Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1600/2024 23.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ iş № 2(102)-1600/2024 (Açar sözlər: Torpaq sahəsindən çıxarılma, maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (üçüncü şəxslər x) qarşı mülkiyyətində olan torpaq sahəsinin qanunsuz istifadədən azad olunması, vurulmuş maddi ziyanın, əldən çıxmış faydanın ödənilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və torpaq sahəsində inşa edilmiş çəpərin sökülməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-450/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayətinə 23 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 17.05.2021-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcılar X8, X12, X3 rayonu, Ərçivan kəndində yerləşən ümumi sahəsi 0,3696 ha olan torpaq sahəsini İddiaçı (bundan sonra iddiaçı) 4.000 manata satmışlar. 2. 07 iyun 2021-ci il tarixli ********** saylı çıxarışa əsasən, Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,3696 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmışdır.
3. A stara Rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2003-cü il tarixli 6 saylı qərarına əsasən A № 492280 saylı torpaq sahəsinin planı və ölçüsü ilə Cavabdeh (bundan sonra cavabdeh) Astara rayonu, Ərçivan kəndi ərazisində 349 kv.m torpaq sahəsi verilmişdir. 4. 04 oktyabr 2021-ci il tarixli çıxarışa əsasən, Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,4995 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində X5 adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ********** saylı çıxarışla mülkiyyətində olan Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən 0.3696 hektar torpaq sahəsinin cavabehin qanunsuz istifadəsindən azad edilməsi, qanunsu z istifadə olunan torpaq sahəsindən ona vurulmuş 3000 manat maddi ziyanın, 2000 (iki min) manat əldən çıxmış faydaya görə pul tələbinin və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini işin hallarına uyğun əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçıya verildikdən sonra o, mülkiyyətdə olan həmin sahəni çəpərə alaraq oradan istifadə etmək, müxtəlif tərəvəz bitkiləri əkib becərmək, sonrada satıb ailəsini dolandırmaq, həmçinin ordakı otu biçib öz mal-qarasına vermək istəmiş, lakin torpaq sahəsinin onun mülkiyyətində olmasına baxmayaraq, cavabdeh torpaq sahəsini zəbt etmiş, orada olan otu biçib özü satmaq istəmişdir. Belə olan halda, iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət h üquqları pozulmuşdur. Dəfələrlə cavabdehdən torpaq sahəsinin azad edilməsini tələb etsə də, bir nəticə əldə edə bilməmişdir. Torpaq sahəsindən istifadə edə bilmədiyi müddətdə iddiaçıya 3000 (üç min) manat məbləğində maddi ziyan və 2000 (iki min) manat məbləğində əldən çıxmış faydaya görə ziyan dəymişdir.
7. Cavabdeh iddia tələbinə qarşı etirazını bildirərək izahatında qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etməmişdir. O, mübahisəli torpaq sahəsini həmin torpağın mülkiyyətçilərindən icarəyə götürmüş və həmin torpaq sahəsində 800 ədəd qoz ağacı, 250 ədəd fındıq ağacını əkib becərmişdir. Həmçinin mütəxəssis rəyi ilə razı olmadığını bildirərək o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Azərbaycan Respublikası “X13”-nin 07 yanvar 20 22-ci il tarixli, 546 nömrəli mütəxəssis rəyinə əsasən AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ********** saylı, 07 iyun 2021-ci il tarixli çıxarışla iddiaçıya Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində verilmiş 0.3696 hektar torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir. Bununla yanaşı, Astara rayonu, Ərçivan kəndinin Kompleks Yerquruluşu Layihəsinə əsasən həmin 0.3696 hektar torpaq sahəsinin layihə üzrə 1478 saylı konturu əsasında faktiki döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Astara Rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2003-cü il tarixli 06 saylı qərarına əsasən A № 492280 saylı Torpaq sahəsinin planı və ölçüsü ilə cavabdehə Astara rayonu, Ərçivan kəndi ərazisində verilmiş 349 kv.m torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir. Bununla yanaşı Astara rayonu, Ərçivan kəndinin Kompleks Yerquruluşu Layihəsinə əsasən həmin 0.0349 hektar torpaq sahəsinin layihə üzrə 889M konturu əsasında faktiki döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya ********** saylı, 07 iyun 2021-ci il tarixli çıxarışla iddiaçıya Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində verilmiş 0,3696 hektar torpaq sahəsi cavabdeh tərəfindən tam həcmdə istifadə edilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ********** saylı 07 iyun 2021-ci il tarixli çıxarış la iddiaçıya Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində verilmiş 0.3696 hektar torpaq sahəsi ilə Astara Rayon Agrar İslahat Komissiyasının 24 noyabr 2003cü il tarixli 06 saylı qərarına əsasən A N9 492280 saylı Torpaq sahəsinin plan va ölçüsü ilə cavabdehə Astara rayonu, Ərçivan kəndi ərazisində verilmiş 349 kv.m torpaq sahəsi üstüstə düşmür. Belə ki, mübahisələndirilən torpaq sahələri bir-birindən 2,9 kilometr aralı məsafədə yerləşir. Ekspertiza xərcini təşkil edən 300 (üç yüz) manat məbləğindəki pulu iddiaçı tərəfindən ödənilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2022-ci il tarixli, 10/744 məlumatından məlum olmuşdur ki, Azərbaycan Respublikası İqtisad Nazirliyi yanında ƏMDX-nin mütəxəssis rəyinin mərkəzə təqdim olunması zəruri oldu ğuna görə 04 fevral 2022-ci il tarixdə məhkəməyə vəsatət göndərilmiş, lakin mütəxəssis rəyi mərkəzə daxil olmadığından ekspertizanın keçirilməsindən imtina edilmiş və iş üzrə materiallar icrasız geri qaytarılmışdır.
10. Astara Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(018)-55/2022 nömrəli iş üzrə 26 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddianı qismən təmin edərək, iddiaçıya məxsus 0.3696 hektar torpaq sahəsini cavabdehin qanunsuz sahibliyindən azad edilərək, iddiaçıya verilmiş və həmin torpaq sahəsində inşa edilmiş çəpər cavabdehin öz vəsaiti hesabına sökülməsi, o cümlədən iddianın qalan hissədə əsassız olduğuna görə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahə si cavabdeh tərəfindən zəbt edilmişdir. Belə ki, Azərbaycan Respublikası “X13”-nin 07 yanvar 2022-ci il tarixli, 546 nömrəli mütəxəssis rəyinə əsasən AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya ********** saylı, 07 iyun 2021-ci il tarixli çıxarışla iddiaçıya Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində verilmiş 0.3696 hektar torpaq sahəsinin cavabdeh tərəfindən tam həcmdə istifadə edilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ********** saylı 07 iyun 2021-ci il tarixli çıxarışla iddiaçıya Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində verilmiş 0.3696 hektar torpaq sahəsi ilə Astara Rayon Agrar İslahat Komissiyasının 24 noyabr 20 03-cü il tarixli 06 saylı qərarına əsasən A N9 492280 saylı Torpaq sahəsinin plan va ölçüsü ilə cavabdehə Astara rayonu, Ərçivan kəndi ərazisində verilmiş 349 kv.m torpaq sahəsi üst-üstə düşmür. Belə ki, mübahisələndirilən torpaq sahələri bir- birindən 2.9 kilometr aralı məsafədə yerləşir. Ona görə də, torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindən azad edilməli və həmin zəbt edilmiş torpaq sahəsində inşa edilmiş çəpər cavabdehin öz vəsaiti hesabına sökülməlidir. Lakin iddianın “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbi barədə” hissəsi təmin edilməməlidir. Çünki iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən azad edildikdən sonra cavabdehin qanunsuz və özbaşınalıq hərəkətləri iddiaçıya qarşı davam edilməsi faktı məhkəmədə öz təsdiqini tapmamışdır.
12. Məhkəmə onuda qeyd etmişdir ki, iddiaçı qanunsuz istifadə olunan torpaq sahəsindən ona vurulmuş 3000 (üç min) manat ziyanı və əldən çıxmış fayda olaraq 2000 (iki min) manat ziyanı cavabdehdən tələb etsə də, məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona qeyd edilən məbləğdə ziyan dəyməsi barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Ona görə də, iddia bu hissədə təmin edilməməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyas 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1,21.2,152.1,152.2, 386.1, 1096.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1,111.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası mə hkəməsində icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmədə torpaq sahəsini zəbt etmədiyini, istifadə etdiyi torpaq sahəsinin arvadı X5 mülkiyyətində olduğunu məlumat vermiş, məhkəmə həmin məlumatı yoxlamaqdan imtina etmişdir. Mübahisəli torpaq sahəsi nikah dövründə əldə edildiyindən Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ondan istifadəsi qanunidir. Mübahisəli torpaq sahəsi Astara rayonunun Ərçivan qəsəbəsinin sakini X6 mülkiyyətində olmuş, torpaq sahəsini 2017-ci ildən sonuncu ilə aralarında bağlanmış və məhkəməyə təqdim etdiyi icarə müqaviləsinə əsasən 5 illik icarəyə götürmü şdür. İddiaçı torpaq sahəsini X7 alqı-satqı müqaviləsinə əsasən almışdır. Torpaq sahəsi icarə müqaviləsi əsasında istifadəsində olduğu müddətdə mülkiyyətçi X14 tərəfindən buna etiraz olmamışdır. Bu fakt təsdiq etmişdir ki, o, iddiaçının mülkiyyətinə keçmiş torpaq sahəsindən istifadə etməmişdir. Çıxarışa əsasən 0,4995 ha torpaq sahəsi X5 mülkiyyətindədir. İddiaçının dediyinə görə əgər zəbt etdiyi torpaq sahəsi onun mülkiyyətindədirsə, X5 mülkiyyətində olan torpaq sahəsi harada yerləşir, koordinatlarının müəyyən olunması və bunlara görə ekspertiza keçirilməsi tələb olunmuş. Mütəxəssis rəyi ilə razı olmamış və mülki iş üzrə ekspertizanı AR Ədliyyə Nazirliyinin MEM tərəfindən keçirilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə gör ə, mütəxəssis rəyi sübutetmə vasitələri sırasına daxil deyil, yəni mötəbər hesab edilə bilməz. Mülki iş üzrə müəyyən edilməli olan hallar yalnız sübutetmə vasitələrindən əldə edilmiş məlumatlarla təsdiqlənməlidir. Həmin Məcəllənin 64.2-ci maddəsində mütəxəssisin səlahiyyətləri qeyd edilmişdir. Mütəxəssis məhkəməyə texniki kömək göstərən şəxsdir. Bunu MPM-nin 65-ci maddəsi də təsdiq edir. Mütəxəssis rəyi ekspert rəyini əvəz etmir. Qanun ekspertdən obyektiv rəy verməyi tələb edir. Mütəxəssisin üzərinə qanun belə bir tələb qoymamışdır. Obyektivliyi təmin etmək məqsədi ilə bilə-bilə yalan rəy verməyə görə ekspertin cinayət məsuliyyəti nəzərdə tutulmuşdur (AR MPM-nin 63.4-cü maddəsi). Ona görə də, iş üzrə mütəxəssis rəyi mötəbər sübut hesab edilə bilməz. Qətnamə həmin rəyə əsaslandığından qan uni və əsaslı hesab edilə bilməz.
16. Apellyasiya məhkəməsi tərəfindən iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu və kadastrı ekspertizası üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X25nin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis və Məhkəmə Ekspertiza Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli ekspert rəylərinə əsasən: 17. a)hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 07 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və **********73 reyestr nömrəli “torpaq sahəsinin planı və ölçüsü” ilə iddiaçının xüsusi mülkiyyətində olan Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən 0,3696 ha olan torpaq sahəsinin, Astara rayon AİKnın xx.xx.2003-cü il tarixli 06 saylı qərarına əsasən 492280 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” ilə cavabdehə Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində verilmiş 349 kv.m torpaq sahəsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 04 oktyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və **********50 reyestr nömrəli “torpaq sahəsinin planı və ölçüsü” ilə X5 xüsusi mülkiyyətində olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,4995 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir. İddiaçının xüsusi mülkiyyətində olan Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən 0,3696 ha olan torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən olunmuşdur. Cavabdehə Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində verilmiş 349 kv.m torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidən kənarda qə səbənin digər yerində yerləşməsi, X5 xüsusi mülkiyyətində olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,4995 ha torpaq sahəsinin mübahisəli ərazidə çevrəsində yerləşməsi müəyyən olunmuşdur. 18. b)Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 07 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və **********73 reyestr nömrəli “torpaq sahəsinin planı və ölçüsü” ilə iddiaçının xüsusi mülkiyyətində olan Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən 0,3696 ha olan torpaq sahəsi ilə Astara rayon AİK-nın xx.xx.2003-cü il tarixli 06 saylı qərarına əsasən 492280 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” ilə cavabdehə Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində verilmiş 349 kv.m torpaq sahəsi və 04 oktyabr 2021-ci il tarixli ********** qeydiyyat nö mrəli çıxarış və **********50 reyestr nömrəli “torpaq sahəsinin planı və ölçüsü” ilə X5 xüsusi mülkiyyətində olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,4995 ha torpaq sahəsinin sənədlərə əsasən üstüstə düşməməsi müəyyən olunmuşdur. Araşdırma zamanı X1 0,4995 ha torpaq sahəsini daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X2 alması müəyyən olunmuşdur.
19. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 07 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və **********73 reyestr nömrəli “torpaq sahəsinin planı və ölçüsü” ilə iddiaçının xüsusi mülkiyyətində olan Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən 0,3696 ha olan torpaq sahəsi ilə Astara rayon AİK-nın xx.xx.2003-cü il tarixli 06 saylı qərarına əsasən 492852 nömrəli “torpaq sahəs inin planı və ölçüsü” ilə X9 Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində verilmiş 899 kv.m torpaq sahəsinin, 493419 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” ilə X15 Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində verilmiş 489 kv.m torpaq sahəsinin, 493418 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” ilə X15 Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində verilmiş 3934 kv.m torpaq sahəsinin və 493417 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” ilə X15 Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində verilmiş 4296 kv.m torpaq sahəsinin üst-üstə düşməməsi müəyyən olunmuşdur. 20.Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X25nin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd olunmuşdur ki, tərəflərin qeyd olunan torpaq sahələrinə dair əvvəllər yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyes trində qeydiyyata alınması ilə bağlı 10 saylı Lənkəran Ərazi İdarəsinə təqdim edilən ərizələr icraata qəbul edilərək sözügedən torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlar və “torpaq sahəsinin planı və ölçüsü” sənədləri torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən tərtib olunmuşdur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq tərtib edilmiş rəqəmsal kadastr xəritəsində məhkəmə predmeti olan torpaq sahəsi Cavabdeh (hüquq sahibi X5) faktiki istifadəsində olan torpaq sahəsi kimi öz əksini tapmışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, ərazidə elektron uçot işləri aparılan zaman sözü gedən torpaq sahəsi X5 faktiki istifadəsində olduğundan, torpaqların elektron kadastr uçotu informasiya sistemində də onun faktiki istifadəsində olan torpaq sahəsi kimi öz əksini tapmışdır. Eyni zamanda, İddiaçı faktiki istifadəsində olan 0, 3696 ha torpaq sahəsinin sözügedən mübahisəli ərazidən orta hesabla 200 metr qərb istiqamətində yerləşməsi müəyyən olunmuşdur. 21.Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2(106)-450/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Allahyarovun sədrliyi və məruzəsi ilə, hakimlər Pərviz Əhmədov və Samir Mayılovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəmsinin qətnaməsi ləğv edilməklə yeni qətnamə qəbul edilmişdir.Belə ki, qətnaməsi mübahisələndirilən hissədə, iddiaçının mül kiyyətinə verilmiş Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən 0.3696 hektar torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilməsi,iddiaçıya verilməsi və həmin torpaq sahəsində inşa edilmiş çəpərin cavabdehin öz vəsaiti hesabına sökülməsi, o cümlədən 300 (üç yüz) manat ekspertiza xərcinin tutulması hissəsi ləğv edilərək iddia tələbi həmin hissədə təmin edilməmişdir. 22.Məhkəmə kollegiyası iş üzrə alınmış mütəxəssis və ekspert rəyinə əsasən müəyyən etmişdir ki, iddiaçının iddia etdiyi və cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi cavabdehin rəsmi nikahda olduğu arvadı X5 xüsusi mülkiyyətində olan torpaq sahəsidir. Belə ki, ərazidə elektron uçot işləri aparılan zaman sözügedən torpaq sahəsi X5 faktiki istifadəsində olduğundan, torpaqların elektron kadastr uçotu info rmasiya sistemində də onun faktiki istifadəsində olan torpaq sahəsi kimi öz əksini tapmışdır. Eyni zamanda, İddiaçı faktiki istifadəsində olan 0, 3696 ha torpaq sahəsinin sözügedən mübahisəli ərazidən orta hesabla 200 metr qərb istiqamətində yerləşməsi müəyyən olunmuşdur. 23. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki, ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zid d olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi ( 2.3.5 bəndi), ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və hə min düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin (2.5-ci bəndi) 24.Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq h azırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən ərazi vahidləri üzrə la yihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur. 25.Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq tərtib edilmiş rəqəmsal kadastr xəritəsində məhkəmə predmeti olan torpaq sahəsi cavabdehin (hüquq sahibi X5) faktiki istifadəsində olan torpaq sahəsi kimi öz əksini tapmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbinin qanuni əsası yoxdur. İddiaçıya “torpaq sahəsinin planı və ölçüsü” texniki sənədində torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən düzəliş edilməsi üçün ərizə ilə 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etməsi tövsiyyə olunmuşdur.
26. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli qətnamə qismən, mübahisələndirilən hissədə, AR ƏMD K yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********73, qeydiyyat nömrəsi ********** saylı, qeydiyyat tarixi 07 iyun 2021-ci il olan çıxarışla iddiaçının mülkiyyətinə verilmiş Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən 0.3696 hektar torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilməsi və iddiaçıya verilməsi, həmin torpaq sahəsində inşa edilmiş çəpərin cavabdehin öz vəsaiti hesabına sökülməsi hissəsində və 300 (üç yüz) manat ekspertiza xərcinin tutulması hissəsində ləğv edilməli və iddia həmin hissədə təmin edilməməlidir.
27. Apellyasiya instansiyası məhkəməsi MM-in 6.1,6.1.4, 148.2, 152.1, 152.5, 157.2, 238.1, 239.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci, MPM-in 14.2, 77.1, 88, 217.4-cü ma ddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülkiyyətində olan torpaq sahəsinin qanunsuz istifadədən azad olunması, vurulmuş maddi ziyanın, əldən çıxmış faydanın ödənilməsi,cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və torpaq sahəsində inşa edilmiş çəpərin sökülməsi tələbi” barədə iddianın yenidən araşdırılması üçün təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Şikayət onunla əsaslandırılmışdır ki, hər iki instansiya məhkəməsində tikinti-texniki ekspertizasının keçirilməsi barədə qərardad qəbul etmişdir. Astara Rayon Məhkəməsinin qərardadı ilə təyin edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, “3-cü sualın cavabı AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ********** saylı xx.xx.2021-ci il tarixli çıxarışla iddiaçı Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində verilmiş 0,3696 ha torpaq sahəsinin cavabdeh tərəfindən tam həcmdə istifadə edilməsi müəyyən olunmuşdur.” Apellyasiya instansiya məhkəməsinin qərardadı ilə təyin edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinin4-cü vərəqinin 3-cü abzasında qeyd edilmişdir ki,... torpaq islahatına dair kompleks yerquluşu lahiyəsinə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ********** qeydiyyat nömrəli çıxarış və **********73 reyestr nömrəli “Torpa q sahəsinin planı və ölçüsü” ilə iddiaçının xüsusi mülkiyyətində olan Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən 0,3696 ha torpaq sahəsinin bütövlüklə cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur.” Həmin rəyin 6-cı vərəqinin 1-ci abzasında qeyd edilmişdir ki, mütəxəssis rəyinə ilə, torpaq islahatına dair kompleks yerquluşu lahiyəsinə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ********** qeydiyyat nömrəli çıxarış və **********73 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə iddiaçının xüsusi mülkiyyətində olan Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən 0,3696 ha torpaq sahəsinin bütövlüklə cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd olu nan nəticəyə gələrkən ilk öncə iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri nəzərə almamış, həmçinin iş materillarında olan sənədləri tam araşdırmadan səhv nəticəyə gəlmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək mübahisəli qətnaməni dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 6.1-6.1.4. Mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsipidir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
33. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
35. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ər azi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
36. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin ii bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərt ərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilən dəlillərlə bağlı qeyd edir ki, ekspert rəyində tərəflərin torpaq sahələrinin sənəd üzrə koordinatlarının üst-üstə düşmədiyi və mübahisəli torpaq sahəsinin iddiaçının hüquqmüəyyənedici sənədlərində göstərilən göstəricilərə uyğun olduğu müəyyən edilsə də, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdfiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informa siya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na əsasən tərtib edilmiş rəqəmsal kadastr xəritəsində həmin torpaq sahəsi X5 torpaq sahəsi kimi qeyd edildiyindən, iddiaçının faktiki istifadəsində olan 0, 3696 ha torpaq sahəsi isə sözügedən mübahisəli ərazidən orta hesabla 200 metr qərb istiqamətində yerləşdiyindən həmin xəritə məlumatlarına müvafiq düzəliş edilmədən mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olması və cavabdehin həmin sahədən çıxarılması barədə nəticəyə gəlmək mümkün deyildir.
50. Apellyasiya məhkəməsi haqlı olaraq, iddiaçıya izah etmişdir ki, “torpaq sahəsinin planı və ölçüsü” texniki sənədində torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən düzəliş edilməsi üçün ərizə ilə 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etsin. Yalnız rəqəmsal kadastr xəritəsində mübahisəli torpaq sahəsinin iddiaçıya məsus olması barədə müvafiq düzəliş edildikdən sonra iddiaçı torpaq sahəsinin boşaldılması tələbini irəli sürə bilər.
51. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləy ən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-450/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.