Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1599/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğv edilməsi, ödənilmiş pul vəsaitinin, dəymiş maddi və mənəvi zərərin, məhkəmə xərclərinin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, ödənilmiş pul vəsaitinin, dəymiş maddi və mənəvi zərərin, məhkəmə xərclərinin tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1758/2023 nömrəl i, 29 avqust 2023cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən podratçı sifarişçinin tapşırıqlarına uyğun olaraq Bakı şəhəri,Novxanı kəndində yerləşən 175 m² hasarın quraşdırılma işlərini yerinə yetirib, təhvil verməyi, sifarişçi isə yerinə yetirilmiş işləri müvafiq qaydada təhvil alır və müqvailənin 2-ci maddəsində nəzərdə tutulan muzdu “Podratçı”ya ödəyir, ödəniş qaydası iş həcminin 30%-i avans olaraq ödənilməli, 30%-i iş gedə-gedə, qalan 30%-i isə iş bitəndə ödənilir, müqavilənin ümumi məbləği təsdiq edilmiş smetaya əsasən 4900 manat təşkil edir, iş xx.xx.2021-ci il tarixdə başlanılmalı, xx.xx.2021-ci il tarixdə təhvil verilməlidir.
2. Həmçinin müqaviləyə əsasən podratçı sifarişçinin tapşırıqlarına uyğun olaraq Bakı şəhəri, Novxanı kəndində yerləşən 130 kv.m. olan kürsülü həyət evinin təmir və quraşdırma işlərinin yerinə yetirib təhvil verir, sifarişçi isə yerinə yetirilmiş işləri müvafiq qaydada təhvil alır, müqavilənin 2-ci maddəsində nəzərdə tutulan muzdu podratçıya ödəyir. Ödəniş qaydası iş həcminin 30%-i avans olaraq ödənilməli, 30%-i iş gedə-gedə, qalan 30%-i isə iş bitəndə ödənilir, müqvailənin ümumi məbləği təsdiq edilmiş smetaya əsasən 29.000 manat təşkil edir.İş xx.xx.2021-ci il tarixdə başlanılmalı, xx.xx.2021-ci il tarixdə təhvil verilməlidir. 3. ünvan 1i, 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmaqla, b u hüquq daşınmaz əmlakın dövlət reyestrində 79 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır, qeydiyyat tarixi xx.xx.2008-ci il qeyd edilmişdir.
4. Cavabdeh boru tikintisi işi ilə bağlı 1500 manat, tikinti işləri ilə bağlı 8000 manat, tikinti işləri ilə bağlı 8000 manat, 5000 manat, 2000 manat olmaqla, cəmi 24500 manat ödəniş həyata keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, ödənilmiş pul vəsaitinin, dəymiş maddi və mənəvi zərərin, məhkəmə xərclərinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 175 m² hasarın və kürsülü həyətin təmiri və tikilməsi işlərinin yerinə yetirilməsinə dair xx.xx.2021-ci il tarixli “T əmir üzrə podrat müqavilələ”lərinin ləğv edilməsi, cavabdehə ödənilmiş 25.970 (iyirmi beş min doqquz yüz yetmiş) manat məbləğində pul vəsaitinin iddiaçıya geri qaytarılması, iddiaçıya məxsus torpaq sahəsində keyfiyyətsiz tikinti materaillarından keyfiyyətsiz şəkildə tikilmiş və uçmuş hasarın və yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması, qiymət fərqi nəticəsində iddiaçıya dəymiş 3700 (üç min yeddi yüz) manat məbləğində maddi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh təqsiri üzündən iddiaçının məruz qaldığı mənəvi sarsıntıların – mənəvi zərərin əvəzi kimi 10.000 (on min) manat məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması, ödənilmiş 212 (iki yüz on iki) manat dövlət rüsumunun, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində xərcin və vəkilə ödəniləcək 1000 (bir min) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı qız ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli iki “Təmir üzrə podrat müqaviləl bağlanmışdır. Müqavilənin birinə əsasən, “Podratçı” Cavabdeh “Sifarişçi” İddiaçı sifarişinə əsasən Sifarişçiyə məxsus ünvan 1ində yerləşən torpaq sahəsinin 175 m hasarının quraşdırılması işlərinin yerinə yetirib müvafiq qaydada təhvil verməsini, “sifarişçi” isə yerinə yetirilmiş işləri müvafiq qaydada təhvil alıb və müqavilənin 2-ci maddəsində nəzərdə tutulan muzdu “Podraçıya” ödəməyi öz öhdəsinə götürür. Digər müqaviləyə əsasən isə “Podratçı” Cavabdeh “Sifarişçi” İddiaçı sif arişinə əsasən sifarişçiyə məxsus ünvan 1ində yerləşən torpaq sahəsində 130 m olan kürsülü həyət evinin təmir və quraşdırılma işlərinin yerinə yetirib müvafiq qaydada təhvil verməsini, “sifarişçi” isə yerinə yetirilmiş işləri müvafiq qaydada təhvil alıb və müqavilənin 2ci maddəsində nəzərdə tutulan muzdu “Podraçıya” ödəməyi öhdəsinə götürür. Hər iki müqavilələrin 2.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulmuş işlərin ümumi dəyəri müqaviləyə əlavə olunmuş smetaya əsasən müəyyən edilir. Hasarın tikilməsi ilə bağlı podrat işlərinin ümumi məbləği müqavilənin 2.5-ci bəndinə əsasən müqaviləyə əlavə olunan təsdiq edilmiş smetaya əsasən 4 900 (dörd min doqquz yüz) manat təşkil edir. Yaşayış evinin tikintisi ilə bağlı podrat işlərinin ümumi məbləği müqavilənin 2.5-ci bəndinə əsasən müqaviləyə əlavə olunan təsdiq edilmiş smetaya əsasən 29.000 (iyirmi doqquzmin) manat təşkil edir. Hər iki müqavilələrin 2.4-cü bəndinə əsasən, iş həcminin 30% avans olaraq, 30%,30% iş gedişində, qalan 10% isə iş bitəndə ödənilir. Hər iki müqavilələrin 3.2-ci bəndinə əsasən, “Podratçı” müqavilə üzrə xx.xx.2021-ci il tarixində işə başlamalı və işləri 3 (üç) ay sonra xx.xx.2021-ci il tarixində “Sifarişçiyə” təhvil verməlidir. Sifarişçi İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində hasarın tikilməsi üçün müqavilə şərtinə əsasən iş həcminin 30%, yəni 1.470 (bir min dörd yüz yetmiş) manat məbləğində pul vəsaiti podratçıya nəğd şəkildə ödənilib. Daha sonra sifarişçi İddiaçı tərəfindən podrat müqaviləsi üzrə Cavabdeh xx.xx.2021-ci il tarixində 1.500 (bir min beş yüz) manat, xx.xx.2021-ci il tarixində 8.000 (səkkiz yüz) manat, xx.xx.2021- ci il tarixində 8.000 (səkkizmin) manat, xx.xx.2021-ci il tarxində 5.000 (beş min) manat, xx.xx.2021-ci il tarixində isə 2.000 (ikimin) manat məbləğində-ümumi 25.970 (iyirmi beş min doqquz yüz yetmiş) manat nəğd şəkildə ödənilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəlik tam şəkildə yerinə yetirilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, müqavilələrin 3.2-ci bəndinə əsasən, “Podratçı” podrat işlərini podrat işlərinin başlandığı xx.xx.2021-ci il tarixindən 3 (üç) ay sonra, yəni xx.xx.2021-ci il tarixində “Sifarişçiyə” təhvil verməli olduğu halda öz öhdəliklərini yerinə yetirməmişdir. Torpaq sahəsində aparılmış tikinti işlərinin tam şəkildə sona çatdırılmaması il ə yanaşı aparılmış tikinti quraşdırma işləri həm keyfiyyətsiz şəkildə, tikinti norma və qaydalarına, layihə və müqaviləyə uyğun şəkildə aparılmamış, həm də tikinti işlərində keyfiyyətsiz tikinti materiallarından istifadə edilmişdir.
7. Məhkəmə qərardadı ilə təyin edilmiş, 14 oktyabr 2022-ci il tarixli 10/3473 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, tədqiqatın nəticəsi olaraq Bakı şəhəri, Novxanı kəndində yerləşən 175 kv.m olan hasarın inşa edilməsinə dair xx.xx.2021-ci il tarixli “Təmir üzrə Podrat müqavilələri üzrə qeyd edilmiş və podratçı qismində Cavabdeh tərəfindən yerinə yetirilməsi öhdəliyi götürülmüş işlər tam icra olunmamışdır. Müqavilədə qeyd edilmiş hasarın 136,0 kv.m. hissəsi inşa edilmiş və aparılmış tikinti işlərinin ümumi dəyəri 2448 manat və hasarın inşasına dair in şa olunmayan hissəsinin dəyəri 2452.0 manat məbləğində müəyyən olunur. Sifarişçi ilə podratçının arasında bağlanmış müqaviləyə və əlavələrə görə mişar daşı ilə hörgü işlərinin 1 kv.m. dəyəri 18 manat, hasarın bünövrəsinin betonunun tökülmə xərci 20 m təşkil edir. Bakı şəhəri, Novxanı kəndində yerləşən 130 kv.m. olan kürsülü həyət evinin inşa edilməsinə dair xx.xx.2021-ci il tarixli “Təmir üzrə Podrat müqavilələriüzrə qeyd edilmiş və podratçı qismində Cavabdeh tərəfindən yerinə yetirilməsi öhdəliyi götürülmüş işlər tam icra olunmamış və aparılmış təmir tikinti işlərinin ümumi dəyəri 16097.5 manat məbləğində müəyyən olunur. Aparılmış tikinti-təmir işlərin siyahısı, həcmi və dəyəri rəyin tədqiqat hissəsinə əlavə olunmuş smetada ətraflı göstərilmişdir. İcra edilməmiş işlərin dəyəri tikililərə təmir zamanı istifadə olunacaq tikinti materiallarından və tikintiyə sərf ediləcək xidmət haqqından asılı olaraq müəyyən edilə bilər. İnşa olunmuş yaşayış evinin ölçüləri layihə sənədlərinə uyğundur. Lakin hasar və kürsülü həyət evinin inşa edilməsinə dair hər iki xx.xx.2021-ci il tarixli “Təmir üzrə Podrat müqavilələri üzrə podratçı tərəfindən inşa edilmiş və ya görülmüş işlərin yerinə yetirilməsində istifadə edilmiş tikinti materialları təmir-tikinti normalarına və keyfiyyət normalarına (standartlarına) cavab verib-verməməsinin müəyyən olunması tikinti-ekspertinin səlahiyyətinə aid deyildir. Tədqiq olunan ünvanda aparılmış tikinti işləri yarımçıq olduğundan podratçı tərəfindən hər iki müqavilə üzrə icra edilmiş işlər həmin müqavilə üzrə şərtləşdirilmiş tələblərə cavab verib-verməməsi ni müəyyən etmək mümkün deyildir. Bakı şəhəri, Novxanı kəndində yerləşən 175 kv.m. olan hasarın tikinti üçün razılaşdırılmış müqaviləyə əsasən 4990 manat məbləğində müəyyən olunur. Lakin 130 kv.m olan kürsülü həyət evinin inşa edilməsinə dair xx.xx.2021-ci il tarixli “Təmir üzrə Podrat müqavilələriüzrə layihənin və həmin müqavilələrdə qeyd edilmiş işlərin görülməsi üçün aparılmalı tikinti işlərinin dəyəri tikililərə təmir zamanı istifadə olunacaq tikinti materiallarından və tikintiyə sərf ediləcək xidmət haqqından asılı olaraq müəyyən edilə bilər. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir.
8. Məhkəməyə təqdim olunmuş Bakı şəhəri, ünvan 1i ünvanında yerləşən İddiaçı məxsus torpaq sahəsində podrat müqaviləsi üzrə inşa edilmiş yarımçıq tikili barədə 47 saylı 28 mart 2022-ci il ta rixli mütəxəssis rəyinin məzmunundan görünür ki, tikili tikinti norma və qaydalarına podrat müqaviləsinə əməl edilmədən inşa edilmişdir, layihə üzrə binanın ölçüləri qeyd edilmiş, tikilidə dəmir-beton sütunların ümumiyyətlə birləşdirilmədiyini, hörgü zamanı divarların birləşmə yerləri, xüsusilə bu qovşaqların yuxarı hissələri tikinti norma və qaydalarına əməl edilmədən hörülmüş, tikintidə istifadə eidlmiş materialların keyfiyyətləri müəyyən edilmiş, istifadə olunmuş ümumi materialların dəyəri 9507 manat, sərf olunmuş əmək haqqı 4493 manat olmaqla, cəmi 14.000 manat müəyyən edilmiş, tikilidə istifadə edilmiş tikinti materiallarının keyfiyyət standartlarına və podrat müqaviləsinə qismən uyğun olduğu, yaşayış üçün yarasız olduğu, həyat və sağlamlıq üçün təhlükəli olduğu, tikiliyə sərf edilən materialların və əmək haqqının bügünki günə dəyəri 14.537 manat, tikili dövrünə 14000 manat müəyyən edildiyi, layihənin hasarla bağlı orta bazar dəyəri 5100 manat, evin tam tikintisi ilə bağlı 32.500 manat müəyyən edildiyi müəyyən olunmuşdur. Tikilinin kürsü hissəsi heç bir zərurət olmadan qumlu torpaqla doldurulmuşdur ki, onun təmizlənməsi üçün əlavə vəsait lazımdır, bütün hesabların faktiki tikiliyə aid olduğu qeyd edilmişdir.
9. Həmçinin iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azkommunalayihə” KLİ-nun direktoru S.Qarayev tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Abşeron rayonu, Novxanı bağ massivində fiziki şəxs İddiaçı məxsus 1 mərtəbəli fərdi yaşayış evinin vəziyyəti haqqında 13 iyul 2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azkommunlay'ihə” KLİ-nun mühəndisləri Cəmaləddin Qurbanov, Asiman Muradov və Adil Yusifov aktı tərtib edirlər ki, FHN Tikintidə X3 Agentliyinin xx.xx.2023-cü il tarixli l-M-1863 saylı məktubuna əsasən Abşeron rayonu, Novxanı bağ massivində fiziki şəxs İddiaçı qızma məxsus 1 mərtəbəli fərdi-yaşayış evinə texniki baxış keçirildi və aşağıdakılar müəyyən edildi: Fərdi-yaşayış evi 1 mərtəbəli, kürsülü, kürsü mərtəbəsinin hündürlüyü h=2.2 mdir. Kənar oxlar üzrə ölçüləri 10.0X 13.0m olmaqla yarımçıq inşa olunmuşdur. Fərdi yaşayış evinin bünövrəsi lentvari olmaqla 40x40sm monolid dəmir-betondan inşa olunmuşdur. Kürsü mərtəbəsindən sonra 40x20 sm monolid dəmir-betondan kəmər inşa olunmuşdur. Bin anın yükdaşıyan divarlarının qalınlığı 40 sm, arakəsmə divarlar isə 20 sm olmaqla mişarlanmış əhəng daşından inşa olunmuşdur. Texniki baxış zamanı tikinti üçün konstruktiv işçi layihə təqdim olunmadı. Baxış zamanı aşağıdakı qüsurlar müəyyən olunmuşdur. Fərdi yaşayış tikilisi relyefdə olduğundan binanın yerləşməsi, hörgü işlərinin aparılması zamanı bağlantılar, həyətyani sahənin hasarlarının tikintisi (hasar uçmuşdur) zamanı tikinti norma və qaydaları kobud - şəkildə pozulmuşdur. Aparılan tikinti yaşayış üçün yararsızdır.
10. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1418/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Gülnar Əhmədova) ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında hasarın tikintisi ilə bağlı bağlanılmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsi və həyət evi nin tikintisi ilə bağlı bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsi ləğv edilmiş, cavabdehdən 7424,5 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 94,25 manat məbləğində hissəsi və hüquqi yardım göstərilməsi ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsində işin mübahisəsiz halı kimi İddiaçı Cavabdeh arasında hasarının tikintisi və evin tikintisi ilə bağlı xx.xx.2021-ci il tarixli iki podrat müqvailəsinin bağlanılması, bir müqavilənin predm etini ünvan 2i ünvanında yerləşən 175 kv.m. hasarın quraşdırma işlərinin (görüələcək işlərin siyahısı əlavə edilmişdir) yerinə yetirilib təhvil verməsi, digər müqavilənin predmetini isə 130 kv.m. olan həyət evinin təmiri və quraşdırılması işlərinin yerinə yetirilib təhvil verilməsi təşkil etməsi, müqavilə şərtlərinə əsasən podratçının hər iki müqavilə üzrə qeyd edilən işləri xx.xx.2021-ci il tarixdə sifarişçiyə təhvil verməli olduğu, iddiaçı tərəfindən hər iki müqavilə üzrə cəmi cavabdehə 25.970 manat pul vəsaitinin ödənilməsi və hər iki müqavilə üzrə işlərin tam icra edilməməsi göstərilmişdir.
12. Birinci instansiya məhkəməsində işin mübahisəli halı kimi isə iddiaçı podratçı qismində çıxış edən cavabdehin hər iki müqavilə üzrə öhdəliyini icra etmədiyini, işi tam icra edib ona təhvil vermə diyini, gördüyü işlərin keyfiyyətsiz olduğu, əksinə ona ziyan vurduğunu, bununla da ona maddi və mənəvi ziyan vurulduğunu əsas gətirərək, belə bir iddia tələbini irəli sürmüş, iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad olunduğu, cavabdeh tərəf iddia tələbini qismən qəbul edərək, hər iki müqavilə üzrə işlərin tam icra edilmədiyini, buna səbəb isə sifarişçi kimi iddiaçının onları ora qoymaması, iş görməyə icazə verməməsi olduğunu, işlərin tam keyfiyyətli olduğunu, ödənilmiş 25970 manat pul vəsiatinin də həm işlərin dəyəri, həm də xidmət haqqına aid olduğunu, ona görə də iddiaçıya ödəniləcək pul vəasitinin onlarda qalmadığını, müqavilənin ləğv edilməsi üçün əsas olmadığını bildirilməsi qeyd olunmuşdur.
13. Birinci instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, tər əflər arasında bağlanılmış hər iki podrat müqaviləsi üzrə podratçı qismində çıxış edən cavabdeh hər iki müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada və tam icra etməmiş, bununla müqavilə şərtlərini pozumuş, hansı ki, bu hal sifarişçi qismində çıxş edən iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Həmçinin, sifarişçi məhz podratçının təqsirli hərəkətlərinə istinad edərək, hər iki podrat müqaviləsinin ləğv edilməsini tələb etmişdir. Cavabdeh tərəf isə müqavilənin icra edilməməsinin məhz iddiaçının təqsirindən baş verdiyini bilirdisə də, hər iki podrat müqaviləsi üzrə öhdəliyin sifarişçinin təqsiri nəticəsində icra edilməməsi və ya onun iradəsindən asılı olmayan səbəblərə görə icra edilməməsi halına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddia tələbinin podr at müqavilələrinin ləğv edilməsi hissəsindən MM-nin 759-cu maddəsinin dispozitiv şərtləri mövcud olmuşdur. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab etmişdir ki, iddia tələbi hər iki podrat müqaviləsinin ləğv edilməsi hissəsində təmin edilməlidir. Həmçinin, məhkəmə podratçı qismində cavabdehə ödənilmiş pul vəsaitinin geri qaytarılması hissəsi ilə bağlı hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 25.970 manat məbləğində pul vəsaiti ödənilməsi halı işin mübahisəsiz halıdır. Məhkəmə tədqiq edilmiş ekspert rəyi əsasında müəyyən etmişdir ki, hər iki podrat müqvailəsi üzrə görülmüş işlərin ümumi dəyəri 18.545,5 manat (hasarla bağlı 2448 manat, yaşayış sahəsi ilə bağlı 16097,5 manat olmaqla) təşkil edir. İddiaçı və cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən hər iki podrat müqaviləsi üzrə görülmüş işlərin ümumi dəyəri, məhz ekspert rəyi əsas götürülməklə müəyyən edilməlidir. Həmçinin, məhkəmə onu da qeyd etmişdir ki, qeyd edilən hissədə iddia tələbi üzrə MM-nin 759.2-ci maddənin tələbləri mövcud olduğundan, habelə görülmüş 18545,5 manat dəyərində işlər iddiaçı tərəfindən təhvil alındığından, habelə iddiaçı tərəfindən həmin işlərə marağının itməsi halına dair heç bir sübut təqdim edilmədiyindən, podrat müqaviləsi üzrə cavabdehə 25.970 manat məbləğində pul vəsaiti ödənildiyindən, podrat müqaviləsi ləğv edildiyindən, ödənilmiş qalıq (görülməyən işlərin dəyəri) 7424,5 manat (25970 manat-18545,5 manat olmaqla) pul vəsiati cavabdehdən tutularaq iddiaçıya geri qaytarıl malıdır. Həmçinin, məhkəmə cavabdehin qeyd edilən hissədə etirazın əsası ilə bağlı onu qeyd etmişdir ki, cavabdeh həmin qalıq məbləğin əmək haqqı kimi hesaba alınmalı olduğunu bildirsə də, tərəflər arasında bağlanmış müqavilə və təsdiq edilmiş smetada qeyd edilən halla bağlı qeyd-şərt göstərilməmiş, muzd və görüləcək işlərin dəyəri müqavilənin ümumi məbləği qeyd olunmaqla, bu qaydada şərtləşdirilmişdir. Həmçinin, məhkəmə iddia tələbinin hasarın və yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması hissəsi ilə bağlı onu qeyd etmişdir ki, qeyd edilən hissədə iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad edilən hallara (keyfiyyətsiz materiallardan istifadə edilməsi) və həmin tikililərə onun marağının itməsi halına dair heç bir sübutu məhkəməyə təqdim e də bilməmişdir. Bununla bağlı sübut qismində mütəxəssis rəyi təqdim edilmişdir ki, həmin rəy iddiaçı tərəfindən təqdim edilməklə, iş materialları, ekspert rəyi əsasında həmin sübutun mötəbərliyinin müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən isə qeyd edilən halla bağlı başqa sübut vasitəsi təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, qeyd olunan hissədə iddiaçının tələb hüququnun əsası müəyyən edilmədiyindən, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin qiymət fərqinin ödənilməsi hissəsi ilə bağlı onu qeyd edir ki, iddiaçı qiymət fərqi nəticəsində 3700 manat məbləğində maddi ziyan ödədiyini bildirsə də, cavabdehin təqsirli hərəkəti nəticəsində yaranmış qiymət fərqi ilə bağlı ona qeyd edilən məbləğdə maddi ziyan dəyməsi halına d air heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, qeyd edilən hissədə iddia tələbinin əsası kimi istinad edilən halların müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməməlidir.
14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – MM) 385.1, 386.1, 752.1, 753.1, 753.2, 753.4, 759.1, 759.2, 762, 763, 765, 771, 772, 425-ci, 21, 1096, 1097, 157-ci maddələri, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsi, həmçinin AR MPM-nin, 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikay ətinin təmin edilməsini, Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1418/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən, iddia tələbinin təmin edilməmiş hissədə ləğv edilməsinə, iddia tələbinin tam şəkldə təmin edilməsinə, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyator apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, təqdim edilən sübutlara tam, məcmu halında qiymət verilməmişdir. Məhkəmə iddia tələbindən cavabdehə ödənilmş 25.970 manat məbləğində pul vəsaitinin geri qaytarılması ilə bağlı hissədə iddia tələbini qismən, 7.424.5 manat məbləğində təmin edərkən ekspert rəyini əsas götürülmüş, tərəflərin sübut təqdim etmədiyini bildirmişdir. Belə ki, bununla bağlı bildirilir ki, iş üzrə məhkəmənin sübut kimi qiymət vermədiyi mütəxəssis rəyi var. Həmin rəydə də “tikilinin bilavasitə təməlinin mövcud relyefə uyğun inşa edilmədiyi, kiçik yeraltı təkandan və ya uzunmüddətli yağıntılar zamanı çox təhlükəli olduğu bildirilir. Ekspert rəyində də dəfələrlə ekspertin tikinti işlərinin yarımçıq olduğu qeyd edilir. Lakin məhkəmə bir nüansı nəzərdən qaçırır ki, işin mübahisəsiz halından birinin də podrat müqaviləsi üzrə işlərin podratçı tərəfindən tam icra edilməməsdir. Bu fakt da qətnamədə işin mübahisəsi halı kimi nəzərdə tutulub. Cavabdeh müqavilə şərtlərini pozub. Belə olan halda iddia tələbinin bu hissədə tam təmin edilməməsi başa düşülən və qəbul edilən deyil. İddiaçı cavabdeh tərəfndən yarımçıq və ən əsası da keyfiyyətsiz inşa edilən tikilinin bərpasından artıq maraqlı deyil. Həmin binanın yerində yenidən möhkəm binanın tikilməsini istəyir. Məhkəmə iddia tələbinin hasarın və yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması hissəsində də iddianı təmin etməmişdir. Bu hissədə də məhkəmənin gəldiyi nəticə ilə razı deyil, belə ki, iş üzrə istinad etdiyi sübut mütəxəssis rəyidir, hansı ki, məhkəmə sübut kimi qəbul etməmişdir. Məhkəmə tərəfindən həqiqətən də iş araşdırılsa idi bu sualın cavabını almaq üçün yeni ekspertiza təyin edə, yaxud bu sahə üzrə mütəxəssis rəyinin alınmasını təmin edə bilərdi. Cavabdehnə istifadə etdiyi betonun kub nümunələrinin sıxılmada möhkəmliyinə dair testinin nəticələrini, nədəki tikintidə istifadə etdiyi digər tikinti mater iallarının müvafiq keyfiyyət sertifikatını təqdim edə bilməmişdir. Tikintidə istifadə edilən beton FHN-nin müvafiq labaratoriyasında betonun kub nümunələrinin sıxılmada möhkəmliyi yoxlanılır və testin nəticəsində uyğun sertifikat alınmalıdır. Məhkəmənin iddia tələbinin 3.700 manat məbləğində maddi ziyan kimi qiymət fərqinin ödənilməsi ilə bağlı tələbini də rədd edilməsi hissəsi ilə də razı deyil. Müqavilə üzrə tikiləcək kürsülü evin sahəsi 130 m2 təşkil edir, lakin ekspert rəyində həmin yarımçıq tikilinin ölçüsünün 105.94 kv.m olduğu qeyd edilib. Uçmuş hasarın müqavilə üzrə 175 kv.m olduğu qeyd edilsə də eksert rəyində hasarın 136 kv.m olduğu qeyd edilir. Müqavilə bağlanarkən 2021-ci ilin aprel ayı idi, ekspert tərəfindən tikiliyə baxış 2022-ci ilin sentyabr ayı idi və bu keçən 1 il 5 ay ərzində respublikada tikinti materialları iki dəfə artıb. Artıq 2023-cü il olduğunu nəzərə alınsa ölkə üzrə yaşayış minimumu belə iki dəfə dəyişib. Təbii olaraq iddiaçı müqavilə bağlanan zamanı şərtləşdirdiyi məbləğə eyni layihə üzrə eyni smeta ilə yeni podratçı tapa bilməyəcək. İddiaçıdan artıq layihədəki evinin tikintisi üçün müqavilədə razılaşdırılmış qiymət deyil, daha artıq pul vəsaiti tələb olunur, bu da iddiaçıya maddi zərərin vurulması deməkdir. Məhkəmə iddia tələbinin 200 manat məbləğində mütəxəssis xərcinin ödənilməsi hissəsində “qeyd edilən xərcin hazırkı mülki iş üzrə zəruri xərc qismində çıxış etmədiyi” qənaətinə gələrək iddia tələbini həmin hissədə rədd etmişdir. Məhkəmə bu hissədə haqlı deyildir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və K.H.Əkbərov) 2(103)-1758/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1418/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh podrat müqaviləsinə görə ödənilmiş 25.970 manat, vəkil xərcinin əvəzi kimi 500 manat, mütəxəssis rəyi üçün çəkilən 200 (iki yüz) manat olmaqla, cəmi 26670 (iyirmi altı min altı yüz yetmiş) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə)
18. Podrat müqaviləsinin ləğvi nəticəsində cavabdehə ödənilmiş pulun tutulması barədə tələbini qismən təmin edən birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayan apellyasiya kollegiyası Mülki Məcəllənin 759.2-ci maddəsinin tələblərini əsas gətirərək, qeyd etmişdir ki, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
19. Hazırkı halda podratçı tərəfindən görülmüş işlərdə- çəkilmiş divarın keyfiyyətsizliyi səbəbindən uçaraq dağılması, eləcə də yarımçıq inşa edilmiş evə münasibətdə isə tikinti norma və qaydalarının kobud şəkildə pozulması və hə min tikilinin yaşayış üçün yararsız olması səbəbindən görülən işlərə iddiaçının (sifarişçinin) hər hansı marağının olmaması aşkardır. Belə ki, məhkəmə kollegiyası, iddiaçının təqdim etdiyi 47 saylı, 28 mart 2022-ci il tarixli mütəxəssis rəyinin məzmununu eləcə də AR Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azkommunalayihə” KLİ-nun direktoru S.Qarayev tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktı, əsas gətirərək, iddiaçı podratçı tərəfindən aparılan işlərin tikinti qaydalarına uyğun aparılmadığı, yararsız olduğu üçün həmin tikiliyə heç bir marağının olmadığını, tikintinin yararsız olmasının məhz iddiaçı tərəfindən təqdim edilən həmin 47 saylı 28 mart 2022-ci il tarixli mütəxəssis rəyi və AR Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2023-cü il tarixli aktı ilə öz təsdiqini tapması qənaətinə gələrək, cavabdehin (podratçı) hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə müqaviləyə xitam verildiyindən, iddia tələbi həmin hissədə təmin edilərək, 25970 manat pul vəsaiti cavabdehdən tutulmalı olmasını qeyd etmişdir.
20. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış podrat müqavilələrinin ləğv edilməsi, hazırkı iş üzrə tərəflər arasında mövcud podrat müqaviləsi ilə bağlı münasibətlərə artıq xitam verilməsi, başqa sözlə, tərəflərin həmin müqavilədən çıxmaları işin mübahisəsiz halı kimi müəyyən olunduğundan, həmin tələbə ayrıca münasibət bildirilməsinə zərurət qalmamasını diqqətə çatdırmışdır.
21. Bundan əlavə məhkəmə kollegiyası mütəxəssis rəyi üçün çəkilən 20 0 (iki yüz) manat xərc hissəsində qeyd etmişdir ki, iddia tələbi podrat müqaviləsinin ləğv edilərək, 25.970 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsində təmin edildiyindən, həmin hissədə də iddia tələbinin əsası kimi iddiaçının təqdim etdiyi sübut-mütəxəssis rəyi üçün çəkilən 200 (iki yüz) manat xərc hissəsində də iddia tələbinin təmin olmasını nəzərə çatdırmışdır.
22. Məhkəmə kollegiyası vəkil xərcinin tutulması hissəsində həmçinin hesab etmişdir ki, hazırkı işin xeyli dərəcədə mürəkkəbliyi nəzərə alınmalı vəkil xərci kimi 500 manat ağılabatan sayılmalı, bu səbəbdən də vəkil xərci kimi 500 manat iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır.
23. Məhkəmə kollegiyası iddia tələbinin iddiaçıya məxsus torpaq sahəsindən cavabdehin hesabına tikinti materiallarının çıxarılması və torpaq s ahəsinin boşaldılması barədə hissəsində qeyd etmişdir ki, iddia həmin hissədə əsaslandırılmadığından təmin edilməməlidir. Çünki iddiaçı bir tərəfdən həmin materialların onun tərəfindən alındığını iddia edir (özünə məxsus olduğunu bildirir), digər tərəfdən isə həmin materialların cavabdehin hesabına torpaq sahəsindən çıxarılmasını tələb edir ki, bu da ziddiyyətli olmaqla, həmin hissədə tələbin əsaslı olmadığını göstərir, demək ki, həmin hissədə də iddia tələbi təmin edilə bilməz.
24. Məhkəmə kollegiyası iddia tələbinin tikinti materiallarının qiymət fərqi nəticəsində iddiaçıya dəymiş 3700 (üç min yeddi yüz) manat məbləğində maddi zərərin ödənilməsi hissəsində hesab etmişdir ki, həmin hissədə tələb yetərincə əsaslandırılmamış, bununla bağlı iddiaçı tərəfindən sübut təqdim edilməmişdir və bun a görə də iddia tələbi həmin hissədə də təmin edilə bilməz.
25. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərər hissəsində «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarını həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarını əsas gətirərək qeyd etmişdir ki, hazırkı işin halları ilə də cavabdehin hərəkətləri nəticəsində idiaçının məyus olması, bunlarınsa onun şüurunda mənfi reyaksiyaya səbəb olması, onun mənəvi sarsıntıya məruz qalmasını qaçılmaz edir. Lakin hazırkı halda kollegiya hesab etmişdir ki,bu işin halları baxımından iddia tələbinin maddi zərərlə bağlı əsas hissədə təmin edilməsi öz-özlüyündə mənəvi zərəri də kompensasiya edir, ona görə də iddiaçının tələbi mənəvi zərər hissəsində sübut edilməməsi əsası ilə deyil, məhz yuxarıda qeyd edilən əsasla təmin edilməməlidir.
26. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 386, 21, 752, 753, 759, 762, və 769-cu maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 88, 115, 119, 372, və 386-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
18. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1758/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 759, 773-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88, 217 və 372-ci maddələrinə istinad edərək, kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, maddi hüquq norması apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki mübahisəyə tətbiq olunsa da, əsaslandırma düzgün olmamışdır.
20. İddiaçı-sifarişçinin məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul etmişdir, sonradan məmulatın qüsurlu olduğunu bildirərək, cavabdehə qarşı pritenziya irəli sürmədən məhkəmədə iddia qaldırmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir, qətnamədə sübut kimi qəbul edilməsinə yol verilməyən sübuta istinad olunmuşdur.
21. Apellyasiya instansiyası məhkəməsi apellyasiya icraatı zamanı iddiaçının birinci instansiya məhkəməsində icraat zamanı əldə etmədiyi, birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra əldə etdiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azkommunalayihə” KLİ-nun direktoru S.Qarayev tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktını yeni sübut kimi qəbul edərək apellyasiya qətnaməsində bu sübuta istinad etməsi qanunla yol verilmir. Belə ki, apellyasiya instansiyası tətbiq edilməsi tələb olunan maddi hüquq normasını tətbiq etməmişdir. Apellyasiya instansiya məhkəməsi iddia tələbləri üzrə işin mahiyyətini tam araşdırmadan, o cümlədən tərəflər arasında yaranmış mübahisəni hərtərəfli, tam və obyektiv araşdırıb onlara lazımi hüquqi qiymət vermədən, Cavabdeh qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnən əsassız və qanuni olmayan qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilən zaman yol verilmiş belə bir qanun pozuntusu nəticədə ədalət mühakiməsinin təməli olan “əsil həqiqətən ortaya çıxarılması” prinsipinin əsaslı şəkildə pozuntusuna gətirib çıxarmışdır.
22. Qeyd olunmalıdır ki, tərəflər arasında iki podrat müqaviləsi bağlanmışdır. Apellyasiya qətnaməsində qeyd olunur ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 759.2-ci maddəsinə əsaslanaraq, görülmüş 18545,5 manat dəyərində işlər iddiaçı tərəfindən təhvil alındığından, habelə iddiaçı tərəfindən həmin işlərə marağının itməsi halına dair heç bir sübut təqdim edilmədiyindən, podrat müqaviləsi üzrə cavabdehə 25970 manat məbləğində pul vəsaiti ödənildiyindən, podrat müqaviləsi ləğv edildiyindən, ödənilmiş qalıq (görülməyən işlərin dəyəri) 7424,5 manat (25970 manat18545,5 manat olmaqla) pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya geri qaytarılmalıdır fikri il razılaşmır. Ona görə ki, podratçı tərəfindən görülmüş işlərdə- çəkilmiş divarın keyfiyyətsizliyi səbəbindən uçaraq dağılması, eləcə də yarımçıq inşa edilmiş evə münasibətdə isə tikinti norma və qaydalarının kobud şəkildə pozulması və həmin tikilinin yaşayış üçün yararsız olması səbəbindən görülən işlərə iddiaçının (sifarişçinin) hər hansı marağı olmamışdır. Apellyasiya Məhkəməsinin bu mövqeyi ilə razılaşmaq olmaz ona görə ki, əvvəla hazırki mülki mübahisəyə birinci instansiya məhkəməsində baxılanadək və baxılan zaman sözü gedən hasarın uçması ba rədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Sonradan apellyasiya icraatı zamanı iddiaçı hasarı bilərəkdən sökərək, apellyasiya məhkəməsi tərəfindən qanunsuz şəkildə sübut kimi qəbul olunmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azkommunalayihə” KLİ-nin xx.xx.2023-cü il tarixli aktı apellyasiya qətnaməsində mötəbər sübut kimi qəbul edilib ona istinad edilməklə belə əsaslandırılmışdır ki, guya çəkilmiş divar keyfiyyətsizliyi səbəbindən uçaraq dağılmışdır. Lakin Cavabdeh tərəfindən tikilmiş divarın uçması barədə birinci instansiya məhkəməsində nə mütəxəssis rəyində qeyd olunmamış, nə də buna dair hər hansı sübut iş materiallarına əlavə olunmamışdır. Bu sonradan iddiaçının öz fəaliyyətidir ki, apellyasiya instansiyası məhkəməsi ndə yeni sübut təqdim etmək və məhkəmədə divarın uçması görüntüsünü yaratmaq məqsədilə FHN Tikintidə X3 Agentliyinin “Azkommunalayihə” KLİ-nin baxış aktını apellyasiya məhkəməsinə təqdim etmişdir. Mülki Prosessual qanunvericilik həmin aktın apellyasiya baxışında sübut kimi qəbul edilməsinə yol vermir.
23. Bundan əlavə apellyasiya qətnaməsində İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş və iddiaçının sifarişi ilə iddia tələbinə uyğun hazırlanaraq subyektiv fikir daşıyan 28 mart 2022-ci il tarixli mütəxəssis rəyinə istinad olunmuşdur. Ekspert rəyi əsasında qeyd olunan mütəxəssis rəyinin mötəbərliyinin müəyyən edilməsi mümkün olmamışdır. Mütəxəssis rəyində tikilidə istifadə edilmiş tikinti materiallarının keyfiyyət standartalarına və podrat müqaviləsinə qismən uyğun olduğ u qeyd olunmuşdur. Tikinti materialarının keyfiyyəti barədə mütəxəssisin hər hansı fikir söyləməsi absurd məsələdir. Tikinti materiallarının keyfiyyəti yalnız tikinti-texniki və kimyəvi ekspertiza ilə müəyyən edilməsi mümkündür. Materialların kimyəvi tərkibi və tikintiyə uyğunluğu yalnız ekspertiza ilə müəyyən edilməsi mümkündür. Ona görə qeyd olunanlaa əsasən iddiaçının cavabdeh tərəfindən görülmüş işlərə görə marağının tam olmaması barədə fikir irəli sürmək mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, İddiaçı Cavabdeh və digər ustaları tikinti obyektinə buraxmamış, tikintinin yarımçıq vəziyyətdə qalmasına özü şərait yaratmışdır. Öhdəliyin cavabdeh tərəfindən icrasına mane olmuşdur. Apellyasiya məhkəməsi maddi və prosessual hüququ tətbiq edərkən həmin məsələ ləri nəzərə almamışdır. Qeyd edilənlər ona dəlalət edir ki, Bakı Apellyasiya Məhkəməsi yuxarıda sadalanan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir. Bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək,kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 386.1. Ö hdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Mad də 21.3.Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
29. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
30. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
31. Maddə 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəy yənləşdirilməyibsə, ödənilmir.
32. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
33. Maddə 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır.
34. Maddə 753.3. Əgər sifarişçi müqavilədə nəzə rdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.
35. Maddə 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır.
36. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilə r, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
37. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
38. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
39. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
40. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
41. Maddə 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır.
42. Maddə
769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
47. Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;
48. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinəmütənasibolaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
50. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Kassasiya baxışının hədləri
51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yox lamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilsədə dəlilləri iddianın təmin olunan hissəsi ilə bağlıdır. Buna görə apellyasiya instansiyası məhkəməsinin aktı həmin dəlillərə uyğun qismən yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
55. Məhkəmə kollegiyasının qənaətinə görə işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, podratçı tərəfindən görülmüş işlərdə - çəkilmiş divarın keyfiyyətsizliyi səbəbindən uçaraq dağılması, eləcə də yarımçıq inşa edilmiş evə münasibətdə isə tikinti norma və qaydalarının kobud şəkildə pozulması və həmin tikilinin yaşayış üçün yararsız olması səbəbindən görülən işlərə iddiaçının (sifarişçinin) hər hansı marağı qalmamışdır.
56. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində istinad etdiyi dəlillərlə bağlı qeyd edir ki, məhkəmələrin müəyyən etdiyi halların əksinin mövcudluğu sübut olunmur. Bununla bağlı cavabdeh tərəfindən apellyasiya instansiya məhkəməsinə hər hansı sübut təqdim etməmişdir.
57. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
58. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 60. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
61. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
62. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tət biq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
64. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1758/2023 nömrəli mülki iş üzrə 29 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.