Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1595/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2yə qarşı (üçüncü şəxs X1) iddia tələbinə, Cavabdeh2in qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyan, mənəvi ziyan, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), X3 və X5 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2yə (X1 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mənzilin əsaslı təmirinə çəkilən xərclərin, maddi və mənəvi zərərin ödənilməsi, tələblərin eyni vaxtda icra edilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh2in əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6837/2022 nömrəli, 28 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 (bundan sonra – cavabdeh və ya MMC) ilə payçı İddiaçı (bundan sonra – iddiaçı) arasında xx.xx.2013-cü il tarixdə mənzil tikintisi haqqında müqavilə bağlanmış və MMC Bakı şəhəri, Xətai rayonu, Telnov (Xocalı) küçəsi, 2347-48-ci məhəllədə yerləşən tikilməkdə olan binasında 74.000 manat dəyərində 234 №-li mənzili (bundan sonra - mübahisəli mənzil) payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qa baqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mübahisəli mənzilin dəyəri tam ödənilmiş, mənzil iddiaçıya təhvil verilmiş, o, mənzili təmir edərək ailəsi ilə birlikdə orada yaşamağa başlamışdır.
2. Mənzil üzərində iddiaçının xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1505/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə mübahisəli mənzilə dair hazırkı iş üzrə cavabdeh ilə hazırkı iş üzrə iddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, sonuncunun həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq Cavabdeh2yə (bundan sonra – ikinci cavabdeh) təhvil verilməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7196/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1505/2019 nömrəli, xx.xx.2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və MMC-dən 74.000 manat məbləğində pul vəsaitinin alınaraq hazırkı iş üzrə iddiaçıya qaytarılması qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7131/2019 nömrəli iş üzrə xx.xx.2019cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. X1 cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin onun sahibliyində və istifadəsində olmasının müəyyən edilməsi barədə qətnamə qə bul olunmasını xahiş etmişdir. 6. 26.02.2021-ci il tarixdə X1 əsl İddiaçı ilə əvəz olunmuşdur. X1 isə üçüncü şəxs (bundan sonra – üçüncü şəxs) qismində işə cəlb edilmişdir.
7. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin əsaslı təmirinə çəkdikləri 57.000 ABŞ dollarının manat məzənnəsinə uyğun, real xərclərin əvəzi olaraq ikinci cavabdehdən onun xeyrinə 96.900 manat məbləğində pul vəsaitinin tutulması, mənzilin boşaldılaraq təhvil verilməsi və mənzildən çıxarılmanın pulun ödənilməsi ilə eyni vaxtda icra edilməsi, MMC-dən maddi və mənəvi zərərin əvəzi olaraq 30.000 manat pulun Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-7196/2019 nömrəli qətnaməsi ilə qaytarılmalı olan 74.000 manat pul v əsaiti ilə eyni vaxtda ödənilməsi, mənzildən çıxarılma ilə pulun tam həcmdə ödənilməsinin eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mənzil hazırda onun xüsusi mülkiyyətindədir. 2014-cü il tarixdən üçüncü şəxs sözügedən mənzildə əsaslı təmir işlərinə başlamış və şəxsi vəsaiti hesabına həmin mənzildə 57.000 manata yaxın vəsait xərcləməklə mənzili əsaslı şəkildə tam təmir etmişdir. 2015-ci il tarixdən isə tam təmirli mənzilinə köçüb bu günə qədər yaşamağa başlamışdır. Həmin ildən etibarən mənzilin bütün kommunal və digər xərclərini də şəxsən üçüncü şəxs ödəmiş, bu gün də ödəməyə davam edir. Mənzil alınan 2013-cü il tarixdən məhkəmə mübahisəsi başlayan 2019-cu il tarixədək hazırkı mənzilin mübahisəli olmasından, "x xxx" MTK adlı şirkətlə ikinci cavabdeh arasında müqavilənin olmasından, MMC ilə aralarında məhkəmə çəkişmələrinin olmasından xəbəri olmamış, ona bu barədə heç kim heç bir yerdən məlumat verməmişdir. Hətta ikinci cavabdeh də həmin illərdə bir dəfə də olsa mənzilə gəlib mənzilin mübahisəli olmasını bildirməmişdir.
9. İkinci cavabdeh, öz növbəsində, qarşılıqlı iddia verərək mübahisəli mənzildən istifadə etməsi ilə bağlı iddiaçıdan əldən çıxmış fayda kimi maddi zərər olan 35.500 manatın və mənəvi zərər olaraq 10.000 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzillə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2024/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qər arı ilə müəyyən edilmişdir ki, "xxxx" MTK ilə ikinci cavabdeh arasında bağlanmış mənzil tikintisi haqqında müqavilələr qanuni əsaslarla bağlandığından onların etibarsız sayılması üçün əsaslar yoxdur. Yəni, mübahisəli mənzilin ikinci cavabdehə məxsus olmasının qanuniliyi Ali Məhkəmənin qeyd edilən qərarı ilə tanınmış və qanuni hesab edilmişdir. Buna baxmayaraq, iddiaçı və onun ailə üzvləri qeyd olunan mənzildən qeyri-qanuni istifadə etmələrini davam etdirdiklərindən, ikinci cavabdeh mənzilin boşaldılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, mübahisəli mənzilə dair MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə etibarsız hesab edilmiş, sonuncunun mənz ildən çıxarılması və mənzilin boşaldılaraq ikinci cavabdehə təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və yalnız 2021-ci ilin may ayında icra olunmuş, boşaldılaraq ikinci cavabdehə verilmişdir. Beləliklə, 2015-ci ilin iyun ayından 2021-ci ilin may ayına kimi olan müddət ərzində iddiaçının öz ailə üzvləri ilə birlikdə mənzildən qeyri-qanuni istifadə etməsi ilə bağlı ikinci cavabdehə əldən çıxmış faydanın əvəzi olaraq, vurulmuş maddi zərərin əvəzi ödənilməlidir. Belə ki, ikinci cavabdeh tərəfindən həmin mənzilin kirayəyə veriləcəyi halda aylıq olaraq ən azı 500 manat kirayə haqqı əldə edəcəkdi. Lakin mənzilin iddiaçı tərəfindən qeyri-qanuni olaraq istifadəsi nəticəsində ikinci cavabdeh həmin gəliri əldə etməkdən məhrum olmuşdur.
11. Məhkəmənin qərardadı ilə daşınmaz əmlakın bazar qiymətinin və təmir qiymətinin müəyyən edilməsi "xxxx" MMC-yə həvalə olunmuş və MMC tərəfindən mübahisəli mənzilin bazar dəyəri 160.000 manat, təmir dəyəri 71.500 manat qiymətləndirilmişdir.
12. Məhkəmənin digər qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/819 saylı ekspert rəyi ilə tədqiq olunan mənzilin ümumi sahəsinin 129,4 kv.metr təşkil etdiyi, eləcə də ayrı-ayrı internet saytlarındakı məlumatlara əsasən yeni mənzillərdə təmir işlərinin dəyərinin 1 kv.metr üçün orta hesabla 350 manata başa gəldiyi nəzərə alındıqda, mübahisəli mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyərinin təqribən 45.290 manat məbləğində olduğu müəyyən edilmişdir.
13. Bakı Şəhəri Xət ai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-59/2022 nömrəli iş üzrə 05 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim L.Rəhimli) ilkin iddianın qismən təmin edilməsi, ikinci cavabdehdən 45.290 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, iddiaçıdan 8583,3 manat məbləğində əldən çıxmış faydanın tutularaq ikinci cavabdehə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
14. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən mübahisəli mənzili əldə etmiş, ikinci cavabdeh ilə aralarında olan məhkəmə mübahisələrinin yekunu olaraq xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə mənzilin ikinci cavabdehə təhvil verilməsi qərara alınmışdır. İddiaçı 2021-ci ilin aprel ayında ailə üzvləri ilə birlikdə mənzildən çıxmış və mənzil ikinci cavabdehə təhvil verilmişdir.
15. Məhkəmənin ilkin iddia tələbinə münasibətdə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı uzun müddət mənzildə yaşamış və mənzili təmir etmişdir. O, mübahisəli mənzildə yaşadığı dövrdə sonradan ikinci cavabdehə təhvil verilmiş mənzili təmir etdirməsi nəticəsində sonuncu əsassız varlanmışdır. Həmçinin, iddiaçının özünə məxsus olduğunu güman etdiyi mənzili təmir etdirməsi nəticəsində ona maddi zərər dəymişdir. Çəkilən təmir xərclərinin həcmi isə ekspertiza rəyində qeyd edilən həddə müəyyən edilmişdir. Mübahisəli mənzil artıq 2021-ci ilin aprel ayında təhvil verildiyindən mənzilin boşaldılaraq təhvil ve rilməsi və mənzildən çıxarılmanın pulun ödənilməsi ilə eyni vaxtda icra edilməsi barədə iddia tələbi əsassız olmuş, maddi və mənəvi zərərin vurulması hissəsində isə iddia əsaslandırılmamışdır.
16. Məhkəmənin qarşılıqlı iddia tələbinə münasibətdə mövqeyi ondan ibarət olmuşdur ki, ikinci cavabdeh Rusiya Federasiyasının vətəndaşı olduğundan, mübahisəli mənzil onun daimi yaşayış yeri olmamışdır. Bununla da, iddiaçı ikinci cavabdehə məxsus mənzili təhvil verməməsi nəticəsində sonuncuya maddi zərər dəymişdir. İkinci cavabdeh daimi yaşayış yeri olmadığı üçün mübahisəli mənzili kirayə verməklə əldə edə biləcəyi gəlirdən məhrum olmuşdır.
17. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında olan mübahisəli mənzillə bağlı məhkəmə mübahisələri Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarix li qərarı ilə yekunlaşdığından və həmin qərar xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini aldığından, həmin tarixdən 2021-ci ilin aprel ayınadək iddiaçının mənzili tərk etməməsi və ikinci cavabdehə təhvil verməməsi, həmin müddət ərzində orada yaşaması qanunsuz olmuşdur. İşdə həmin dövrdə mübahisəli mənzil üzrə kirayə haqqı məbləğinin 550 manat olduğuna dair ikinci cavabdeh tərəfindən təqdim edilmiş hesabat olsa da, ikinci cavabdeh aylıq kirayə haqqını bütün dövr üçün cəmi 500 manat olmaqla tələb etdiyindən, kirayə haqqının məbləği də bu həddə müəyyən edilməlidir. Mənəvi zərərin vurulması hissəsində isə iddia əsaslandırılmamışdır.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 21, 157.6, 157.7, 1091, 1092.1-ci, Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 77.1, 88, 101.3, 103.1, 119.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarı və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verər ək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin tam təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının hazırkı iddia tələbi tam həcmdə əsaslı olmuş, lakin birinci instansiya məhkəməsi real təmir xərclərini kifayət qədər azaltmaqda haqlı olmamışdır. Belə ki, iddiaçının iddia tələbində göstərdiyi məbləğ real bazar dəyəri ilə tam uyğundur və bu faktı internet resurslarındakı əmlak saytları üzərində aparılan tədqiqatlar tam təsdiq edir. İlkin qiymətləndirmə aktında müəyyən edilən faktlarla təyin olunan ekspertiza rəyində göstərilən hallar, eyni zamanda işin faktiki həqiqi halları ilə ikinci ekspertiza rəyində göstərilən həqiqəti əks etdirm əyən ziddiyyətli hallar çəkişmə prinsipinə əməl edilməklə birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Həmçinin maddi və mənəvi zərər hissəsində də məhkəmə işin həqiqi halları məlum olduğu halda sübutlarla müqayisəli şəkildə aydınlaşdırmamışdır. Təmir xərclərinə aid hissədə birinci instansiya məhkəməsi iddiaçıya mənzilə çəkdiyi xərclər hesabına real zərər vurulmasını müəyyən etsə də, qanunsuz və həqiqəti əks etdirməyən ekspert rəyinə əsaslanaraq iş üçün əhəmiyyətli olan ilkin qiymətləndirmə aktında olan məlumatları, inşaat materiallarına dair ilbəil ölkədə hər kəsə bəlli olan qiymət artımına dair faktları, ekspert rəyində olan yalan məlumatları müqayisəli şəkildə aydınlaşdırmaqla sübuta yetirməyə çalışmamış və çəkişmə prinsipini pozaraq buna imkan yaratmamışdır.
21. Bak ı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6837/2022 nömrəli iş üzrə 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
22. İşə apellyasiya qaydasında baxan məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə təmirə çəkilmiş xərcin məbləğini düzgün müəyyən etmiş, ekspert rəyinə əsaslanmış, ekspert rəyi isə kifayət qədər əsaslandırılmışdır. Təkrar ekspertizanın keçirilməsi üçün əsas yoxdur.
23. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı mənzili 2021-ci ilin aprel ayında əks tərəfə təhvil verdiyindən, pulun ödənilməsi ilə mənzil in boşaldılmasının eyni vaxtda icra olunması qət oluna bilməzdi. MMC-nin iddiaçıya 30.000 manat məbləğində maddi və mənəvi zərər vurması barədə sübutlar isə məhkəməyə təqdim edilməmişdir.
24. Birinci instansiya məhkəməsi mənzilin qanunsuz sahiblikdə olduğu müddəti və həmin müddətdə əldən çıxmış faydanı düzgün müəyyən etmiş və bunu qətnamədə lazımi qaydada əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qətnamə qəbul ed ərkən araşdırma aparmaqda maraqlı olmamışdır. Çünki ekspertin rəyi əsassız olmuşdur. Ekspert rəyindən görünür ki, ekspert internet üzərindəki məlumatlardan istifadə etmiş, lakin həmin məlumatlar hazırkı dövrü deyil, 2018-ci ili əhatə edir. Bu faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilsə də, nəzərə alınmamışdır. Məhkəmə işin hallarına uyğun olmayan, həqiqəti əks etdirməyən, tam qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
28. Maddə
46. Hər bir kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına ə sas verə bilməz. Mülki Məcəllə
29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
31. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.
32. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
34. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
35. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı
36. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər q eyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabl arın xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarı
37. Bənd
9. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində m ənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.
38. Bənd
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında sə bəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
39. Bənd
10. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mülki Prosessual Məcəllə
40. Maddə 9.3. Hakim bütün hallarda pro sesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
41. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələb lərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir:...149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb...
46. Maddə 167.1. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir: 167.1.1. işdə iştirak edən şəxs lərə işin icraatı barədə məlumat verir, onların iştirakı ilə işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilir; 167.1.2. tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir...
47. Maddə 167.2. Hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir.
48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərard adın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayəti əsasında ilkin iddianın təmin olunmayan və qarşılıqlı iddianın təmin edilən hissələrində yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 MMC-dən 30000 manat maddi və mənəvi ziyanın tutulması tələbinin rədd olunması istisna olmaqla, qalan hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Kassasiya şikayətinin həmin hissələri bağlı dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və M əhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.
58. Bu hissələrlə bağlı kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
59. İddiaçının Cavabdeh1 MMC-dən 30000 manat maddi və mənəvi ziyanın tutulması tələbinə aid hissədə Məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
60. Həmin tələb üzrə iddiaçı Cavabdeh1 MMC-nin ona qarşı mülki-hüquq pozuntusu (delikt) törətməklə ona maddi və mənəvi zərər vurduğunu iddia edir. Qeyd olunan tələbin hüquqi əsasları Mülki Məcəllənin 21, 23-cü, 1096-cı və 1097-ci maddələrində nəzərdə tutulmuşdur (§ 29-35).
61. Sadalanan maddi hüquq normalarının di spozisiya şərtlərinə görə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: şəxsiyyətə və ya əmlaka zərərin vurulması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
62. Lakin nəzərə alınmalıdır ki, maddi zərər çəkilmiş və ya çəkməli olan xərclərdə, əmlak itkilərində, habelə əldən çıxmış faydada ifadə edildiyi üçün MPM-in 77.1-ci maddəsinə (§ 43) müvafiq olaraq, bu cür tələb irəli sürmüş şəxs ona məhz tələb etdiyi həcmdə maddi zərər dəydiyini təsdiq edən konkret sübutlarını məhkəməyə təqdim etməlidir.
63. Belə ki, MPM-ə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəl illərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, onlardan istifadə etməlidir. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (§ 40, 42).
64. Bu baxımdan maddi zərərlə bağlı tələbi təsdiq edən sübutlar (çəkilmiş xərcləri təsdiqləyən sənədlər) təqdim edilmədən həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə müəyyən edilə bilməz.
65. Maddi zərərdən fərqli olaraq mənəvi zərər qeyri-əmlak xarakterli olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur və adətən şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir.
66. Belə zərər anadangəlmə və ya qanun əsasında şəxsə məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab ve rir, bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur (§ 36).
67. Ona görə də əgər baxılan iş üzrə iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi və fiziki iztirablara və ya mənfi psixoloji reaksiyaya məruz qaldığını sübuta yetirərsə, yaxud işin müəyyən edilmiş hallarına əsasən belə nəticələrin mövcudluğu aşkar olarsa, məhkəmənin iddiaçıdan mənəvi zərərə məruz qaldığı barədə başqa konkret sübutlar tələb etməsinin hüquqi əsası yoxdur. Bu zaman məhkəmənin üzərinə düşən vəzifə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxu d ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin digər diqqətəlayiq hallarını nəzərə alaraq mənəvi zərərin ağlabatan və ədalətli miqdarını müəyyən etməkdir (§ 39).
68. Yuxarıda qeyd olunan hallar baxımından əgər iddiaçı cavabdehə qarşı maddi və mənəvi ziyanla bağlı iddia qaldırarsa, ona nə qədər maddi ziyan dəydiyini konkret göstərməli və buna dair sübutlarını məhkəməyə təqdim etməli, habelə ona dəymiş mənəvi ziyanın həcmini hansı məbləğdə olması ilə bağlı mövqeyini ifadə etməlidir. Əks halda birlikdə ifadə edilmiş maddi və mənəvi zərər tələbi MPM-in 149.2.3-cü maddəsində nəzərdə tutulmuş “iddiaçının tələbləri” anlayışı na uyğun hesab edilə bilməz (§ 45).
69. Əgər iddia tələbi göstərilən şəkildə icraata qəbul edilmişdirsə MPM-in 14.1 və 167-ci maddələrinə əsasən məhkəmənin iddiaçının tələb etdiyi zərərin hansı hissəsinin maddi, hansı hissəsinin isə mənəvi zərərə aid olduğu barədə tərəflərlə müzakirə etmək vəzifəsi yaranır (§ 41, 46).
70. Baxılan iş üzrə iddiaçı Cavabdeh1 MMC-yə qarşı 30000 manat maddi və mənəvi ziyan tələbi irəli sürmüşdür. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi iddiaçının bu hissədə sübutlar təqdim etmədiyi və mövqeyini kifayət qədər əsaslandırmadığına istinad etməklə iddianı rədd etmişdir.
71. Halbuki baxılan işin məhkəmələr tərəfindən mübahisəsiz qaydada müəyyən edilən hallarına əsasən iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2013-cü il tarixdə mənz il tikintisi haqqında müqavilə bağlanmış, MMC iddiaçıdan 74.000 manat alaraq mübahisəli mənzil iddiaçıya təhvil vermiş, iddiaçı mənzili təmir edərək ailəsi ilə birlikdə orada yaşamağa başlamış və mənzilə xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə əslində mübahisəli mənzilin başqa şəxsə (ikinci cavabdehə) məxsus olduğu məlum olduğu üçün, iddiaçının müqaviləsi etibarsız hesab edilmiş, uzun sürən məhkəmə mübahisələrindən sonra, o, mənzildən çıxarılmış, Cavabdeh1 MMC tərəfindən iddiaçının ona ödədiyi 74.000 manat vəsaitin qaytarılması qət edilmişdir. Mənzilə dair digər məhkəmə mübahisələri hazırda da davam edir.
72. İşin qeyd olunan halları əsasında iddiaçının cavabdehin qanuns uz hərəkətləri nəticəsində mənəvi və fiziki iztirablara, mənfi psixoloji reaksiyaya məruz qaldığı aşkardır. Mövcud vəziyyətdə birinci və apellyasiya instansiyası məhkəməsinin iddiaçının Cavabdeh1 MMC-nin hərəkətləri nəticəsində mənəvi zərərə məruz qaldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyi əsası ilə həmin tələbin təmin olunmaması yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun deyil.
73. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 MMC-dən 30000 manat maddi və mənəvi zərərin tutulması tələbinin təmin olunmaması hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndər ilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.
74. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6837/2022 nömrəli iş üzrə 28 oktyabr 2022-ci il tarixli qətnaməsi iddia tələbinin Cavabdeh1ndən 30.000 manat maddi və mənəvi ziyanın tutulması tələbinin rədd olunması hissəsində ləğv edilsin, həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.