Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1599/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2021-ci il tarixli, 2(105)-2779/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şika yətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı və Cavabdeh1 12 mart 1983-cü ildə nikaha daxil olmuş, nikahları Sumqayıt Şəhər Məhkəməsinin 03 fevral 2014-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Sumqayıt şəhər, 8-ci mikrorayon, ev 26/11, mənzil 43 üzərində İddiaçı mülkiyyət hüququ 01 may 2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 2006-cı il təvəllüdlü Tifliszadə Mələk Atamoğlan qızı Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 26/11, mənzil 43 qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müra ciət edərək, cavabdehlərin və 2006-cı il təvəllüdlü Tifliszadə Mələk Atamoğlan qızının Sumqayıt şəhəri, 8-ci mikrorayon, 26/11 saylı evin, 43-cü mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, keçmiş həyat yoldaşı Cavabdeh1 və sonuncunun ailə üzvləri olan digər cavabdehlərin mübahisəli mənzilə qeydiyyatları formaldır, onların mənzildə qeydiyyatda qalmaları mülkiyyət hüququnun pozulmasına səbəb olur. Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(060)-1708/2020 nömrəli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 2006-cı il təvəllüdlü Tifliszadə Mələk Atamoğlan qızının Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında yerləşən, 26/11 saylı evin, 43-cü mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mənzil Məcəlləsinin 30.1, 30.4-cü, Mülki Məcəlləsinin 146.1, 152.1, 157.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(060)-1708/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2021-ci il tarixli, 2(105)-2779/2021 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi, hakimlər T.O.Quliyevdən və G.F.Tağıza dədən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(060)1708/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi göstərmişdir ki, tərəflər arasında hüquq münasibətləri 1982-ci ildə yaranmışdır. Belə olan halda hazırki mübahisəyə 2009-cu ilin oktyabr ayından sonra qəbul edilmiş və qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiq edilməsi qanunvericiliyə ziddir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə istinad edərək h esab etmişdir ki, tərəflər arasında münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuşdur və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. 1982-ci ildə qəbul edilmiş Mənzil Məcəlləsinin 53, 60, 87-ci maddələrinə, “Mənzil Fondunun özəlləşdirilməsi haqqında” Qanunun 12-ci maddəsinə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 mart 1999-cu il tarixli və “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarına istinad edən apellyasiya məhkəməsi göstərmişdir ki, Cavabdeh1 mübahisəli mənzildə yaşayır və təsərrüfatı idarə edir. Cavabdeh1 iddiaçının arvadı olmuş, digər cavabdehlər isə Cavabdeh1 qızı və nəvəsidir. Həmin şəxslər iddiaçı ilə birlikdə yaşayıb təsərrüfat aparan şəxslər hesab edilirlər. Məhkəmə hesab etmişdir ki, iş üzrə cavabdehlər mübahisəli mənzilə istifadə hüququ əldə etdiklərindən hazırki iddia tələbi ilə onların istifadə hüquqlarına xitam verilməsi qanunvericiliyə ziddir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2021-ci il tarixli, 2(105)-2779/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq no rmalarını pozmuşdur. Belə ki, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.4, Mülki Məcəllənin 146.1, 152.1, 157.4, Ailə Məcəlləsinin 34.1-ci maddələrini tətbiq etməli olduğu halda, bunu etməmiş, nəticə olaraq mülkiyyət hüququ pozulmuşdur. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiy asının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin üçüncü və dördünc ü hissələrinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti ba şqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsa slar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhk əmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən h allara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməs i iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, məhkəmə kollegiyası maddi hüquq normasının seçimində apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı və Cavabdeh1 1983-cü ildə rəsmi nikaha daxil olaraq cavabdeh iddiaçının istifadəsində olmuş mənzilə köçmüşdür, onların birgə nikahları dövründə mənzil iddiaçı tərəfindən özəlləşdirilmişdir. Belə olan halda, tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə əsasən cavabdehlərin mənzildən istifadə hüquqları yaranmışdır. Bununla belə, apellyasiya məhkəməsi cavabdehlərin istifadə hüquqlarının saxlanılmasını 01 oktyabr 2009-cü il tarixədək qüvvədə olmuş Mənzi l Məcəlləsinin 60 və 87-ci maddələrinin tələbləri baxımından qiymətləndirmə aparmamışdır. Belə ki, iddiaçının tələbinin əsası ondan ibarət olmuşdur ki, onunla Cavabdeh1 arasında 2014-cü ildə ailə münasibətlərinə xitam verilmiş, cavabdehlərin mənzildə olan qeydiyyatları formaldır. Birinci instansiya məhkəməsində iddiaçının təşəbbüsü ilə dindirilmiş şahid X1 cavabdehlərin 5-6 ildir ki, mübahisələndirilən mənzildə yaşamamalarını göstərmişdir. Lakin iddianı rədd edən apellyasiya məhkəməsi Cavabdeh1 hazırda da qeyd olunan mənzildə yaşamasını və təsərrüfat idarə etməsini göstərsə də, həmin halları işdə olan hansı sübutlarla müəyyən etdiyini əsaslandırmamışdır. Digər cavabdehlərə münasibətdə isə həmin məsələ ümumiyyətlə qiymətləndirmədən kənarda qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavab dehlərin hər birinin iddiaçının mülkiyyətində olan mənzildə faktiki olaraq yaşayıb-yaşamamaları, yaşamadıqları halda isə nə vaxt, hansı səbəbdən oradan köçmələri, başqa yaşayış sahəsinə malik olmaları mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edir. Belə ki, köhnə Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsinin tələblərinə görə cavabdehlər daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdükləri halda, onların istifadə hüquqlarına xitam verilə bilər. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə göstərilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən cavabdehlərin mübahisəli yaşayış sahəsinə yaşamaları, oradan köçdükləri halda istifadə hüquqlarının qorunub-qorunmaması məsələsi araşdırılmalı, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2021-ci il tarixli, 2(105)-2779/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1599/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1599/2022
04.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver