Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1601/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: “torpaq sahəsindən çıxarılma, tikililərin sökülməsi və pozulmuş mülkiyyət hüququnun bərpası” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlundan (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 Cavabdeh1 qarşı “cavabdehlərin zəbt edilmiş torpaq sahəsindən çıxarılması, tikililərin cavabdehlərin hesabına sökülməsi torpaq sahəsinin təhvil verilməsi maneələrin aradan qaldırılması pozulmuş mülkiyyət hüququnun bərpası” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2022-ci il tarixli 2(103)-356/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli 5/2 saylı qərarına əsasən, Xocasən Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 31 saylı qərarı əsasında alqı-satqı yolu ilə X2 mülkiyyətinə verilmiş 600 kv.m. torpaq sahəsi Binəqədi RİHB-nın Memarlıq xidməti tərəfindən X2 adına təsdiq etdiyi cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə ve rilməsi qərara alınmışdır. 2. 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin 29 dekabr 2016-cı il tarixli 2-1(81)1863/2016 saylı qərarının surətinə əsasən, Binəqədi rayon, X3 Xanım Hüseyn qızına torpaq ayrılmasına dair 18 dekabr 2014-cü il tarixli 13/13 nömrəli qərarı ləğv edilmişdir. Həmin qərardan Cavabdeh1 tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın kadastrı və ünvan reyestri xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı 127636 №-li Çıxarışının müvafiq qaydada təsdiq olunmuş surətinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Xocasən yolu, 26 K torpaq sahəsi ü zrə Cavabdeh2 istifadə hüququ 12 sentyabr 2017-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 1911 nömrəli vərəqində qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın kadastrı və ünvan reyestri xidmətinin 05 may 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli 5/2 saylı qərarı əsasında ayrılmış torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən, tərəflər arasındakı mübahisəli torpaq sahəsi İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli 5/2 saylı qərarı əsasında ayrılmış Bak ı şəhəri, Xocasən ərazi dairəsində yerləşən ümumi sahəsi 600 m2 olan torpaq sahəsi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixli 5/2 saylı qərar əsasında onun mülkiyyətində olan Binəqədi rayon, Xocəsən qəsəbəsində yerləşən torpaq sahəsindən cavabdehlərin çıxarılması, cavabdehlər tərəfindən inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi, cavabdehlər tərəfindən ərazinin boşaldılması, torpaq sahəsinin ona təhvil verilməsi və mülkiyyətinə olan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmı şdır ki, Bakı şəhəri, Binəqədi rayon, Xocəsən Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 31 saylı qərarı ilə Bələdiyyə ərazisindən 600 kv.m torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. Daha sonra Bakı şəhəri, Binəqədi rayon, Xocəsən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 5/2 saylı qərarı ilə həmin torpaq sahəsi Binəqədi RİHB-ın Memarlıq Xidməti tərəfindən X2 adına təsdiq etdiyi cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin bütün ətrafı təxminən 2 metr hündürlüyündə hasara alınmışdır. Bundan sonra iddiaçı tərəfindən hündürlüyü və eni təxminən 3 metr olan açıq qəhvəyi darvaza qoyulmuşdur. 2013-cü ildə həmin torpaq sahəsinə elektrik xətti çəkmək üçün müvafiq quruma müraciət edilmiş və müraciət uyğun texniki şərt əsasında elektrik xətti çəkilmiş və hasarın çöl tərəfində darvazanın yaxınlığında sayğac quraşdırılmışdır. Bu günə qədər həmin torpaq sahəsinə görə vergilər iddiaçı tərəfindən ödənilir. Təxminən 2015-2016-cı illər ərəfəsində həmin torpaq sahəsinin yanında torpaq sahəsi olan Cavabdeh1 özünə məxsus torpaq sahəsində tikinti işləri aparacağını bildirərək ustaların paltar dəyişməsi və yemək hazırlaması məqsədilə ona məxsus torpaq sahəsinə vaqon yerləşdirməsini xahiş etmişdir. O da etiraz etməmiş, Cavabdeh1 tərəfindən torpaq sahəsinə vaqon yerləşdirilmişdir. O, davamlı olaraq torpaq sahəsinə nəzarəti həyata keçirmişdir. xx.xx.2019-cu il tarixdə axşam saatlarında torpaq sahəsinə nəzarət etmək üçün gələn zaman darvazanın yerində olmadığını görmüşdür. Bununla bağlı maraq landığı zaman qonşuluqda yaşayan şəxslər darvazanın Mürşüd tərəfindən götürüldüyünü bildirmişlər. Dərhal Mürşüdlə görüşərək nə məsələ olduğunu soruşanda ona bildirmişdir ki, torpaq sahəsini Mətanət adlı şəxsdən almışdır, hansı ki, saxtalaşdırılıb. Bununla bağlı iddiaçı Binəqədi Rayon Polis İdarəsinə müraciət etmişdir. İş üzrə araşdırma hazırda Bakı Şəhər Polis İdarəsində davam edir. Binəqədi Rayon, Xocəsən Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 68 saylı qərarı ilə Bələdiyyə ərazisindən 500 kv.m. torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. Daha sonra həmin torpaq sahəsi başqa bir neçə torpaq sahəsi ilə birləşdirilərək (68 saylı, 115 saylı, 19 saylı, 24/22 saylı qərar əsasında) ümumilikdə 18 sot torpaq sahəsinə dair Xocəsən Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13/13 saylı qərarı ilə Cavab deh2 mülkiyyətinə keçmişdir. Halhazırda cavabdehlər Binəqədi Rayon, Xocəsən Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 68 saylı qərarını əsas götürərək və həmin qərara saxta cizgi düzəldərək Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 5/2 saylı qərarına əsasən iddiaçıya məxsus olan torpaq sahəsinə iddia edir və həmin torpaq sahəsini zəbt etməklə orada tikinti quraşdırma işləri həyata keçirir. Xocasən Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 68 saylı qərarı başqa torpaq sahəsi ilə bağlıdır. Lakin cavabdehlər 68 saylı qərar üçün hazırladığı cizgini guya iddiaçının torpaq sahəsinə aid olduğunu iddia edərək həmin sahəni zəbt etməkdədirlər. Həmin 68 saylı qərar üzrə torpaq sahəsi qeyd etdiyi kimi digər torpaq sahələri ilə birləşdirilərək Xocasən Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13/13 s aylı qərarı ilə Cavabdeh2 verilmişdir. Xocasən Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13/13 saylı qərarı isə AR ƏMDK yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin iddiası üzrə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə ləğv edilmişdir. Bu qərardan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixliqQərarı ilə şikayət təmin edilməmişdir və qərardan kassasiya şikayəti verilmədiyi üçün qüvvəyə minmişdir. Lakin bu məhkəmə aktları olmasına baxmayaraq, Cavabdeh2 xx.xx.2004-cü il tarixli 68 saylı qərarı əsas tutaraq Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 5/2 saylı qərarına əsasən iddiaçıya məxsus olan torpaq sahəsinə iddia edir. Bununla qalmayaraq xx.xx.2004-cü il tarixli 68 saylı qərara saxta cizgi tərtib edərək iddia edir ki, guya xx.xx.2004-cü il tarixli 68 saylı qərar məhz iddiaçıya məxsus torpaq sahəsinə aiddir. Cavabdehlərin bu əməlləri ilə bağlı hazırda Bakı Şəhər Baş Polis İdarəsində araşdırma gedir. Belə ki, iddiaçı tərəfindən verilmiş şikayət əsasında Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində araşdırma aparılmış və bölmənin təhqiqatçısı Azər Süleymanov tərəfindən xx.xx.2020-ci il tarixdə törədilmiş cinayət haqqında məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərar qəbul edilmişdir. Qərarda göstərilmişdir ki, aparılmış araşdırma zamanı Cavabdeh1 tərəfindən təhqiqat orqanına təqdim edilmiş torpaq sahəsinin X4 mülkiyyətinə verilməsinə dair bələdiyyə qərarının, torpaq alqı-satqısına dair aktın, cizginin və etibarnamənin həmin sənədlərin həqiqiliyinə şübhə doğurur. Buna gö rə də toplanmış materiallar istintaqa göndərilmişdir. Bundan başqa verilmiş sorğu əsasında Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2020-ci ili tarixli məktubu ilə Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2004-cü il tarixli, 68 saylı qərarın və ona əlavə edilmiş cizgi sənədinin Dövlət Arxivinin Bakı Filialında olduğu bildirilmiş və həmin sənədlərin təsdiqli surətləri onlara verilmişdir. Həmin qərar və cizgi sənədinə baxdıqda görünür ki, Dövlət Arxivinin onlara verdiyi cizgi sənədi ilə cavabdehlərin xx.xx.2004-cü il tarixli, 68 saylı qərarı üçün saxta yolla hazırladığı və onlara təqdim etdiyi cizgi sənədi fərqlidir. Həmin saxta cizgi sənədi əsasında iddiaçıya məxsus torpaq sahəsini cavabdehlər zəbt etmi şdir. Cavabdehin sözü gedən torpaq sahəsinə qanunsuz şəkildə müdaxilə etməklə zəbt etməsi nəticəsində iddiaçıya xx.xx.2005-ci il tarixli 5/2 saylı qərar əsasında məxsus olan torpaq sahəsi üzərində sahiblik, istifadə hüququnu həyata keçirə bilmir. O, cavabdehlərdən ona məxsus torpaq sahəsindən çıxmağı və özbaşına inşa edilmiş tikililərin cavabdehlərin hesabına söküb ərazini boşaltmağı tələb etsə də, cavabdehlər tələbinə əməl etməmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 izahatında bildirmişdir ki, həmin torpaq sahəsinə dair Binəqədi Rayonu Xocasən Bələdiyyəsi tərəfindən verilmiş 07 iyul 2004-cü il tarixli, 68 nömrəli qərarı var. İddiaçı tərəf həmin qərarın saxta olduğuna bildirsə də, bununla əlaqədar hər hansı bir sübut təqdim etməmişdir.
8. Məhkəmə iclasında iştirak edən Cavabd eh1 izahatında bildirmişdir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 19, mənzil 30-da ailə üzvləri ilə birlikdə yaşayır. Onun həmin torpaq sahəsinə dair Binəqədi Rayonu Xocasən Bələdiyyəsi tərəfindən verilmiş 07 iyul 2004-cü il tarixli, 68 nömrəli qərarı var. Həmin torpaq sahəsi həmin qərarla Nüşabə xanıma keçmiş, daha sonra Nüşabə xanım onun anası Cavabdeh2 notarial qaydada etibarnamə verməklə torpağı satmış, hazırda isə torpaq onun adınadır. O, torpağın alqı-satqısı ilə bağlı 75000 manat pul vəsaitini torpağın alqı-satqısı ilə məşğul olan Elxan adlı şəxsə vermişdir. Həmin torpaq sahəsini alan zaman hasar olmamış, həmin torpaq sahəsinə 200 maşın torpaq tökdürmüşdür. Bakı İnzibati İqtisad Məhkəməsinin qərarı ilə Cavabdeh2 verilmiş qərar ləğv edilmiş, sonradan həmin torpaq yenidən hissəhissə Cavabdeh2 satılmışdır.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 may 2021-ci il tarixli 2(001)-2111/2021 nömrəli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia tələbi rədd edilmişdir.
10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən iddiaçı ona Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli 5/2 saylı qərarı əsasında 600 m2 torpaq sahəsinin ayrılmasını sübuta yetirsə də, cavabdehin həmin torpaq sahəsinin bir hissəsini zəbt etməsini sübut edə bilmədiyindən onun iddiası təmin oluna bilməz.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 158, 164.2, 16 5.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 107, 119.1, 217.4-cü maddələrinə, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın təmin olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olaraq əsaslandırılmışdır əsaslandırılmışdır.
14. İddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunubolunmadığını müəyyən etmək məqsədilə apellyasiya icraatı zamanı işə baxılarkən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 29 aprel 2022-ci il tarixli 10/2649 saylı rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli 5/2 saylı qərarı əsasında ayrılmış 600 m2 torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən, cavabdehlərin istifadəsində olan, iddia olunan torpaq sahəsinin iddiaçıya Xocasən Bələdiyyəsinin sözügedən qərarı əsasında alqı-satqı yolu ilə verilmiş 600 kv.m2 torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-356/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X10 (sədrlik edən və məruzəçi), X6 və X5) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir..
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı bələdiyyə qərarı əsasında ona ayrılmış torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmasını və özünə məxsus olan torpaq sahəsinin harada yerləşməsini sübut edə bilməmişdir.
18. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
19. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 158, 164.2, 1 65.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 384.0.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Prosessual Məcəllənin tələbinə əsasən, ekspert rəyi məhkəmə üçün məcburi olmamalıdır. Lakin hər iki instansiya məhkəməsi yalnız mütəxəssis və ekspert rəyinə əsaslanaraq, qətnamə qəbul etmişdir. İddiaçı təqdim edilmiş digər sübutlara isə ümumiyyətlə qiymət verilməmişdir. İddiaçı ekspert qarşısında qoyulacaq sual kimi "cavabdehlərə aid daşınma z əmlakın dövlət reyestrindən çıxarış üzrə ona aid olan torpaq sahəsi mübahisə predmetini təşkil edən torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi ilə bağlı" təklif olunmuş sual isə ekspert qarşısında qoyulmamışdır. Halbuki məhkəmə kollegiyası həmin sualın qoyulmasını şifahi olaraq təsdiqləmiş və labüd olduğunu bildirmişdilər. Digər bir hal kimi iddiaçı qeyd etmişdir ki, məhkəmələr tərəfindən cavabdehin mübahisəli torpaq sahəsinə dair təqdim etdiyi sənədlərin mötəbərliyi, düzgünlüyü, saxta olub-olmaması ümumiyyətlə araşdırılmamışdır. Nəticədə iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələn qətnamə qəbul olunmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
23. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
24. Maddə 158. mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
25. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
29. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki il də əldə edildikdə iddia istisna edilir.
26. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktiki sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
27. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
28. Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
27. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 29. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 30. 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 31. 83-cü maddəsinin 1-ci hissəsinə ə sasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 32. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 33. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 34. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilməd ən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qan uni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tu tulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyekt iv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
47. Hazırki mübahisədən aydın olur ki, iddiaçı cavabdehin zəbt edilən torpaq sahəsindən çıxarılmasını, orada aparılmış özbaşına tikilinin sökülməsini tələb edir.
48. İddiaçı mübahisələndirilən 600 kv.m. torpaq sahəsinin Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli 5/2 saylı qərarına əsasən, Xocasən Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 31 saylı qərarı əsasında alqı-satqı yolu ilə X2 mülkiyyətinə verildiyini, bundan sonra 600 kv.m. torpaq sahəsinin Binəqədi RİHB-nın Memarlıq xidməti tərəfindən X2 adına təsdiq etdiyi cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsini qeyd edir.
49. İddiaçı 40-cı bənddə göstərilən torpaq ayırma sənədinin qüvvədə olmasını, torpaq sahəsinin onun tərəfindən müvəqqəti istifadə üçün cavabdeh tərəfə verildiyini və torpaq sahəsindən isə cavabdeh tərəfindən qanuni əsaslar olmadan istifadə edildiyini iddia edir.
50. Cavabdeh tərəf Binəqədi Rayon, Xocəsən Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 68 saylı qərarı ilə Bələdiyyə ərazisindən 500 kv.m. torpaq sahəsi X4 mülkiyyətinə verildiyini, daha sonra həmin torpaq sahəsi başqa bir neçə torpaq sahəsi ilə birləşdirilərək (68 saylı, 115 saylı, 19 saylı, 24/22 saylı qərar əsasında) ümumilikdə 18 sot torpaq sahəsinə dair Xocəsən Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13/13 saylı qərarı ilə Cavabdeh2 mülkiyyətinə keçdiyini göstərir.
51. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr müəy yən etmişlər ki, Xocasən Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13/13 saylı qərarı Azərbaycan Respublikası ƏMDK yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə ləğv edilmişdir.
52. Belə olan halda müəyyən olunur ki, Cavabdeh2 torpaq sahəsinin ayrılmasına əsas olan hüquqmüəyyənedici sənəd ləğv olunmuşdur.
53. İddiaçı göstərir ki, cavabdehlər Binəqədi Rayon, Xocəsən Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 68 saylı qərarını əsas götürərək və həmin qərara saxta cizgi düzəldərək Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 5/2 saylı qərarına əsasən iddiaçıya məxsus olan torpaq sahəsinə iddia edir və həmin torpaq sahəsini zəbt etməklə orada tikinti quraşdırma işləri həyata keçirir. Xocasən Bələdiyyəs inin xx.xx.2004-cü il tarixli 68 saylı qərarı başqa torpaq sahəsi ilə bağlıdır.
54. İşin hallarında aydın olur ki, hər iki tərəf məhz bələdiyyə tərəfindən verilmiş torpaq ayırma sənədlərinə istinad edir. Belə olan halda işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr məhz həmin bələdiyyənin işə cəlb edilməsinin mümkünlüyünü tərəflərlə birlikdə müzakirə etməli, hər bir tərəfin istinad etdiyi sənədin bələdiyyədə mövcud olması, onların qüvvədə olması, qərarların əlavəsi olan və torpağın yerdə quruluşun müəyyən edən plan cizgininin mövcud olması və onlar arasında ziddiyyətin olub-olmamasını, eyni qərara görə tərtib olunmuş fərqli plan-cizgininin olubolmaması, bir qərara görə verilmiş bir neçə plan cizginin aşkar olunduğu halda bunların fərqli olmasının səbəblərini məhz hə min bələdiyyə ilə müzakirə etməli olmasına baxmayaraq belə aydınlaşdırmanın aparılması təmin olunmamışdır. Eyni zamanda cavabdehin istinad etdiyi torpaqayrıma qərarının ona aidiyyətinin olub-olmaması müəyyən olunmalıdır.
55. Bununla yanaşı işə cəlb olunan bələdiyyə ilə tərəflərin istinad etdiyi qərarlar əsasında ayrılmış torpaq sahələrinin eyni torpaq sahəsi olmasını müəyyən edə biləcək və bələdiyyədə saxlanılan xəritənin təqdim olunması təkilif olunmalı və həmin xəritələr əsasında miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilib göstərilməməsi aydınlaşdırılmalı idi. Məhz bundan sonra iş üzrə mütəxəssis rəyinin alınması və ekspertiza təyin edilərək rəyin alınması əhəmiyyətli ola bilərdi.
56. Bununla yanaşı qeyd edilməlidir ki, torpaq sahəsinin ayrılmasına dair qərar a əlavə edilmiş cizginin Binəqədi RİHB-nın Memarlıq xidməti tərəfindən təsdiq edildiyi müəyyən olunur. Bu halda həmin orqanında işə cəlb olunması müzakirə edilərək məhz hansı cizginin təsdiq edildiyi və arxivdə saxlanması aydınlaşdırılmalı idi.
57. Digər tərəfdən iddiaçı şikayətində göstərir ki, cavabdeh Binəqədi Rayon, Xocəsən Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 68 saylı qərarını əsas götürərək və həmin qərara saxta cizgi düzəldərək Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 5/2 saylı qərarına əsasən iddiaçıya məxsus olan torpaq sahəsinə iddia edir və həmin torpaq sahəsini zəbt etməklə orada tikinti quraşdırma işləri həyata keçirir.
58. İşin digər hallarından aydın olur ki, məhz 49-cu bənddə göstərilən hallarla bağlı cinayət təqibi orqanının icraatında material vardır və araşdı rma davam etdirilir. Belə olan halda nə qədərki, iddiaçının dəlilləri üzrə məhz həmin təqib üzrə də araşdırma aparılır, bu halda həmin təqibin nəticələri və müəyyən edilmiş hallar əldə olunaraq işdə olan digər sübutlarla birlikdə müzakirə oluna bilər.
59. Qeyd edilməlidir ki, məhkəmənin vəzifəsi təqdim olunmuş sübutlara əsasən ilk olaraq iddiaçının və cavabdehin iddia etdiyi torpaq sahələrinin harada yerləşməsini müəyyən etməkdən ibarətdir. Nəzərə alınmalıdır ki, mübahisənin həlli bununla bağlıdır.
60. Birinci instansiyası məhkəməsində mütəxəssis rəyinin alınması üçün qərardad qəbul olaraq rəy alınmış, apellyasiya instasiyası məhkəməsində məhkəmə tikintitexniki ekspertizası təyin etmiş və rəy alınmışdır.
61. Lakin iş materiallarında olan hər iki rəydən aydın olur ki, İddiaçı Bakı şəhəri Bi nəqədi rayon Xocəsən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli 5/2 saylı qərarı əsasında ayrılmış torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən, tərəflər arasındakı mübahisəli torpaq sahəsinin İddiaçı Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli 5/2 saylı qərarı əsasında ayrılmış Bakı şəhəri Binəqədi rayon Xocəsən ərazi dairəsində yerləşən ümumi sahəsi 600 kv.m. olan torpaq sahəsi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
62. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdehin istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Hazırki iddianın həlli üçün iddiaçının torpaq sahəsinin zəbt olubolmamasının, yəni cav abdehin mübahisəli torpaq sahəsindən istifadə və sahibliyinin qanunsuz olub-olmamasının müəyyən edilməsi əhəmiyyət kəsb etdiyi halda, bu istiqamətdə aparılmış araşdırma, o cümlədən mübahisə nəticəsiz qalmış və buna baxmayaraq apellyasiya məhkəməsi iddianın rədd edilməsini qanuni hesab etmişdir.
63. Beləliklə, iddiaçının torpaq sahəsinə dair əldə etdiyi sənədlər qüvvədə olduğu və torpağın yerləşdiyi ərazi müəyyən edilmədiyi halda, məhkəmələrin gəldikləri nəticə natamamdır. Cavabdeh apellyasiya şikayətində qeyd olunan hallara istinad etsə də, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri üzrə araşdırma aparmamışdır. Faktiki olaraq natamam olan araşdırma ilə razılaşmış və birinci instansyia məhkəməsinin mövqeyini təkrarlamışdır.
64. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apel lyasiya məhkəməsi MPM-in 101.7, 103.1, 218.1 və 392-ci maddələrinin tələblərini pozmuş və bu pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
65. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
66. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
67. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.
68. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
69. İşə yenidən baxan m əhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, müvafiq bələdiyənin, Binəqədi RİH-nin işə cəlb edilməsini tərəflərlə birlikdə müzakirə etməli, cəlb etmə təmin olunduğu halda həmin bələdiyyədən hər iki tərəfin istinad etdiyi sənədlərinin verilməsinə əsas olan sənədlər və torpaq sahəsinin yerləşdiyi yerə görə bələdiyyədə olan xəritə əldə olunmalı, bundan sonra müvafiq olaraq mütəxxəsis və ekspretiza rəylərinin alınmasının zəruriliyi tərəflərlə birlikdə müzakirə edilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələb ləri baxımından düzgün hüquqi qiymət verməlidir.
70. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 2(103)-356/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.