Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1596/2022 11.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı “zəbt etdiyi torpaq sahəsindən məcburi qaydada çıxarılması” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1684/2021 nömrəli iş üzrə 28 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icr aat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş ******* nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən 1,3026 ha və ******* nömrəli, 24.09.2013-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən isə 0,2989 ha torpaq sahəsi İddiaçı, X1 və X2 mülkiyyətindədir. verilmiş ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2020-ci il tarixli, 10/3023 saylı rəyi ilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən İddiaçı, X1 və X2 ümumibirgə mülkiyyətində olan 1,3026 ha və ******* nömrəli, 24.09 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı, X1 və X2 ümumi mülkiyyətlərində 0.2989 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilmədiyi müəyyən edilmiş, həmçinin göstərilmişdir ki, X2 faktiki istifadə etdikləri və özlərinin naturada göstərdikləri torpaq sahələri Cavabdeh adına tərtib edilmiş DƏDRX-in **********04-04201 reyestr nömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin cizgisi daxilində yerləşən 8,02 ha torpaq sahəsinin (0,1278 ha, 0,0104 ha, 0,1005 ha 0,1212 ha hissələri) ümumilikdə 0,36 ha hissəsi faktiki olaraq iddiaçılar tərəfindən istifadə edilir. Baxış zamanı iddiaçıların faktiki istifadələrində olan torpaq sahəsi kimi təqdim etdikləri 0,36 ha torpaq sahəsi Cavabdeh adına tərtib edilmiş DƏDRX-nin **********04-04201 reyestr nömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin hüdudları daxilində yerləşdiyi gö stərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun, oğlu X1 və X2 qanuni mülkiyyəti olan 1.3026 ha torpaq sahəsinin və ******* nömrəli, 24.09.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən onun, oğlu X1 və X2 qanuni mülkiyyəti olan 0.2989 ha torpaq sahəsinin Cavabdeh zəbt etdiyi hissəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş ******* nömrəli, ******** ** qeydiyyat nömrəli çıxarışa əsasən 1,3026 ha və ******* nömrəli, 24.09.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən isə 0,2989 ha torpaq sahəsi onun, oğlu X1 və X2 qanuni mülkiyyətindədir. Lakin sözügedən torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən zəbt edildiyindən mülkiyyətlərindən məhrum olmuşlar. x1dən zəbt etdiyi torpaq sahəsinin boşaldılmasını dəfələrlə tələb etsələr də nəticəsi olmamışdır. Ona görə də məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Qax Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Malik Qarayev, iş N 2(024)-08/2021 nömrəli) İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun, oğlu X1 və X2 qanu ni mülkiyyəti olan 1,3026 ha torpaq sahəsinin və ******* nömrəli, 24.09.2013-cü il tarixli. ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun, oğlu X1 və X2 qanuni mülkiyyəti olan 0,2989 ha torpaq sahəsinin zəbt etdiyi hissəsindən məcburi qaydada çıxarılması barədə iddia ərizəsi rədd edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29, 60-cı maddələri, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsi, Mülki Proosessual Məcəlləsinin 14.2, 76.1, 77.1-ci maddələrinə istinad edərək, iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçınnı idida tələblərinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilməmişdir, iddiaçı tələblərində haqlı deyildir. İddiaçı apellyasiya şikayəti verərək birinci ins tansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə iddianın təmini barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi keçirilməsi zəruri olan məhkəmə tikinti-texniki ekspertizasını təyin etməmiş, mülki iş üzrə araşdırılma aparılmasını "xxxx" MMC-nin mütəxəsislərinə həvalə etmişdir. "xxxx" MMC-nin 23 noyabr 2020-ci il tarixli, 10/3023 saylı rəyi isə qərəzli olduğundan birbaşa cavabdehin maraqlarına xidmət edir. Birinci instansiya məhkəməsi də həmin rəyi əsas götürərək qətnamə çıxarmışdır. Ona görə də Qax Rayon Məhkəməsinin qətnaməsini apellyasiya qaydasında ləğv edib, iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiy asının 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.Əsədli-sədrlik edən və məruzəçi, Ə.Məcidov, A.Mahmudov, iş N 2(107)-1684/2021) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Qax Rayon Məhkəməsinin 2(024)-08/2021 saylı, 19.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiyası məhkəməsi əsaslı olaraq iddiaçının iddia tələbinə ekspertiza rəyinə uyğun olaraq qiymət vermişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqata təqdim olunmuş materiallar əsasında keçirilmiş və cavabdehin torpaq sahəsini tutması müəyyən edilmir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməm işdir. Apelyasiya instansiyası məhkəməsi öz mövqelərini hüquqi cəhətdən əsaslandırarkən Mülki Proosessual Məcəllənin 4.1, 14.2, 77.1 və 101.3-ci maddələrinə istinad etmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, qətnaməni tamamilə ləğv edib, mülki işin yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iş üzrə keçirilən məhkəmə torpaqşünaslıq ekspertizası mübahisəli torpaq sahələrinin yerləşdiyi yerin koordinatları dəqiq müəyyən edilmədən həyata keçirilmişdir. Bu baxımdan ekspert rəyi əsaslı hesab edilə bilməz. Yenidən ekspertiza keçirilməsi barədə iddiaçı tərəfindən vəsatət verilmiş, lakin vəsatət əsassız olaraq təmin edilməmişdir. Bundan başqa, id diaçının Şəki Apelyasiya Məhkəməsinə teleqram vuraraq vəkilinin üzrlü səbəblərdən məhkəməyə gələ bilməməsi bu səbəbdən prosesin təxirə salınması barədə xahişinin nəzərə alınmaması qeyd edilən prosessual hüquq normalarının tələblərinin pozulmasına gətirib çıxartmışdır. Bu baxımdan şikayətin dəlillərindən asılı olmayaraq qətnamə ləğv edilməlidir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edil ərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsu b əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etir azlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 4 16.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrind ə nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri iddianın və apelyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəmə sinin əsaslandırılması ilə razılaşır. İş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası rəyinin natamam olması, təkrar ekspertiza keçirilməsi barədə vəsatətin əsassız olaraq təmin edilməməsi barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər apellyasiya şikayətində də irəli sürülmüş, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə düzgün olaraq qiymət verib hesab etmişdir ki, ididaçı ekspert rəyinin şübhə altına alan və təkrar ekspertiza təyin olunması üçün əsas ola biləcək hər hansı dəlil təqdim edə bilməmişdir. İddiaçının Şəki Apelyasiya Məhkəməsinə teleqram vuraraq vəkilinin üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməməsi, bu səbəbdən də prosesin təxirə salınması barədə xahişinin nəzərə alınmaması, bununla da məhkəmə iclasında iştirakın ın təmin edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı özünün və ya vəkilinin məhkəmə iclasında iştirak etməməsinin üzrlü olmasına dair məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəm ə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1684/2021 nömrəli iş üzrə 28 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.