Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1599/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma, məhkəmə aktlarının preyudisiallığı) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması” tələbinə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-599/2025 nömrəli iş üzrə 15 yanvar 2025 il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 may 2025-ci il tarixdi Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 1935 nömrəli, 15 avqust 1969-cu il tarixli “Bağ və binaların uzunmüddətli icarəyə verilməsi” barədə müqaviləyə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən 452/1213 nömrəli, ümumi sahəsi 0,25 ha olan bağ sahəsi X2 icarəsinə verilmişdir, həmin müqavilə 20 noyabr 1981-ci il tarixdə yenilənmiş X8 12 sentyabr 1990-cı il tarixdə ərizə ilə Bakı Şəhəri Bağlar Birliyinə müraciət edərək, Vişnyovka sahəsində 1935 nömrəli müqaviləyə əsasən 1213 nömrəli bağ sahəsinin bir hissəsini yəni 0,12 ha qohumu Cavabdeh verilməsini xahiş etmişdir. Bağ sahəsinin ayrılmasına dair Cavabdeh tərəfindən də 18 sentyabr 1990-cı il tarixdə Bağlar Birliyinə müraciət edilmişdir. 2. 16 oktyabr 1990-cı il tarixli müqaviləyə əsasən, 0,12 ha ölçüdə 1213 nömrəli bağ sahəsinə dair X8 ilə, 16 oktyabr 1990-cı il tarixli müqaviləyə əsasən isə 0,12 ha ölçüdə 1213 “A” nömrəli bağ sahəsinə dair Cavabdeh ilə “Bağın icarəyə verilməsi haqqında” müqavilələr bağlanmışdır. 3. “Bağların icarəyə verilməsi haqqında” 20270 nömrəli, 22 iyun 2001-ci il tarixli müqaviləyə istinadən Vişnyovka qəsəbəsində 0,12 ha öl çüdə, 1213 “A” nömrəli bağ sahəsinə dair Cavabdeh ilə yeni müqavilə bağlanmışdır. 1213 “A” nömrəli bağ sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh adına A seriyalı, 359813 nömrəli, 19 iyul 2011-ci il tarixli torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir.
4. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 626 nömrəli, 21 noyabr 2013-cü il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən 1213 a nömrəli, 1200 kv metr bağ sahəsində tikilmiş bir mərtəbəli, üç yaşayış otağı, yaşayış sahəsi – 455 kv metr, köməkçi sahəsi – 33,9 kv metrdən ibarət olan bağ evi Cavabdeh adına hüquqi qeydiyyata alınmışdır. 5. 12 dekabr 2013-cü il tarixli 1213 “A” nömrəli bağ sahəsinə və bağ sahəsi üzərində ye rləşən bağ evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən texniki pasport tərtib edilmişdir.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışına əsasən, 1213 “A” nömrəli bağ sahəsinə və bağ sahəsi üzərində yerləşən bağ evinə dair Cavabdeh mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 13 dekabr 2013-cü il tarixdə, ********** qeydiyyat nömrəsi, **********52-11301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
7. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2014-cü il tarixdə 39473 nömrəsi ilə uçota alınmış AN 512314 nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Vişniyovka-1 ünvanda olan 1213 nömrəli bağ sahəsi ilə bağlı X2 adına Torpaq s ahəsinin plan ölçüsü tərtib edilmişdir.
8. Tərəflər arasında daha əvvəllər də məhkəmə mübahisəsi olmuş, nəticədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-371/2021 nömrəli, 10 iyun 2021-ci il tarixli Qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-220/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2-1(102)-1149/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli Qərarları qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən 0,12 ha ölçüdə 1213 nömrəli bağ sahəsindən Cavabdeh iş üzrə üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına (mühəndisləri) baxış və inventarlaşdırma işlərinin (ölçü işlərinin) aparılmasına yaradılmış maneələr aradan qaldırılması, onun həmin bağ sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
10. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, atası X2 20 aprel 2011-ci il tarixdə vəfatından sonra iddiaçı tərəfindən vərəsəlik işi ilə əlaqədar olaraq Ədliyyə Nazirliyinin Bakı şəhəri 9 nömrəli notariat Kontoruna müraciət olunmuş, vərəsəlik işi açılmış və notariat ofisi tərəfindən vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsi, 1213 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair çıxarışın X2 vərəsəsi İddiaçı verilməsi 1 saylı Bakı Ərazi şöbəsinə xahiş edilmişdir. Bu vəziyyət ilə razılaşmayan Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən, faktiki istifadəsində və sahibliyində olan, sahəsi 0,12 ha olan 1213 nömrəli bağ sahəsinə dair tərtib olunmuş plan-ölçü sənədinin ləğv olunması və həmin bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi barədə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)371/2021 nömrəli, 10 iyun 2021- ci il tarixli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən, Cavabdeh faktiki istifadəsində və sahibliyində olan 0,12 ha ibarət 1213 nömrəli bağ sahəsinə dair Rafiq Kazımovun adına tərtib olunmuş torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi və sözügedən bağ sahəsinin Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır. Qərardan narazı qalan o və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayətləri vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-220/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və İddiaçı vermiş olduqları apellyasiya şikayətləri təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 21(112)- 371/2021 nömrəli, 10 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən, faktiki istifadəsində və sahibliyində olan 0,12 ha-dan iba rət 1213 nömrəli bağ sahəsinə dair tərtib olunmuş torpaq sahəsinin plan-ölçüsünün ləğv edilməsi və sözügedən bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2-1(102)-1149/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarı ilə Cavabdeh vermiş olduğu kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)220/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli q ərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-1149/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarının mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən 0,12 ha ölçüdə bağ-torpaq sahəsi 16 oktyabr 1990-cı il tarixli, 1935 nömrəli müqavilə ilə X4 icarəyə verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 11 avqust 2014-cü il tarixli, A seriyalı, 512314 nömrəli Torpaq sahəsinin plan və ölçü sənədi məhz həmin 1935 nömrəli, 16 oktyabr 1990cı il tarixli “bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən tərtib edilmişdir. Bundan başqa həmin qərarda qeyd edilir ki, şəxsin daşınmaz əmlak üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün onun hüququnun y arandığını və ya mövcudluğunu ehtiva edən, bu Qərarın 36-cı bəndində istinad olunan normada təsbit edilmiş hüquqmüəyyənedici sənədlərdən hər hansı biri reyestr xidmətinə təqdim olunmalıdır. Yalnız bu halda reyestr orqanı həmin əmlak üzərində şəxsin hüququnu qeydiyyata almağa və bu barədə çıxarış verməyə haqlıdır. Hazırkı, mübahisəyə münasibətdə iddiaçı iddia etdiyi torpaq sahəsi üzərində onun hüququnun mövcud olduğunu təsdiq edən və yuxarıda istinad olunan normada nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədi nə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, nə də məhkəməyə təqdim etməmişdir. Bu baxımdan iddiaçı həmin torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınaraq ona çıxarışın, eləcə də iddia etdiyi torpaq sahəsinə d air plan-ölçü sənədinin verilməsini tələb etməkdə haqlı sayıla bilməz. Nəzərə almaq lazımdır ki, hüququn qeydiyyata alınmasını tələb etmək üçün şəxs ən azından həmin hüququn ona mənsub olduğunu müvafiq hüquqmüəyyənedici sənəd əsasında sübut etməlidir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, X2 adına verilmiş plan-ölçü sənədinin ləğv olunmasını iddiaçı yalnız həmin torpaq sahəsi üzərində qanunvericiliklə müəyyən edilmiş normada təsbit edilmiş və iddia ərizəsinin 16-ci bəndində qeyd olunan əsaslardan hər hansı birinə istinad etməklə tələb edə bilərdi. Cavabdeh belə tələb hüququna malik olduğu mübahisəyə dair işin müəyyən olunmuş halları ilə təsdiq olunmamışdır. Beləliklə, yuxarıda istinad olunan normanın tələbləri baxımından və qeyd edilən səbəblərdən hazırkı mübahisəyə münasibətdə 1213 nömrə li torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsini, eləcə də X2 adına verilmiş plan-ölçü sənədinin ləğv olunmasını tələb etməkdə Cavabdeh haqlı sayıla bilməz. Bu mənada Cavabdeh tələbinin təmin olunmasından Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunauyğun və əsaslı olmuşdur. Nəzərə almaq lazımdır ki, dövlət reyestrində daşınmaz əmlak üzərində hüququn müvafiq qeydiyyatı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən yuxarıda istinad olunan normada təsbit edilmiş hüquqmüəyyənedici sənəd əsasında aparılmalıdır. Göründüyü kimi, məhkəmələrin gəlmiş olduğu qənaət ondan ibarət olmuşdur ki, X2 adına verilmiş 1935 nömrəli, 16 oktyabr 1990-cı il tarixli “Bağın icarəyə verilməsi haqqında” müqaviləsi, eyni zamanda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 11 avqust 2014-cü il tarixli, A seriyalı, 512314 nömrəli torpaq sahəsinin plan və ölçü sənədi hüquq müəyyənedici sənəd hesab edilməklə, hüquqların qeydiyyata alınması üçün əsasdır. Bu hüquqlara dair notariat ofisi tərəfindən İddiaçı vərəsəlik hüququ tanınmış, bununla həmin torpaq sahəsinə dair iddiaçının potensial mülkiyyət hüquqlarım yaranmışdır. Lakin, Cavabdeh həmin torpaq sahəsini zəbt etməklə torpaq sahəsinə onun daxil olmağına imkan vermir, həmin bağ sahəsindən istifadəsinə maneə yaradır, bağ sahəsinin sənədləşdirilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak ın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına zəruri ölçü işlərin aparılması üçün imkan vermir.
11. İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1, 0,12 ha-dan ibarət 1213 nömrəli bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-2400/2015 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X1 və Cavabdeh X11 keçmiş arvadı X7 və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi irəli sürərək X6 Muradovanın müraciəti əsasında mübahisəli bağ sahəsinə dair tərtib edilmiş “torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, bağ sahəsinin yeganə qanuni istifadəçisi və sahibi olmasının tanınması, bağın icarəçisinin vəfat etdiyi andan onunla bağlanmış icarə müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi, bağa dair icarə müqaviləsinin Yuliya Salayeva ilə bağlanmalı olması tələbinə dair, 3-cü şəxs İddiaçı isə cavabdeh X3 və Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsidən çıxarılma və sərhəddin bərpa edilib bağ sahəsinə giriş-çıxışın məhdudlaşdırılmasının aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. 3-cü şəxs tələbini onunla əsaslandırmışdır ki, “mübahisəli 1213 nömrəli bağ sahəsi mərhum atasının icarəsində olmuş, atası həmin bağdan vəfat edənədək istifadə etmişdir. Atası vəfat edəndən sonra miras qalmış digər əmlakları vərəsə olaraq qəbul etmişdir. İstifadədə olan bağ sahələri ölkə başçısının 1997ci il tarixli Fərmanına əsasən vətəndaşların əvəzsiz olaraq mülkiyyətlərinə verildiyi üçün bağ sahəsinə mərhum atasının mülkiyyət hüququ yaranmışdır. Ona görə də mübahisəli bağ sahəsini adına keçirmək üçün müraciət etmiş, bağ sahəsinə dair plan və ölçü sənədi hazırlanmışdır. Cavabdehlər atasının vəfat etməsindən istifadə edərək, bağ sahəsini zəbt etmiş və könüllü boşaltmaq istəmirlər. Atasının adına bağın icarə müqaviləsində Yuliya Salayevanın ailə üzvü kimi göstərilməsi əsassızdır. X13 Salayevin həyat yoldaşı olduğundan, atasının ailə üzvü ola bilməzdi. Onun adı müqaviləyə başqa xətlə yazılmışdır. Cavabdehlər mərhum atasına məxsus olmuş bağ sahəsinin giriş-çıxışını məhdudlaşdıraraq onu öz bağ sahələrinə qatmışlar.” Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilməmiş, İddiaçı qarşılıqlı iddiası təmin olunmuşdur. Həmin qətnamədən iddiaçılar X3 və Cavabdeh apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-2400/2015 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.
12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-904/2024 saylı, xx.xx.2024- cü il tarixli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Sabu nçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən 0,12 ha ölçüdə 1213 nömrəli bağ sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına (mühəndisləri) baxış və inventarlaşdırma işlərinin (ölçü işlərinin) aparılmasına Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdehdən 50 (əlli) manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı Cavabdeh vəkili Vəkil izahat verərək qeyd olunan 1213 “A” nömrəli və 1213 nömrəli hər iki bağ sahəsinin Cavabdeh məxsus olduğunu, bağ sahələri ilə bağlı iki ayrıayrı müqavilə bağlansa da, reallıqda heç bir arakəsmə olmadan bir bağ sahəsi kimi 1990cı il tarixdən cavabdeh tərəfindən alındığını bildirmişdir. Məhkəmə iclasında qeyd olunan bağ sahəsinin hər ikisi cavabdeh tərəfindən alınmışdırsa niyə 1213 “A” nömrəli bağ sahəsi ilə bağlı cavabdeh müqavilə bağlamış, plan ölçü və həmin sahə ilə bağlı hüquqlarını qeydə aldıraraq Çıxarış əldə etsə də, digər 1213 nömrəli bağ sahəsi ilə bağlı heç bir sənədləşdirmə işləri etməmişdir sualına cavabdehin vəkili tutarlı cavab verə bilməmiş, həmçinin 1213 nömrəli bağ sahəsinin Cavabdeh satılması ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir.
14. Həmçinin iş materiallarında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)783/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərardadına əsasən İddiaçı Cavabdehlər İddiaçı və X9 qarşı “dəymiş ziyanın ödən ilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu, Vişniyovka-1 bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan bağ sahəsinin içərisində tikilən ayaqyolunun, toyuq hininin, hasarın daxilində çəkilmiş rəsm əsərlərinin, monolit betondan ibarət hasar tikilisinin, quyunun inşasına sərf olunmuş materiallar və görülmüş işlər nəzərə alınmaqla sərf edilən vəsait-31872 manat, bağda əkilən meyvə ağaclarının hər birinin məhsul verəcək halda olması, bu ağacların və digər ağacların real bazar qiyməti təxminən 3825 manat, ümumilikdə 35697 manat pulun İddiaçı və X5 tutularaq ona ödənilməsi üzrə iddiası baxılmamış saxlanmışdır. Qeyd olunan və iş materiallarına əlavə edilən Qərardaddan da göründüyü kimi hazırki iş üzrə Cavabdeh belə bir iddia ilə Nəsimi Rayon Məhkəməsinə müraciə t edərək, bağ sahəsi üçün etmiş olduğu yaxşılaşdırmaların dəyərini tələb etməsi, bağ sahəsinin ona məxsus olmadığının etirafı kimi qiymətləndirir.
15. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan DƏDRX-nin xx.xx.2014-cü il tarixdə İddiaçı vermiş olduğu cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişniyovka -1 bağ massivində yerləşən 1213 nömrəli bağ sahəsinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsinə dair yoxlama-ölçü işləri aparılması ilə əlaqədar mütəxəsislərə şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. Göründüyü kimi mübahisəli 1213 nömrəli 0,12 ha bağ sahəsinə baxış keçirilməsinə Cavabdeh tərəfindən maneə yaradılır.
16. Məhkəmə belə hesab etmişdir ki, hazırki mülki iş materialları ilə mübahisə predmetini təşkil edən 1213 nömrəli bağ sahəsinin ərazisinin hər hansı bir hissəsinin Cavabdeh tərəfindən zəbt olunub-olunmamasını müəyyən etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları (mühəndisləri) tərəfindən baxış və inventarlaşdırma işləri aparılmadan müəyyən etmək mümkün olmadığından iddia tələbi həmin hissədə təmin edilməlidir.
17. Məhkəmə iddia tələbinin cavabdehin qeyd olunan bağ sahəsindən cıxarılması ilə bağlı hissəsinə qiymət verərək hesab etmişdir ki, nə qədər ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən 0,12 ha ölçüdə 1213 nömrəli bağ sahəsinə mülkiyyət hüquqları qeydə alınmamışdır, yəni iddiaçının belə bir subyektiv hüququ olmadığından iddia tələbi bu hissədə təm in oluna bilməz.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2 və 157.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddianın tam olaraq rədd olunmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti əsaslandırılmışdır ki, MM-in 157-ci maddəsi hazırkı işdə düzgün tətbiq olunmamışdır. Çünki nə iddiaçının, nə də iddiaçının özünü qanuni varisi adlandırdığı mərhum atası Rafiq Kazımovun 1213 saylı bağ sahəsi üzərində nəinki mülkiyyət, ümumiyyətlə, heç bir hüququ daşınmaz əmlakın dövlət reyestrində qeyd ə alınmamışdır. Eləcə də, hazırda da qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, “Rafiq Kazımov bağ sahəsini qeyri-rəsmi iddiaçılara sataraq vəfat edənədək bağ sahəsinin özəlləşdirilməsi barədə Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyinə müraciət etməmiş, torpaq sahəsini özəlləşdirməmiş, bağa mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına təşəbbüs göstərməmişdir. Bağdan istifadə haqqının iddiaçılar tərəfindən ödənilməsi işin sübuta yetirilmiş hallarındandır. X14 1990-cı ildən vəfat edənədək bağın sənədləşdirilməsi ilə bağlı heç bir təşəbbüs göstərməməsi halı onun bağı qarşı tərəfə satması və bağa artıq marağının olmaması qənatinə gəlməyə əsas verir. Ona görə Rafiq Kazımovun bağ sahəsinə 3-cü şəx sin (yəni, İddiaçı) istinad etdiyi əsaslarla mülkiyyət hüququ əldə etməsinə dair dəlilləri əsassızdır. X11 bağ sahəsinə mülkiyyət hüquqları yaranmadığına görə 3-cü şəxsin vərəsə kimi bağ sahəsinə dair tələbləri əsassızdır”. Beləliklə, nə X11, nə də onun qızı olan iddiaçının 1213 saylı bağ sahəsinə dair müdafiə olunmalı olan hər hansı hüququ mövcud deyildir və iddiaçının hazırkı iddianı irəli sürməkdə subyektiv hüququ yoxdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində hazırkı mülki iş üzrə qəbul olunmuş qətnamədə hakimin öz qətnaməsini əsaslandırdığı sənədlərdən biri kimi DƏDRX-nin xx.xx.2014-cü il tarixdə İddiaçı vermiş olduğu cavab məktubuna istinad olunmuşdur. Lakin hazırkı işin elektron icraat materiallarında belə bir sənəd (sübut) m övcud deyildir. Bu hal iddiaçının nümayəndəsinin və məhkəmənin diqqətinə dəfələrlə çatdırılsa da, iddiaçı (onun nümayəndəsi) istinad etdiyi sənədi qanunvericiliklə müəyyən olunmuş prosessual qaydada məhkəməyə təqdim etməmişdir. Hətta həmin sənəd qanunla müəyyən olunmuş qaydada məhkəməyə verilmiş olsaydı da, “Bakı şəhəri, Sabunçu rayonu, Vişniyovka -1 bağ massivində yerləşən 1213 nömrəli bağ sahəsinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsinə dair yoxlama-ölçü işləri aparılması ilə əlaqədar mütəxəssislərə şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır” məzmunlu həmin sənəd mütəxəssislərə şərait yaratmayan şəxsin məhz Cavabdeh olması qənaətinə gəlməyə qətiyyən əsas verməzdi. Ona görə ki, 1) mütəxəssislərə məhz Cavabdeh şərait yaratmaması həmin məktubda yazılmayıb. 2) Məhkəmədə cavabdehin nümayəndəsi dəfələrlə bildirdi ki, cavabdeh daimi olaraq 1213 saylı bağda yaşayır və bu günədək həmin ünvana heç bir mütəxəssis gəlməmişdir, eləcə də, Cavabdeh şəraitin yaradılması barədə nə yazılı, nə də şifahi hər hansı müraciət olunmamışdır. İddiaçı da belə bir müraciətin olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda cavabdehin adının qeyd olunmadığı məktub əsasında mütəxəssisə şərait yaratmayan şəxsin məhz cavabdeh olması barədə hakimin gəldiyi qənaətin əsası (sübutu) yoxdur.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-599/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), C.C.Musayeva və F.V.Abdıyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birin ci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsnin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi istər adları çəkilən tərəflər arasında mövcud olmuş razılığa, istərsə də həmin razılıq əsasında bağlanmış müqavilələrə əsasən X8 və Cavabdeh mübahisəli torpaq sahəsinin bölgüsünü aparmış, sonuncu da həmin razılaşma əsasında məhz müqavilə üzrə göstərilən 0,12 ha sahə üzərində hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Digər, yəni X8 ilə bağlanılan müqaviləyə əsasən ona ayrılmış torpaq sahəsi üzrə isə hazırda onun vərəsəsi müvafiq qeydiyyatın aparılmasına cəhd etsə də, cavabdehin buna maneələr törədərək ölçü işlərinin aparılmasına şərait yaratmamışdır.
23. Bununla yanaşı o da q eyd edilməlidir ki, işin faktiki hallarında adı çəkilən məhkəmə aktlarndan da göründüyü kimi hazırki iş üzrə Cavabdeh mübahisəli 1213 nömrəli bağ sahəsinə dair tərtib olunmuş torpaq sahəsinin plan-ölçüsünün ləğv edilməsi və sözügedən bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi tələbinə dair iddiası da qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən təmin olunmamış, nəticədə həmin sahəyə dair mülkiyyət hüquqları bu və ya digər formada öz təsdiqini tapmamışdır.
24. Məhkəmə nəticədə göstərmişdir ki, cavabdehin hazırda mübahisəli torpaq sahəsi ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına (mühəndisləri) baxış və inventarlaşdırm a işlərinin (ölçü işlərinin) aparılmasına maneə törətməsi üçün hər hansı qanuni və hüquqi əsası mövcud olmamışdır.
25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 158.2, 158.4, 164.1, 164.2 və 165.1-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırılmışdır ki, X11 cavabdehə satdığı 1213 saylı bağ sahəsinə dair hazırda həmin alqı-satqının ziddinə olaraq istər Rafiq Kazımovun, istərsə də onun vərəsələr inin adına hansısa əmlak hüquqlarının əldə olunması, eləcə də, bu istiqamətdə edilən hərəkətlər birmənalı olaraq hüquqdan sui-istifadədir ki, bu da qanunsuzdur. Lakin məhkəmə tərkibi bu maddi əsası hazırkı işdə tətbiq etməmişdir.
28. Apellyasiya məhkəməsi qətnaməsində apellyasiya şikayətinin DƏDRX-nin xx.xx.2014-cü il tarixli məktubu ilə bağlı dəlilinə heç bir qiymət verməmişdir. Lakin qətnaməsində DƏDRX-nin xx.xx.2014-cü il tarixli məktubunu da sübut kimi göstərməmişdir. Başqa sözlə, hazırkı mülki işin materiallarında Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən 0,12 ha ölçüdə 1213 nömrəli bağ sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına (mühəndi slərinə) baxış və inventarlaşdırma işlərinin (ölçü işlərinin) aparılmasına Cavabdeh tərəfindənhər hansı maneənin yaradılmasını təsdiq edən heç bir sübut mövcud deyildir. Cavabdeh tərəf də bu halı qəbul etməmiş və göstərmişdir ki, bu günədək mübahisəli bağ sahəsinə 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarının baxış keçirilməsi üçün ona yazılı və şifahi heç bir müraciət olmamışdır və bu məqsədlə həmin bağa heç bir əməkdaş gəlməmişdir. Beləliklə, iddiaçı öz tələbini sübuta yetirə bilmədiyi halda, məhkəmə tərkibinin qətnaməsinin 35 və 36-cı paraqraflarında gəldiyi “cavabdeh buna maneələr törədərək ölçü işlərinin aparılmasına şərait yaratmamışdır”, “cavabdeh iddiaçının həmin sahə üzrə hüquqlarını dövlət qeydiyyatına aldıra bilməsi üçün zəruri olan prosedurlara mane törətməsinin faktiki və hüquq i əsaslarını sübut edə bilməmişdir” kimi nəticələrinin prosessual əsasları yoxdur, bu nəticə qanunsuz və əsassızdır.
29. Bundan əlavə, məhkəmə tərkibi qətnaməsində MPM-in 82.3-cü maddəsinə və Bakı Apellyasiya Məhkəməsinin hazırda da qüvvədə olan 2(103)-2400/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə istinad etsə də, mülki işin elektron icraat materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin hazırda da qüvvədə olan 2(103)-2400/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsində müəyyən edilmiş aşağıdakı faktları görməzdən gəlmişdir. Məhkəmə tərkibi qüvvədə olan məhkəmə aktı ilə sübut olunmuş bu hallarla ziddiyyət təşkil edən “35. Göründüyü kimi istər adları çəkilən tərəflər arasında mövcud olmuş razılığa, istərsə də həmin razılıq əsasında bağlanmış müqavilələrə əsasən X8 və Cavabdeh mü bahisəli torpaq sahəsinin bölgüsünü aparmış, sonuncu da həmin razılaşma əsasında məhz müqavilə üzrə göstərilən 0,12 ha sahə üzərində hüquqlarını dövlət qeydiyyatına aldırmışdır” kimi qanunsuz əsaslandırmaya yol verərək, kobud prosessual pozuntu edərək, qeyri-obyektiv və qanunsuz nəticəyə gəlmişdir.
30. Həmçinin məhkəmənin istinad etdiyi inzibati işlər üzrə olan məhkəmə aktlarının hazırkı mülki iş üzdə hər hansı preyudisial qüvvəsi olmamaqla yanaşı, həmin məhkəmə aktları hazırkı iddianı təsdiq edən sübut kimi də qiymətləndirilə bilməz. Çünki cavabdehin 1213 saylı bağ sahəsinə dair hazırda mülkiyyət hüququnu qeydə aldıra bilməməsi, bu iddiaya heç bir əsas yaratmır. Başqa sözlə, cavabdeh 1213 saylı bağ sahəsi üzərində hüququnu qeydə aldıra bilməyibsə, bu o demək deyil ki, cavabdehin pul verib aldığı, illərdir sahiblik və istifadə etdiyi həmin bağ sahəsi iddiaçıya verilməli, yaxud, iddiaçının həmin bağa hansısa hüququnun yaranmasına əsas olmalıdır. b)
31. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
34. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülki yyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
35. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
36. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
37. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
38. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edil miş qüvvəsi yoxdur.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxla nılmalıdır. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılır. Kassasiya in stansiyaçı məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelly asiya instansiyası məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
32. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrind ən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
33. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxıla rkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Salayev Vaaqif Şahverdi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-599/2025 nömrəli iş üzrə 15 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.