Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1597/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, X3, X5, X4 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsi cəlb edilməklə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma, özbaşına tutulmuş torpağın qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, X3, X5, X4 (mübahisə predmeti barəsində müstəqil tələbl ər irəli sürməyən üçüncü şəxs İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsi cəlb edilməklə) qarşı “torpaq sahəsindən çıxarma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-190/2024 nömrəli, 08 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 14 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh5 xx.xx.2007-ci il tarixli, 14 saylı iclas protokolundan çıxarışa əsasən, Cavabdeh5 tərəfindən Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən, Bəhrəmtəpə bələdiyyəsinə məxsus ərazidən 18,0 ha torpaq sahəsinin 99 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı icarəsinə verilməsi ni qərara alınmışdır.
2. Həmin qərar əsasında bağlanmış xx.xx.2007-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən, qeyd olunan torpaq sahəsi illik 126 manat icarə haqqı ödənilməsi şərti ilə 99 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə İddiaçı icarəyə verilmişdir.
3. Bələdiyyə tərəfindən həmin müqavilənin icrası təmin edilməmiş, torpaq sahəsi İddiaçı sahibliyinə və istifadəsinə verilməmişdir.
4. Cavabdeh1 Laçın rayonunun ermənilər tərəfindən işğalı ilə əlaqədar məcburi köçkün kimi gəlib İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi yaxınlığında yerləşən hazırkı torpaq sahəsində məskunlaşmış və uzun illərdir ki, torpaq onun və ailə üzvlərinin sahibliyindədir.
5. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-577/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qərarı ilə İddiaçı həmin torpaq sa hələri üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiası təmin olunmuş, Cavabdeh5 24 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə onun icarəsinə 99 il müddətinə verilmiş 18,0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulması qərara almışdır. Həmin qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qərar 17 mart 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh6, X3, X5, X4 (bundan sonra cavabdehlər və ya ad, soyadı) (İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərinn ona icarə hüququ ilə məxsus olan Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən 18,0 ha torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq tələbini onunla əsaslandırmışdır ki, İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 saylı iclas protokolunun qərarı ilə ona Bəhrəmtəpə bələdiyyəsinin mülkiyyətində olan, Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən ərazidən kənd təsərrüfatı məhsullarının is tehsalı məqsədilə 18,0 ha torpaq sahəsi icarəyə verilmiş və bu barədə xx.xx.2007-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər onun icarəsində olan torpaq sahəsindən istifadə etməyinə mane olurlar, onu torpaq sahəsinə buraxmırlar. O, həmin torpaq sahəsinə icarə hüququnun qeydə alınması üçün DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, müraciəti əsasında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşları yerquruluşu koordinatlarının müəyyən edilməsi və dəqiqləşdirilməsi üçün əraziyə baxış keçirilməsi məqsədilə iddiaçının icarəsində olan torpaq sahəsinə gələrkən Cavabdeh1 idarənin əməkdaşlarını əraziyə buraxmamış və onların öz vəzifələrini icra etməsinə mane olmuşdur. Nəticədə yerquruluşu işləri aparılmamışdır. O, dəfələrlə Cavabdeh1 müraciət edərək ailə ü zvləri ilə birlikdə icarə hüququ ilə ona məxsus olan 18 ha torpaq sahəsindən çıxmalarını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Nəticə etibarı ilə o, 2007-ci ildən icarəsində olan 18 ha torpaq sahəsindən istifadə edə bilmir. Bəhrəmtəpə Bələdiyyəsi onun icarəsinə verilmiş torpaq sahəsinin cavabdehlərdən azad edilərək ona verilməsini təmin etməmişdir. Cavabdeh Bəhrəmtəpə Bələdiyyəsi onun həmin norpaqdan istifadə etməsinə imkan yaratmalıdır.
8. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahsə predmeti olan torpaq sahəsi yararsız vəziyyətdə olmuşdur. O, 27 il ərzində həmin torpaq sahəsindən istifadə edərək torpaq sahəsini yararlı vəziyyətə gətirmiş və torpaq sahəsində 200-ə qədər ağac əkmişdir. Bundan əlavə o, 11.000 ABŞ dolları məbləğində xərc çəkərək artezian çəkmişdir. Əgər iddiaçı onun çəkdiyi xərcləri ödəyərsə torpaq sahəsindən çıxmağa hazırdır. Onun həmin torpaq sahəsində çox böyük əməyi olmuşdur. Ona görə də hesab edir ki, iddiaçının bu tələbi onun həm torpaq sahəsi üzərində əməyinin itirilməsinə, həm də hüquqlarının pozulmasına yol açır. Odur ki, qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin təmin olunmamasını xahiş etdi.
9. Məhkəmə iclasına müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bəhrəmtəpə Bələdiyyəsinin sədri X1 izahatında göstərmişdir ki, 25 noyabr 2007-ci il tarixdə iddiaçı ilə Bəhrəmtəpə Bələdiyyəsi arasında bağlanmış müaviləyə əsasən Bəhrəmtəpə qəsəbəsi ərazisindən 18,0 ha torpaq sahəsi Əlif Heydəərovun icarəsinə verilmişdir. İddiaçı icarə müqaviləsi əsasında illik icarə haqqını vaxtı-vaxtında ödəyir. Lakin Cava bdeh1 və oun ailə üzvləri həmin torpaq sahəsindən istifadə etdiyindən iddiaçı icarə müqaviləsi üzrə hüquqlarını həyata keçirə bilmir. Onun tərəfindən cavabdehlərə torpaq sahəsindən çıxamaları barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş lakin heç bir nəticəsi olmamışdır. Cavabdehlər həmin torpaq sahəsini heç bir hüquqi əsas olmadan uzun illərdir istifadə edir. Lakin Bələdiyyənin hesabına bu günədək heç bir haqq ödəməmişdir. Hazırda həmin torpaq sahəsi Bələdiyyə mülkiyyətindədir. Lakn icarə hüququ ilə iddiaçıya məxsusdur. Ona görə də, cavabdehlər həmin torpaq sahəsindən çıxarılmalı və iddiaçının pozulmuş hüquqları bərpa edilməklə icarə müqaviləsi üzrə torpaq sahəsindən istifadə etməsinə şərait yaradılmalıdır.
10. İmişli Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(036)170 5/2021 nömrəli iş üzrə 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Qurban Hacıyev) iddia təmin edilməsi, cavabdehlərin Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən, Bəhrəmtəpə Bələdiyyəsinin mülkiyyətində olan və icarə hüququ əsasında iddiaçıya məxsus 18,0 ha torpaq sahəsindən çəkilən xərclərin əvəzi ödənilmədən çıxarılması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 mübahisələndirilən torpaq sahəsinə iddiaçıdan daha əvvəl qanuni gözləntiyə sahib olmasını bildirsə də, həmin xüsusatı təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və yalnız qeyd olunan torpaq sahəsi üzərində təsərrüfat işləri aparmasını bildirmişdir. Halbuki, qanunvericiliyə əsasən gözlənti qanuni əsasa malik olmalıdır. Belə qanuniliyin başlıca şərti is ə onun hüquqi əsasa bağlı olmasıdır.
12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. 152.5, 157.2, 157.4, 157.8, 164.1-ci və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.1, 51.2, 84.1, 84.3, 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
13. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 25.11,2007-ci il tarixdə icarəyə götürdüyü torpaq sahəsini dövlət qeydiyyatına aldırmalı idi. Yalnız bundan sonra on un qeyd olunan iddianı qaldırmaq üçün subyektiv hüququ yaranardı. Mübahisəli torpaq sahəsi 27 il ərzində və hazırda onun sahiblik və istifadəsində olduğundan iddiaçının ümumiyyətlə bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur. İşdə icarəyə verilmiş torpaq sahəsinin İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinə məxsus olması barədə sübut yoxdur. İcarəyə verilmiş torpaq sahəsi ilə onun istifadəsində olan torpaq sahəsinin eyni torpaq sahəsi olması yalnız ekspertiza ilə müəyyən edilə bilər ki, icarəyə verilmiş torpaq sahəsinin koordinatları olmadığından və qeydiyyata alınmadığından ekspertizanın keçirilməsi də mümkün deyil. Birinci instansiya məhkəməsi həmin hallara qiymət verməmiş, yalnız icarə müqaviləsinin mövcudluğunu nəzərə alaraq iddianı təmin etmişdir. Torpaq sahəsi yararsız vəziyyətdə olmuş dur. O, 27 il ərzində həmin torpaq sahəsindən istifadə edərək, torpaq sahəsini yararlı vəziyyətə gətirmiş, torpaq sahəsində 200-ə yaxın ağac əkmiş, 11.000 ABŞ dolları xərcləyərək artezian quyusu qazdırmışdır. Həmin torpaq sahəsi iddiaçıya qanunsuz verilmişdir. O, həmin torpaq sahəsində məskunlaşdığı halda bələdiyyə tərəfindən torpaq sahəsi ona təklif ediİməmiş, həmin ərazidən təxminən 30 km kənarda yaşayan başqa kənd sakini olan iddiaçıya heç bir hərrac keçirilmədən qanunsuz verilmişdir. Torpaq sahəsində onun çox böyük əməyi olmuşdur. Əgər iddiaçı onun çəkdiyi xərcləri ödəyərsə, torpaq sahəsindən çıxmağa hazırdır.
15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(106)-242/22 nömrəli, 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakiml ər Samir Mayılov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Nüsrət Mirzəyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən “çəkilən xərclərin əvəzinin ödənilmədən” hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının xx.xx.2007-ci il tarixli icarə müqaviləsi üzrə hüquqlarının qeydə alınmaması cavabdehlərin törətdikləri maneələr səbəbindən olmuşdur. Eyni zamanda bu hüququn qeydə alınmaması icarəsinə verilmiş torpaq sahəsinə sahiblikdən özbaşına məhrum edilmiş iddiaçının hazırki iddia ilə müraciət etmək hüququnu istisna etmir. Məhkəmə qanunvericiliyin tələbinə müvafiq olaraq cavabdehlərin mübahisəli torpaq sahəsində məskunlaşdırılmaları və ya sonradan köçürülmələri hallarının təsdiq edilmədiyini nəzərə alaraq, mübahisəli torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyində olması nəticəsinə gəlmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin rəyi ilə mübahisəli torpaq sahəsinin Bəhrəmtəpə bələdiyyəsinin mülkiyyətinə aid olması və iddiaçının icarəsinə verilməsi nəzərdə tutulan sahə olduğu təsdiq edilmişdir. Torpaq sahəsinin ayrıldığı vaxt, onun həmin torpaq sahəsində məskunlaşması və mübahisəli torpaq sahəsinin qanuni istifadəçisi olması təsdiq edilmir, torpaq sahəsindən qanunsuz istifadə isə torpaq sahəsinin cavabdehlərin icarəsinə verilməsi üçün əsas deyil, əksinə, onlar mübahisəli torpaq sahəsini aidiyyəti üzrə geri qaytarmalıdırlar. Eyni zamanda b ələdiyyə mübahisəli torpaq sahəsini hərrac keçirmədən iddiaçıya icarəyə verməkdə haqlı olmuşdur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələrinin aidiyyəti üzrə geri qaytarılması zamanı qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzinin ödənilməsi isə nəzərdə tutulmamışdır.
18. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 157.8, 166.3-cü, Torpaq Məcəlləsinin 84, 111-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında“ Azərbaycan Respublikası Qanununun 6.3, 6.6, 6.7-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 218.3, 384.0.2, 385.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat:
19. Qətnamədən Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edil məsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2007-ci il tarixdə icarəyə götürdüyü torpaq sahəsini dövlət qeydiyyatına almalı idi. Yalnız bundan sonra onun qeyd olunan iddianı qaldırmağa subyektiv hüququ yaranırdır. Nəzərə alınsa ki, mübahisəli torpaq sahəsi 27 il ərzində və hazırda da Cavabdeh1 sahiblik və istifadəsindədir, bu halda iddiaçının ümumiyyətlə bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Mübahisələndirilən torpaq sahəsinin Cavabdeh5nə məxsus olması barədə hər hansı hüquq-müəyyənedici sənəd iş materiallarında mövcud deyil. Mübahisələndirilən torpaq sahəsi artıq 27 ildir ki, cavabdehlərin istifadəsindədir. Bu səbəbdən də cavabdehlər həmin torpaq sahəsinə sahiblik edirlər. Yəni faktiki olaraq iddiaçı həmin torpaq sahəsinin nə mülkiyyətçisi, nə istifadəçisi, nə də ki sahibidir. Belə olan təqdirdə iddiaçının guya icarəyə götürdüyü torpaq sahəsi yalnız sənəd üzrə icarədir. Bu səbəbdən Mülki Məcəllənin 166.3-cü maddəsinin sahiblik ilə müddəasını bu işə tətbiq etmək olmaz. Torpaq sahəsi cavabdehlərin istifadəsindədir və bələdiyyə onları həmin torpaqdan çıxarmaq üçün heç bir cəht göstərməmişdir. Sadəcə öz işini asanlaşdırmaq üçün istifadə də olunan torpaq sahəsini digər şəxsə vermişdir. Halbuki, əgər icarəyə verilən torpaq sahələri qanunsuz istifadə edilirsə, bələdiyyə öz növbəsində iddia qaldıraraq həmin torpaqdan qanunsuz istifadə edən şəxsləri torpaqlardan çıxarmalı və yalnız bundan sonra boş torpaq sahəsini icarəyə verməlidir. Nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi iş üzrə ekspertiza təyin etməmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3394/22 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Zaur Əliyev (məruzəçi), İlqar Xələfov və Abiddin Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir.
22. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hər iki instansiya məhkəməsi iddianın qanuni əsası kimi Mülki Məcəllənin 157.2, 157.4, 157.8 və 164.1-ci maddələrinə istinad etmişlər. Mülki Məcəllənin 164.1-ci maddəsi sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmanın qadağan edilmiş özbaşınalıq sayıldığını nəzə rdə tutur və bundan sonrakı maddələr sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Başqa sözlə, sahiblik bir əşya üzərində əməli (faktiki) hakimiyyəti iradəvi olaraq ələ keçirmiş və bunu itirməmiş olmaqdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır. Sahibliyin verilməsi isə digər şəxsin əşya üzərində faktiki hakimiyyətinin təmin edilməsi, yəni əşyanın onun birbaşa - vasitəsiz sahibliyinə verilməsi və ya əşyaya vasitəli sahibliyinin təmin edilməsi ilə mümkün olur. Beləliklə, sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının əşyanın (ilkin qazanma və ya sahibliyin verilməsi nət icəsində) sahibi olması və bu vəziyyətin cavabdeh tərəfindən özbaşınalıqla pozulması müəyyən edilməlidir.
23. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, hazırkı işə mahiyyəti üzrə baxmış məhkəmələr iddiaçının mübahisəli torpaq sahəsinin sahibi olmasını, başqa sözlə həmin əşyanın onun sahibliyinə verilməsini müəyyən etməmişlər. Hətta iddiaçının özü ərizəsində göstərmişdir ki, Bəhrəmtəpə Bələdiyyəsi torpaq sahəsinin ona verilməsini təmin etməmişdir. Məhkəmələr onu da nəzərə almamışlar ki, qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, mövcud vəziyyətdə iddianın sahibliyin müdafiəsinə dair normalar çərçivəsində təmin edilməsi məhkəmələr tərəfindən lazımi şəkildə əsaslandırılmamışdır. Məhkəmələrin tətbiq etdikləri Mülki Məcəllənin 157.2 və 157.4-cü maddələri isə öz əşyasından məhrum olan və ya məhrumetmə olmadan qəsdə məruz qalan mülkiyyətçinin hüquqlarının qorunması ilə bağlı vindikasiya və neqator iddiaları nəzərdə tutur. Vindikasiya və ya neqator tələbin təmin olunması üçün iddiaçı əşyanın mülkiyyətçisi, cavabdeh isə əşyanın sahibi olmalı, yaxud onun tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməli, habelə cavabdehin sahibliyi və ya müdaxiləsi qanunsuz olmalıdır. Bu normalara söykənən tələbin haqlı sayılması üçün həmin ünsürlərin h ər biri müəyyən edilməlidir. Başqa sözlə, iddiaçının bildirdiyi hallar (və işin müəyyən edilən halları) göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda iddia əsaslı sayıla və təmin edilə bilər. Onlardan biri aşkar olunmadıqda sonrakı ünsürlərin araşdırılmasına gərək qalmadan həmin normaya söykənən iddia rədd olunmalıdır.
25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırkı işə mahiyyəti üzrə baxmış məhkəmələr bu qaydada hüquqi dəyərləndirmə aparmamış, normanın birinci dispozisiya şərtini - iddiaçının mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olduğunu müəyyən etməmişlər. Belə olan halda, həmin normaların müstəqil əsas kimi işə tətbiq edilməsi qanuni olmamışdır. Bununla belə sözügedən normaların tətbiqinin Mülki Məcəllənin 157.8-ci maddəsi ilə əlaqəli şəkildə nəzərdən keçirilməsi mümk ündür. Bu maddəyə əsasən, mülkiyyət hüququnun müdafiəsinə dair hüquqlar mülkiyyətçi olmasa belə, əşyaya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
26. Məhkəmə kollegiya vurğulamışdır ki, bu normalarda müqavilədən irəli gələn tələb hüquqları (şəxsi hüquqlar) deyil, məhdud əşya hüquqlarından (məsələn servitut, uzufrukt, girov və s.) irəli gələn sahiblik və istifadə nəzərdə tutulmuşdur. Əmlak hüquqlarının iki ayrı növü olan əşya və tələb hüquqları isə bir-birindən əhəmiyyətli dərəcədə fərlənirlər. Əşya hüquqları, başqa bir şəxsin vasitəçiliyinə gərək duyulmadan, müəyyən bir əşya üzərində birbaşa hakimiyyət təmin edən və hər kəsə qarşı irəli sürülə bilən hüquqlardır (məsələn, mülkiyyət hüququ, servitut, ipoteka və s.). Bu səbəbdən əşya hüquqları mütləq hüquqlar sayılır. Tələb hüquqları isə sahibinə borcludan hər hansı bir hərəkəti yerinə yetirməyi tələb etmək imkanı verir. Hətta kreditorun tələb hüququnun predmeti bir əşya olduqda belə vəziyyət dəyişmir (məsələn, alğı-satqı müqaviləsi üzrə alıcının əşyanın onun mülkiyyətinə verilməsini satıcıdan tələb etmək hüququ – Mülki Məcəllənin 567-ci maddəsi; kirayə müqaviləsi üzrə kirayəçinin əşyanın onun istifadəsinə verilməsini kirayəyə verəndən tələb etmək hüququ - Mülki Məcəllənin 675-ci maddəsi). Bu tələblər üzrə hərəkəti yerinə yetirmək öhdəliyi yalnız borcluya aiddir, digər şəxslərə aidiyyəti yoxdur. Ona görə də kreditor müqavilədən irəli gələn tələb hüququnu müqavilənin tərəfi olmayan üçüncü şəxslərə qarşı irəli sürə bilməz. Bu xüsusiyyətlərinə görə tələb hüquqları nisbi hüquqlar sayılır. Beləliklə, tələb hüququ öhdəlik münasibətlərində kreditorun borcludan bir hərəkəti yerinə yetirməsini tələb etmək səlahiyyətini özündə ehtiva edirsə, əşya hüququnun özü əşya üzərində birbaşa hakimiyyət təmin edir və hər kəs bu hüququ pozmamaq öhdəliyi daşıyır. Əşya hüququ mövcud və müəyyən bir əşya üzərində qurula biləcəyi halda, mövcud olmayan və gələcəkdə orataya çıxa biləcək bir əşya (məsələn, podratda hər hansı məmulatın hazırlanması) tələb hüququnun predmeti ola bilər. Qanunverici, Mülki Məcəllənin 157.8-ci maddəsində məhz məhdud əşya hüquqlarını (servitut, tikintiyə vərəsəlik hüququ və s.) tam əşya hüququ olan mülkiyyət hüququ ilə eyni səviyyədə qoruma altına almışdır. Bununla da, məhdud əşya hüququna sahib olan şəxs, Mülki Məcəllənin 157-ci maddəsinə istinad etməklə öz hüququnu hər kəsə qarşı qoruya bilər. Hazırkı işdə cavabdehlərin torpaq sahəsindən çıxarılmasını tələb edən iddiaçının hər hansı məhdud əşya hüququna malik olması məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, iddianın Mülki Məcəllənin 157.8-ci maddəsi ilə təmin edilməsi qanuni və əsaslı yanaşma sayıla bilməz.
27. İşin müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçının tələbi Bəhrəmtəpə Bələdiyyəsi ilə bağladığı icarə müqaviləsinə əsaslanır. Eyni zamanda icarəyə verən tərəfindən müqavilə öhdəliyi icra edilməklə torpaq sahəsi iddiaçıya təhvil verilməmişdir. Beləliklə, iddiaçının torpaq sahəsinə da ir icarə hüququ həmin müqavilədən irəli gələn tələb hüququdur. Bu hüquq üçüncü şəxslərə qarşı deyil, müqavilə tərəfinə qarşı irəli sürülə bilər.
28. Hazırkı işdə iddia müqavilənin tərəfi (icarəyə verən) Bəhrəmtəpə Bələdiyyəsinə qarşı deyil, üçüncü şəxslər olan cavabdehlərə qarşı qaldırılmışdır. Belə olan halda iddiaçının tələbinin təmin edilməsi üçün əsas olan maddi hüquq norması məhkəmələr tərəfindən göstərilməmişdir.
29. Məhkəmə kollegiya göstərmişdir ki, qeyd edilənlər ona dəlalət edir ki, məhkəmələr maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışlar. Apellyasiya instansiya məhkəməsində ikinci icraat:
30. İşə yenidən baxarkən apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2022-ci il tarixli 10/2957 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, qərardadın birinci sualı üzrə - İmişli rayonu Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsinin koordinatları müəyyən edilmiş və yerləşmə konfiqurasiyasının mülki iş materialına əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin müdiri V.Məmmədovun və Bəhrəmtəpə bələdiyyəsinin sədri İ.İbRahibovun möhürü və imzası ilə təsdiq edilmiş plan-sxemə uyğun olduğu müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə - İmişli rayonu Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsi 24 noyabr 2007-ci ildə mülkiyyət növü bələdiyyə olmaqla, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Qərardadın üçüncü sualı üzrə - İmişi rayonu Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli 14 saylı qərarı və 25 noyabr 2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsi təyinatına görə icarə hüququnun predmeti ola bilər. Belə ki, bu təyinatlı torpaq sahələri icarəyə verilir. Qərardadın dördüncü sualı üzrə-İmişli rayonu Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007ci il tarixli 14 saylı qərarı və 25 noyabr 2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və təyinatı üzrə istifadə olunur. Qərardadın beşinci sualı üzrə - İmişli rayonu Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli 14 saylı qərarı və 25 noyabr 2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsinin İmişli rayonu, Qaragüvəndikli kəndində gedən avtomobil yolunun və həmin ərazidən keçən dəmir yolunun mühafizə zolağına düşmür. Mühafizə zolaqları gözlənilməklə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin müdiri V.Məmmədovun və Bəhramtəpə Bələdiyyəsinin sədri İ.İbRahibovun möhürü və imzası ilə təsdiq edilmiş plan-sxem tərtib edilmişdir. Qərardadın altıncı sualı üzrə - İmişli rayonu Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli 14 saylı qərarı və 25 noyabr 2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsində sahəsi 120 kv.metr olan köhnə tikili mövcuddur. Həmin tikili faktiki olaraq Cavabdeh1 istifadəsindədir və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması barədə hər hansı bir hüquqmüəyyənedici sənəd mülki iş materialına əlavə edilməmişdir. Qərardadın yeddinci sualı üzrə - İmişli rayonu Bəhramtəpə bələdiyyəsinin 24 noyabr 2007ci il tarixli 14 saylı qərarı və 25 noyabr 2007-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı icarəyə verilmiş 18 ha torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri üst-üstə düşmür.
31. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-151/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Tale Kərimov ( sədrlik edən və məruzəçi) Cahid İmanov və Pərviz Əhmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “çəkilən xərclərin əvəzinin ödənilmədən saxlanılması” hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
32. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları araşdırmış, tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməs i zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin müəyyən olunan hallarına əsasən mübahisəli torpaq sahəsi İmşli rayon Bəhrəmtəpə Bələdiyyəsi ilə iddiaçı arasında 25 noyabr 2007-ci il tarixdə bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən sonuncuya 99 il müddətinə icarəyə verilmiş və 25 noyabr 2007-ci il tarixli akta əsasən yerində ölçüləri müəyyən olunaraq icarəçiyə t əhvil verilmişdir. Torpaq sahəsindən istifadəyə görə icarə haqqı icarəçi tərəfindən vaxtlı-vaxtında ödənilir. Torpaq sahəsinin İddiaçı icarəyə verilməsinə dair Cavabdeh5 24 noyabr 2007-ci il tarixli qərarı, həmin qərar əsasında sonuncular arasında 25 noyabr 2007-ci il tarixdə bağlanmış icarə müqaviləsi, təhkim aktı qüvvədədir. Bunlardan başqa inzibati mübahisə üzrə qüvvədə olan məhkəmə qərarlarına əsasən icarəçi İddiaçı torpaq sahəsi üzərində hüquqlarının Dövlət qeydiyyatına alınması bir vəzifə olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə qoyulmuşdur. Cavabdehlər mübahisəli torpaq sahəsindən ilk vaxtlar qanuni sahibin razılığı əsasında istifadə etsələr də, hazırda sonuncunun tələblərinə məhəl qoymadan torpaq sahəsindən qanunsuz istifadə edirlər. Odur ki, iddiaçı yuxarıda sada lanan qanunvericilik aktı normaları baxımından qanuni sahib olaraq mübahisəli torpaq sahəsini özgəsinin qanunsuz sahibliyindən geri tələb etməkdə tam haqlıdır.
34. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının tələbi cavabdehlərin mübahisəli torpaq sahəsindən çıxarılmalarından ibarət olduğu halda, iddiaya “çəkilən xərclərin əvəzi ödənilmədən” çıxarılmaları formada qiymət verən birinci instansiya məhkəməsi tələbdən kənara çıxmışdır. Halbuki Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
35. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisə predmeti üzrə düzgün hüquqi nəticəyə gəlsə də, cavabdehlərin “ çəkilən xərclərin əvəzi ödənilmədən” mübahisəli torpaq sahəsindən çıxarılmalarını qət etməklə, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin pozuntusuna yol vermişdir.
36. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 6.2, 157.2, 157.4, 157.8, 158.1, 158.2, 159, 163.1, 164.1, 164.2, 165.1, 165.2-ci, Torpaq Məcəlləsinin 5, 56, 66, 111-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.2, 4.0, 4.0.1, 4.0.2, 6.1, 6.2, 6.3, 6.5-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88, 217.4, 384.0.2, 385.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat:
37. Qətnamədən Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia nın rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərinə əməl etməmiş, apellyasiya instansiya məhkəməsinin ləğv edilmiş qətnaməsinə uyğun yeni qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsi sübutları düzgün qiymətləndirməyib, mülki işin obyektiv və qərəzsiz məhkəmə baxışı təmin edilməyib. Cavabdehin fermer kartı var və o, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçı da bu qəbildəndir. Hər iki tərəf hüquqi şəxs yaranmadan sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər olduğuna görə Azərbaycan Respublikası MPM-nin 26-cı maddəsinə (mübahisələrin iqtisad məhkəməsinə aidiyyəti) müvafiq olaraq iddia ərizəsi aidiyyəti üzrə baxılmasından ötrü k ommersiya məhkəməsinə göndərilməli olduğu halda, məhkəmə bunu etməmişdir. Cavabdeh1 ailə üzvləri ilə Laçın rayonunun ermənilər tərəfindən işğalı ilə əlaqədar məcburi köçkün kimi gəlib İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi yaxınlığında yerləşən hazırkı torpaq sahəsində məskunlaşmışdır. İmişli rayon İcra Hakimiyyətinin, təşkilatlarnın köməyi ilə ailəsinə bu torpaq sahəsində 2 ev tikilərək verilmişdir. Özü də heyvanların saxlanması üçün böyük tövlə tikmişdir. Torpaq sahəsi istifadəyə yararsız vəziyyətdə olmuş, 30 il ərzində həmin torpaq sahəsinə xərc çəkib yararlı vəziyyətə gətirmiş və orada ağac əkmişdir. Bundan əlavə, 11.000 ABŞ dolları məbləğində xərc çəkərək artezian quyusu qazdırmışdır. Həmin torpaq sahəsi iddiaçıya qeyri-qanuni verilmişdir. O, həmin torpaq sahəsində məskunlaşdığı halda, b ələdiyyə tərəfindən torpaq sahəsi ona təklif edilməmiş, həmin ərazidən təxminən 30 km kənarda yaşayan, başqa kənd sakini olan iddiaçıya verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi qaydas”ında göstərilir ki, bu Qayda “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hallarda məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsini tənzimləyən sənəddir. Məcburi köçkün köçürülməsi onların məskunlaşdıqları şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiya tərəfindən həyata keçirilir. Məcburi köçkünlər köçürülərkən mənzil sahəsinin həcmi, yararlılığı, su, is tilik, elektrik enerjisi, yaşayış üçün zəruri olan digər amillər nəzərə alınmalıdır. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin ya məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Məcburi köçkün ailələrinin başqa yaşayış sahəsinə köçürülməsi Qaçqınların və Məcburi Köçkünlərin işlər üzrə Dövlət Komitəsi ilə razılaşdırılır. Məcburi köçkünlərin doğma yurdlarına qayıdana kimi məskunlaşdıqları torpaq sahəsindən çıxarılması qanuna ziddir. Cavabdehin və ailəsinin başqa yaşayış yeri yoxdur.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)2898/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İspəndiyar Şəfiyev (məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 19 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir.
40. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbinin təmin olunması qənaətinə gəlmiş və gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “cavabdehlər mübahisəli torpaq sahəsindən ilk vaxtlar qanuni sahibin razılığı əsasında istifadə etsələr də, hazırda sonuncunun tələblərinə məhəl qoymadan torpaq sahəsindən qanunsuz istifadə edirlər. Odur ki, iddiaçı yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından qanuni sahib olaraq mübahisəli torpaq sahəsini özgəsinin qanunsuz sahibliyindən geri tələb etməkdə tam haqlıdır.” Lakin sözügedən qətnamədən məhkəmənin mübahisəyə məhz hansı maddi hüquq normasını tətbiq etməsini müəyyən etmək olmur. Halbuki, bundan əvvəl işə baxmış Ali Məhkəmənin Mülki kollegiyası da maddi hüquq normalarının tətbiqi ilə bağlı izah vermişdi və işə yenidən baxan məhkəmə kollegiyası həmin mövqelər nəzərə alınmaqla, maddi hüquq normasının tətbiqi üzrə aydın və əsaslandırılmış mövqe bildirməli idi. Nəzərə alınmalıdır ki, məhkəmə qətnaməsinin əsaslandırılması tələbi, sadəcə maddi hüquq normalarının sadalanmaqla göstərilməsini deyil, həmin normaların dispozisiya şərtlərinin açıqlanması və işin müəyyən olunmuş həqiqi halları ilə uzlaşmasını izah etməklə məntiqli, aydın və ziddiyyətsiz nəticəyə gəlməni ehtiva edir. Baxılan işdə məhkəmənin əsaslandırması bu tələblərə cavab vermir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin istinad et diyi, sahibliyin pozulması ilə bağlı müdafiə hüququnu tənzimləyən Mülki Məcəllənin 165.1 və 165.2-ci maddələrinin tətbiq olunması üçün müəyyən dispozisiya şərtləri nəzərdə tutulmuşdur.
41. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 165.2-ci maddəsində görə qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Baxılan işdə cavabdehin əsas etiraz dəlilləri ondan ibarətdir ki, o, mübahisəli torpaq sahəsindən 27 il əvvəl, yəni bu torpaq sahəsi iddiaçıya icarəyə veriləndən əvvəl istifadə edirdi və orada təsərrüfat yaratmışdı. Cavabdehin bu dəlilinin iddia tələbi üzrə düzgün nəticəyə gəlmək üçün həlledici əhəmiyyəti vardı və məhkəmələr tərəfindən araşdırılmalı idi. (Bundan başqa, cavabdehin iddiaçının icarəsinə verilmiş bütün torpaq sahəsindən, yaxud onun bir hissəsindən istifadə etməsi müəyyən deyil).
42. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, həmçinin bu dəlil açıq-aşkar əsassız deyildi. Çünki mülki iş materiallarına əlavə olunmuş “X10 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli rəyində qeyd olunmuşdur ki, iddiaçıya icarəyə verilmiş 18 ha torpaq sahəsinin 0,5 hektarında Cavabdeh1 məxsus olan fərdi yaşayış evi və digər yardımçı tikililər (çardaq, tövlə, toyuq hini, anbar, əl damı, sanitar qovşaqlar və s) yerləşir, həmin torpaq sahəsində artezian quyusu və transf ormator mövcuddur. Cavabdeh qeyd olunan torpaq sahəsindən istifadə etməsi üçün ona əsas verən bələdiyyə qərarı, icarə müqaviləsi və s. sənədləri təqdim etməyib. Lakin bununla yanaşı, onun həmin torpaqdan istifadə etməsinə, orada uzun müddətli fəaliyyətə hesablanmış tikililər (yuxarıda qeyd olunan rəyin mötəbərliyi sübut olunarsa hətta yaşayış evi) inşa edib təsərrüfatla məşğul olmasına bələdiyyə, dövlət orqanları və ya iddiaçının özü tərəfindən etiraz etməsinə dair hər hansı mötəbər sübut işə əlavə olunmamışdır və məhkəmə tərəfindən də bu hal araşdırılmamışdır. Əksinə, məhkəmənin əsaslandırmasından görünür ki, cavabdehlər mübahisəli torpaq sahəsindən ilk vaxtlar qanuni sahibin razılığı əsasında istifadə ediblər.
43. Məhkəmə kollegiyası bildirmişdir ki, bundan başqa, mövcud vəziyyət hər bir halda, işin hallarına həm də Mülki Məcəllənin 560.1-ci maddəsində müəyyən olunmuş hüquqdan sui-istifadənin yolverilməzliyi barədə müddəaları əsasında qiymət verilməsini tələb edirdi. Çünki əgər iddiaçının cavabdehə torpaq sahəsindən istifadə etməsinə razılıq verməklə və 2007-ci ildən sonra uzun müddət cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etməməklə, orada əsaslı tikinti işləri görməsinə, hətta artezian qazmasına imkan verməklə müşayiət olunan hərəkətləri, cavabdehdə iddiaçının həmin torpaqdan arxayın istifadə etməsinə güvən yaradan əməllərdir. Bu vəziyyətdə cavabdehin torpaqdan çıxarılmasını tələb etmək üçün iddiaçı, cavabdehin onun razılığına güvəndən irəli gələn itkilərini qarşılamaq, müəyyən kompensasiya ödəmək vəzifəsi yaradır. Lakin işə baxmış məhkəmə iddia tələbinin cavabdeh in güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsindən (Mülki Məcəllənin 560.3.4-cü maddəsi) ibarət olubolmamasını, iddianın təmin olunması üçün cavabdehə müəyyən kompensasiya ödəməli olub olmadığını araşdırmamışdır. Məhkəmə kollegiyası xatırlatmışdır ki, dürüstlük mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat:
44. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-190/2024 saylı, 08 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi) Samir Həsənov və Müşfiq Həsənov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçının cavabdehlərə qarşı ona icarə hüququ ilə məxsus olan Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən 1 8,0 ha “torpaq sahəsindən çıxarma” tələbinə dair iddiası təmin edilməmişdir.
45. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, kassasiya instansiya məhkəməsi yeni məhkəmə baxışına qaytararkən göstərmişdir ki, sözügedən qətnamədən məhkəmənin mübahisəyə məhz hansı maddi hüquq normasını tətbiq etməsini müəyyən etmək olmur. Halbuki, bundan əvvəl işə baxmış Ali Məhkəmənin Mülki kollegiyası da maddi hüquq normalarının tətbiqi ilə bağlı izah vermişdi və işə yenidən baxan məhkəmə kollegiyası həmin mövqelər nəzərə alınmaqla, maddi hüquq normasının tətbiqi üzrə aydın və əsaslandırılmış mövqe bildirməli idi. Nəzərə alınmalıdır ki, məhkəmə qətnaməsinin əsaslandırılması tələbi, sadəcə maddi hüquq normalarının sadalanmaqla göstərilməsini deyil, həmin normaların dispoz isiya şərtlərinin açıqlanması və işin müəyyən olunmuş həqiqi halları ilə uzlaşmasını izah etməklə məntiqli, aydın və ziddiyyətsiz nəticəyə gəlməni ehtiva edir. Baxılan işdə məhkəmənin əsaslandırması bu tələblərə cavab vermir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi, sahibliyin pozulması ilə bağlı müdafiə hüququnu tənzimləyən Mülki Məcəllənin 165.1 və 165.2-ci maddələrinin tətbiq olunması üçün müəyyən dispozisiya şərtləri nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 165.2-ci maddəsində görə qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum ola rsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Baxılan işdə cavabdehin əsas etiraz dəlilləri ondan ibarətdir ki, o, mübahisəli torpaq sahəsindən 27 il əvvəl, yəni bu torpaq sahəsi iddiaçıya icarəyə veriləndən əvvəl istifadə edirdi və orada təsərrüfat yaratmışdı. Cavabdehin bu dəlilinin iddia tələbi üzrə düzgün nəticəyə gəlmək üçün həlledici əhəmiyyəti vardı və məhkəmələr tərəfindən araşdırılmalı idi. (Bundan başqa, cavabdehin iddiaçının icarəsinə verilmiş bütün torpaq sahəsindən, yaxud onun bir hissəsindən istifadə etməsi müəyyən deyil).
46. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, həmçinin bu dəlil açıq-aşkar əsassız deyildi. Çünki mülki iş materiallarına əlavə olunmuş “X10 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən, iddiaçıya icarəyə verilmiş 18 ha torpaq sahəsinin 0,5 hektarında Cavabdeh1 məxsus olan fərdi yaşayış evi və digər yardımçı tikililər (çardaq, tövlə, toyuq hini, anbar, əl damı, sanitar qovşaqlar və s) yerləşir, həmin torpaq sahəsində artezian quyusu və transformator mövcuddur. Cavabdeh qeyd olunan torpaq sahəsindən istifadə etməsi üçün ona əsas verən bələdiyyə qərarı, icarə müqaviləsi və s. sənədləri təqdim etməyib. Lakin bununla yanaşı, onun həmin torpaqdan istifadə etməsinə, orada uzun müddətli fəaliyyətə hesablanmış tikililər (yuxarıda qeyd olunan rəyin mötəbərliyi sübut olunarsa hətta yaşayış evi) inşa edib təsərrüfatla məşğul olmasına bələdiyyə, dövlət orqanları və ya iddiaçının özü tərəfindən etiraz etməsinə dair hər hansı mötəbər sübut işə əlavə olunmamışdır və məhkəmə tərəfindən də bu hal araşdırıl mamışdır. Əksinə, məhkəmənin əsaslandırmasından görünür ki, cavabdehlər mübahisəli torpaq sahəsindən ilk vaxtlar qanuni sahibin razılığı əsasında istifadə ediblər. Məhkəmə tərəfindən cavabdehin dəlilləri ətraflı araşdırılmadığından bilinmir ki, iddiaçı bu cür razılığı nə vaxt (torpaq icarəyə götürdüyü 2007-ci ildə yaxud daha sonra) vermişdir, iddiaçıya torpaq sahəsi icarəyə verilən zaman həmin torpaq sahəsində cavabdehin təsərrüfatı mövcud idimi?
47. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, tətbiq etdiyi maddi hüquq normlarını düzgün təfsir etməmiş, prosessual hüquq normaların pozulması ilə müşaiət olunan qətnamə qəbul etmə klə həmin qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsaslar yaratmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməlidir.
48. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçının iddiasının mahiyyətindən müəyyən edilmişdir ki, o, iddia etmişdir ki, İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli 14 saylı iclas protokolunun qərarı ilə ona Bəhrəmtəpə Bələdiyyəsinin mülkiyyətində olan, Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən ərazidən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 18,0 ha torpaq sahəsi icarəyə verilmiş və bu barədə 25 noyabr 2007-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər onun icarəsində olan torpaq sahəsindən istifadə etm əyinə mane olurlar, onu torpaq sahəsinə buraxmırlar. İddiaçı həmçinin göstərmişdir ki, cavabdeh Bəhrəmtəpə Bələdiyyəsi ona icarəyə verilmiş 18 ha torpaq sahəsinin cavabdehlərdən azad edilərək ona verilməsini təmin etməmişdir. X2 vəzifəsi idi ki, icarəyə verdiyi torpaq sahəsini yerində ona təhvil versin və torpaq sahəsindən istifadə etməsinə ona şərait yaratsın. Cavabdeh1 iddia tələbinə etirazından müəyyən edilir ki, o, iddianı qəbul etmir və qeyd edir ki, mübahsə predmeti olan torpaq sahəsi yararsız vəziyyətdə olmuşdur. O, 27 il ərzində həmin torpaq sahəsindən istifadə edərək torpaq sahəsini yararlı vəziyyətə gətirmiş və torpaq sahəsində 200-ə qədər ağac əkmişdir. Bundan əlavə o, 11.000 ABŞ dolları məbləğində xərc çəkərək artezan çəkmişdir. Əgər iddiaçı onun çəkdiyi xərcləri ödəyərsə tor paq sahəsindən çıxmağa hazırdır. Onun həmin torpaq sahəsində çox böyük əməyi olmuşdur, hesab etmişdir ki, iddiaçının bu tələbi onun həm torpaq sahəsi üzərində əməyinin itirilməsinə, həm də hüquqlarının pozulmasına yol açır.
49. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi Mülki Məcəllənin 164.1-ci maddəsi ilə bağlı qeyd etmişdir ki, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmanın qadağan edilmiş özbaşınalıq sayıldığını nəzərdə tutur və bundan sonrakı maddələr sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Başqa sözlə, sahiblik bir əşya üzərində əməli (faktiki) hakimiyyəti iradəvi olaraq ələ keçirmiş və bunu itirməmiş olmaqdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır. Sahibliyin verilməsi isə digər şəxsin əşya üzərində faktiki hakimiyyətinin təmin edilməsi, yəni əşyanın onun birbaşa - vasitəsiz sahibliyinə verilməsi və ya əşyaya vasitəli sahibliyinin təmin edilməsi ilə mümkün olur. Beləliklə, sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının əşyanın (ilkin qazanma və ya sahibliyin verilməsi nəticəsində) sahibi olması və bu vəziyyətin cavabdeh tərəfindən özbaşınalıqla pozulması müəyyən edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının mübahisəli torpaq sahəsinin sahibi olmasını, başqa sözlə həmin əşyanın onun sahibliyinə verilməsini müəyyən etməmiş, hətta iddiaçının özü ərizəsində göstərmişdir ki, B əhrəmtəpə Bələdiyyəsi torpaq sahəsinin ona verilməsini təmin etməmişdir. qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Göstərilənlərə əsasən Kollegiya hesab etmişdir ki, mövcud vəziyyətdə iddianın sahibliyin müdafiəsinə dair normalar çərçivəsində təmin edilməsi lazımi şəkildə əsaslandırılmamışdır.
50. Məhkəmə kollegiyası bildirmişdir ki, Mülki Məcəllənin 157.2 və 157.4-cü maddələri isə öz əşyasından məhrum olan və ya məhrumetmə olmadan qəsdə məruz qalan mülkiyyətçinin hüquqlarının qorunması ilə b ağlı vindikasiya və neqator iddiaları nəzərdə tutur. Vindikasiya və ya neqator tələbin təmin olunması üçün iddiaçı əşyanın mülkiyyətçisi, cavabdeh isə əşyanın sahibi olmalı, yaxud onun tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməli, habelə cavabdehin sahibliyi və ya müdaxiləsi qanunsuz olmalıdır. Bu normalara söykənən tələbin haqlı sayılması üçün həmin ünsürlərin hər biri müəyyən edilməlidir. Başqa sözlə, iddiaçının bildirdiyi hallar (və işin müəyyən edilən halları) göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda iddia əsaslı sayıla və təmin edilə bilər. Onlardan biri aşkar olunmadıqda sonrakı ünsürlərin araşdırılmasına gərək qalmadan həmin normaya söykənən iddia rədd olunmalıdır. Hazırkı işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi bu qaydada hüquqi dəyərləndirmə aparmam ış, normanın birinci dispozisiya şərtini - iddiaçının mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olduğunu müəyyən etməmişdir. Belə olan halda, həmin normaların müstəqil əsas kimi işə tətbiq edilməsi qanuni olmamışdır. Bununla belə sözügedən normaların tətbiqinin Mülki Məcəllənin 157.8-ci maddəsi ilə əlaqəli şəkildə nəzərdən keçirilməsi mümkündür. Bu maddəyə əsasən, mülkiyyət hüququnun müdafiəsinə dair hüquqlar mülkiyyətçi olmasa belə, əşyaya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
51. Məhkəmə kollegiyası həmçinin vurğulamışdır ki, bu normalarda müqavilədən irəli gələn tələb hüquqları (şəxsi hüquqlar) deyil, məhdud əşya hüquqlarından (məsələn servitut, uzufrukt, girov və s.) irəli gələn sahiblik və istifadə nəzərdə tutulmuşdur. Əmlak hüquqlarının iki ayrı növü olan əşya və tələb hüquqları isə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Əşya hüquqları, başqa bir şəxsin vasitəçiliyinə gərək duyulmadan, müəyyən bir əşya üzərində birbaşa hakimiyyət təmin edən və hər kəsə qarşı irəli sürülə bilən (məsələn, mülkiyyət hüququ, servitut, ipoteka və s.) hüquqlardır. Bu səbəbdən əşya hüquqları mütləq hüquqlar sayılır. Tələb hüquqları isə sahibinə borcludan hər hansı bir hərəkəti yerinə yetirməyi tələb etmək imkanı verir. Hətta kreditorun tələb hüququnun predmeti bir əşya olduqda belə vəziyyət dəyişmir (məsələn, alğı-satqı müqaviləsi üzrə alıcının ə şyanın onun mülkiyyətinə verilməsini satıcıdan tələb etmək hüququ – MM, m.567; kirayə müqaviləsi üzrə kirayəçinin əşyanın onun istifadəsinə verilməsini kirayəyə verəndən tələb etmək hüququ – MM, m. 675). Bu tələblər üzrə hərəkəti yerinə yetirmək öhdəliyi yalnız borcluya aiddir, digər şəxslərə aidiyyəti yoxdur. Ona görə də kreditor müqavilədən irəli gələn tələb hüququnu müqavilənin tərəfi olmayan üçüncü şəxslərə qarşı irəli sürə bilməz. Bu xüsusiyyətlərinə görə tələb hüquqları nisbi hüquqlar sayılır. Beləliklə, tələb hüququ öhdəlik münasibətlərində kreditorun borcludan bir hərəkəti yerinə yetirməsini tələb etmək səlahiyyətini özündə ehtiva edirsə, əşya hüququnun özü əşya üzərində birbaşa hakimiyyət təmin edir və hər kəs bu hüququ pozmamaq öhdəliyi daşıyır. Əşya hüququ mövcud və müəyyən bir əşya üzərində qurula biləcəyi halda, mövcud olmayan və gələcəkdə orataya çıxa biləcək bir əşya (məsələn, podratda hər hansı məmulatın hazırlanması) tələb hüququnun predmeti ola bilər.
52. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, hazırkı işdə cavabdehlərin torpaq sahəsindən çıxarılmasını tələb edən iddiaçının hər hansı məhdud əşya hüququna malik olması müəyyən edilməmişdir. İşin müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçının tələbi Bəhrəmtəpə Bələdiyyəsi ilə bağladığı icarə müqaviləsinə əsaslanır. Eyni zamanda icarəyə verən tərəfindən müqavilə öhdəliyi icra edilməklə torpaq sahəsi iddiaçıya təhvil verilməmişdir. Beləliklə, iddiaçının torpaq sahəsinə dair icarə hüququ həmin müqavilədən irəli gələn tələb hüququdur. Bu hüquq üçüncü şəxslərə qarşı deyil, müqavilə tərəfinə qarşı irəli sürülə bilər. Hazırkı işdə iddia müqavilənin tərəfi (icarəyə verən) Bəhrəmtəpə Bələdiyyəsinə qarşı deyil, üçüncü şəxslər olan cavabdehlərə qarşı qaldırılmışdır. Belə olan halda iddiaçının tələbinin təmin edilməsi üçün əsas olan maddi hüquq norması düzgün göstərilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hər hansı məhdud əşya hüququna malik olması müəyyən edilmədiyindən, həmçinin iddiaçının tələbinin Bəhrəmtəpə Bələdiyyəsi ilə bağladığı icarə müqaviləsinə əsaslanıb üçüncü şəxslərə qarşı deyil, müqavilə tərəfinə qarşı irəli sürülə bildiyindən hazırkı vəziyyətdə iddia tələbi təmin edilə bilməz. Baxmayaraq ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanları nəzərə almamış, gəldiyi nətiçə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuş dur.
53. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 157.2, 157.4, 157.8, 158.1, 158.2, 159, 163.1, 164.1, 164.2, 165.1, 165.2-ci və Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88, 217.4, 334.0.2, 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
54. Qətnamədən iddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 08 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
55. Kassasiya şikayət onunla əsaslandırılmışdır ki, işə baxılarkən maddi hüquq normasının tələbləri pozulmuşdur. İş materiallarına əsasən, mübahisə predme ti olan torpaq sahəsi iddiaçıya məxsusdur və iddiaçı mübahisəli torpaq sahəsini qanuni yolla əldə etmişdir. Mübahisəli məsələyə baxmış apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı baxımından belə nəticəyə gəlmək olur ki, sübutlar, tam, hərtərəfli və obyektiv qiymətləndirilməmiş, iş üzrə məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirmir və məhkəmənin qənaəti qanunsuz və əsassızdır. Beləliklə, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Apellyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən məhkəmə qərarlarının əsaslılıq meyarı ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş göstərişlərə riayət etməmiş, bununla da Mülki Prosessual Məcəllənin maddələrinin tələblərinin pozulması ilə nəticələnən qətnaməni qəbul etmişdir. Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və ob yektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
56. Cavabdeh1 iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirmiş, apellyasiya instansiya məhkəməsinin 08 yanvar 2024-cü il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
57. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicd anla həyata keçirməyə borcludurlar.
58. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
59. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
60. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
61. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və y a başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
62. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
63. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır.
64. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
65. Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
47. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin ir adəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
66. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
67. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
68. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
69. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
70. Maddə
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
71. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
72. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
73. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
74. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ver ir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
75. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
76. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
77. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
78. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
79. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
80. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
81. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
82. Maddə
420. Kassasiya in stansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:
83. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
84. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini ap ellyasiya məhkəməsinin qətnaməsinin bütünlüklə yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
85. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
86. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyas ı həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
87. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
88. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbRahibovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 89. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu nun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
90. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və pr osessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
91. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
92. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-190/2024 nömrəli, 08 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.