Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1597/2025 28.04.2025 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5507/2024 nömrəli, 3 dekabr 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Məhkəmə tərkibi kassasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, şikayət qeyrimümkün hesab edilməlidir. Belə ki, elektron məhkəmə informasiya sistemində yerləşdirilmiş kassasiya şikayəti Cavabdeh1 tərəfindən imzalansa da, Vəkil2 Hacıağa oğlu tərəfindən elektron imzalanmamışdır. Azərbaycan Respublikası MPM-nin 407.3-cü maddəsinin tələbinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Həmin Məcəllənin 408.1.1-ci maddəsinin tələbinə görə kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa qaytarılır. Göstərilənlərə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARAALDİ: Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mül ki kollegiyasının 2(103)5507/2024 nömrəli, 3 dekabr 2024-cü il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-1597/2025
Ali Məhkəmə Qərardad — İş №2(102)-1597/2025
28.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver