Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1596/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: nikahın etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7616/2022 saylı iş üzrə, 19 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 08 may 2023cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı və Cavabdeh xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 001/22 nömrə ilə qeyd aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında Azərbaycan Respublikasının Ankara Səfirliyi tərəfindən xx.xx.2022-ci il tarixində 635675 saylı akt qeydi ilə bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin uşaq vaxtlarından dostluq münasibətləri var. Belə ki, onların valideynləri uzun müddətdir ki, yaxınlıq edirlər. İddiaçı Türkiyə Respublikasının universitetlərindən birində imtahan verib rezidenturaya qəbul olunmuş, bu barədə xəbər tutan cavabdeh onu telefonla təbrik etmiş və görüşməyi təklif etmişdir. Görüşdükləri zaman söhbət əsnasında cavabdeh iddiaçıya bildirmişdir ki, o da Türkiyədə təhsilini davam etdirmək, orada rezidenturaya qəbul olunmaq istəyir. Söhbət zamanı hər ikisi Türkiyədə təhsil almaq və yaşamaq üçün güzəştli şərtlər və müəyyən imtiyazlar əldə etmək üçün (oturum izni, oxuduğun universitetdən əlavə yaşadığın yerə yaxın başqa universitetə qəbul olunmaq üçün sınaqlarda iştirak hüququ və s.) rəsmi nikahda olmağın vacibliyindən bəhs etmişlər. Bu zaman iddiaçı cavabdehə Türkiyə Respublikasında yuxarıda göstərilən imkanları əldə et mək naminə formal olaraq rəsmi nikaha girməyi təklif etmiş, cavabdeh əvvəl tərəddüd etmiş, lakin iddiaçı cavabdehi dilə tutaraq bildirmişdir ki, hər ikisinin mənafeyi naminə formal olaraq bağlayacaqları nikahı istədikləri zaman poza biləcəklər və ancaq kağız üzərində olacaq nikah onlar üçün gələcəkdə hər hansı narahatlıq və maneə yaratmayacaqdır. Əksinə, arzularına çatmaq üçün onlara əlavə imkan yaradacaqdır. Bundan sonra cavabdeh iddiaçıdan fikirləşmək və qərar vermək üçün bir neçə gün vaxt istəmiş və hər ikisi niyyətləri barədə valideynlərinə məlumat verməyəcəkləri ilə bağlı bir-birlərinə vəd verərək razılığa gəlmişlər. Bir neçə gün sonra cavabdeh iddiaçıya zəng edərək, onun təklifi ilə razılaşdığını bildirmişdir. Beləliklə, onlar ailələrindən xəbərsiz şəkildə nikah bağlamaq qərarına gəl ərək, 21 iyun 2022-ci il tarixdə nikaha daxil olmuşlar. Bununla bağlı onlara xx.xx.2022-ci il tarixli 635675 nömrəli şəhadətnamə verilmişdir. Nikah bağladıqdan sonra onlar Türkiyə Respublikasına getmiş, cavabdeh orada rezidenturaya imtahan versə də, qəbul oluna bilməmişdir. Bundan sonra cavabdehin rezidenturaya daxil ola bilmədiyini öyrənən valideynləri artıq onun Türkiyədə qalması üçün heç bir səbəb olmadığını bildirərək, Bakıya geri qayıtmasını tələb etmişlər. İddiaçı ilə cavabdeh Bakıya qayıtdıqdan sonra valideynlərinə onlardan xəbərsiz nikah bağladıqlarını bildirmiş, hər ikisinin valideynləri bu özbaşınalığa görə onları möhkəm danlamış və formal olaraq qeydə aldırdıqları nikahın etibarsızlığı barədə dərhal məhkəməyə müraciət etməyi onlardan tələb etmişlər. Cavabdeh iddiaçının təklifi v ə xahişi ilə belə bir addım atdığını və buna görə də, məhkəmədə iddia qaldırmaq məsələsini iddiaçının həll etməli olduğunu bildirərək, məhkəməyə müraciət etməyi ondan xahiş etmişdir. Əsl niyyəti ailə qurmaq deyil, başqa ölkədə təhsil almaq və yaşamaq üçün daha əlverişli şərait əldə etmək olduğundan, planları baş tutmadığına görə formal nikahlarının qalmasının artıq lüzumsuz olduğunu anlayaraq, iddiaçı nikahın etibarsızlığı barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, iddiaçı ilə cavabdeh arasında Azərbaycan Respublikasının Ankara Səfirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə qeydə alınmış nikah saxta olduğundan etibarsız hesab edilməsi məhkəmədən xahiş edilmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4339/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətn aməsi ilə (hakim Günay Abidova) iddia təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliklə nəzərdə tutulmuş nikahın etibarsızlığına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə ki, məhkəmə iddiaçının “əsl niyyətinin ailə qurmaq deyil, başqa ölkədə təhsil almaq və yaşamaq üçün daha əlverişli şərait, güzəştli şərtlər və müəyyən imtiyazlar əldə etmək (oturum izni, oxuduğun universitetdən əlavə yaşadığın yerə yaxın başqa universitetə qəbul olunmaq üçün sınaqlarda iştirak hüququ və s.); planları baş tutmadığına görə formal nikahlarının qalmasının artıq lüzumsuz olması” barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, əvvəla bu, sübutetmə yükü ilə bağlıdır, lakin iddiaçı, bu halların, yəni ailə qurmaq niyyətinin olmaması, ə r-arvad kimi yaşamamaları və birgə təsərrüfat idarə etməmələri, xüsusən də xaricə getmək məqsədli olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. İkincisi, nikah, hüquqi əhəmiyyəti olan fakt olaraq qeydə alındığı andan hüquqi nəticələrə səbəb olduğundan, onun etibarsızlığı halları da mötəbər sübutlardan asılı olmaqla, nikah münasibətlərindən ehtimal olunan hüquqi nəticələrin istisnasının şübhə doğurmayan hallarına mütənasib olaraq qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının dəlilləri formal mülahizələrdən ibarətdir və bunlar tərəflər arasında bağlanmış və qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış nikahın özü-özlüyündə etibarsız hesab edilməsi üçün əsas kimi qəbul oluna bilməz.
6. Məhkəmə, cavabdehin iddia tələbinin qəbul edilməsi barədə ə rizəsinin etiraf kimi qəbul edilməsinə münasibətdə qeyd etmişdir ki, əvvəla, ailənin cəmiyyətin özəyi kimi, həmçinin, nikah və ailənin dövlətin himayəsində olmasının konstitusion hüquqi təsbiti, bu münasibətlər üzrə meydana çıxmış ziddiyyətli təzahürlərin həllini, dövlət və cəmiyyət maraqlarından asılı edir ki, bu da etirafın məhkəmə tərəfindən nəzərə alınmasını mümkünsüz edir, ikincisi, hazırki işdə tərəflərin izahatlarının eynilik təşkil etməsi iddia tələbi üzrə qarşı tərəfin cavabdehliyini istisna edir ki, bu da iddiaçı ilə yanaşı, cavabdeh kimi cəlb edilmiş tərəfi sübutetmə vəzifəsi ilə yüklü edir. Lakin qeyd edildiyi kimi, tərəflər iş materiallarına belə sübutlar əlavə etməmişlər ki, bu da cavabdehin ərizəsinin etiraf kimi təsdiq edilməsini istisna edir.
7. Birinci instansiya məhkəməs i mövqeyinin hüquqi əsası kimi, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 1-ci hissəinə, 34-cü maddəsinin 2-ci və 3-cü hissələrinə, Ailə Məcəlləsinin 11.1, 17.1, 25.1, 26.1 və 26.1.7-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 52.5, 88, 107, 119.1, 124.2, 191.3, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməmişdir.
10. Bakı Apellyasi ya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7616/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakimlər: X5 (sədrlik edən və məruzəçi), X3 və X1) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İddiaçı Türkiyə Respublikasında təhsillə bağlı imtiyaz və güzəştlərdən yararlanmaq üçün belə bir addım atdıqlarını bildirsə də, bunun təsdiqi kimi, yəni həmin imtiyaz və güzəştlərin konkret olaraq nədən ibarət olması, eləcə də bu imtiyazları nəzərdə tutan hər hansı rəsmi sənəd və ya digər sübutu məhkəməyə təqdim et məmişdir.
12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq onu da qeyd etmişdir ki, hazırkı halda nikahın bağlanmasında tərəflər öz iradələrinə uyğun düşünülmüş şəkildə hərəkət etmiş, onların hazırkı mövqeləri də tam eyniyyət təşkil edir, nikah isə qeydə alındığı andan həm tərəflərə, həm də dairəsi qeyri-müəyyən üçüncü şəxslərə münasibətdə ciddi hüquqi nəticələr yaradan hüquqi faktdır. Belə olan halda, həmin nikahın etibarsız hesab edilməsi üçün iddiaçı istinad etdiyi hallara dair məhkəməyə biri digərini tamamlayan, təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və hər hansı şübhədən kənar sübut verməlidir. İddiaçının isə belə sübutları yoxdur.
13. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İ, İİ hissələri, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 11.1, 17.1, 25.1, 25.2, 25.3, 25.4, 26.1 və 26.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372.1, 372.2, 372.3, 372.4, 372.6, 372.7, 384.0.1 və 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını hərtərəfli və tam araşdırmadan, hüquq normalarını düzgün tətbiq etmədən qətnamə qəbul etmişdir. Cavabdehin “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddianı qəbul etmək barədə notarial qaydada təsdiqlə nmiş ərizəsinə düzgün hüquqi qiymət verməmiş və ərizəni sübut kimi qəbul etməməkdə səhvə yol vermişdir. Apellyasiya İnstansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, iddiaçı Türkiyə Respublikasında təhsillə bağlı imtiyaz və güzəştlərdən yararlanmaq üçün belə bir addım atdıqlarını bildirsə də, bunun təsdiqi kimi, yəni həmin imtiyaz və güzəştlərin konkret olaraq nədən ibarət olması, eləcə də bu imtiyazları nəzərdə tutan hər hansı rəsmi sənəd və ya digər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, tərəflər qarşılıqlı olaraq iddianı qəbul edərək bildirmişlər ki, əsl niyyətləri ailə qurmaq olmamışdır buna görə də onlar ər-arvad kimi yaşamamış və birgə təsərrüfat aparmamışlar. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hü quq Azərbaycan Respublikasının Konstitusiyası
17. Maddə 34, İ hissə Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır.
18. Maddə 34, İİ hissə. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
19. Maddə 11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir.
20. Maddə 17.1. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər.
21. Maddə 25.1. Bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.
22. Maddə 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır.
23. Maddə 25.3. Məhkəmə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnamədən çıxarışı 3 gün müddətində nikahın bağlandığı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur.
24. Maddə 25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır.
25. Maddə 26.1. Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun va lideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı; nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad); nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; pozulmamış əvvəlki nikah üzrə ər (arvad); bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad).
26. Maddə 26.2. Nikah yaşına çatmayan, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərlə bağlanan nikahın etibarsız sayılması barədə işə baxılarkən müvafiq icra hakimiyyəti orqanı işdə iştirak etməyə cəlb olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
30. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
31. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
32. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın p redmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
33. Maddə 372.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır
34. Maddə 372.7.Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qan uni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun poz ulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kassasiya şikayətinin dəlillərind ə qeyd olunan hallar apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz apaşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı ümumiyyətlə Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə göstərilən nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik şəxslərin dairəsinə aid deyildir.
41. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxl anılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7616/2022 nömrəli iş üzrə 19 dekabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.