Məhkəmə qərarları › İş №2(102)-1591/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1591/2024

16.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1591/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: (mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi, torpaq sahəsinin boşaldılması, özbaşına tutulmuş torpaqların qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi və zəbt olunmuş torpaqlarda qanunsuz əkilmiş meyvə ağaclarının çıxarılması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-865/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi iddiaçıların atası X2 mülkiyyətində olmuş, bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********99 reyestr nömrəsi ilə qeydiyyat aparılaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir.

1. Həmçinin Şəmkir şəhərində yerləşən 0.06 ha torpaq sahəsi iddiaçıların anası X4 mülkiyyətində olmuşdur. Onun həmin torpaq sahəsinə hüqu qları xx.xx.2012-ci ildə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********22 reyestr nömrəsi ilə qeydiyyata alınaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmişdir.

2. X5 və Minə Hüseynova vəfat etmiş və həmin torpaq sahələri vərəsəlik şəhadətnaməsi əsasında onun vərəsələri İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə keçmişdir.

3. Hazırda ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyət hüququ (xx.xx.2021-ci il tarixdə) daşınmaz əmlakın dövlət reyestrində **********99 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 4. 19 fevral 2019-cu il tarixdə X8 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı idd ia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən zəbt edilmiş, iddiaçıya məxsus torpaq sahəsinin iddiaçıya qaytarılması və 1700 manat dəyərində maddi zərərin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Minə Zeynalova 15 mart 2020-ci il tarixdə vəfat etmiş, onun qızı İddiaçı1 Qənbər qızı prosessual hüquqi varisi kimi işə cəlb edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)1340/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında iddiaçının mülkiyyətində olan və Şəmkir şəhəri ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən Cavabdeh1 çıxarılması qət edilmişdir.

5. Şəmkir Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 2(076)-1548/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı1 Qənbər qızı Cavabdeh2 qarşı ölçmə işlərinə törədilən maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı1 Qənbər qızı mərhum X1 miras qalmış Şəmkir şəhərində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi idarəsinə müraciət etmiş, lakin mütəxəssislər tərəfindən ölçü işlərinin aparılmasına Cavabdeh2 tərəfindən icazə verilmədiyi üçün İddiaçı1 Qənbər qızının ərizəsinin icrası mümkün olmamışdır. Ona görə də Cavabdeh2 hərəkətləri İddiaçı1 Qənbər qızının hüquqlarının həyata keç irilməsinə maneə yaratdığından iddia təmin edilmiş və Cavabdeh2 tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan ölçmə işlərinin aparılmasına DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına törədilən maneənin aradan qaldırılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən zəbt edilmiş, onlara məxsus **********99 reyestr nömrəli, ünvan 2 ünvanda yerləşən 0.06 ha onlara məxsus torpaq sahəsinin zəbtdən azad edilərək əvvəlki vəziyyətə qaytarılması, Cavabdeh2 tərəfindən onlara məxsus **********99 reyestr nömrəli zəbt olunmuş ünvan 3 ünvanda yerləşən 0.06 ha torpaq sahəsində qanunsuz əkilmiş 44 ədəd meyvə ağaclarının cavabdehin vəsaiti hesabına çıxarılması, daşınmaz əmlakın **********22 reyestr nömrəli çıxarışa əsasən ünvan 4 ünvanda yerləşən, onlara məxsus 0.06 ha torpaq sahəsindən Cavabdeh1 tərəfındən qanunsuz əkilmiş 25 ədəd meyvə ağaclarının cavabdehin öz vəsaiti hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 40 il əvvəl Şəmkir rayonunun 3-cü zonasında mərhum ataları X3 0.06 ha və mərhum qardaşı X6 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Ötən bütün illərdə həmin torpaq sahəsi onların ailəsinin daimi və maneəsiz istifadəsində olmuş, kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Valideynlərinin və qardaşı Mahirin ölümündən sonra onları sahibsiz hesab edərək, 2015-ci ildə çəpər qonşuları - Cavabdeh1 ailəsi tərəfindən **********22 reyestr nömrəli, 0.06 ha torpaq sahəsi, Cavabdeh2 ailəsi tərəfindən isə **********99 reyestr nömrəli torpaq sahəsi zəbt edilmişdir. Cavabdehlər zəbt olunmuş torpaq sahələrində onlardan icazəsiz və qanunsuz meyvə ağacları əkmişlər. Cavabdeh2 zəbt etdiyi onlara məxsus 0.06 ha torpaq sahəsinə dair onların mülkiyyət hüququnu təsdiqləyən çıxarışın olmadığına görə məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Hazırda onların əlində həmin torpaq sahəsinə dair hüquqlarını təsdidləyən **********99 reyestr nömrəli çıxarışları vardır.

8. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, o 1969-cu ildə o məhləyə gəlin gəlmişdir. Övladları orda doğulub. Yoldaşı rəhmətə gedəndən sonra uşaqları ilə tək o yurdda qalıb. Torpağı əkib, becərib, yaşıllaşdırıb. 30 ildən çoxdur ki orada yaşayır, ağaclar əkib. İddiaçıların dediyi torpağı zəbt etməyiblər.

9. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X7 iddianı qəbul etməmiş, izahat verərək bildirmişdir ki, o, torpaq barədə dəfələrlə bələdiyyəyə müraciət edib ki, torpaq sahəsi onlara təklif edilib satılsın, torpağı alıb öz mülkiyyətləri etsinlər. Amma nəticəsi olmamışdır.

10. Birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmasının araşdırılması üçün ekspertiza təyin edilmiş, lakin cavabdeh tərəf maneə törətdiyinə görə ekspert tərəfindən çöl-ölcmə işlərini aparmaq mümkün olmamışdır.

11. Birinci instansiya məhkəməsi tərəfindən torpaq sahələrinə yerl i baxış keçirilən zamanı müəyyən edilmişdir ki, cavabdehlərin hər birinin həyətyanı torpaq sahələrinin aşağı alt hissəsində torpaq sahələri yerləşir. Həmin torpaq sahəsinin bir sərhədi cavabdehlərin evlərinin, digər sərhədi isə yola baxan tərəfə düşür. Həmçinin müəyyən edilmişdir ki, cavabdehlər hərəsi öz evinin alt hissəsində yerləşən və dəmir setka ilə ikiyə bölərək həmin torpaq sahəsində ağaclar əkmişlər.

12. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(076)-1696/2022 saylı qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) iddia təmin edilmiş, Cavabdeh2 **********99 nömrəli dövlət reyestrindən çıxarış əsasında İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan ünvan 1-da yerləşən 0.06 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin zəbtdən azad edilməsi, Cavabdeh2 tərəfindən həmin torpaq sahəsində qanunsuz əkilmiş meyvə ağaclarının Cavabdeh2 vəsaiti hesabına çıxarılması, Cavabdeh1 tərəfindən **********22 nömrəli dövlət reyestrindən çıxarış əsasında X4 mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 0.06 ha torpaq sahəsində qanunsuz əkilmiş meyvə ağaclarının Cavabdeh1 vəsaiti hesabına çıxarılması, ödənilmiş 71 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçılara verilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar mərhum anaları Hüseynova Minə və ataları Hüseynov Qəmbərdən miras qalan əmlakı vərəsəlik qaydasında qəbul etmişlər. Həmin torpaqlardan atalarından miras qalmış torpaq sahəsinə çıxarış almışlar, lakin analarından qalmış torpağa isə vərəsəlik şəhadətnamələri vardır. Ona görə də hazırkı iddianı qaldırmağa subyektiv hüquqları olmuşdur. Lakin cavabdehlərdən Cavabdeh1 onlara məxsus torpağı zəbt etməsi qüvvədə olan qətnamə ilə müəyyən edilmiş, Cavabdeh2 isə həmin zaman onlara məxsus digər torpağı zəbt etməsi torpağa mülkiyyət hüququnu təsdiq edən çıxarış olmaması səbəbindən mümkün olmamışdır. Hazırda iddiaçılar Cavabdeh2 də zəbt etdiyi torpaq sahəsinə qanunla müəyyən edilmiş qaydada çıxarışı almışlar. Həmçinin yerli baxış zamanı da müəyyən edilmişdir ki, cavabdehlər iddiaçılara məxsus torpaq sahələrində meyvə ağacları əkmişlər.

14. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 157.2-ci maddəsində göstərilən şərtlərin Cavabdeh2 münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçın ın qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılması tələbində tətbiq edilən normada göstərilən şərtlər ona münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. Buna baxmayaraq, həmin torpaq sahəsi cavabdehin istifadə və sahibliyindədir. Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının həmin cavabdehə qarşı tələb hüququ yaranmışdır.

15. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab etmişdir ki, çıxarış əsasında iddiaçının mülkiyyətində olan və Şəmkir şəhəri, S.Bəhlulzadə küçəsi-37-də yerləşən 0.06 ha torpaq sahəsindən Cavabdeh2 çıxarılmalı, o, iddiaçıya məxsus to rpaq sahəsini zəbt etdiyindən, həmin torpaq sahəsində əkilmiş meyvə ağaclarını da öz vəsaiti hesabına çıxarmalıdır.

16. Birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh1 tərəfindən qanunsuz əkilmiş meyvə ağaclarının cavabdehin öz vəsaitləri hesabına çıxarılmasına dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, onun da iddiaçıların torpaq sahəsini zəbt etməsi barədə qüvvədə olan qətnamə mövcuddur və buna görə də o da iddiaçılara məxsus torpaqda qanunsuz əkilmiş ağacları öz vəsaiti hesabına çıxarmalıdır.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.2, 152.3, 157.1, 157.2-ci, Torpaq Məcəlləsinin 84-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonr a – MPM) 14.2, 77.1, 82.3, 88, 119.1 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar uzun illərdir istifadələrində olan torpaq sahəsindən istifadə edirlər və onlar tərəfindən iddiaçıların mülkiyyətində olan torpaq sahəsində heç bir ağac əkilməmişdir. Cavabdeh1 tərəfindən əkilmiş ağaclar uzun illərdir ki, onun istifadəsində olan torpaq sahəsində yerləşir. Məhkəmə tərəfindən yerli baxış zamanı əkilmiş ağacların kimin torpaq sahəsində yerlə şməsi heç bir mütəxəssis və ekspert rəyi olmadan müəyyən edilməmişdir. Məhkəmə qətnaməsində məhkəmə tərəfindən yerli baxış zamanı torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyi müəyyən edilmiş olsa da, həmin torpaq sahəsinin həqiqətən Cavabdeh2 tərəfindən zəbt edilməsi və orada ağaclar əkilməsi heç bir ölçmə aparılmadan, mütəxəssis rəyi və ya ekspert rəyi olmadan məhkəmə tərəfindən müəyyən edilmişdir. Odur ki, hesab edirlər ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilməlidir.

20. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Həmin qərardad əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr ı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli, **********2 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən 0.06 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən ağac əkilmişdir və həmin ağaclar 0.06 ha torpaq sahəsini bütünlüklə əhatə edir. Rəydə həmçinin qeyd olunmuşdur ki, Cavabdeh2 tərəfindən maneçilik olması səbəbindən iddia olunan ərazidə ölçü işlərinin aparılması mümkün olmadığı üçün sualları cavablandırmaq mümkün olmamışdır.

21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə yenid ən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Həmin qərardad əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 19 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6450 saylı rəyində qeyd etmişdir ki, Cavabdeh2 oğlu tərəfindən maneçilik olması səbəbindən iddia olunan ərazidə ölçü işlərinin aparılması mümkün olmadığıha görə sualları cavablandırmaq mümkün olmamışdır. xx.xx.2021-ci il tarixli, **********2 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən 0.06 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən ağac əkilmişdir və həmin ağaclar 0.06 ha torpaq sahəsini bütünlüklə əhatə edir.

22. Məhk əmə kollegiyası Cavabdeh2 aid hissədə ekspert rəyinin verilməsi üçün üçüncü dəfə tədbirlər görmüş, yenidən xx.xx.2023-cü il tarixinə tədqiqat obyektinə baxış keçirilməsi təyin edilmiş, bununla bağlı mübahisə tərəfləri məlumatlandırılmış, lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis arayışına əsasən, yenə də cavabdeh tərəfin gəlməməsi səbəbindən ərazidə ölçü işlərinin aparılması mümkün olmamışdır.

23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-865/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər L.S.Süleymanov (sədrlik edən və məruzəçi), İ.T.Həsənov və Ş.Q.Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, biri nci instansiya məhkəməsinin qətnaməsi dəyişidirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən əldə edilmiş mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilmişdir ki, 27.12 2021-ci il tarixli, **********2 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən 0.06 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən ağac əkilmiş və həmin ağaclar 0.06 ha torpaq sahəsini bütünlüklə əhatə edir. Lakin həm birinci instansiya məhkəməsi və həm də məhkəmə kollegiyası tərəfindən bir neçə dəfə iş üzrə məhkəmə tik inti-texniki ekspertizası təyin edilsə də, hər dəfə Cavabdeh2 tərəfindən maneə törədilməsi səbəbindən iddia olunan ərazidə ölçü işlərinin aparılması mümkün olmadığı üçün sualları cavablandırmaq mümkün olmamışdır.

25. Bundan başqa, cavabdeh tərəf heç bir üzrlü səbəb olmadan xx.xx.2023-cü il tarixinə təyin edilmiş məhkəmə iclasına gəlməmiş və Vəkil məhkəmə kollegiyasına ərizə göndərərək, hazırkı iş üzrə iddiaçıların adlarına verilmiş çıxarışların etibarsız hesab edilməsi haqqında Şəmkir Rayon Məhkəməsində iddia qaldırdıqları üçün, iş üzrə təyin edilmiş ekspertiza ilə bağlı rəy verilmədən işin geri qaytarılmasını xahiş etmişdir.

26. Ərizəyə Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsinin icraata qəbul edilməsi barədə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli qərardadı əlavə edilmişdir.

27. Bundan başqa, Vəkil xx.xx.2023-cü il tarixinə təyin edilmiş məhkəmə iclasına xx.xx.2023-cü ildə elektron qaydada imzalanmış ərizəsi, həmçinin xx.xx.2023-cü ildə elektron qaydada imzalanmış ərizəsi daxil olmuş, həmin ərizələrində Şəmkir Rayon Məhkəməsində iddiaçıların adına verilmiş çıxarışları mübahisələndirildiyi üçün, hazırkı işin icraatının dayandırılması və ekspertin yerli baxışa gəlməsinin təxirə alınması xahiş edilmişdir. Həmin ərizələrdən də göründüyü kimi, cavabdeh tərəfdən maneçilik olması səbəbindən iddia olunan ərazidə ölçü işlərinin aparılması mümkün olmamışdır.

28. İddiaçı tərəf Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadını təqdim edərək, bildirmişdir ki, həmin qərardadla Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsi üzrə icraata xitam verilmişdir.

29. İddiaçı tərəfi n təqdim etdiyi Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 hazırkı iş üzrə iddiaçıların adlarına verilmiş müvafiq torpaq sahəsinin plan və ölçü sənədi və çıxarışların etibarsız hesab edilməsinə dair iş üzrə icraata xitam verilmişdir.

30. Ona görə də, iş üzrə icraatın dayandırılmasına dair verilmiş vəsatətin təmin edilməsinə hüquqi əsaslar olmamış və məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilərək, cavabdeh tərəfə bu barədə məlumat verilmiş, lakin cavabdeh tərəf heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər.

31. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarını, iş üzrə cavabdeh tərəfin xahişi ilə dəfələrlə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilsə də, cavabdeh tərəfindən maneçilik olması səbəbindən iddia olunan ərazidə ölçü işlərinin aparılması mümkün olmadığı üçün sualları cavablandırmaq mümkün olmadığından hesab etmişdir ki, cavabdeh tərəfin mübahisə olunan torpaq sahəsini zəbt etməmələrinə dair dəlilləri əsasız olmaqla rədd edilməlidir. Cavabdeh tərəfin həmin dəlili, onların hazırkı iş üzrə iddiaçıların adlarına verilmiş müvafiq torpaq sahəsinin plan və ölçü sənədi və çıxarışların etibarsız hesab edilməsinə dair iddia qaldırmaları da təsdiq edir.

32. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur.

33. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyası nın 13, 29-cu, Mülki Məcəlləsinin 152.1, 152.2, 157.2-ci, Torpaq Məcəlləsinin 84, 111-ci, MPMin 82.3, 97.5 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. Cavabdehlər (Vəkil) birgə kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

35. Kassasiya şikayəti birinci instansiya məhkəməsində cavabdehlərin iddiaya qarşı etiraz dəlilləri və apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hərtərəfli, tam, obyektiv araş dırılmasını aparmamış, qanuni və əsaslı olmayan qətnamə çıxarmışdır. Ekspertiza keçirilməsi üçün məhkəmə tərəfindən qərardad qəbul edilsə də, mahiyyətilə bağlı yekun ekspertiza rəyi təqdim edilmədən qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

37. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

38. Maddə 29 (İİ hissə). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 29 (İV hissə). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

40. Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

41. Maddə 152.1 Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan h üququdur.

42. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

43. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

44. Maddə 158.1.2 Mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır.

45. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola b ilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

46. Maddə

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

47. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun

48. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmas ının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassas iya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş mübahisəsiz halları bu qərarın 1-5-ci paraqraflarında göstərilib.

59. İddia tələbi, qanuni əsaslarla iddiaçıların mülkiyyətində və sahibliyində olan torpaq sahələrindən cavabdehlərin çıxarılmasından ibarətdir.

60. Bu tələblərə baxılarkən əvvəlcə iddiaçı tərəfin müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

61. İddiaçılar mübahisəli torpaq sahələrinə mülkiyyət hüququnu təsdiq edən sübut kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları, habelə sahiblik hüququnu təsdiq edən vərəsəlik şəhadətnamələrini və miras qoyanın mülkiyyətinə verildiyi barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı təqdim etmişdir.

62. İddiaçıların subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə mübahisəli torpaq sahələrindən və ya onun bir hissəsindən cavabdehlər tərəfindən istifadə olunub-olunmamasının müəyyən edilməsindən ibarətdir.

63. Bu halın müəyyən edilməsi xüsusi bilik tələb etdiyinə görə apelyasiya instansiyası məhkəməsi haqlı olaraq ekspertiza təyin etmişdir. Həmin rəy əsasında apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilib ki, 27.12 2021-ci il tarixli, **********2 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən 0.06 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən ağac əkilmiş və həmin ağaclar 0.06 ha torpaq sahəsini bütünlüklə əhatə edir.

64. Lakin digər Cavabdeh2 tərəfindən ekspertiza aparılmasına maneə törədildiyinə görə iddia olunan ərazidə ekspertin ölçü işlərini aparması mümkün olmamış, mübahisəli torpaq sahəsinin onun tərəfindən zəbt edilib edilmədiyi barədə rəy v erilməsi mümkün olmamışdır. Apelyasiya instansiyası məhkəməsi bir neçə dəfə ekspertiza aparılması üçün tədbirlər görməsinə, cavabdehə bu barədə vaxtında məlumat verməsinə baxmayaraq, Cavabdeh2 ekspertiza aparılmasında iştirak etməmişdir.

65. Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə görə, tərəf ekspertiza keçirilməsində iştirak etməkdən imtina edirsə, və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi n əticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

66. Göründüyü tərəfin ekspertiza keçirilməsində iştirak etməkdən imtina etmə, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edilməsi kimi hüquqi nəticə törədə bilər.

67. Bu zaman tərəfin iştirak etməkdən imtina etməməsinin ekspertiza aparılması üçün hansı əhəmiyyət kəsb etməsi nəzərə alınmalıdır. Baxılan işdə Cavabdeh2 ekspertiza araşdırmasında iştirak etməsi zəruri idi və hər hansı üzürlü səbəb olmadan iştirak etməməsi, ona münasibətdə MPM-nin 97.5-ci maddəsində nəzərdə tutulan hüquqi nəticələrin tətbiq olunması mümkündür.

68. Bu halda iddiaçıların Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmiş mülkiyyətində olan əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüquqlarından çıxış etməklə cavabdehlərin torpaq sahəsindən çıxarılmasını tələb etmək hüququ vardır və məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur.

69. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

70. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyas iya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

71. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-865/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar