Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1598/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestr çıxarışının ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qeyri-dəqiqliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərki bdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2021-ci il tarixli, 2(103)10712/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 07 iyul 2007-ci il tarixli müqavilə ilə "xxxx" MMC ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.metrdən ibarət olan 3 otaqlı 28 saylı mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürmüş, sonuncu mənzilin pay dəyəri olan 111108 manatı MMC-yə ödəmişdir. 28 fevral 2007-ci il tarixi ilə bağlanmış digər müqaviləyə əsasən qeyd olunan mənzil "xxxx" MMC tərəfindən X1. 18 iyul 2017-ci il tarixli müqavilə ilə isə "xxxx" MMC və X7 arasında bağlanmış 28 fevral 2007-ci il tarixli müqavilənin ləğv edildiyi və dəyəri 118200 manat olan mənzilin Cavabdeh1 satılması razılaşdırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası üzrə ünvan 2 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində, ümumi sahəsi 157,6 kv.metr-dən ibarət olan 3 otaqlı 28 saylı mənzilə dair "xxxx" MMC və X7 arasında 28 fevral 2007-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, X3 həmin mənzildən çıxarılması, mənzilin İddiaçı təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması, 118200 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən alınaraq X4 ödənilməsi, iddiaçı X3 cavabdehlər İddiaçı və "xxxx" MMC-nə qarşı “07 iyul 2007-ci il tarixli müqavilənin e tibarsız hesab edilməsi” tələbinin rədd edilməsi qət olunmuşdur. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, X7 və "xxxx" MMC arasında bağlanmış 28 fevral 2007-ci il tarixli müqavilə arxa tarixlə sonradan bağlanmış müqavilədir. Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə X3 verdiyi apellyasiya şikayəti, Ali Məhkəmənin 21 may 2020-ci il tarixli qərarı ilə isə "xxxx" MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin olunmamışdır. Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156, mənzil 28, korpus 1 (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 38, M8, mənzil 3) üzərində Cavabdeh1 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 09 oktyabr 2020-ci il ta rixdə qeydiyyata alınmışdır. Hazırda həmin mənzildə Cavabdeh1, habelə ailə üzvləri - Cavabdeh3, Cavabdeh2, X9 və X8 yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, sonradan isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 28 saylı mənzilə dair Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş 09 oktyabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh3, Cavabdeh1, Cava bdeh2, onların yetkinlik yaşına çatmayan uşaqları 2005-ci il təvəllüdlü X9 və 2011-ci il təvəllüdlü X2 mənzildən çıxarılmaları, mənzilin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı əvvəlki iddiası üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 aprel 2018-cı il tarixli qərardadı ilə mübahisəli mənzildə təmir işlərinin aparılması cavabdehə qadağan edilmiş, Xətai rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən 22 may 2018-ci il tarixdə tərtib edilmiş aktla qərardad icra olunmuş, aktı "xxxx" MMC-nin nümayəndəsi və Cavabdeh1 əri Cavabdeh2 tərəfindən imzalanmışdır. "xxxx" MMC-nin və üçüncü şəxs X3 apellyasiya şikayətinə baxılarkən saxtakarlıq etmiş, mənzilin yeni bir şəxsə satıldığını bildirməklə, məhkəməyə Cavabdeh1 ilə bağla nmış 18 iyul 2017-ci il tarixli müqaviləni vermişlər. Apellyasiya məhkəməsi Cavabdeh1 müstəqil tələb irəli sürməyən şəxs kimi işə cəlb etmiş, "xxxx" MMC-nin, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Məhkəmə qətnaməsi icra mərhələsində olanda "xxxx" MMC-nin direktoru Adilağa Hüseynovun verdiyi sənədlər əsasında Cavabdeh1 adına mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 09 oktyabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarış alınmış və onlar 5 nəfər ailə üzvü ilə mənzilə köçmüşlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(011 )4584/2021 nömrəli qətnaməsi ilə (hakim L.E.Rəhimli) iddia təmin edilmiş, ünvan 4 ünvanında yerləşən 28 saylı mənzilinə (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 38, M8, m3) dair Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 09.10.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, X5 və X2 ünvan 4 ünvanında yerləşən 28 saylı mənzilindən (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 38, M8, m3) çıxarılmaları və mənzilin boşaldılması qət olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 "xxxx" MMC ilə 18 iyul 2017-ci il tarixdə müqavilə bağlanması inandırıcı deyil, Bakı şəhəri Xətai Rayon Məhkəməsində əvvəlki məhkəmə araşdırması zamanı MMC tərəfindən 25 oktyabr 2017-ci il tarixdə verildiyi iddia ərizəsinə etirazdan görünür ki, Cəmiyyət mübahisəli mənzilin qanuni sahibi və mülkiyyətçisi kimi X6 tanıyır. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, həmin müqavilənin 18 iyul 2017-ci il tarixdə bağlanması qanuni və etibarlı hesab edilə bilməz. Daha sonra məhkəmə göstərmişdir ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanılmış 18 iyul 2017-ci il tarixli müqavilə əhəmiyyətsiz əqd olduğundan, əhəmiyyətsiz əqd isə heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız əqd olduğundan, həmin əqd nəticəsində də Cavabdeh1 heç bir hüquqi əsası olmadan mübahisəli predmet üzərində hər hansı bir hüququ tanına bilm əz və bu səbəbdən də hüquqi əsas olmadan həmin əmlak onun mülkiyyətinə keçə bilməz. Odur ki, əhəmiyyətsiz əqd heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə daşınmaz əmlaka dair dövlət reyestrində Cavabdeh1 adına aparılmış qeydiyyat da əsassız sayılaraq, ləğv edilməlidir. Cavabdeh1 vicdanlı alıcı olması məsələsinə hüquqi qiymət verən məhkəmə göstərmişdir ki, Cavabdeh1 nəinki vicdanlı əldə edən deyil, o, hətta Ali Məhkəmənin 21 may 2020-ci il tarixdə qəbul edilmiş qərarından sonra və həmin qərarın müddəalarına zidd olaraq, 09 oktyabr 2020-ci il tarixdə mübahisəli əmlakı öz adına qeydiyyata almışdır. Digər tərəfdən məhkəmə göstərmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə mübahisəli ünvan 2 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində, ümumi sah əsi 157,6 kv.metr-dən ibarət olan 3 otaqlı, 28 saylı mənzili İddiaçı təhvil verilmiş, onun mənzilə sahiblik və istifadə hüquqları müəyyən edilmişdir. Məhkəmə tərəflər arasında digər məhkəmə çəkişmələrini nəzərə alaraq və preyudisiallıq institutuna əsaslanaraq hesab etmişdir ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış müqavilə etibarlı ola bilməz. Cavabdeh1 mübahisəli mənzili vicdanlı olaraq əldə etmədiyindən, iddiaçı ona qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təhvil verilmiş mənzilə dair Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsini tələb etməkdə haqlıdır. Nəhayət məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli mənzildən gözlənilən mülkiyyət hüququ olduğundan, o, bir mülkiyyətçi kimi hüquqlarının qorunması üçün məhkəməyə müraciə t etməkdə haqlı olmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(011)-4584/2021 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2021-ci il tarixli, 2(103)-10712/2021 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və F.F.Babayevdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(011)4584/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və müba hisəyə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəlləsinin 152, 157.2, 157.8, 182.1, 337.3-cü maddələrini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli və “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarlarını tətbiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2021-ci il tarixli, 2(103)-10712/20 21 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, mübahisəli mənzilə dair kassator və "xxxx" MMC arasında 18 iyul 2017-ci il tarixdə müqavilə bağlandığı və mənzilin dəyərini tam ödədiyi, həmin tarixdən 2018-ci ilin may ayınadək nə iddiaçının, nə də başqa şəxsin mənzilə dair iddia vermədikləri üçün o, vicdanlı alıcı olmuş və mənzilin vicdanlı alıcısı kimi dövlət reyestrindən çıxarış almaq üçün sənədlərini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etmiş, mənzil üzərində mülkiyyət hüququ qeydə alınmış, bu qeydiyyatdan imtina üçün hər hansı hal mövcud olmamışdır. Həmçinin məhkəmə nəzərə almamışdır ki, kassatorla "xxxx" MMC arasında bağlanmış müqavilə qüvvədədir, həmin müqavilənin ləğvi və ya etibarsızlığı ilə bağlı iddia irəli sürülməmiş, cavabdehin və ailə üzvlərinin mənzildən çıxarılması üçün əsaslar mövcüd deyildir. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. İddiaçı Şükürova Amaliya Sevindik qızı kassasiya şikayətinə qarşı yazılı etiraz edərək təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2021-ci il tarixli, 2(103)-10712/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz işin faktiki halları ilə əsaslandırılmış, maddi və prosessual hüquq normalarına istinad olunmamışdır. Kassasiya baxışının hədləri: A zərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermə k hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyest rə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, b u Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına əsasən, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəm ə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır... İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər han sı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü m addəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya b ilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına, habelə hazırki kassasiya şikayətinin dəlilləri ilə eyni olan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə razılaşır. Bununla belə, kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, hazırki iddianın hüquqi əsasını Azərbaycan Respublikası MM-in 140-ci maddəsi və 149.2-ci maddəsinin birinci cümləsi təşkil edir. Belə ki, mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına olan qeydin qeyri-dəqiq olması, yəni həmin əmlakın qanuni sahibinin cavabdeh deyil, iddiaçı olması kassatorun da tərəf olduğu məhkəmə mübahisəsi üzrə qəbul olunmuş və qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə öz təsdiqini tapmışdır. Belə olan halda, əsassız qeydiyyatı təsdiq edən çıxarışın ləğvinə dair işin faktiki hallarını araşdıran məhkəmələrin gəldikləri nəticə qanuni olmuşdur. Kassasiya şikayətinin digər dəlili ilə bağlı da məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdehlə tikinti şirkəti arasında bağlanmış müqavilənin ayrıca mübahisələndirilməyə zərurət yoxdur. Belə ki, həmin əqd əhəmiyyətsizdir və iddiaçının əmlakına dair kassatorun hər hansı hüquqlarının yaranmasına səbəb ola bilməz. Kassatorun vicdanlı alıcı olması ilə bağlı kassasiya şikayətinin dəlili həmçinin əsassızdır. Belə ki, mübahisəli mənzilə cavabdehin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınarkən ona iddiaçının hüquqlarını müəyyən edən məhkəmə aktı qanuni qüvvəsini almış, o cümlədən apellyasiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti Ali Məhkəmə tərəfindən təmin olunmamışdır. Yəni cavabdeh mənzilin qanuni sahibinin o deyil, İddiaçı olduğunu bildiyi halda hüquqlarını əsassız olaraq dövlət qeydiyyatına aldırmışdır. Belə o lan halda isə vicdanlıqdan söhbət gedə bilməz. Nəhayət məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasının əsassız olduğu müəyyən edildiyindən iddiaçının MM-in 157.2 və 157.8-ci maddələrinə əsasən həmin əmlakı cavabdehin qanunsuz sahibliyindən geri tələb etmək, o cümlədən cavabdehlərin mənzildən çıxarılmalarını və mənzilin boşaldılmasını tələb etmək hüququ olmuşdur. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2021-ci il tarixli, 2(103)-10712/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1598/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1598/2022
04.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver