Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1598/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2019-cuil tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-565/19) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qa rşı “pul” tələbinə dair iddiası qismən təmin edilərək 24.08.2012-ci il tarixli NRİK-1330 saylı kredit müqaviləsi üzrə İddiaçı1 tərəfindən cavabdehin payına mütənasib surətdə ödənilmiş 3.665 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı1 xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi digər iddiaçıya münasibətdə təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov-sədrlik edən və məruzəçi, A.Hüseynov və A.Hüseyn, iş № 2(103)4833/19) apelyasiya şikayəti təmin edilməyərək Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Ba kı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxx” ASC ilə bağladığı 24.08.2012-ci il tarixli NRİK-1230 saylı kredit müqaviləsi əsasında banka ödənilmiş 7.330 manata görə İddiaçı2 xeyrinə 406 manat, İddiaçı1 xeyrinə 6.824 manatın Cavabdeh alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili R.Mustafayev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı2 Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, apelyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız Cavabdeh mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız onun şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məruzəçini, vəkil R.Mustafayevin izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 15 aprel 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışd ır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh 24.08.2012-ci il tarixli NRİK-1330 saylı kredit müqaviləsi əsasında mənzil almaq məqsədilə «xxxx» ASCdən illik 14 faiz olmaqla, 72 ay müddətinə 20.000 manat məbləğində kredit götürüb, kredit öhdəliklərinin təminatı olaraq, İddiaçı1 ilə birgə nikah dövründə əldə etdikləri, özünün adına qeydə alınmış Bakı şəhəri, 20 yanvar küçəsi, 2/51 saylı evin 54 saylı mənzili ipoteka ilə yüklü etmişdir. 2017-ci ildə tərəflərin ailə münasibətləri pozulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 aprel 2017-ci il tarixli qətnaməsi ilə həmin mənzilə İddiaçı1 ilə Cavabdeh hər birinin ½ hissədə mülkiyyət hüquqları tanınmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 avqust 2017-ci il tarixli qətnaməsi ilə isə nikahları pozulmuşdur. Tərəflərin münasibətləri pozulduqdan sonra cavabdeh kredit üzrə ödənişləri dayandırmış və bu səbəbdən, bankın borc tələbi üzrə tutmanın paylı mülkiyyətlərinə olan mənzilə yönəldilməsindən ehtiyat edən İddiaçı1 27.07.2017-ci il tarixdən başlayaraq ümumilikdə banka 6.824 manat, atası İddiaçı2 isə 406 manat kredit borcu ödəmişlər. Həmçinin, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı1 qarşı birgə nikah dövründə əldə edilmiş mənzilə görə “xxxx” ASC ilə bağlanmış 24 avqust 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 6.303,96 manat məbləğində borcun ½ hissəsinin cavabdeh tərəfindən kreditora ödənilməsi barədə iddiası təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə isə Cavabdeh apelyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr hesab etmişlər ki, kredit müqaviləsi üzrə bank qarşısında Cavabdeh öhdəlik daşımaqla İddiaçı1 həmin müqavilə üzrə heç bir öhdəliyi olmamaqla hazırda Cavabdeh banka olan borcunun yarısının İddiaçı1 tutulması əsassızdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə apelyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apelyasiya şikayəti vermiş şəxsə münasibətdə yoxlanılması təşkil edir. İddiaçı2 və Cavabdeh tərəfindən şikayət verilmədiyindən qətnamə onlara münasibətdə yoxlanılmır. Hazırkı iş üzrə iddia ərizəsində iddiaçılar öz tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 431-ci maddəsinə istinad edərək, kredit müqavi ləsi əsasında ödənilmiş cəmi 7.330 manat məbləğində pulun cavabdehdən onların xeyrinə tutulmasını xahiş etmiş, cavabdeh isə iddiaya etiraz olaraq, ipoteka pretmetinə dair real təhlükə (məcburi icra) yaranmadığından, iddiaçılar tərəfindən könüllü olaraq ödənilən kredit müqaviləsi üzrə borca dair tələb hüququ yaranmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kredit öhdəliyi birgə nikah dövründə yarandığından, həmin öhdəlik tərəflərin birgə öhdəliyi olmuş, ona görə də birgə öhdəliyi icra etmiş İddiaçı1 öz payını çıxmaqla cavabdehə qarşı reqres qaydada tələb hüququ yaranmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, qanuna əsasən hazırkı mübahisə üzrə keçmiş ər-arvadın bank qarşında birgə öh dəliyi yaranmışdır və onlar birgə borclu olmuşlar. İddiaçı1 birgə öhdəliyi icra etmiş, bunun nəticəsində isə onun cavabdehdən öz payı çıxılmaqla ödədiyi kredit borcunun yarasını (3.665 manat) geri tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 500.2-ci maddəsinə əsasən, birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölü nməzliyinə əsasən əmələ gəlir. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Apelyasiya şikayətinin İddiaçı1 tərəfindən kredit müqaviləsi üzrə 7.330 manat borcun birgə nikah dövründə ər-arvadın birgə qazandıqları vəsait hesabına ödənilməsi və bu halda iddiaçının cavabdehdən pul tələb etmək hüququnun olmaması barədə dəlillərinə qiymət verən apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından (ödəniş qəbzləri, əvvəlki məhkəmə çəkişmələri, tərəflərin izahatı və s.) aşkar şəkildə müəyyən olunduğu kimi, tərəflər ailə münasibətlərinə həmin borc ya ranmamışdan əvvəl son qoymuşlar və borc məbləği məhz İddiaçı1 tərəfindən ödənilmişdir. Cavabdehin digər dəlillərini də əsassız sayan kollegiya hesab etmişdir ki, həmin dəlillər formal mülahizələrdən ibarətdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi mübahisəni düzgün həll etmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıd a şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apelyasiya instansiyası məhkəməsi tərəfindən müfəssəl və düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları mübahisələndirilən hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edil ən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etm işdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 15 aprel 2019-cu il tarixli, 2(103)-4833/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1598/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1598/2020
17.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver