Məhkəmə qərarları › İş №2(102)-1600/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-1600/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1600/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6325/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti nəzərdən keçirilərkən məlum oldu ki, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – MPM ) nəzərdə tutulmuş tələblərə cavab vermir. Qeyd olunmalıdır ki, İddiaçı tərəfindən eyni qətnamədən verilmiş kassasiya şikayəti 19 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olmuş və 13 yanvar 2023-cü tarixli qərardadla qeyri-mümkün hesab edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, kassasiya şikayətində bəzi maddi və prosessual hüquq normalarının pozulmasının ümumi ifadələrlə qeyd edilmiş, konkret iş üzrə maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi və ya pozulmasının nədən ibarət olması əsaslandırılmamışdır. Hazırda İddiaçı əvvəlki kassasiya şikayətində yol verilmiş nöqsanları aradan qaldırmadan, yalnız bəzi abzasların yerini dəyişərək, eyni məzmunlu kassasiya şikayətini yenidən məhkəməyə təqdim etmişdir. MPM-ə əsasən, kassasi ya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (408.1.5). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (407.2). Mövcud hal mübahisələndirilən məhkəmə akt ı üzrə kassatorun dəlillərini müəyyən etməyə və bununla da kassasiya icraatının həyata keçirilməsinə imkan vermir. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-in 404-1.2, 407-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6325/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar