişdir. Zamin hazırkı tələblə məhkəmə mübahisəsinə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC (MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixdə “xxxx” İKB-nin 6 saylı filialı (bank) və Cavabdeh arasında 2012-ci il buraxılışlı “VAZ-21214” markalı parlaq ağ rəngli avtomobilin alınması məqsədilə kredit müqaviləsi bağlandığını, müqaviləyə əsasən Cavabdeh 36 ay müddətinə, illik 21% olmaqla 8500 manat kredit verildiyini, kreditin təminatı olaraq həmin avtomobilin ipoteka ilə yüklü olunduğunu, həmçinin bank, MMC və Cavabdeh arasında zaminlik müqaviləsi bağlandığını, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyi üçün həmin öhdəliyin icrası barədə kreditorun zaminə borcun ödənilməsi təklifini irəli sürdüyünü və MMC-nin borclunun banka ödənilməli olan 8070 manat borcunu ödədiyini bildirmiş, buna görə də cavabdehdən 8070 manat məbləğində kredit ödənişinin əvəzinin və 30 manat dövlət rüsumunun xeyrinə tutulması barəd ə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim S.Talıbov) iddia tələbi təmin olunmuşdur. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 404.1, 470.1, 472.1, 475.1-475.3-cü maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apelyasiya Məhkəməsi MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- E.Həsənov (sərlik edən və məruzəçi) X.Mərdanova və F.Babayev) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5082/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı MMC-nin Cavabdeh qarşı “zaminlik müqaviləsinə əsasən aparılmış kredit ödənişlərinin əvəzinin tutulmas ı” tələbinə dair iddiası təmin olunmamış, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 375, 474.2, 474.3, 475.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı MMC-nin kasasiya şikayəti verərək qətnamənin ləğv ol unmasını və Sabunçu rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, borcalanın məhkəməyə verilməsini bankdan tələb etmək zaminin hüquqlarından biridir. Zamin iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir. Apellyasiya Məhkəməsi iddia müddəti ilə bağlı maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək, qeyd etmişdir ki, iddiaçı iddia ərizəsini məhkəməyə iddia müddətinin ötürülməsi ilə vermişdir. Ona görə də kassasiya şikayətinin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəb ul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının xx xxxxxx 2021-ci il tarixdə keçirilmiş iclasında iştirak edən İddiaçı MMC-nin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək bildirmişdir ki, onların mübahisələndirdiyi məsələ Apellyasiya Məhkəməsinin iddia müddətini düzgün tətbiq etməməsi ilə bağlıdır. Hazırkı işdə on illik ümumi iddia müddəti tətbiq olunmalıdır. Məhkəmə üç illik iddia müddətini tətbiq edərkən maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada m əlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə
375. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 474.2. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Maddə 474.3. Zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavil ələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası kassasia baxışının predmeti olan mübahisəli hal-iddia müddəti ilə bağlı məsələyə fikir bildirməmişdən öncə işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarını diqqətə çatdırır. İşdən görünən ondan ibarətdir ki, iddiaçı cavabdehin öhdəliklərinə zamin durmuş, kreditor vaxtilə ancaq cavabdehə qarşı iddia tələbi irəli sürərək borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və buna nail olmuşdur. Lakin, həmin işdə zamin borclu kimi cəlb edilməmişdir. Eyni zamanda həmin qətnamə qəbul edilən anda cavabdehin borcu qətnamədə qeyd olunan məbləğdə olmamışdır. Mə hz ona görə cavabdehin sonradan verdiyi apellyasiya şikayəti əsasında borcun məbləği azaldılmışdır. Çünki iddiaçının təqdim etdiyi ödəniş sənədlərindən görünür ki, kreditor borcluya qarşı tələb irəli sürməmişdən əvvəl zamin mütəmadi olaraq ödənişlər etmişdir. Lakin, zaminin həmin ödənişləri aparması ilə bağlı borcluya, yəni hazırkı iş üzrə cavabdehə məlumat verməsi barədə heç bir sübut yoxdur. Deməli, hazırkı iş üzrə iddiaçı cavabdehə məlumat vermədən onun öhdəliklərini icra etmişdir. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur (Mülki Məcəllə Maddə 474.2.). Zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı k reditora qarşı olan etirazlarını irəli sürə bilər (Mülki Məcəllə Maddə 474.3.). Borclunun kreditora qarşı irəli sürə biləcəyi etirazlardan biri də iddia müddəti çərçivəsində ona qarşı tələb yönəltməsidir. Kreditorun tələblərinə isə üç illik iddia müddəti şamil olunur. Məhkəmə kollegiyası hesab edir ki, zaminlə əsas borclu arasındakı münasibətlər müqavilə əsasında yarandığından və zaminin kreditor qarşısındakı öhdəliyi əlavə (aksessor) öhdəlik olduğundan, zaminin borclu qarşısındakı hüquqlarına qanundan irəli gələn hüquqlar kimi qiymət verilməsi mümkün deyildir - buna görə də, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair kasasiya şikayətinin dəlili qanunvericiliyin yuxarıda sadalanan müddəaları baxımından əsaslı olmaqla hazırki işdə iddia müddətinin axımı İddiaçı MMC-nin cavabdehin kredit öhdəliyini sonuncu dəfə icra etdiyi xx.xx.2015-ci il tarixdən hesablanmalıdır. Başqa sözlə, hazırkı iddia üzrə iddia müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir, iddiaçı isə ərizə ilə məhkəməyə 2019-cu ilin iyul ayında müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab edilməlidir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı qəbul edilmişdir. Həmin qərarda deyilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Elə həmin qərarda deyilir: İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göst ərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Azərbaycan R espublikası Konstitusiyası Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair xx xxxxx 2017-ci il tarixli qərarında deyilir ki, hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiə si hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli Qərarı). İddia müddətinin mahiyyətinə dair yuxarıda qeyd olunan şərhlərdən göründüyü kimi iddia müddətinin məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək, işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların mötəbərliyi itmədən məhkəməyə müraciət olunmasını təmin etmək, tərəfi əsaslandırılmamış çəkişmələrdən qorumaq, müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad etmək məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5002/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.