Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1592/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-468/2025 nömrəli iş üzrə 08 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 5, 60 saylı mənzil iddiaçı tərəfindən xx.xx.2015-ci ildə, nikahdan əvvəl əldə edilmişdir.
2. Tərəflər arasında nikah xx.xx.2017-ci il tarixdə bağlanmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-91/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 15 fevral 2024-cü il tarixində qeydiyyat aparılmışdır.
3. İşin mübahisəösiz halıdır ki, cavabdeh xx.xx.2022-ci il tarixdən mübahisəli mənzildən getmiş və həmin tarixdən eyni qəsəbədə yerləşən, öz atasına məxsus fərdi yaşayış evində yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a )Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 5, 60 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 5, 60 saylı mənzil xx.xx.2015-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının mülkiyyətindədir. İddiaçı cavabdeh ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(002)-91/2023 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, xx.xx.2024-cü il tarixdə 3 saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verillmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışa əsasən, cavabdeh iddiaçıya məxsus olan mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Halbuki, tərəflər arasında münasibətlər cavabdehin xəyanəti səbəbindən nikahın pozulmasından xeyli əvvəl pozulmuş, cavabdeh 16 iyun 2022-ci il tarixdən iddiaçıya məxsus mənzili tərk edərək atası evinə getmiş və iki ildən çoxdur ki, orada yaşayır. Cavabdehin formal olaraq iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması iddiaçının öz əmlakına dair sərəncam və digər hüquqlarını məhdudlaşdırır, həmçinin iddiaçı cavabdehin əvəzinə əlavə kommunal xər clər ödəyir ki, bu hal iddiaçıya maddi zərər vurur. Cavabdehin mənzillə hər hansı bağlılığı yoxdur. Bundan əlavə, DİN Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 48-3/2-2942 saylı məktubdan da görünür ki, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 5, mənzil 60 ünvanında qeydiyyatda olan xx.xx.1990-cı il təvəllüdlü İddiaçı və xx.xx.1999-cu il təvəllüdlü Əliyeva X2 RPİ-nin 38-ci PB-də 03/23 sıra sayı altında “münaqişəli ailə” kimi qeydiyyata alınmışdır. Cavabdeh və onun atası tərəfindən iddiaçının özü və yaxın qohumları barəsində əsassız olaraq çoxsaylı şikayətlər verilmiş, bununla bağlı dəfələrlə cinayət işinin başlanması rədd edilmişdir, buna baxmayaraq şikayətlər davam etdirilir. Tərəflərin arasında mövcud münasibətlərin gərgi nliyi onların birgə yaşamasını istisna edir. Tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri 2017-ci ildən, yəni tərəflər arasında nikah bağlandıqdan sonra yarandığından, hazırkı mübahisəyə 2009-cu ilin okyabr ayının 1-dən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin normalara əsasən cavabdehin mənzildən istifadə hüququ saxlanmadığından, iddia tələbi təmin edilməlidir. Cavabdehin tərəfin etirazında qeyd etdiyi hallarla bağlı bildirmək istəyir ki, mənzilə köçürülmə barədə qətnamə qəbul edilərkən tərəflər arasında boşanma barədə qətnamə qanuni qüvvəyə minməmişdi, ona görə də həmin qətnamədə qeyd edilmişdir ki, nikah pozulandan sonra istifadə hüququna xitamla bağlı məhkəməyə müraciət oluna bilər. Həmçinin, cavabdehin iddiaçıya qarşı ziyan tələ bi barədə iddiası rədd edilmiş, zöhrəvi xəstəliyin kimin tərəfindən keçdiyi müəyyən edilməmişdir. Cavabdeh tərəfin hazırki yaşayış yerində çətinliklər barədə deyilənlər də həqiqətə uyğun deyildir. Belə ki, cavabdehin atasının Sahil qəsəbəsində hazırki fərdi yaşayış evindən başqa mənzili, iki mağazası, həmçinin yaşayış evinin yanında oğluna məxsus ayrıca fərdi yaşayış evi vardır, ona görə də cavabdehin yaşayış yeri ilə bağlı heç bir çətinlik yoxdur. Digər tərəfdən, məhkəməyə təqdim edilən polis orqanlarının qərarları, diskdə əks olunan video materiallar tərəflər rasında münasibətlərin olduqca gərgin olduğunu təsdiq edir, bu vəziyyətdə cavabdehin iddiaçıya məxsus mənzilə köçürülməsi gələcəkdə faciə yaşanmasına gətirib çıxaracaqdır. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin edi lməsini xahiş edir.
6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə İddiaçı ilə rəsmi nikaha girərək ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 adında bir övladları olmuşdur. Tərəflər ailə qurduqları vaxtdan cəmi bir neçə ay əvvəl alınmış, iddiaçıya məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 5, 60 saylı mənzildə qeydiyyatda olmaqla yaşamışlar. Nikah bağlandığı vaxtdan tərəflər arasında narazılıqlar olsa da, uşağın xatirinə və valideynlərinin tövsiyəsi ilə cavabdeh ailənin qorunub saxlanmasına çalışmışdır. Lakin heç bir səbəb göstərilmədən cavabdehə uşağı ilə birgə həmin mənzildə yaşamasına iddiaçı və onun yaxın qohumları tərəfindən maneələr yaradılmışdır. Cavabdeh əsassız olaraq xəyanətdə itti ham edilmiş, 16 iyun 2022-ci ildən isə mənzili tərk etmək məcburiyyətində qalmışdır. Uzun məhkəmə çəkişmələrindən sonra nikahları pozulmuş, cavabdehin azyaşlı uşağı ilə birgə mübahisəli mənzilə köçürülməsi qət edilmiş, müvafiq qətnamə qanuni qüvvəsini almışdır. Lakin iddiaçı bu günədək icra hərəkətlərindən yayınmış, axtarışa verilmişdir. Bundan əlavə, cavabdeh 2017-ci ildən fasiləsiz olaraq həmin mənzildə yaşamış, övladı da orada doğulmuşdur, cavabdehə məxsus olan məişət əşyaları həmin mənzildədir. Cavabdehin hazırda mənzil şəraiti isə bərbad vəziyyətdədir. Belə ki, cavabdehin özü və azyaşlı övladı iddiaçı tərəfindən yoluxdurulmuş xəstəlikdən əziyyət çəkdikləri halda, hazırda on iki nəfərlə birgə yaşamaq məcburiyyətində qalmışdır. İddiaçı mənzilə görə yaxın qohumlarına borc qaytarmalı oldu ğunu deyərək, birgə nikah dövründə cavabdehə hər hansı maddi kömək göstərməmiş, cavabdehin bütün maddi ehtiyaclarını öz valideynləri ödəmişdir. Cavabdehin və uşağının yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Cavabdeh ailə qurduğu üçün yarımçıq qoyduğu təhsilinə yenidən davam edir, lakin iddiaçı tərəfindən yoluxucu xəstəliyə yoluxdurulmuşdur. Hazırda cavabdehin və övladının bütün müalicə xərclərini valideynləri qarşılayır. Cavabdehə kirayə haqqı ödəmək və cavabdehi yaşayış yeri ilə təmin etmək onun valideynlərinin imkanı xaricindədir. Buna görə də cavabdehin təhsili bitənə, özünün və övladının xəstəliyi sağalana və yaşayış yeri ilə təmin edilənədək, ümumiyyətlə uşağın 18 yaşı tamam olanadək cavabdehin yaşayış hüququ saxlanılmalıdır. İddiaçı tərəfin cavabdehin və ailəsinin yaşayış imkanı barə də bildirdikləri isə həqiqətə uyğun deyildir. Belə ki, cavabdehin atası çıxarışla adına olan mənzili qohumuna satmış, lakin çıxarış hələlik öz adında qalmışdır. Cavabdehin atasının üç övladı vardır, cavabdehin bir qardaşı ailəsi ilə birgə kirayə ev tutub getmiş, birlikdə yaşadıqları digər qardaşı da onun xəstəliyi səbəbindən ailəsi ilə birgə kirayə ev tutmaq istəməkdədir. Tərəflər 2017-ci ildə rəsmi nikaha daxil olduqdan sonra həmin mənzildə 16 iyun 2022-ci ilədək yaşayıb birgə təsərrüfat aparmışlar, aralarında etibarlı ailə münasibətləri mövcud olduğu üçün cavabdeh mənzildən istifadə hüququ əldə etmişdir. Bundan başqa, qeyd etmək istəyir ki, cavabdeh polis orqanlarına əsasən iddiaçının qardaşından və qohumlarından şikayət etmişdir, ona görə də tərəflər birlikdə yaşayarsa faciə yaşanacağı barədə iddiaçı tərəfin dedikləri əsassızdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi, yaxud cavabdehin istifadə hüququnun uşaqları 18 yaşına çatanadək saxlanması barədə qətnamə qəbul edilməsini xahiş edir.
7. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, Sahil qəsəbəsində anadan olmuşdur, iddiaçı onun tanışıdır, cavabdehi və ailəsini də tanıyır. İddiaçının qardaşından eşitmişdir ki, tərəflər yola getmirlər, buna görə də ayrılmışlar. Cavabdeh hazırda atası evində yaşayır. Cavabdehin atasının qəsəbədə iki mağazası var, həmçinin hazırda yaşadığı fərdi yaşayış evindən başqa doqquzmərtəbəli binada da mənzili var. Cavabdehin bir qardaşı ailəsi ilə birgə çoxdan başqa ünvanda yerləşən evində yaşayır, digər qardaşının isə atasının evinin yanında ayrı ca yaşayış evi vardır. Cavabdehin atasının və qardaşının evləri, həmçinin cavabdehin mağazaları fotoşəkillərdə əks olunmuşdur.
8. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, cavabdeh onun bacısı qızıdır. Cavabdeh uşağı ilə birlikdə hazırda atası evində yaşayır. Cavabdeh və uşağı xəstə olduğundan qardaşının ailəsində söz-söhbət yaranmış, həmin qardaşı ailəsi ilə birlikdə başqa yerə köçmüşdür. Lakin digər qardaşı ailəsi ilə birlikdə ata evində yaşamağa davam edir. Cavabdehin atasının həyətində yaşayış evindən başqa toyuq damı kimi bir tikili var, başqa ev yoxdur. Cavabdehin atasının Sahil qəsəbəsində ayrıca iki otaqlı mənzilinin olduğunu bilir, lakin onun satılıb-satılmaması barədə məlumatı yoxdur.
9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)2014/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 5 saylı evin 60 saylı mənzilindən istifadə hüququna xitam verilməsi qət edilmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 5, 60 saylı mənzil xx.xx.2015-ci ildən iddiaçının mülkiyyətindədir. Tərəflər arasında nikah xx.xx.2017-ci il tarixdə bağlanmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-91/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 15 fevral 2024-cü il tarixində qeydiyyat aparılmışdı r. xx.xx.2024-cü il tarixdə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixdən mübahisəli mənzildə yaşamadığı və həmin tarixdən eyni qəsəbədə yerləşən, öz atasına məxsus fərdi yaşayış evində yaşadığı tərəflər arasında mübahisə doğurmur.
11. Məhkəmə qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında ailə münasibətlərinə xitam verildiyindən, cavabdehin keçmiş ailə üzvü kimi həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmamalıdır. Cavabdeh tərəfin hazırda yaşayış hüququnu təmin edə bilməməsi barədə dəlilləri isə mülki iş üzrə sübutlarla və tərəflər arasında mübahisə doğurmayan faktlarla (o cümlədən, cavabdehin xx.xx.2022-ci il ta rixdən atasına məxsus fərdi yaşayış evində yaşaması, cavabdeh tərəfin izahatına əsasən birgə nikah dövründə də maddi təminatının öz valideynləri tərəfindən qarşılanması, şahidlərin ifadələri, 119 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surəti, fotoşəkillər, cavabdehin xəstəliyinə görə iddiaçının məsuliyyət daşımaması barədə qüvvədə olan məhkəmə aktları ilə) təkzib olunur. Məhkəmə, həmçinin qeyd edir ki, mənzilə köçürülmə barədə qətnamə həmin işə baxılarkən tərəflərin nikahına xitam verilməməsinə əsaslanmış, qətnamədə tərəflər arasında ailə münasibətlərinə xitam verildikdən sonra Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yeni əsasla məhkəməyə müraciət edilə biləcəyi izah edilmişdir.
12. Bundan əlavə, məhkəmə iclasında tədqiq olunan digər sübutlara (o cümlədən, cinayət işinin başlanmasının rədd edilməsi, materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərarlara, tərəflərin ərazi üzrə polis bölməsində “münaqişəli ailə” kimi qeydə alınmasına dair məktuba, tədqiq edilən videoyazı materiallarına) əsasən, məhkəmə müəyyən edir ki, tərəflər arasında mövcud münaqişəli vəziyyət və münasibətlərin gərginliyi, cavabdehin mübahisəli yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanmasını, müvafiq hüquq normasının məqsədləri və tərəflərin təhlükəsiz yaşamaq hüquqları baxımından mümkünsüz edir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması barədə məhkəmənin gəldiyi nəticə qanuni və ədalətlidir.
13. Məhkəmə öz mövqeyini Azərbayc an Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 31-ci maddəsinin 1-ci hissəsinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1, 9.1, 29.1, 30.1, 30.4-cü maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsi Palatasının xx.xx.2015-ci il tarixli Qərardadına istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-2014/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın qismən təmin edilməklə Cavabdeh azyaşlı övladı X5 ilə birlikdə istifadə hüquqlarının müəyyən müddətə (cavabdehin təhsilinin bitməsi, azyaşlının yetkinlik yaşına çatması, sifilis xəstəliyindən hər ikisinin sağalması və s.) müvəqqəti saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə öz qətnaməsini yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında ailə münasibətlə rinə xitam verildiyindən, cavabdehin keçmiş ailə üzvü kimi həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmamalıdır. Cavabdeh tərəfin hazırda yaşayış hüququnu təmin edə bilməməsi barədə dəlilləri isə mülki iş üzrə sübutlarla və tərəflər arasında mübahisə doğurmayan faktlarla, (o cümlədən, cavabdehin xx.xx.2022-ci il tarixdən atasına məxsus fərdi yaşayış evində yaşaması, cavabdeh tərəfin izahatına əsasən birgə nikah dövründə də maddi təminatının öz valideynləri tərəfindən qarşılanması, şahidlərin ifadələri, 119 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surəti, fotoşəkillər, cavabdehin xəstəliyinə görə iddiaçının məsuliyyət daşımaması barədə qüvvədə olan məhkəmə aktları i lə) təkzib olunur. Məhkəmə, həmçinin qeyd edir ki, mənzilə köçürülmə barədə qətnamə həmin işə baxılarkən tərəflərin nikahına xitam verilməməsinə əsaslanmış, qətnamədə tərəflər arasında ailə münasibətlərinə xitam verildikdən sonra Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yeni əsasla məhkəməyə müraciət edilə biləcəyi izah edilmişdir. Bundan əlavə, məhkəmə iclasında tədqiq olunan digər sübutlara (o cümlədən, cinayət işinin başlanmasının rədd edilməsi, materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərarlara, tərəflərin ərazi üzrə polis bölməsində “münaqişəli ailə” kimi qeydə alınmasına dair məktuba, tədqiq edilən videoyazı materiallarına) əsasən, məhkəmə müəyyən edir ki, tərəflər arasında mövcud münaqişəli vəziyyət və münasibətlərin gərginliyi, cavabdehin mübahisəli yaşayış sahəsi ndən müəyyən müddətə istifadə hüququnun saxlanmasını, müvafiq hüquq normasının məqsədləri və tərəflərin təhlükəsiz yaşamaq hüquqları baxımından mümkünsüz edir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması barədə məhkəmənin gəldiyi nəticə qanuni və ədalətlidir kimi əsaslandırmışdır. Lakin məhkəmə yalnız iddiaçının sübut və dəlillərinə istinad etdiyindən və cavabdehin təqdim etdiyi sübut və dəlillərə, izahatlara hüquqi qiymət vermədiyindən yanlış nəticəyə gəlmişdir. Bu səbəbdən də məhkəmənin mövqeyi ilə razılaşmadıqlarından həmin qətnamədən şikayət vermək zərurəti yaranmışdır. İşin faktiki hallarına əsasən Cavabdeh xx.xx.2017-ci il tarixdə İddiaçı ilə rəsmi nikaha girərək ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 adlı bir övladıları olmuşdur. Ail ə qurduğu gündən həyat yoldaşına məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla yaşamışdır. Nikahda olduqları vaxt azı iki il müddətində həmin mənzilin alınmasına sərf edilən borcun ödənilməsinə vəsait sərf etmişdilər. Nikah bağladıqları vaxtdan kənar müdaxilələr səbəbindən narazılıqlar olsa da övladının xatirinə və valideynlərinin tövsiyyəsi ilə ailənin qorunub saxlanılmasına çalışmışdır. Lakin heç bir əsaslı səbəb göstərilmədən, nikah pozulmadan, məcburi şəkildə övladı ilə birlikdə həmin mənzildə yaşamağına cavabdeh və onun yaxın qohumları tərəfindən maneçilk yaradılmış, özünə məxsus olan bir əşya belə götürmədən həmin mənzildən çıxarılıb, atası evinə aparılmışdır. Bundan sonra cavabdeh tərəfindən nikahın pozulmasına görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraci ət edilmişdir. Lakin cavabdeh boşanmağa razı olmamışdır, hesab etmişdir ki, himayəsində olan oğlunun gələcəkdə şəxsiyyət kimi formalaşmasına görə ailədə atanın roluna ehtiyac vardır. Bundan əlavə olaraq 2017-ci il tarixdən fasiləsiz olaraq həmin mənzildə yaşamış, övladı orada doğulmuş, ona məxsus olan bütün məişət əşyaları həmin mənzildə olmuşdur. İddiaçı ailə qurduqları vaxt mənzili almaq üçün yaxın qohumlarından borc aldığını bildirmiş və uzun zaman işləyərək borc ödəmişdir. Cavabdeh həmin mənzildən istifadə etmək, övladı ilə birlikdə həmin mənzildə yaşamaq hüququna malikdir. İddiaçının yaratmış olduğu mane qanunsuzdur. Eyni zamanda iddiaçı cavabdehə yoluxucu xəstəlik yoluxdurmuş, övladı da həmin xəstəliyin daşıyıcısıdır. Xəstə halı və öhdəsində xəstə uşaqla onu ortada qoyub məsuliyyətdə n yayınması ədalətsizlikdir. Cavabdehin və uşağının yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Məhkəmənin cavabdehin atasının evi olması ilə əlaqələndirməsi absurddur. Belə ki, məhkəməyə sübut təqdim edildi ki, onun iki qardaşı və onların ailəsi, övladları var. Atasının evinə köçdüyünə görə qardaşı ailəsi ilə birgə kirayə yaşamaq məcburiyyətində qalmışdır. Eləcə də onun mənzilə köçürülməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğu halda qətnamə qərəzli şəkildə icra edilməmişdir. İddiaçı gizlənmiş, axtarışa verilmiş, qətnamə qəbul edildikdən sonra üzə çıxmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin gəlmiş olduğu qənaət işin halları və tədqiq olunmuş sübutlarla uzlaşmır. Belə ki, mübahisəli yaşayış sahəsinə iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alındıqdan və 2017-ci ildə həmin mənzilə köçüb yaşayandan sonra, həmin vaxtı qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından cavabdehin həmin yaşayış sahəsindən istifadə etmək hüquqları yaranmışdır. Təqdim edilmiş sübutlarla müəyyən olunur ki, cavabdeh özünün mənzil ehtiyaclarının qarşılanması üçün heç bir başqa imkan və vəsaitə malik olmamaqla (hazırda o atasının evinə köçdüyünə, özü və oğlu sifilis xəstəliyinin daşıyıcı olduğuna görə qardaşı isə kirayədə qalır), yarımçıq qoyduğu təhsilinin davam etdirilməsi üçün oxuyur, azyaşlı övladını və özünü müayinə və müalicə üçün vaxtaşırı tibb müəssisələrinə aparır, buna görə də mənzil ehtiyacının qarşılaya bilmir (bunun əksini sübut edəcək faktlar məhkəməyə təqdim olunmamışdır). Bu səbəbdən də, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin təl əbləri baxımından cavabdehin mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvü kimi onun bu ehtiyaclarının ödənilməsi məqsədilə, cavabdehin mənzildən istifadə hüququnun müəyyən müddətə tanınmasını zəruri hesab edirik.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-468/2025 nömrəli iş üzrə 08 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (S.Səlimova (sədrliyi və məruzəsi ilə), hakimlər A.İsgəndərov və M.Rüstəmlidən ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-2014/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
18. Tədqiq olun an sübutlardan müəyyən olunur ki, iddiaçının keçmiş ailə üzvü olan cavabdeh məhkəmə aktına əsasən, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi 5 saylı evin 60 saylı mənzilinə köçürülsə də, həmin akt üzrə verilmiş icra sənədinin icrası mümkün olmamışdır.
19. Kollegiya qeyd edir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmadığından, tərəflər arasında bağlanmış nikaha xitam verildiyindən və onlar arasında nikaha xitam verildikdən sonra cavabdehin mənzildən istifadə edə bilməsi üçün hər hansı bir razılaşma olmadığından cavabdehin həmin mənzildən istifadə etmək hüququna artıq xitam v erilmişdir.
20. Kollegiya cavabdehin keçmiş ailə üzvü kimi mülkiyyətçiyə məxsus yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, bu tələbin təmin edilməsi üçün həqiqətən də əsasların olmasına, yəni cavabdehin maddi vəziyyətinin olmamasına, özünü yaşayış sahəsi ilə təmin etməyə imkanın olmamasına və s. dair sübutlar məhkəməyə təqdim olunmamışdır.
21. Araşdırma zamanı isə tərəflərin bir mənzildə yaşamalarının mümkün olmaması, münaqişəli ailə kimi qeydə alınmaları, mənzilə köçürülmə haqqında icra sənədi olduğu halda belə (icra sənədinin hansı səbəbdən icra olunmamasından asılı olmayaraq) cavabdehin övladı ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi 5 saylı evin 60 saylı mənzilində deyil, artıq uzun müddətdir ki, valideynlərinə məxsus mənzildə yaşaması öz təsdiqini tapmışdır.
22. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 25, 29, 31, 60, Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 153.4, 157.1, 157.2, 157.4, Mənzil Məcəlləsinin 2.1, 9.1, 29.1, 30.1, 30.2, 30.3, 30.4, 30.5, 30.6, Ailə Məcəlləsinin 23.1, 23.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbay can Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iş üzrə yeni qərar çıxarılmasını, cavabdehin istifadə hüququnun 3 il müddətində saxlanılması, əks halda işin yenidən araşdırılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
24. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, mübahisəli mənzildə hazırda iddiaçı yaşayır və onun tərəfindən istifadə olunur. Cavabdehin hazırda azyaşlı uşağı ilə birlikdə yaşamağa başqa yeri yoxdur. Cavabdehin valideyn kimi öz uşağını yaşayış yeri ilə t əmin etmək vəzifəsi də vardır. Cavabdeh hesab edir ki, cavabdeh və onun azyaşlı övladı iddiaçı tərəfindən yoluxdurulub. Müalicə və müayinəsinə heç bir maddi yardım edilmir. Buna görə də ən azından onu yaşayış sahəsi ilə müəyyən müddətə təmin etməlidir ki, qardaşı kirayəyə verdiyi pulları onun sağlamlığına və təhsilinə xərcləsin. Cavabdeh mübahisəli mənzilə gəlin köçmüş, cehiz əmlakı aparmış və orada yaşamışdır. Bundan əlavə iddiaçı həmin mənzili alarkən yaxın qohumlarından borc pul aldığını və uzun müddət borc ödədiyini bildirmişdir. Ailə həmin müddətdə maddi sıxıntılar çəkmişdir. Gəlin köçdüyü gündən bu günə kimi o, həmin ünvanda övladı ilə birlikdə pasport qeydiyyatındadır. Hazırda o, azyaşlı övladı ilə evsiz qalmışdır. Hesab edir ki, o və azyaşlı övladı pasport qeydiyyatı ünvan 1 ünvanı nda olduğundan, o, həmin mənzilə gəlin kimi köçdüyündən, 2017-ci ildən orada yaşadığından, məhkəmə qərarı ilə həmin mənzilə köçürüldüyündən azyaşlı uşağı ilə birgə həmin mənzildə istifadə hüquqları müəyyən müddətə saxlanılmalıdır. Təqdim edilmiş sübutlarla müəyyən olunur ki, cavabdeh özünün mənzil ehtiyaclarının qarşılanması üçün heç bir başqa imkan və vəsaitə malik olmamaqla (hazırda o atasının evinə köçdüyünə, özü və oğlu sifilis xəstəliyinin daşıyıcı olduğuna görə qardaşı isə kirayədə qalır), yarımçıq qoyduğu təhsilinin davam etdirilməsi üçün oxuyur, azyaşlı övladını və özünü müayinə və müalicə üçün vaxtaşırı tibb müəssisələrinə aparır, buna görə də mənzil ehtiyacının qarşılaya bilmir (bunun əksini sübut edəcək faktlar məhkəməyə təqdim olunmamışdır). Göründüyü kimi, cavabdeh mülkiyyət çinin ailə üzvü kimi mübahisəli mənzilə köçmüş və orada onunla birlikdə yaşayaraq birgə təsərrüfat idarə etmişdir. Məhz bu amilə əsaslanan məhkəmə iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranmasını qəbul edərək, onun həmin hüquqla həmin mənzilə köçürülməli olması qənaətinə gəlmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh iddiaçının ailə üzvü olmuş, onların biri-birinə münasibətdə qarşılıqlı hüquq və vəzifələri yaranmışdır. Təqdim edilmiş sübutlarla müəyyən olunur ki, cavabdeh özünün mənzil ehtiyaclarının qarşılanması üçün heç bir başqa imkan və vəsaitə malik olmamaqla (hazırda o atasının evinə köçdüyünə, özü və oğlu sifilis xəstəliyinin daşıyıcı olduğuna görə qardaşı isə kirayədə qalır), yarımçıq qoyduğu təhsilinin davam etdirilməsi üçün oxuyur, azyaşlı övladını və özünü müayinə və müa licə üçün vaxtaşırı tibb müəssisələrinə aparır, buna görə də mənzil ehtiyacını qarşılaya bilmir (bunun əksini sübut edəcək faktlar məhkəməyə təqdim olunmamışdır).
25. Məhkəmənin cavabdehin 2022-ci ildən həmin mənzildə yaşamaması qənaətinə gəlməsi absurddur. Belə ki, cavabdeh həmin vaxtdan məhkəməyə müraciət etmiş, onun mənzilə köçürülməsi təmin edilmişdir. Lakin icra şöbəsinin yarıtmaz fəaliyyəti və iddiaçının məhkəmə qətnaməsinə hörmətsizlik nümayiş etdirməsi nəticəsində qətnamə bu günə kimi icra edilməmişdir.
26. Cavabdehin yanında qalan azyaşlı uşağın yaşayış yeri atasına məxsus olan mənzildə olsa da faktiki olaraq həmin yaşayış yerindən qanunsuz olaraq məhrum edilib və məhkəmənin qəbul etdiyi qətnamə ilə bu hüquqdan məhrum olacaq.
27. Cavabdeh 2017-ci ildən nikaha düşməklə öz əşyaları ilə birlikdə köçərək yaşadığı əmlaka mülkiyyətçi ilə birlikdə sahiblik etmək hüququna malikdir. Hazırki halda onu bu hüquqdan məhrum etmək hüquqa müdaxilədir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araş dırması kimi qiymətləndirilməməlidir.
30. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
31. Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
32. Maddə
29. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
33. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
34. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
35. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
36. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
37. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.
38. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
39. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
40. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
41. Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddı rlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.
42. Maddə 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir.
43. Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.
44. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), ha belə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
45. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
46. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.
47. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin q ərarı əsasında saxlanıla bilər.
48. Maddə 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir.
49. Maddə 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifa də edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
50. Maddə 23.1. Nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır.
51. Maddə 23.2. Nikahın məhkəmə qaydasında pozulması vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
52. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
55. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 5 saylı evin 60 saylı mənzil iddiaçı tərəfindən 2015-ci ildəö cavabdehlə nikaha daxil olmamışdan əvvəl əldə edilmiş və 2024-cü ildə tərəflər arasında nikaha xitam verildiyi üçün hazı rda qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən keçmiş ailə üzvü kimi mənzildən istifadə hüququ xitam olunmuşdur.
56. Kassasiya şikayətinin dəlilləri bununla bağlıdır ki, məhkəmə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən cavabdehə və azyaşlı övladının iddiaçya məxsus mənzildə müəyyən müddətdə yaşamaq hüququnu təmin etməmişdir.
57. Kollegiya bu dəlillə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsində keçmiş ailə üzvünün maddi vəziyyətini və özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməyən digər diqqətə layiq halları qiymətləndirərək mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması barədə qərar qəbul etmək işə mahiyyəti üzrə baxan məhkəmənin səlahiyyətinə aid edilmişdir.
58. Konstitusiya Məhkəm əsinin Palatası “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciəti” üzrə xx.xx.2015-ci il tarixli qərardadında qeyd etmişdir ki, “məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin müəyyən edərkən işin faktiki halların araşdırıldıqdan sonra mütənasiblik konstitusiya prinsipindən çıxış edərək müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməlidirlər. Bunun üçün məhkəmə konkret işin müəyyən edilmiş halların araşdırılması zamanı keçmiş ailə üzvünün maddi vəziyyətini, tərəflərin bir yaşayış sahəsində birgə y aşamaq imkanını və diqqətəlayiq diqər halları nəzərə almalıdır.”.
59. Hazırkı halda apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehə iddiaçının mənzilində müvəqqəti yaşamaq hüququ verilməsi üçün əsasların olubolmadığı işdəki sübutlar əsasında qiymətləndirilmiş və məhkəmə belə əsasların olmadığına da nəticəyə gəlmişdir.
60. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual normaların pozuntusuna yol verilmədiyindən şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
61. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəmə sinin Mülki kollegiyasının 2(103)-468/2025 nömrəli iş üzrə 08 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.