Məhkəmə qərarları › İş №2(102)-1601/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1601/2024

03.06.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1601/2024 03.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh ASC-yə qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 6126/2023 nömrəli iş üzrə 5 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" İKB ASC ilə İddiaçı arasında 08 iyun 2018-ci il tarixli XXX nömrəli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin 4.2-ci bəndinə əsasən işçiyə işəgötürənin daxili qaydalarına əsasən mükafat verilə bilər. 2. 08 iyun 2018-ci il tarixli XXX nömrəli əmək müqaviləsinə 01 may 2020-ci il tarixli əlavəyə görə, müqavilənin 4.1-ci bəndinə dəyişiklik edilmiş və İddiaçı əmək haqqı 01 iyun 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək hər ay qanunvericilikdə nəzərdə tutulmuş vergilər və digər məcburi ödənişlər daxil olmaqla 1.840 manat məbləğdə müəyyən edilir və 01 yanvar 2021-ci il tarixdən etibarən əmək haqqı hər ay qanunvericilikdə nəzərdə tutulmuş vergilər və digər məcburi ödənişlər daxil olmaqla 2300 manat məbləğdə müəyyən edilir.

3. Bakı şəhəri Nəsimi Ra yon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(006)XXX/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında 01 iyul 2020-ci il tarixli XXX nömrəli əmri və əmrə əsasən ******* nömrəli əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılması, İddiaçı əvvəlki işinə bərpa edilməsi, onun 01 iyul 2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyəti nin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin ödənilməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 14 dekabr 2020-ci il tarixli 2(103)-XXX/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(006)-XXX/2020 nömrəli qətnaməsi qüvvədə saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli 2(102)-XXX/2021 nömrəli qərarı ilə Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməmiş, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş Bakı Apellyasiya Məhkəməsinə yeni baxışa qaytarılmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli 2(103)-XXX/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-y ə qarşı əmrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(006)-XXX/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmış və apellyasiya şikayəti qismən təmin edilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli 2(102)-XXX/22 nömrəli qərarı ilə Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli 2(103)-XXX/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru XXXun 13 sentyabr 2022ci il tarixli qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli 2(103)-X XX/2021 nömrəli icra vərəqəsi icra edilmədən həmin məhkəməyə geri qaytarılmışdır. Qərara görə, icraat zamanı Cavabdeh ASC tərəfindən 05 may 2022-ci il tarixdə icra vərəqəsinin icrasının təmin edilməsi barədə əmr verilmiş, İddiaçı 43.133,98 manat məbləğdə vəsait köçürülmüş və onun barəsində qeydə alınmış 01 iyul 2020-ci il tarixli bildirişin etibarsız hesab edilməsi məqsədilə X1 Xidmətinə müraciət edilmişdir. X1 tərəfindən 01 iyul 2020 tarixli bildiriş 07 iyun 2022-ci il tarixdə etibarsız hesab edilmiş, Bank tərəfindən 07 iyun 2022-ci il tarixdə İddiaçı işə çıxmasına dair bildiriş göndərilmiş, 07 iyun 2022-ci il tarixli məktubla 08 iyun 2022-ci il tarixdə Bankın baş ofisinə dəvət edilmişdir. Lakin İddiaçı işə çıxmamış, işə bərpa edildiyi “28 May” filialının əvvəl işlədiyi “8 saylı” filial olmadığını iddia etmiş, hərəkətsizliyi ilə icra sənədinin icrasına maneçilik törətmişdir. Bununla belə, İddiaçı əməkhaqqı ödənilmiş və o, vəsaiti qəbul etmişdir. Həmçinin o, Bakı Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qətnaməsinə izah verilməsi üçün həmin məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin 17 avqust 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, habelə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tələbkarın əvvəl işlədiyi Bankın “8 saylı” filialı hazırda ünvan 1 ünvanda “28 May” filialı kimi fəaliyyət göstərir, yəni “8 saylı” filial ləğv olunmamış, fəaliyyətini yeni ad və ünvan üzrə davam etdirir. Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2(103)-XXX/2021 nömrəli qərarı ilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məm uru XXXun 13 sentyabr 2022-ci il tarixli qərarının ləğv olunması barədə İddiaçı şikayəti təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əmək müqaviləsinə qanunsuz və əsassız xitam verməsi nəticəsində vurduğu ziyanın (əldən çıxmış fayda) əvəzi olaraq 57.125 manat və iddia qaldırmaq üçün mediasiya təşkilatına iddiaçı tərəfindən ödənilmiş rüsumun əvəzi olaraq 50 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2608/2023 nömrəli iş üzrə 27 iyul 2023-ci il tarixli qətnaməsi ilə (hakim A.Sultanova-Məmmədova) iddia rədd edilmişdir. b) Apellyasiya in stansiyası məhkəməsində icraat

11. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6126/2023nömrəli iş üzrə 5 dekabr 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Qasımov (sədrlik edən və məruzəçi), F.Abdiyev və X.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İddiaçı iddiasını onunla əsaslandırır ki, o, filial müdiri vəzifəsində işləyəndə ştat cədvəlinə əsasən aylıq tarif (vəzifə) maaşından başqa əmək müqaviləsində nəzərdə tutulmuş əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədilə əmək haqqı sistemində nəz ərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaiti (bonus) alırdı. 08 iyun 2020-ci il tarixli əmək müqaviləsinə qanunazidd olaraq xitam verildiyinə görə 01 iyul 2020-26 iyul 2022-ci il tarixləri arası dövrdə (məcburi iş buraxma) həmin bonusları ala bilməmiş, yəni əldən çıxmış qazancdan faydalana bilməmişdir. Bununla da ona maddi ziyan vurulmuşdur. Göründüyü kimi, iddiaçı məcburi iş buraxma dövrü ərzində ona hesablanacaq bonus məbləğlərin tutulmasını xahiş edir və bu pulun əldən çıxmış fayda olduğunu iddia edir. İddiaçının şikayətinin dəlilləri də ondan ibarətdir ki, onun işlədiyi filialın direktoruna ayrıca bonusların (mükafatların) verilməsi nəzərdə tutulmuşdur və həmin bonuslar ayda 2 dəfə ödənilirdi. Kollegiya iddiaçının şikayətinin dəlillərinə tənqidi yanaşaraq qeyd edi r ki, şikayətin dəlilləri işin halları ilə öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsinin də haqlı olaraq qeyd etdiyi kimi, "xxxx" İKB ASC və İddiaçı arasında bağlanmış 08 iyun 2018-ci il tarixli, XXX nömrəli Əmək müqaviləsinin 4.2- ci bəndində mükafatın verilməsi müqavilədə imperativ norma kimi müəyyən olunmamışdır və bu hal işəgötürənin mülahizəsindən asılıdır. Bundan əlavə, bonus əmək münasibətində real əmək sərf edən işçiyə verilən mükafatdır və iddiaçının qeyd etdiyi tarix aralığında əmək prosesində iştirak etmədiyi işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, əldən çıxmış fayda növündə zərərin mövcudluğundan o halda danışmaq olar ki, şəxsin hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər öz təsdiqini tapsın. Bonus - mükafat sis temi isə işçinin real olaraq işlədiyi işin keyfiyyətindən asılı olaraq işəgötürənin mülahizəsinə asılı olaraq verilən həvəsləndirici tədbir olduğundan, işəgötürənin iddiaçı qarşısında bonusların ödənilməsi ilə bağlı əmək müqaviləsindən irəli gələn hər hansı birbaşa öhdəliyi olmadığından, məcburi iş buraxma dövründə hesablanacaq bonusları 21.2-ci maddəsinin məzmunu baxımından əldən çıxmış fayda hesab etmək olmaz.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.

15. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı faktiki olaraq hüquqları pozulmasaydı alacağı bonuslardan (mükafatlarda n) məhrum olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı cavabdehin etirazında şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xə rclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə

157. Əməyin ödənilməsi sistemi və növləri

2. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər;

6. Mükafat - əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyə tli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

22. Azərbaycan Respublikası Konstitusiya Məhk əməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.”

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi ma ddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əl avə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

29. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır, eyni dəlillərə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

30. Beləliklə, mülki işə kassasiya qaydasında baxa n məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6126/2023 nömrəli iş üzrə 5 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar