Məhkəmə qərarları › İş №2(102)-1590/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1590/2021

13.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1590/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1590/21 (Açar sözlər: mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili X1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(105)-1078/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh və X2 kasasiya şikayəti üzrə işə 01 sentyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, 27 dekabr 2010-cu il tarixdə doğulmuş xxx və 27 dekabr 2014-cü il tarixdə doğulmuş Nərgizlə cavabdehlərin yaşadığı və Cavabdehla birgə nikahı dövründə tikilmiş Sumqayıt şəhəri, xxx küçəsi, xx-cu məhəllə, 5-ci keçiddə (Yaşıldərə deyilən ərazidə yerləşən) yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Sumqayıt Şəhər Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim A.M.Süleymanova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı ilə Cavabdeh ailə mün asibətlərinə xitam verilib və iddiaçı Cavabdeh ailə üzvü hesab edilmir. Həmçinin tərəflər arasında mübahisəli evlə bağlı hər hansı razılaşma yoxdur. Eləcə də mübahisə predmeti olan ev iddiaçı ilə Cavabdeh birgə nikahı dövründə tikilsə də və tərəflər həmin evdə birgə yaşayaraq ümumi təsərrüfat aparsalar da, həmin evin tərəflərin ümumi gəlirləri hesabına tikilməsi mülki iş materialları ilə sübut olunmur. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 30.1, 30.2, 30.4cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiy a instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.O.Quliyev sədrlik edən, məruzəçi, G.F.Tağızadə və L.M.Məmmədova) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçının Cavabdeh qarşı “mənzilə köçürülmə” barədə iddiası təmin edilərək, iddiaçının 27 dekabr 2010-cu il tarixdə doğulmuş qızı xxx və 27 dekabr 2014-cü il tarixdə doğulmuş Nərgiz ilə birlikdə Cavabdeh yaşadığı və birgə nikah dövründə tikilmiş Sumqayıt şəhəri, xxx küçəsi, xx-cu məhəllə, 5-ci keçiddə (Yaşıldərə deyilən ərazində yerləşən) evə köçürülməsi qət edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslan dırıb ki, mübahisəli ev iddia olunan dövrdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, cavabdehin istifadəsində olmaqla faktiki olaraq mövcuddur. Cavabdehlər və onların ailə üzvləri mübahisəli evdən yaşayış sahəsi kimi istifadə edirlər. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşamış ailə üzvü kimi iddiaçının da həmin şərtlər daxilində mübahisəli evdə yaşamaq hüququ vardır. Belə ki, özbaşına inşa edilmiş mübahisəli ev tərəflərin birgə yaşayış yeri olub. Cavabdeh ailə üzvü sayılan iddiaçını mübahisəli evdə yaşamaq hüququndan məhrum etmək səlahiyyəti yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır. Ona görə də iddia təmin olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 139.1, 139.3, 180.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdehlər kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili xxx kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, cavabdehlər Cavabdeh, xxx və onların vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Mülki Məcəllənin 14.1 və 14.3-cü maddələrinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxsləri n qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını ara şdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyas iya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdehlər kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin olunması üçün əsasların olmamasını göstərsələr də, kasasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, iddiaçı 07 avqust 2007-ci il tarixdə Cavabdehla ailə qurub v ə onların birgə nikahından 27 dekabr 2010-cu ildə xxx, 27 dekabr 2014-cü ildə x adlı 2 uşaqları doğulub. Tərəflər birgə nikah dövründə Sumqayıt şəhəri, xxx küçəsi, xx-cu məhəllə, x saylı keçiddə x otaqlı fərdi yaşayış evi inşa ediblər və tərəflər uşaqları ilə birlikdə həmin evdə yaşamışlar. Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulub və hər iki uşaqlar iddiaçının yanında saxlanılıb. Sumqayıt bələdiyyəsinin arayışından görünür ki, sözügedən sənədsiz fərdi yaşayış evi qeydiyyatsız olaraq 2013-cü ildən bələdiyyənin kitabında siyahıya alınıb. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, hazırki mübahisənin o byektiv həlli üçün ilk növbədə fərdi yaşayış evinin hüquqi statusuna aydınlıq gətirilməlidir. Əvvəla, iddiaçının mübahisələndirdiyi yaşayış evi rəsmi olaraq dövlət qeydiyyatından keçmədiyindən həmin yaşayış evinə hər hansı bir hüququn yaranması mümkün deyil. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mül kiyyət hüququ əldə etmir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib qeyd etmişdir ki, mübahisəli ev tərəflər arasında mübahisəli hüquq münasibəti yaranarkən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, cavabdehlərin istifadəsində olmaqla faktiki olaraq mövcuddur. Həmin ev cavabdehlər və onların ailə üzvləri tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Bu baxımdan cavabdehlər, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət ailə üzvü kimi həmin evdə yaşamış iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiyanın 43-cu maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Yəni, şəxsin yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsi bütün şəxslərə qadağan edilir. Maddənin mənasına görə, hüquqi dövlətdə bütün məhrum etmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: birincisi, şəxs köçmək istədiyi yerdə yaşayıbmı; ikincisi, şəxs yaşadığı yerdən məhrum edilibmi; üçüncüsü, məhrum edilmə qanunidirmi. Hazırki işdə, birinci və ikinci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ailədə gərgin münasibətlər yarandığı üçün iddiaçı hazırda başqa evdə yaşamaq məcburiyyətində qalıb. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, yaşadı ğı evi müəyyən səbəblərə görə müvəqqəti olaraq tərk etdikdən sonra iddiaçının həmin evə qayıtmasına və yaşamasına cavabdehlərin imkan verməməsi məhrumetmə hesab olunur. Kasasiya instansiyası məhkəməsi hesab edir ki, məhrum etmə o, halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (mənzildən çıxarma, mənzilə buraxılmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Bu baxımdan kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, mübahisəli ev üzərində cavabdehlərin mülkiyyət hüququ olmadığından iddiaçının məruz qaldığı məhrum etmə (evə buraxılmama) ilk vaxtdan qanunsuz olmuşdur və nəzərə almaq lazımdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir və konstitusion hüquq pozuntusunun nəticələrinin aradan qaldırılması üçün işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı düzgün olaraq yaşamış olduğu evə köçürülüb. Cavabdehlər kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, iddiaçının evə köçürülməsi üçün əsasların olmamasını və sair göstərsə də, apelyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini və işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kasasiya şikayətində əsaslandırmayıb və etirazlarının əsası kimi isti nad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflər dən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdehlər Cavabdeh və X2 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(105)-1078/2020 saylı qətnaməsi kasasiya şi kayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar