Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-160/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma 03.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili Vəkil1, Cavabdeh1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1351/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 03 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Zaqatala rayonu AİK-ın 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsaəsn onun və ailəsinin mülkiyyətinə verilmiş 2,84 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması və həmin torpaq sahəsi üzərində istifadə hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmasını və həmin torpaq sahəsi üzərində istifadə hüququnun təmin edilməsini tələb etdiyi Zaqatala rayonu AİK-ın 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsasən onun və ailəsinin mülkiyyətinə verilmiş 2,84 ha torpaq sahəsinin çoxillik əkmələrdən ibarət 1,0226 ha hissəsi 03.10.2018-ci il tarixli çıxarışa əsasən onun, arvadı X1, onun və cavabdehlərin atası X və anası X2 mülkiyyətindədir. Onlardan X 17 iyun 1996- cı ildə, X3 isə 12 mart 2010-cu ildə vəfat etmişdir. Çoxillik əkmələrdən ibarət 1,0226 ha torpaq sahəsinin ½ hissəsi iddiaçı və cavabdehlərin valideyinlərinin mülkiyyətində olmuşdur. Onların ataları X öldükdən sonra ondan miras qalmış hissəni anaları X3 qəbul etmiş və ölməmişdən əvvəl həmin sahədən cavabdehlərin hər birinə təqribən 0,16-0,17 ha torpaq sahəsində yerləşən 20 ədəd fındıq kolu vermişdir ki, həmin fındıq kollarının məhsulunu cavabdehlər yığmışdır. Cavabdehlər X2 ölümündən sonra da, həmin sahədən istifadə etmiş, fındıq məhsulunu yığmışlar. Bununla da, onlar valideyinlərindən miras qa lmış təqribən 0,51 ha torpaq sahəsini miras kimi iddiaçı ilə birlikdə qəbul etmişlər. Cavabdeh1 istifadə etdiyi torpaq sahəsinin ölçülərinin 0,1633 ha olması 12.12.2018-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir. 3. "xxxx" MMC tərəfindən verilmiş 27 avqust 2020-ci il tarixli 273 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, hüquqmüəyyənedici sənədlər əsasında İddiaçı məxsus, sahələri 1.7799 ha və 1.0226 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ölçüləri və coğrafi yerləşməsi ArcMap proqramı vasitəsilə hazırlanan ortofoto planlarda izahlı şəkildə göstərilmişdir. İddiaçıya məxsus hər iki torpaq sahələri ayrı-ayrı ərazilərdə yerləşir və onlar arasında məsafə 5332 metr təşkil edir. Tərəflərin iştirakı ilə ekspertiza baxışı zamanı iddiaçıya məxsus, R X seriyalı ******* nömrəli çıxarış və A seriyalı 321830 nömrəli plan ölçü sənədlərində olan koordinatlar üzrə 1.0226 ha olan torpaq sahəsində cavabdehlər tərəfindən hər hansı bir vasitə ile (çəpər, hasar) məhdudlaşdırma halına rast gəlinməmişdir. Lakin baxış zamanı Cavabdeh2 bildirdi ki, biz də, yəni özü və qardaşı Cavabdeh1 bu 1.0226 ha torpaq sahəsindən pay istəyirik.
4. İddiaçı bildirir ki, Zaqatala rayonu AİK-ın 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsaəsn onun və ailəsinin mülkiyyətinə 2,84 ha torpaq payı verilmişdir. Bundan başqa 0,24 ha həyətyanı torpaq sahəsi də mülkiyyətlərinə verilmişdir. Atası X 17 iyun 1996-cı ildə, anası X3 isə 16 mart 2010-cu ildə vəfat etmişlər. Onların sağlığında və ölümüdən sonrada təsərrüfatınüzvü olduğu üçün həmin torpaq sahəsindən o və ail əsi istifadə etmişdir. Cavabdeh1 torpaq islahatınadək Kəpənəkçi kəndində qeydiyyatdan çıxaraq başqa yerə daimi yaşamağa getdiyi üçün onun adına Kəpənəkçi kəndində torpaq payı verilməmişdir. O, Zaqatala rayonunun Fındıqlı kəndində yaşadığı üçün ona və onun ailəsinə həmin yerdə torpaq payı verilmişdir. Digər Cavabdeh2 uzun illərdir ki, Rusiya Federasiyasında yaşayır və RF vətəndaşı olduğu üçün ona islahatla əlaqədar torpaq payı verilməmişdir. Cavabdehlər heç bir qanuni əsas olmadan onların mülkiyyətində olan torpaq sahəsini ələ keçirərək ona bildirmişlər ki, ata-anasından qalan payı istifadə etməlidirlər. Cavabdehlər atrıq 7-8-ildir ki, onların pay torpaq sahəsində qanunsuz istifadə etməklə onların istifadə hüquqlarını pozurlar.
5. Cavabdeh1 bildirir ki, İddiaçı adına olan Çıxarışda torpaq s ahəsi 1,0226 ha göstərildiyi halda cavabdehlərin 2,84 ha torpaq sahəsindən çıxarılmasını tələb etməsi əsassızdır.
6. Cavabdeh2 heç bir üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat
7. Zaqatala Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(033)-74/2019 nömrəli qətnaməsi ilə (hakim E.H.Məmmədov) iddia təmin edilmiş, Zaqatala rayonu AİK-ın 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsasən İddiaçı və ailəsinin mülkiyyətinə verilmiş 2,84 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları və iddiaçının həmin torpaq sahəsi üzərində istifadə hüququnun təmin edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəmə si qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpaq sahəsi iddiaçının ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Cavabdehlərin isə həmin torpaq sahəsi üzərində hər hansı hüququn (istifadə, mülkiyyət və s.) olmasını təsdiq edən sübut yoxdur.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157ci, Mülki Prossesual Məcəllənin 9.1, 14.2, 77.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermişdir.
11. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2(107)-51/2020 nömrəli qətnaməsi ilə (hakim Ə.T.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Əsədlidən və A.A.Mahmudovdan ibarət tərkibdə) Cava bdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 20 fevral 2019cu il tarixli, 2(033)-74/2019 nömrəli qətnaməsi iddianın Cavabdeh1 aid təmin edilmiş hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və onun istifadə hüququnun təmin edilməsi” tələbinə dair iddiası Cavabdeh1 aid hissədə təmin edilməmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmasını və həmin torpaq sahəsi üzərində istifadə hüququnun təmin edilməsini tələb etdiyi Zaqatala rayonu AİK-ın 25 sentyabr 2003-cü il tarixl i 110 saylı qərarına əsasən onun və ailəsinin mülkiyyətinə verilmiş 2,84 ha torpaq sahəsinin çoxillik əkmələrdən ibarət 1,0226 ha hissəsi 03.10.2018-ci il tarixli çıxarışa əsasən iddiaçının, iddiaçının arvadı X1, iddiaçının və cavabdehlərin atası X və anası X2 mülkiyyətindədir. Onlardan X 17 iyun 1996- cı ildə, X3 isə 12 mart 2010-cu ildə vəfat etmişdir. Çoxillik əkmələrdən ibarət 1,0226 ha torpaq sahəsinin ½ hissəsi iddiaçı və cavabdehlərin valideyinlərinin mülkiyyətində olmuşdur. Onların ataları X öldükdən sonra ondan miras qalmış hissəni anaları X3 qəbul etmiş və ölməmişdən əvvəl həmin sahədən cavabdehlərin hər birinə təqribən 0,16-0,17 ha torpaq sahəsində yerləşən 20 ədəd fındıq kolu vermişdir ki, həmin fındıq kollarının məhsulunu cavabdehlər yığmışdır. Cavabdehlər X2 ölümündən sonra da, həmin sahədən istifadə etmiş, fındıq məhsulunu yığmışlar. Bununla da, onlar valideyinlərindən miras qalmış təqribən 0,51 ha torpaq sahəsini miras kimi iddiaçı ilə birlikdə qəbul etmişlər. Cavabdeh1 istifadə etdiyi torpaq sahəsinin ölçülərinin 0,1633 ha olması mütəxəssis rəyi ilə müəyyən edilmişdir. Göründüyü kimi cavadeh-hazırki iş üzrə apelyator özünün miras kimi qəbul etdiyi çoxillik əkmələrin yerləşdiyi torpaq sahəsindən istifadə edir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19.04.2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2(107)51/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
15. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, cavabdehin Mülki Məcəllənin 1243-cü maddəsində göstərilən üsullardan hər hansı biri ilə mirası qəbul edilməsinə dair hər hansı sübut işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamış və mirasın qəbul edilib-edilməməsi, bununla bağlı qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavabdeh tərəfindən riayət edilməsi ümumiyyətlə hazırki mübahisənin predmetini təşkil etməmiş, məhkəmə isə gəldiyi nəticəni əsaslandırmaq üçün buna dair müvafiq maddi hüquq normalarına istinad etməmişdir.
16. Əksinə, müəyyən olunur ki, mübahisələndirilən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində cavabdehin hər hansı hüququ qeydə alınmamışdır.
17. Məhkəmə kollegiyası izah etmişdir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
18. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadal anan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
19. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya baxışının hədləri ilə bağlı prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
20. Belə ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının hədlərini müəyyən edərkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmədiyindən ona münasibətdə araşdırma aparılmamışdır.
21. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin nəticə hissəsində iddianı apel yatora münasibətdə rədd etməklə yanaşı, birinci instansiya məhkəməsinin qətnaməsinin qalan hissəsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
22. Bununla da, apellyasiya icraatı qaydasında birinci instansiya məhkəməsinin qətnaməsinə tamlıqla, apellyasiya şikayəti verməmiş tərəflərə aid hissədə də hüquqi qiymət verilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
23. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1351/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.Eyvazov (sədrlik edən və məruzəşi) ilə, hakimlər G.Abbasov və İ.Şükürov) Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(033)74/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. 2
4. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırda mübahisə predmeti torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Bu torpaq sahəsində iddiaçının mülkiyyət hüququnu təsdiq edən Çıxarış mövcuddur. Həmin Çıxarışa əsasən məlum torpaq sahəsi iddiaçının ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətinə verilmişdir. Lakin, hazırkı vəziyyətdə iddiaçı qanuni mülkiyyətində olan bu torpaq sahəsindən sərbəst istifadə edə bilmir. İddiaçının həmin torpaq sahəsində mülkiyyət hüququ cavabdehlər tərəfindən pozulmuş, nəticədə iddiaçının torpaq sahəsi üzərində sahibliyinə və istifadəsinə maneə yaradılmışdır. İşin bu faktiki halı iş materiallarında olan mütəxəssis rəyi ilə təsdiq olunur.
25. İş üzrə Cavabdeh1 X kəndində yaşayır, digər Cavabdeh2 isə X kəndində qeydiyyatd a olsa da, Rusiya Fedrasiyasında yaşayır. Mübahisələndirilən torpaq sahəsi iddiaçının ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Cavabdehlərin isə həmin torpaq sahəsi üzərində hər hansı hüququnun (istifadə, mülkiyyət və.s.) olmasını təsdiq edən sübut, o cümlədən miras mülkün faktiki qəbul edilməsi barədə kollegiyaya heç bir sübut təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsini və həmin hissədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və pos essual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
30. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.
31. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
32. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
33. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır (maddə 416).
34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin aktının ona aid hissədə ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı mübahisələndirilən hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
36. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). (maddə 1159.1)
37. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2)
38. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. (maddə 1243.3)
39. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. ( maddə 1255) Mülki Prosessual Məcəllə
40. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
41. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
42. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
43. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
44. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
45. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. (maddə 417.1.4)
46. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir k i, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 torpaq sahəsindən çıxarılması hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.
48. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 torpaq sahəsindən çıxarılması hissəsində qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. (42-43)
49. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmasını və həmin torpaq sahəsi üzərində istifadə hüququnun təmin edilməsini tələb etdiyi Zaqatala rayonu AİK-ın 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsasən onun və ailəsinin mülkiyyətinə verilmiş 2,84 ha torpaq sahəsinin çoxillik əkmələrdən ibarət 1,0226 ha hissəsi 03.10.2018-ci il t arixli çıxarışa əsasən iddiaçının, iddiaçının arvadı X1, iddiaçının və cavabdehlərin atası X və anası X2 mülkiyyətindədir. Onlardan X 17 iyun 1996-cı ildə, X3 isə 12 mart 2010-cu ildə vəfat etmişdir. Çoxillik əkmələrdən ibarət 1,0226 ha torpaq sahəsinin ½ hissəsi iddiaçı və cavabdehlərin valideyinlərinin mülkiyyətində olmuşdur. Onların ataları X öldükdən sonra ondan miras qalmış hissəni anaları X3 qəbul etmiş və ölməmişdən əvvəl həmin sahədən cavabdehlərin hər birinə təqribən 0,16-0,17 ha torpaq sahəsində yerləşən 20 ədəd fındıq kolu vermişdir ki, həmin fındıq kollarının məhsulunu cavabdehlər yığmışdır. Cavabdehlər X2 ölümündən sonra da, həmin sahədən istifadə etmiş, fındıq məhsulunu yığmışlar. Bununla da, onlar valideyinlərindən miras qalmış təqribən 0,51 ha torpaq sahəsini miras kimi idd iaçı ilə birlikdə qəbul etmişlər. Cavabdeh1 istifadə etdiyi torpaq sahəsinin ölçülərinin 0,1633 ha olması 12.12.2018-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir.
50. Göründüyü kimi Cavabdeh1 anasında miras qalmış torpaq sahəsini faktiki olaraq qəbul etmiş və özünün miras kimi qəbul etdiyi çoxillik əkmələrin yerləşdiyi torpaq sahəsindən istifadə edir.
51. Bununla bağlı qeyd edilməlidir ki, mübahisə predmeti olan torpaq sahəsi 03.10.2018-ci il tarixli çıxarışa əsasən yalnız iddiaçının deyil eyni zamanda hazırkı iş üzrə tərəflərin valideynlərinin mülkiyyətində olduğundan, tərəflərin valideynlərinin hər ikisi vəfat etdiyindən və mübahisəli torpaq sahəsinin sonuncuların mülkiyyətində olan hissəsinə münasibətdə vərəsəlik məsələsi həll edilmədiyindən Cavabdeh1 mübahisəli torpaq sahəsində n çıxarılmasına dair iddia təmin edilə bilməz.
52. Belə ki, iddiaçı və cavabdehlərin valideynlərinin ölümündən sonra onlardan miras qalmış əmlaklara, o cümlədən mübahisəli torpaq sahəsinin sonuncuların mülkiyyətində olan hissəsinə münasibətdə birinci növbəli qanuni varisi kimi iddiaçı ilə bərabər həm də Cavabdeh1 qalmış və o da iddiaçı ilə birlikdə faktiki olaraq mirası, yəni mübahisəli torpaq sahəsini qəbul etmişdir.
53. Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
54. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verd ikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
55. Bu isə onu deməyə əsas verir ki, hazırkı iş üzrə iddianın Cavabdeh1 münasibətdə təmin edilməsi gələcəkdə mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı vərəsəlik məsələsinin həll edilməsi zamanı Cavabdeh1 hüquq və qanuni manafelərinin pozulmasına səbəb olaraq, mübahisənin həlli zamanı qeyri-müəyyənlik yaradacaqdır.
56. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi işin bütün hallarını araşdırsa da həmin hallara düzgün hüquqi qiymət verməmiş, nəticədə iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir.
57. Mülki Prossesual Məcəllənin 417.1.4-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər
58. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1351/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 torpaq sahəsindən çıxarılması hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.