Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-159/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə Qərar İş № 2(102)-159/2023 (Açar sözlər: pul tələbi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X21 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4977/2022 saylı, 22 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 15 fevral 2023cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat q aydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək Cavabdeh 14 iyul 2021-ci il tarixdə ünvan 1 ünvanında 12.000 manat verdiyini, cavabdehin isə həmin məbləği bir ay müddətində qaytaracağına söz versə də, qaytarmadığını, həmin pulu “OCOS” adlı biznesə yatırdığını və müflis olduğunu bildirdiyindən pulun qaytarılmasında köməklik edilməsini xahiş etmişdir. Ərizə ilə bağlı Polis Şöbəsində araşdırılma aparılmış, o cümlədən izahatlar alınaraq cinayət işi başlanması rədd edilmiş və şikayətdə göstərilənlər mülki məsələ olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.
2. Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsinin İstintaq və Təhqiqat idarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi X12 07 aprel 2022-ci il tarixli qərarı ilə cavabdeh zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin qərardan görünür ki, X15 və X10 2021-ci ilin yanvar ayından etibarən internet resursları və sosial şəbəkələrdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən “OCOS” adlı şirkətinin və mövcud olmayan kriptovalyutanın beynəlxalq valyuta bazarında satışı ilə məşğul olan, mərkəzi ofisi X9 yerləşən etibarlı beynəlxalq şirkətin Azərbaycan Respublikasındakı rəsmi nümayəndəsi kimi təqdim edərək müştərilərdən müxtəlif məbləğlərdə nağd pul vəsaitlərini heç bir müqavilə və ya ödəniş qəbzi tərtib etmədən qəbul etmiş, müştərilərə guya həmin pul məbləğlərini “OCOS” adlı şirkətin ABŞ-dakı hesabına köçürdükləri ni, guya həmin pulun müqabilində müştərilərə kriptovalyutanın satıldığını bildirməklə aldatmış, bu üsulla çoxsaylı vətəndaşlardan, o cümlədən cavabdehdən 2021-ci ilin sentyabr ayında hissə-hissə olmaqla, ümumilikdə 23.400 ABŞ dolları vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat.
3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 5.000 ABŞ dolları məbləğində pul vəsaitinin və dövlət rüsumunun əvəzi 105 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İd dia tələbi işin hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, cavabdeh onun bacısı X4 qızının yaxın rəfiqəsi olduğundan cavabdehi 10 ilə yaxındır ki, tanıyır. Onun bacısı ilə cavabdehin bir-birilərinə dəfələrlə borc verdiklərindən məlumatı olmuşdur. 2020-ci ilin iyul ayının birinci yarısında bacısı X1 zəng edərək deyib ki, cavabdeh ondan 15.000 manat borc istəyib, lakin onda həmin məbləğdə pul yoxdur, amma yaxın rəfiqəsi olduğu üçün ona mütləq borc verilməsində kömək etmək istəyir, əgər onda pul varsa cavabdehə verməyini, bir ay ərzində ona qaytaracağını söyləmişdir. Daha sonra cavabdeh özü ona 15.000 manat borc verməsini ondan xahiş etmişdir. 14 iyul 2020-ci il tarixdə saat 14 radələrində ünvan 2 ünvanında o, cavabdehlə görüşmüş, bu zaman cavabdeh “OCOS” adlı bir şirkətə işə düzəld iyini və ora müəyyən miqdarda pul depozit qoyacağını, lakin 15.000 manatı çatmadığını söyləmişdir. O, həmin məbləği ona versə bir ay ərzində geri qaytaracağını söyləmişdir. O, da cavabdehin səmimiyyətinə inanaraq onda cəmi 12.000 manat olduğunu və bu məbləğdən artıq pul verə bilmiyəcəyini söyləmişdir. Cavabdeh razılaşaraq qalan məbləği başqasından alacağını demişdir. Cavabdeh həmin vaxt yatırdığı pulun özünə qazanc gətirəcəyini və bu qazancdan ona da əlavə pul verəcəyini bildirmişdir. Odur ki, o, orada cavabdehə 5.000 ABŞ dolları və 3.500 manat olmaqla cəmi 12.000 manat məbləğində pul vermişdir. O, 2020-ci ilin avqust ayının 16-dan sonra cavabdehə zəng edərək pulunu nə vaxt qaytaracağını soruşduqda cavabdeh şirkətdə onun depozitinin çoxaldığını və müqaviləyə əsasən pulu cəm şəkildə götür ə bilmədiyini və yalnız hissə-hissə ayrı-ayrı şəxlərin adına götürə biləcəyini, bu səbəbdən də borcunu qaytara bilmədiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, əgər borcun cəm şəkildə qaytarılmasını istəyirsə, bir neçə qohumunun şəxsiyyət vəsiqələrinin şəkillərini çəkib cavabdehə whatsapp vasitəsi ilə yollamağını və onların adından öz depoziti hesabına pul çıxarıb onun 12.000 manatını qaytaracağını söyləmişdir. O, da məcbur qalıb bir neçə tanışının razılığı əsasında şəxsiyyət vəsiqələrinin şəkillərini çəkərək cavabdehə yollamışdır. Bir neçə ay sonra cavabdeh borcunu qaytamadıqda, o, cavabdehə zəng edərək, onu polisə şikayət edəcəyini bildirdiyi zaman, cavabdeh “OCOS” adlı şirkət müflis olduğu üçün onun da bütün pullarının şirkətdə batdığını demişdir. O, cavabdehin dediklərinin yalan ol duğunu anlayaraq, bir müddət gözləyəndən sonra cavabdehin borcunu qaytarmaq niyyəti olmadığını görmüş və məcbur qalıb 12 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir.
5. Cavabdehin nümayəndəsi və vəkili Vəkil 17 mart 2022-ci il tarixdə məhkəməyə iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 18-ci polis şöbəsinə yazdığı 10 yanvar 2022-ci il tarixli ərizəsində və həmin şöbədə verdiyi izahatında 2021-ci ilin iyul ayın 14-də cavabdehin ondan 12.000 AZN borc istədiyini göstərmişdir. Lakin iddia ərizəsində 5.000 ABŞ dollarını və 3.500 manatı cəmi 12.000 manatı 14 iyul 2020-ci il tarixdə verdiyini qeyd etmişdir. O, Polis şöbəsində yazdığı izahatında 5.000 ABŞ dolları verm əsi barədə göstərməmişdir. İddia tələbi borc verilmiş pul tələbi olduğu halda, iddia ərizəsində Tamaranın onu aldadaraq pulunu ələ keçirdiyini göstərir. Bunlar ziddiyyətli fikirlərdir və sübut kimi qəbul oluna bilməz. 18-ci Polis Şöbəsinin mülki geyimli, Rəşad adlı əməliyyatçısı ona zəng edərək PŞ-nə çağırmış, o, hamiləliyi ilə əlaqədar vəziyyətinin pis olduğunu, şöbəyə gələ bilmədiyini bildirdikdə həmin polis əməkdaşı onun yaşadığı mənzilə gəlmiş, onu “Banditizm” idarəsinə aparıb təhvil verəcəyini deməklə ona hədə qorxu gəlmişdir. Hamilə vəziyyətdə olan Tamilla özünü pis hiss etdiyini dedikdə polis əməkdaşı bildirmişdir ki, “sənin izahatını evdə ala bilər, bu şərtlə ki, iddiaçıdan 5.000 ABŞ dollarını borc aldığını yaz, işi bağlayıb arxivə atım”. O, da həmin polis əməkdaşına inanıb onun di qtəsi ilə izahat yazmış və izahatında iddiaçıdan 5.000 ABŞ dolları borc aldığını göstərmişdir. Həmin vaxt valideynləri evdə olmuşlar və baş verənlərin şahidləridirlər. İddiaçı da həmin izahatdan istifadə edərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh bildirir ki, iddia ərizəsində göstərilən zaman və vaxt müddətində iddiaçı ilə heç bir əlaqəsi olmamışdır. Qeyd etdikləri iddia tələbinin əsassız olduğunu göstərir. Ona görə də, iddianın rədd edilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, iddiaçı cavabdehə pul verib. Pul 5.000 dollar deyil, əlavə olaraq manat şəklində də pul verilib. Vəkil olaraq həmin məbləği mübahisələndirməməsini tövsiyyə etdi. Əlavə rüsum ödəməli olacaq. Perspektiv baxımından yetəri qədər sübut olmadığından həmin məbləğ məhkəmə tərəfindən təmin olunmayacaq. Bu səbəbdən, cavabdehin etiraf etdiyi 5.000 dollar hissəsində iddia qaldırıblar. Pulun cavabdehə verilməsi hissəsində mübahisə yoxdur. Cavabdeh qeyd edir ki, “OCOS”-da onu da aldadıblar, qaytara bilmir. Eyni zamanda iddiaçının subyektiv hüququnu mübahisələndirirlər. İddiaçının bacısı ilə cavabdeh arasında olan pul mövzularından xəbərdar deyillər. Ola bilər “OCOS”-a qoymaq üçün verilsin. Cavabdeh iddiaçıya “OCOS” adlı şirkətə işə düzəldiyini və daha çox pul qazanmaq üçün pul qoymalı olduğunu bildirib. Pulun “OCOS”-a yatırılması ilə bağlı risklərin bölüşdürülməsi barədə razılıqları olmayıb. Əsassız varlanmadan irəli gələn münasibətlərdir. Prokurorluğa göndərilən şikayət ərizəsind ə hamilə olduğunu, ona hədəqorxu gəlindiyini göstərib. Şahidləri dindirən zaman müəyyən olundu ki, evin ünvanını da özləri verib, evə dəvət ediblər. Gəncədə də görüşüblər. Bu da göstərir ki, heç bir təzyiq, hədə-qorxu olmayıb. İzahatında qeyd edib ki, 5.000 dollar pulu alıb “OCOS”-a qoymayıb. Özündə saxlamaqla dələduzluq edib. Məhkəmə bildirişini aldıqdan sonra prokurorluğa müraciət etməklə məhkəmədə nəticə əldə etməyə çalışıblar. İddiaçı cavabdehə zəng edərək pulunu nə vaxt qaytaracağını soruşduqda müqaviləyə əsasən onu cəm şəkildə götürə bilmədiyini və yalnız hissə-hissə ayrı-ayrı şəxslərin adına götürə biləcəyini deyərək bir neçə qohumlarının şəxsiyyət vəsiqələrinin şəkillərini çəkib ona “whatsapp” vasitəsi ilə yollamağını söyləmişdir. Bacısının rəfiqəsini polisə vermək istəmədiyindən, tanıdığı adamların şəxsiyyət vəsiqələrini ona göndərib. Etiraz ərizəsində “OCOS” sisteminin “screenshot”ları var. Lakin onların hazırkı məsələyə aidiyyatı yoxdur. Özü izahatında deyib ki, qorxub, pulu “OCOS”-a qoymayıb, özündə saxlayıb. Cavabdehin təqdim etdiyi sənədlər və gətirdiyi dəlillər əsassızdır və onun iddiaçı qarşısında olan mülki məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Belə ki, iddia tələbinin əsasını təşkil edən cavabdehin izahatından iddianın əsaslı olması tam sübut olunur. Cavabdeh izahatında da etiraf edir ki, “OCOS” adlanan şirkətə pul vəsaiti verib əlavə qazanc əldə edirmiş. “OCOS” şirkətinin dələduzluğundan maddi zərər çəkməsi həmçinin onun nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş qərarla də təsdiq olunur. Lakin cavabdeh polisə verdiyi izahatda məhz iddiaçı Namiq Tağıyevdən 5.000 ABŞ dollarını aldığını, lakin hansısa səbəblərdən həmin vəsaiti adı çəkilən “OCOS” şirkətinə yatırmadığını, özündə saxladığını yazılı şəkildə bildirmişdir. Cavabdehin izahatını almış polis əməkdaşlarının guya vəzifə səlahiyyətlərini aşmaqla bağlı müxtəlif qurumlara şikayət ərizəsi ilə müraciət etməsi dəlili də özünümüdafiə xarakterli olmaqla həqiqəti əks etdirmir. Əvvəla, bu müraciətlər iddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan və xx.xx.2022 tarixli məhkəmə bildirişi cavabdehə çatdırıldıqdan sonra verilmiş və həmin müraciətin nəticəsi barədə sübut məhkəməyə təqdim olunmamışdır. İkincisi, cavabdeh polisə verdiyi yazılı izahatda sərbəst fikir ifadə edərək iddiaçının şikayət ərizəsində əks olunan 12.000 manatı deyil, həmin vəsaitin 5.000 ABŞ dolları hissəsini etiraf etmişdir. Bu fakt bir daha onu göstərir ki, izahatın mətni cavabdehin iradəsinin sərbəst ifadəsindən ibarətdir. Cavabdehin hazırkı mübahisənin predmeti olan 5.000 ABŞ dolları pulu iddiaçıdan deyil, onun bacısından götürməsi barədə gətirdiyi dəlil əsassızdır, heç bir mötəbər sübutlarla təsdiq olunmur. İddiaçının bacısı ilə cavabdeh arasında hansısa məbləğlərdə pul haqq-hesabı varsa, bu onların öz arasında həll olunmalı məsələdir. Bu barədə dəqiq məlumata malik deyillər, bunun hazırkı iddia tələbi ilə qətiyyən əlaqəsi yoxdur. Cavabdehin valideynlərinin məhkəmə baxışında şahid qismində iştirak etmələri onların valideyn kimi övladlarını məsuliyyətdən kənar saxlamaq kimi təbii hisslərindən irəli gəlir və bu anlaşılandır.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, iddia tam əsassızdır. İş materiallarında təhqiqatçı, müstəntiq prokuror tərəfindən qəbul edilmiş qərar yoxdur, sadəcə izahatın kopyası var. “whatsapp” yazışmalarından görünür ki, xaricdə yaşayan Mətanət yaxın rəfiqə olduqlarına görə cavabdehə pulu “OCOS”-a qoymaq üçün göndərir. Şəxsiyyət vəsiqələrini də göndərib ki, hərənin adına 350-360 manat pul köçürülsün. Təhqiqatçı, müstəntiq izahat aldıqdan sonra qərar qəbul etməlidir. İzahat sübut kimi qəbul edilə bilməz. Cavabdeh zərərçəkmiş şəxs qismində cəlb olunub. Mətanətin qardaşı vasitəsilə göndərdiyi pul da qərarda göstərilənə aiddir. Mirnamiq pulun mülkiyyətçisi deyil, sadəcə vasitəçidir. İddianın təmin olunması üçün mötəbər sübut yoxdur. İddia ərizəsində göstərilən 5.000 ABŞ dollarını iddiaçı bacısı Mətanətin tapşırığı ilə gəlir əldə etmək məqsədi ilə “OCOS” şirkətinə yatırıb. Bunu sübut edən “whatsapp”yazışmaları mövcuddur. Həmin şirkət insanları aldadaraq pulları mənimsəyib. İş üzrə zərərçəkmişlərin şikayətləri əsasında Azərbaycan Respublikası DİNnin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində araşdırma aparılır. Cavabdeh həmin idarəyə müraciət edərək “OCOS" şirkəti tərəfindən aldadıldığını, pulunun mənimsənildiyini göstərmişdir. Hazırda araşdırma davam edir. Cavabdeh Azərbaycan Respublikasının baş prokuroruna və Səbail Rayon Məhkəməsinə yazdığı ərizəsində Rəşad adlı əməliyyat müvəkkilinin xx.xx.2022-ci il tarixdə yaşadığı mənzilə gələrək təzyiq və hədə qorxu etməklə ondan izahat yazmağı tələb etdiyini, izahatda yazılan məqamların onun hamiləlik dövrü ilə bağlı səhhətində yaranmış problemlərlə əlaqədar və təzyiqlə yazdırması səbəbindən həqiqəti əks etdirmədiyini göstərmişdir. Rəşad adlı əməliyyat müvəkkili izahatı alarkən cavabdehin valideynələri də orada olmuşlar. Cavabdeh Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə teleqram göndərərək “Meqafun” əyləncə mərkəzində yerləşən “OCOS” şirkətinə müəyyən məbləğdə pul yatırdığını, bir çox tanışlarının, o cümlədən anası X2 həmin şirkətə pul yatırdığını, həmçinin xaricdə yaşayan rəfiqəsi X3 həmin şirkətə yatırım etmək istədiyini və iddiaçı vasitəsilə 5.000 ABŞ dollarını xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “TR TRAVEL” ofisində çalışan tanışları Sədəfə göndərdiyini, cavabdeh həmin məbləği “Meqafun” əyləncə mərkəzində yerləşən “OCOS” şirkətində çalışan Xəyal Yəhyayeva təhvil verdiy ini, Xəyal da həmin məbləği Mətanət Tağıyevanın “WhatsApp” vasitəsilə göndərdiyi 16 nəfərin şəxsiyyət vəsiqələrinə əsasən onların balansına otuzdurduğunu, həmin məbləğ xx.xx.2021-ci il tarixdə 12.000 ABŞ dolları olduğunu və “OCOS” şirkəti tərəfindən nağdlaşdırılmalı olduğunu, lakin şirkətin pulları geri qaytarmadığını, onları aldatdığını göstərmişdir. Bundan əvvəl məhkəməyə təqdim etdiyi sənədlərdən X3 iddiaçı vasitəsilə göndərdiyi 5.000 ABŞ dollarının “OCOS" adlı şirkətə yatırılması üçün Xəyal adlı şəxsə verildiyi sübuta yetir. Müstəntiqin qərarından da sübuta yetir ki, Xəyal və Gülarə adlı şəxslər cavabdehi aldadaraq ümumilikdə 23.400 ABŞ dollarını ələ keçirmişlər. İddiaçının 18-ci Polis Bölməsindən əldə edərək iddia ərizəsinə əlavə etdiyi cavabdehin hansı tarixdə yazıldığı bilinməyən iz ahatı sübut kimi qəbul oluna bilməz. İddiaçı 18-ci Polis Bölməsində aparılmış araşdırmanın nəticəsinə dair hər hansı bir qərarı məhkəməyə təqdim etməmişdir. Hansı ki, tərəflərin verdikləri ərizə, şikayətlərin məzmunu, izahatları həmin qərarda göstərilir və belə bir qərar varsa məhkəməyə təqdim olunmalıdır. Həmin qərarı təqdim etmək vəzifəsi isə MPM-nin 78.1-ci maddəsinə əsasən iddiaçıya aiddir. İddiaçı ilə cavabdeh arasında borc məbləğinə dair istər şifahi, istərsə yazılı müqavilə olmamışdır. Bu isə iddianın tam əsassız olduğuna sübutdur.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin atası X8 şahid qismində ifadə verərək bildirmişdir ki, Gəncə şəhərində işləyir, onlara şikayət olması barədə xəbər çatanda o Gəncədə idi. Rəşad adlı şəxs qızına zəng edərək onunla görüşməyi istəyib. Onunla görü şüb pulun “OCOS” şirkətinə qoyulmasını izah etmişdir. Belə olduğu halda, qızını da bu işə cəlb edəcəklərini, adının təşkilatçı kimi gedəcəyini demişdir. Qızı hamilə olduğu üçün narahat olmuşdur. Bu məsələnin həll yolunun necə olduğunu soruşmuşdur. İdarəyə gedib sonradan işi necə bağlamaq olduğunu deyəcəyini bildirmişdir. O, işə görə yalnızca şənbə və bazar günləri Bakıda olur. Bu səbəbdən yeznəsinin gələcəyini demişdir. Ayın 16-ı, bazar günü zəng edərək yeznəsini danışığa göndərməyi istəmişdir. Zabit olduğu üçün, dost-tanışdan bu məsələni soruşduqda elə bir şeyin olmadığını demişlər. Ayın 19-u qızı hamilə olduğundan və müəyyən sənədləri göstərəndən sonra o, onların ağ şəhərdə olan evlərinə gəlmişdir. Qızı, yoldaşı və o, evdə olmuşlar. O, şikayətin məzmununu oxumuşdur. İddiaçının bacısı qız ının dostudur. Onu Moskvada aldatmışdılar, orada dostları var idi, onlarla həll etmişdi. Yoldaşı iranlı idi, qızı ilə yaxın dost idilər. Namiq ortada kuryer rolunu oynayırdı. Rəşad ona inanmağı, onlara kömək edəcəyini demişdir. O, qızının o vaxt ingilis dili kursunda olduğunu, telefon danışıqlarının olmadığını demişdir. Bunlara məhəl qoymadan, “OCOS”-un adını qeyd etdikdə qızı üçün problem yaranacağını, onu da tutub aparacaqlarını demişdir. İşi bağlayıb arxivə atacağını, heç kəsin maraqlanmayacağını demişdir. Bəs qarşı tərəf məhkəməyə verdikdə, hakim işi istədikdə nə olacağını soruşanda, narahat olmamağı, işi arxivə verəcəyini demişdir. Qızına “OCOS”-un adını çəkməməyi, pulun onda qaldığını yazmağını demişdir. Rəşada belə yazdıqdan sonra məhkəmədə üzə çıxacağını dedikdə, heç nə olmayacağın ı bildirmişdir. Ona inanmağı, heç kəsin bu işlə bağlı narahat etməyəcəyini demişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin anası X7 şahid qismində ifadə verərək bildirmişdir ki, hamilə olduğu üçün qızlarını qorumaq istəyirdilər. Müstəntiq Rəşad onlara gələndə onlar ona dedilər ki, qızına göndərilən pullar “OCOS”-a qoymaq üçündür. Pulu gətirən isə Namiq idi. Namiq özü də “OCOS”-a pul qoyurdu. Namiq yanvar ayında pulu qoyub 2 ay sonra götürüb. Onlar ailələrində bir-birlərinə güvənmirlər. 5.000 dollar pulu iyul ayında qoyub sentyabr ayında götürməli idi. Pulu götürüb yenidən “OCOS”-a qoymaq qərarına gəlmişdi. 25 noyabrda götürməli idi. 25 noyabrda “OCOS”-u bağlayıblar. Bütün pullar həmin sistemdədir. Hamının pulu qaytarılanda onların da pulunun qaytarılacağını demişdilər. Pulların ha mısı Mətanətin idi, qardaşı vasitəsilə çatdırılırdı. Mətanət ölkəyə çox az-az gəlib-gedir. Onlar “OCOS”-da itirdikləri pulları qızından almaq qərarına gəlmişlər. “Whatsapp” yazışmalarında bütün məlumatlar qalıb, şəxsiyyət vəsiqələrini ya Mətanət, ya da qardaşı göndərib. Mətanət xaricdə yaşayır, qardaşı da kuryer kimi gətirib-aparırdı. Pullar Mətanətindir. “Whatsapp”-da qızına pulunu “OCOS”-a qoymaq istədiyini yazırdı. Ofisdə də hamı Mətanətin necə böyük məbləğlər göndərdiyini bilirdi. Özünə ev almaq üçün də qızına pul göndərib.
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-654/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Şəhla Hüseynova) iddia tələbi təmin edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni iş materiallarına və şahid ifadələrinə istinad edərək əsaslandırmışdır.
12. M əhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091 və 1092-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat.
13. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin iclasında verilmiş etiraz və izahatlara uyğun olaraq belə əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil. İş materialları ilə sübuta yetir ki, cavabdeh iddia ərizəsində göstərilən 5.000 ABŞ dollarını iddiaçının bacısı Mətanətin tapşırığı ilə gəlir əldə etmək məqsədi ilə “OCOS” şirkətinə yatırıb. Bunu sübut edən Vatsap yazışmaları mövcuddur. Həmin şirkət insanları aldadaraq pulları mənimsəyib. İş üzrə zərərçəkmişlərin şikayətləri əsasında Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində araşdırma aparılmış, cavabdeh həmin idarəyə müraciət edərək “OCOS” şirkəti tərəfindən aldadıldığını, pulunun mənimsənildiyini göstərmişdir. Hazırda araşdırma davam edir. Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi X12 07 aprel 2022-ci il tarixli qərarından görünür ki, özünü “OCOS”adlı şirkətin rəsmi nümayəndəsi kimi təqdim edən X16 və X11 ümumilikdə cavabdehdən 24.000 ABŞ dolları ələ keçirmişlər. Həmçinin cavabdeh bildirmişdir ki, iş materialları ilə X3 qardaşı İddiaç ı vasitəsilə göndərdiyi 5.000 ABŞ dollarının “OCUS” adlı şirkətə yatırılması üçün Tamillanın həmin pulu Xəyal adlı şəxsə verdiyi sübuta yetirilir. Cavabdeh əlavə olaraq bildirmişdir ki, iddiaçıyla arasında istər şifahi, istərsə yazılı müqavilə olmamışdır. Bu isə iddianın tam əsassız və şər böhtan olduğununa sübutdur.
15. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin şikayəti əsassızdır. Cavabdeh izahatında da sübut edir ki,” OCUS” adlı şirkətə pul verib əlavə qazanc əldə edirmiş. Daha sonra həmin şirkətin dələduzluğundan maddi zərər çəkib. Lakin ondan aldığı məbləği həmin şirkətə yatırmayıb özündə saxladığını yazılı şəkildə bildirmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadəsindən də müəyyən olmuşdur ki, 5.000 ABŞ dollan pul vəsaiti cavabdeh tərəfındən ondan alınmışdır.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4977/2022 saylı, 22 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və İlham Kərimli) cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası mövqeyini onunla əsaslandırmışdır ki, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Hazırki işdə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1091-1095-ci maddələri nəzərdən keçirilə bilər. İd dia ilə bağlı faktiki hallar həmin normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün də iddia haqlı sayılır. Əlavə olaraq da qeyd olunan məbləğin iddiaçıya deyil, onun bacısına məxsus olması hər hansı bir mötəbər sübutla təsdiq olunmur. İkincisi, tələb edilən məbləğin cavabdehdə deyil, “OCUS” şirkətində olduğunu (hansı ki, belə bir şirkətin olması iş materialları ilə təkzib edilir) bəyan etsə də buna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Çünki, iddia tələbinə etirazının əsası kimi istinad etdiyi bu halları sübut etmək yükü artıq onun üzərinə düşür. Lakin o, bəyan etdiyi bu halları sübut edə bilmir. Cinayət təqibi üzrə aparılan araşdırma zamanı polis əməkdaşının ona hədə-qorxu gələrək, tə zyiq altında izahat alması da əsaslı hesab edilə bilməz. Çünki, həmin araşdırma zamanı alınmış izahatı cavabdeh özü öz xətti ilə yazıb və imzası ilə təsdiq etmiş, üstəlik izahatını polis şöbəsində deyil yaşadığı evdə valideynlərinin iştirakı ilə yazmışdır. Həmin izahatında da iddiaçıdan 12.000 manat deyil, 5.000 ABŞ dolları aldığını, lakin sonradan qorxaraq kiminsə pulunu “OCUS” şirkətinə yatırmaqdan imtina etdiyini, sonradan əlaqəsi olmadığı üçün pulu qaytara bilmədiyini göstərmişdir. Deməli, cavabdeh izahatında iddiaçıdan 5.000 ABŞ dolları aldığını və hansısa şəxsə vermədiyini etiraf etmişdir. Bununla yanaşı, cinayət təqibi üzrə verdiyi izahatı mübahisələndirmək hazırki icratın predmeti olmasa da, cavabdeh həmin izahatda göstərilənləri hədə-qorxu nəticəsində yazdığını həmin icraat çərçiv əsində mübahisələndirməmişdir. Ona görə də şikayətinin bu dəlilləri əsaslı ola və mübahisələndirdiyi hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
18. Apellyasiya instansiyası məhkəməsi gədiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092, 1093, 1094 və 1095-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil. İş materialları ilə sübuta yetirilir ki, cavabdeh iddia ərizəsində göstəri lən 5.000 ABŞ dollarını iddiaçının bacısı Mətanətin tapşırığı ilə gəlir əldə etmək məqsədi ilə “OCUS” şirkətinə yatırıb. Bunu sübut edən 20 vərəqədən ibarət “whatsapp” yazışmaları mövcuddur. Həm birinci instansiya, həm apellyasiya instansiyası məhkəmələri təqdim olunmuş sübutları araşdırmadan qətnamə qəbul etmişlər. Həmçinin kassator onuda qeyd etmişdir ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrini tətbiq etməklə səhvə yol vermiş və qanunsuz qətnamə çıxarmışdır.
21. Cavabdeh Azərbaycan Respublikasının baş prokuroruna və Səbail rayon məhkəməsinə yazdığı ərizəsində Rəşad adlı əməliyyat müvəkkilinin 19.01.22-ci il tarixdə yaşadığı mənzilə gələrək təyziq və hədə qorxu etməklə ondan izahat yazmağı tələb etdiyini, izahatda yazılan məqamların onun hamiləlik dö vrü ilə bağlı səhhətində yaranmış problemlərlə əlaqədar və təzyiqlə yazdırması səbəbindən həqiqəti əks etdirmədiyini göstərmişdir. Həmin müraciət Baş prokurorluğun xx.xx.2022-ci il tarixli 22-0090-xx-xx022869 nömrəli məktubu ilə baxılması üçün Bakı şəhər prokurorunun müavini Mobil Şəfiyevə göndərilmişdir.
22. Bundan başqa Cavabdeh Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə teleqram göndərərək “Meqafun” əyləncə mərkəzində yerləşən “OCUS” şirkətinə müəyyən məbləğ pul yatırdığını, bir çox tanışlarının, o cümlədən anası X2 həmin şirkətə pul yatırdığını, həmçinin xaricdə yaşayan rəfiqəsi X3 həmin şirkətə yatırım etmək istədiyini, qardaşı İddiaçı vasitəsilə 5.000 ABŞ dollarını xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “TR TRAVEL” ofisində çalış an tanışıları Sədəfə göndərdiyini, Tamillanın da həmin məbləği “Meqafun” əyləncə mərkəzində yerləşən “OCUS” şirkətində çalışan Xəyal Yəhyayeva təhvil verdiyini, Xəyal da həmin məbləği Mətanət Tağıyevanın “WhatsApp” vasitəsilə göndərdiyi 16 nəfərin şəxsiyyət vəsiqələrinə əsasən onların balansına otuzdurduğunu, həmin məbləğ xx.xx.2021-ci il tarixdə 12.000 ABŞ dolları olduğunu və “OCUS” şirkəti tərəfindən nəğdləşdirilməli olduğunu, lakin şirkətin pulları geri qaytarmadığını, onları aldatdığını göstərmişdir.
23. Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi X12 07 aprel 2022-ci il tarixli qərarı ilə Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin qərardan görünür ki. X17 v ə X11 2021-ci ilin yanvar ayından etibarən internet resursları və sosial şəbəkələrdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən “OCUS” adlı şirkətinin və mövcud olmayan kriptovalyutanın beynəlxalq valyuta bazarında satışı ilə məşğul olan, mərkəzi ofisi X9 yerləşən etibarlı beynəlxalq şirkətin Azərbaycan Respublikasındakı rəsmi nümayəndəsi kimi təqdim edərək müştərilərdən müxtəlif məbləğlərdə nağd pul vəsaitlərini heç bir müqaqvilə və ya ödəniş qəbzi tərtib etmədən qəbul etmiş, müştərilərə guya həmin pul məbləğlərini “OCUS” adlı şirkətin ABŞ-dakı hesabına köçürdüklərini, guya həmin pulun müqabilində müştərilərə kliptovalyutanın satıldığını bildirməklə aldatmış, bu üsulla çoxsaylı vətəndaşlardan, o cümlədən Cavabdeh 2021-ci ilin sentyabr ayında hissə- hissə olmaqla ümumilikdə 23.4000 ABŞ dolları vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. İş materiallarında həmin qərarın surəti vardır və Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində təsdiqini tapır. Məhkəmələr həmin qərarda göstərilənləri nəzərə almamışlar. Məhkəmə aşıq-aşkar qanunsuzluq edərək qətnamədə “OCUS” adlı şirkətin olmasının iş materialları ilə təkzib edildiyini göstərmişdir. Halbuki iş materialları ilə X3 qardaşı İddiaçı vasitəsilə göndərdiyi 5.000 ABŞ dollarının “OCUS” adlı şirkətə yatırılması üçün Tamillanın həmin pulu Xəyal adlı şəxsə verdiyi sübuta yetir. Müstəntiqin qərarından da sübuta yetir ki, Xəyal və Gülara adlı şəxslər Cavabdeh aldadaraq ümumilikdə 23.400 ABŞ dollarını ələ keçirmişlər. Mübahisə predmeti olan 5.000 ABŞ dolları da 23.400 ABŞ dolları məbləğə aiddir. İddiaçılə Cavabdeh arasında istər şifahi, istərsə yazılı müqavilə olmamışdır. Bu isə iddianın tam əsassız və şər böhtan olduğuna sübutdur.
24. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.1, 217.1, 217.3 və 217.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
25. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
27. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
28. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
29. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
30. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
31. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
32. Maddə 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.
33. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə e tdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
34. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etd iyi məlumatlar sübutlar hesab olunur.
37. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu po zuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya t am yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
49. İşin apellyasiya instansiyası məhkəməsi tərəfində n müəyyən edilmiş hallarından görünür ki, qeyd olunan məbləğin iddiaçıya deyil, onun bacısına məxsus olması hər hansı bir mötəbər sübutla təsdiq olunmur. İkincisi, tələb edilən məbləğin cavabdehdə deyil, “OCUS” şirkətində olduğu bəyan edilsə də buna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Cinayət təqibi üzrə aparılan araşdırma zamanı polis əməkdaşının ona hədə-qorxu gələrək, təzyiq altında izahat alması da əsaslı hesab edilə bilməz. Çünki, həmin araşdırma zamanı alınmış izahatı cavabdeh özü öz xətti ilə yazıb və imzası ilə təsdiq etmiş, üstəlik izahatını polis şöbəsində deyil yaşadığı evdə valideynlərinin iştirakı ilə yazmışdır. Həmin izahatında da iddiaçıdan 12.000 manat deyil, 5.000 ABŞ dolları aldığını, lakin sonradan qorxaraq kiminsə pulunu “OCUS” şirkətinə yatı rmaqdan imtina etdiyini, sonradan əlaqəsi olmadığı üçün pulu qaytara bilmədiyini göstərmişdir. Deməli, cavabdeh izahatında iddiaçıdan 5.000 ABŞ dolları aldığını və hansısa şəxsə vermədiyini etiraf etmişdir. Həmçinin cavabdeh həmin izahatda göstərilənləri hədə-qorxu nəticəsində yazdığını həmin icraat çərçivəsində mübahisələndirməmişdir.
50. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
51. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları dü zgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
52. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
53. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellya siya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
55. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4977/2022 saylı 22 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvv