Məhkəmə qərarları › İş №2(102)-1602/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1602/2021

22.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1602/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlakın geri qaytarılması 22.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı, vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xxxx nömrəli iş üzrə 25 avqust 2020-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə cavabdeh X12 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 22 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin bina sında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, Cavabdeh ilə X12 arasındakı ailə münasibətləri pozulmuş bu səbəbdən onların arasındakı nikah qətnamə əsasında 31 oktyabr 2018-ci il tarixdə ləğv edilmişdir. Ailə münasibətləri pozulduğu vaxtdan Cavabdeh cehiz əşyalarını götürmədən İ birgə yaşadığı evi tərk etmişdir.

2. Bundan sonra 03 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən X12 ilə “xxxx” MMC arasında hər ay 150 manat məbləğində saxlama haqqı ödəməklə müqavilə bağlayaraq, “Saxlayıcı” sifariş əsasında “Tapşıran”a məxsus malları Xırdalan şəhərində yerləşən saxlanc anbarında saxlamağı, “Tapşıran” isə bunun müqabilində Müqavilədə müəyyən edilmiş qaydada və məbləğdə saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci mülki iş üzrə birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı ərizə ilə məhkməyə müraciət edərək, cavabdehə aid olan: yataq dəsti (şifoner, 2 ədəd kiçik tumba, 1 ədəd bpyük tumba, taxt, matras, güzgülü termo, puf oturacaq), uşaq beşiyi, “Arçelik” markalı televizor, qonaq otağı dəsti (2 ədəd bar, 1 ədəd stenka, 1 ədəd kamot), elektirikli soba, ətçəkən maşın, ütü, 1 dəst yemək servizi, 1 dəst çay servizi, 1 dəst kofe servizi, 6 qədəh, 1 qrafin, 1 çərəz qabı, 10 ədəd meyvə qapı, 3 güldan, 12 qədəh 2 qrafin, 3 ədəd qrafin, 1 ədəd kül qabı, 2 qəndqabı, 16 su qədəhi, yataq otağı üçün pərdə, qonaq otağı üçün tül pərdə, 1 ədəd ikinəfərlik, 1 ədəd təknəfərlik yun döşək, 3 ədəd xalça, 18 ədəd böyük boşqab, 18 ədəd orta ölçülü boşqab, 12 ədəd düz boşqa b, 18 ədəd kiçik ölçülü boşqab, 2 qrafin, 4 bulud boşqabı, 12 ədəd nəlbəki, 1 dəst qazan, 2 ədəd somavar, “Arçelik” markalı paltaryuyan maşın, ləyənlər, qazanlar, verdə, “Arçelik” markalı soyuducu, paltar qurudan, suvener (atformalı), tozsoran, sokçəkən, 2 ədyal, qaşıq naboru, geyimlər, çantalar və ayaqqabıların cavabdeh tərəfindən “xxxx”MMC-dən götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

4. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, qardaşı X12 Cavabdeh ilə 22.09.2014-cü il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 15.07.2015-ci il təvəllüdlü X13 və 23.10.2016-cı il təvəllüdlü X15 anadan olmuşdur. İlkin vaxtlar mehriban yaşasalar da, sonralar aralarındakə münasibət pisləşmiş və Quba rayon məhkəməsinin 16.03.2018-cin il tarixli qərarı ilə rə smi qayda da ayrılmışlar. Cavabdeh ilə qardaşı X3 yaşamış, cehiz əmlakını həmin kirayədə yaşadıqları mənzilə gətirmişdir. Cavabdeh o və qardaşı işdə olan zaman uşaqları və qızıl-ziynət əşyalarını da götürərək evdən çıxmış, atasının evinə getmiş, bir daha geri qayıtmamış və qardaşı ilə yaşamaq istəmədiyini bildirmişdir. Qardaşı cavabdehə və ailəsinə müraciət edərək kirayədə yaşadıqları evdən əmlaklarının götürülməsini xahiş etmiş, lakin onlar əmlakı götürməkdən boyun qaçırmışlar. Kirayədar onları evdən çıxarmış, qardaşı məcbur qalıb həmin əmlakları saxlanc yerinə vermiş və bununla əlaqədar olaraq hər ay 150 manat pul ödəmişdir. Artıq qardaşı ağır xəstədir, üzərində cərrahiyyə əməliyyatı aparılacaqdır. Saxlanc yerinə pul verməyə imkanları yoxdur. Hal-hazırda o, “xxxx”MMC ilə müqavilə bağla yaraq hər ay 150 manat pul ödəmək şərti ilə həmin əmlakları orada saxlatdırır

5. Cavabdehlər İddiaçı, X12 və X7 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, gəlin köçdüyü evdən özünə məxsus olan: qızıl komplekt -5000 manat, qızıl qolbaq (İtalya) – 2800 manat, brilyant tək qaş komplekt (nənəsinin hədiyyəsi) – 12.000 manat, gümüş sep (qardaşının hədiyyəsi) – 1 ədəd, gümüş sep klonu ilə, gümüş sep klonu ilə - 80 manat, qaşlı yaşıl uzun qolbaq, qara zərli komplekt bjuteriya, sandıq 1 ədəd, qonaq otaöı mebeli – 16.000 manat, pul kaşelokunda – 1650 manat, yataq dəsti mebeli – 9.000 manat, künc divan – 1650 manat, “Arçelik” soyuducu – 999 manat, qaz sobası (iki dxovkalı) – 750 manat, “Arçelik” paltaryuyan – 759 manat, qabyuyan, “Beko” tozsoran – 620 manat, “Arçelik” televizor – 1290 manat, “Arçelik” televizor – 1663 manat, lüstür xurustal (Almaniya) 2 ədəd – 6 şamdan, lüstür fafor 2 ədəd – 1250 manat, lüstür (musiqili Koreya) 1 ədəd – 850 manat, xalça (ağgül Qonaqkənd) – 1200 manat, xalça (ağgül Çiçi) – 1800 manat, xalça (İran) – 950 manat, xalça (Ərəb) – 800 manat, xalça (Türk) 2 ədəd – dənəsi 500 manat, xalça babasının hədiyyəsi, serviz (ağ zərli, obedni 12 predimet) – 1800 manat, serviz (ağ 12 predmet), serviz (qara madonna 12 predmet), serviz (ağ madonna, içi zərli 6 predimet -çay), serviz (ağ madonna, 6 predimet), serviz (qara zərli, kofeyni, 6 predimet), serviz ( ağ mirvarili, abedni, çayni, dəst 6 predmet), boşqablar – 18 ədəd, bulud – 6 ədəd, salatnik (ağ zərli) – 4 ədəd, boşqablar (qara zərli) – 12 ədəd, badyalar (qara zərli) – 12m ədəd, badyalar (sarı) – 6 ədəd, p iyalə (6+6 madonna) - 12 ədəd, bagema vaza (yaşıl böyük) – 2 ədəd, bagema vaza (ağ böyük) – 2 ədəd, bagema (qapalı göy rəngli) – 2 ədəd, ördək vazalar – 2 ədəd, xurustal vazalar (böyük ayaqlı) – 2 ədəd, xurustal vaz (alçaq enli) – 4 ədəd, xurustal şəkərdan – 4 ədəd, xurustal lotka – 2 ədəd, ləbləbi qabı (xurustal gümüş) – 2 ədəd, 3 mərtəbə ağ vaz – 2 ədəd, xurustal qara vaz – 2 ədəd, iki mərtəbə camadanda xurustal dəst, qaşlı zərli hündür bakal – 12 ədəd, qara şəkli bakal – 12 ədəd, xurustal bakal şanpan üçün – 12 ədəd, xurustal bakal limonad üçün – 12 ədəd, xurustal bakal araq üçün – 12 ədəd, xurustal rumka – 12 ədəd, bogema yaşıl dolça – 6 bakal ilə, ağ ağac şəkilli bogema dolça – 6 ədəd bakal ilə, sarı lepkalı qapaqlı dolça – 6 bakal, lepkalı sarı böyük vaza – 2 ədəd, lepkalı sarı balac a vaz – 2 ədəd, xurustal böyük güldan – 4 ədəd, bagema yaşıl güldan – 2 ədəd, bagema külqabı – 1 ədəd,külqabı xurstal böyük – 2 ədəd, külqabı böyük güzgülü – 1 ədəd, lanpa bogema göy – 1 ədəd, külqabı balaca – 2 ədəd, xurustal qrafinka – 1 ədəd, yaşıl ördəklər – 6 ədəd, fil farfor – 3 ədəd, konfetnisa xurustal hündür – 4 ədəd, konfetnisa xurustal alçaq – 2 ədəd, xurustal qapaqlı lotka - 3 ədəd, mürəbbə qabı göy 6 razetka, 1 ədəd boşqab, ağ qulplu konfet qabı – 1 ədəd, meyvə qabı şəkilli – 2 ədəd, xurustal stəkan böyük – 48 ədəd, xurustal armudu stəkan – 12 ədəd, nəlbəki qara zərli – 12 ədəd, nəlbəki tovuz şəkilli – 12 ədəd, nəlbəki qara madonna – 12 ədəd, nəlbəki güllü – 12 ədəd, razetka qara zərli – 18 ədəd, razetka madonna – 6 ədəd, somavar od – 1 ədəd, somavar tok rosiyya – 1 ədəd, tefa l çaydan çayniki ilə germaniya – 1 ədəd, qəfədan böyül nikel geymaniya – 1 ədəd, qəfədan çayniki ilə qırmızı güllü – 1 ədəd, çaynik böyük - ədəd, çaynik qırmızı – 2 ədəd, çaynik ağ zərli – 1 ədəd, qazan tefal aş üçün böyük – 1 ədəd, Tefal tava böyük – 1 ədəd, tava balaca – 1 ədəd, qazan balaca bardovu – 1 ədəd, qazan nikel komplekt germaniya – 1 karopka, qazan şüşə qapalı nikel komplekt – 6 ədəd, qazan şirli qırmızı-6 ədəd, qazan sarı komplekt rosiyya – 5 ədəd, qazan alminium böyük – 2 ədəd, qazan alminium balaca – 2 ədəd, qazan böyük çügün – 1 ədəd, qazan nikel rosiyya – 1 ədəd, tava çügün böyük – 1 ədəd, vedrə şirli – 2 ədəd, vedrə alminium – 2 ədəd, teşt böyük – 1 ədəd, teşt balaca – 1 ədəd, çügün şirli böyük – 1 ədəd, çügün şirli rosiya sarı – 2 ədəd, çügün şirli rosiya yaşıl – 2 ədəd, süzək nikel – 1 ədəd, süzək alminium – 1 ədəd, kuruşka şirli rosiya – 2 ədəd, qaşıq naboru qızıl suyu işləməli qədimi 6 ədəd çay, 6 ədəd xörək qaşığı, 6 ədəd vilka, qaşıq – 18 ədəd, vilka – 18 ədəd, çay qaşığı – 18 ədəd, qaşıq naboru camadan hərəsindən – 12 predmet, quxna naboru – 3 dəst, ədava qabları – 2 mərtəbəli, kəfkir nikel böyük – 1 ədəd, padnos qulplu nikel – 3 ədəd, padnos – 1 ədəd, padnos nikel qızılı – 2 ədəd, paltar qaynadan bak – 1 ədəd, 4 ayaq xəmir yoğurmaq üçün – 1 ədəd, qalaq, oxloq böyük balaca, duxovka qırmızı arı– 1 ədəd, nərd taxta qədimi əl işləməsi – 1 ədəd, haftafa, ləgən çügün alminum, pokrval ağ zimni qaşlı plet – 1 ədəd, navloçka – 2 ədəd, pakrıval tirını, qırmızı güllü plet – 1 ədəd, pakrıval zimni sarı gül plet – 2 ədəd, pakrıval letni qara güpür – 1 ədəd, 2 ədəd uzun yastıq, 1 ədəd balaca yumru yastıq, 2 ədəd mütəkgə, pakrıval göy pələng şəkilli- 2 ədəd, yorğan yun taxt üçün üzəri mirvari muncuqlu əl işləməsi – 2 ədəd, yorğan bir nəfərlik – 4 ədəd, yorğan uşaq üçün – 1 ədəd, döşək taxt üçün – 1 ədəd, döşək tək – 1 ədəd, yorğan letni – 2 ədəd, nalça böyük – 6 ədəd, nalça balaca – 6 ədəd, uşaq çarpayısı üçün döşək – 1 ədəd, uşaq çarpayısı üçün balış – 1 ədəd, uşaq çarpayısı – 480 manat, uşaq çarpayı dəsti – 600 manat, uşaq paltar dəstləri – 800 manat, kaleska – 120 manat, manej – 45 manat, uşaq oyuncaqları – 200 manat, uşaq ayaqqabıları – 100 manat, yastıq böyük – 4 ədəd, yastıq dar uzun – 2 ədəd, yastıq qu tükündən – 4 ədəd, pastel karalina dəsti – 350 manat, pastel karalina tək – 90 manat, pastel atak – 78 manat, pastel toprak – 105 manat, pastel rosiyya güllü 1 nəfərlik – 2 ədəd, pastel rosiya taxt üçün – 2 ədəd, pastel ağ atlas taxt üçün – 1 ədəd, pastel pələng şəkilli dəst taxt üçün, pastel mavi güllü taxt üçün – 1 ədəd, pastel pambıq rosiya qədimi 2 dəst tək, pastel pambıq taxt üçün - ədəd, pastel türk taxt üçün 1 dəst, dəsmal hamam – 20 ədəd – 565 manat, əl silən dəsmal 43 ədəd – 560 manat, çay dəsmalları 55 ədəd – 300 manat, qoz sındıran – 1 ədəd, qənd doğrayan – 1 ədəd, langet çəkici – 1 ədəd, mismar çəkici – 1 ədəd, taxta qaşıq naboru ördəkli – 1 dəst, üdilnitel 10 metr – 1 ədəd, ütü tefal – 1 ədəd, ütü rosiyya – 1 ədəd, elektrikli ət çəkən – 1 ədəd, müxaniki ət çəkən – 1 ədəd, paltar asan ip – 50 metr 1 ədəd, paltar qurudan – 1 ədəd, paltar ütləyən stol – 1 ədəd, dəsmal alasan veşilka – 1 ədəd, paltar asan veşilka – 12 ədəd, şik nikel – 12 ədəd 36 manat, maşa – 1 ədəd, somavar bacası – 1 ədəd, xəkəndaz mis – 1 ədəd, qutab kənarı kəsən – 1 ədəd, sarmısaq sıxan – 1 ədəd, kartof soyan – 1 ədəd, ət doğrayan taxta – 3 ədəd, sok çəkən elektirik – 2 ədəd, blender – 1 ədəd, şotka ayaqqabı – 2 ədəd, şotka rajok at şəkilli – 1 ədəd, qırmızı plasmas ləgən – 1 ədəd, çörək qabı balaca – 2 ədəd, çörək qabı böyük – 2 ədəd, tort qabı boşqab – 6 ədəd, tort qabı, 1 ədəd hündür qab - 1 ədəd, paltar yuyan maşın üçün çuxol, çaynik altı dəmir – 1 ədəd, bıçaq nabor dəst – 1 ədəd, tort götürən dəst gümüş – 1 ədəd, ədava qabları dəst – 1 ədəd, tutagac- 3 ədəd, tutagac başqa – 5 ədəd, kofe dəmləyən qab – 1 ədəd, önlük mətbəx üçün – 1 ədəd, aş dəmləyən parça – 1 ədəd, qırmızı uzun paltar atlas toyluq – 160 manat, qırmızı toylu q kaşelok – 25 manat, qara paltar sarı qısa qaşlı – 165 manat, qara qısa qaroşkalı paltar – 118 manat, ağ paltar qısa – 80 manat, qırmızı kastum yupka – 250 manat, qara paltar qolları tül – 60 manat, tünd sürməyi paltar ramaşka güllü – 70 manat, çəhrayı pilisi paltar – 75 manat, pünyar dəsti güpurlu tül – 85 manat, cins şalvar 4 ədəd- hərəsi 45 manat, qara şalvar 3 ədəd – hərəsi 30 manat, boz şalvar – 1 ədəd- 28 manat, göy kofta paloskalı – 35 manat, kofta qırmızı paloskalı, ağ anqolka vadalaska – 85 manat, anqolka şərf – 70 manat, boz uzun jaket – 120 manat, kofta ağ cins güllü – 30 manat, kafota kariçnivi qolu kəpənəkli – 60 manat, yaşıl saroçka – 55 manat, saroçka göy damalı – 40 manat, kofta boz biserli – 30 manat, qara kofta qabağı güllü – 35 manat, ağ kofta qırmızı güllü – 28 manat, boz qalın yupka – 55 manat, ağ qara kofta sancaqlı – 40 manat, qara paltar ağ damalı qısa – 88 manat, ağ paltar güllü-12 manat, göy paltar güllü 12 manat, qara laklı tüfli – 75 manat, qara qaşlı basanoçka – 60 manat, qara laklı tufli – 30 manat, ağ tufli gəlinlik – 12 manat, qara zamuj sapaçki – 78 manat, alçaq ayaqqabı qabağı açıq – 12 manat, alçaq ayaqqabı – 10 manat, alçaq sapaçki – 40 manat, krasofka - 20 manat, qara qaroşkalı tufli – 90 manat, sarı qısa kurtka layka – 160 manat,qısa şuba qaynanası alan, ağ uzun toxunma jiletka – 20 manat, çəhrayı toxunma jiletka – 18 manat, pejama dəsti 6 ədəd cəmi – 160 manat, digər paltarları – 700 manat, sumka ağ göy kletkalı – 30 manat, sumka sarı kaşelok toyluq – 45 manat, sumka qara laklı, sumka ağ laklı, uşaq sumkaları 4 ədəd – 810 manat, ağ al çaq basanoçka, ağ laklı ayaqqabı, fen ütü düzləşdirici – 1 ədəd, fen hava – 1 ədəd, fen saç buran – 1 ədəd, parfumeriya merkey dəst, 20 dən çox dırnaq lakı, mobil telefon FLY, qardaşının hədiyyəsi, kitab evdarlıq – 1 ədəd, kitab sana – 1 ədəd, kitab 1000 bir şəfa – 1 ədəd, tibb dəftərləri- 7 ədəd,şəkil ablomu gəlinlik, şəkil albomu böyük, qırmızı çamadan olan qızıl-ziynət və cehiz əşyalarının tam yararlı halda ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

6. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı heç vaxt onlarla birlikdə yaşamamış və həmin vaxtlar o, X şəhər sakini X4 ilə birgə nikahda olmuş və sonradan boşanmışlar. İlkin iddia ərizəsində qeyd olunur ki, o, İddiaçı və X12 işdə olarkən atasının evinə getmişdir. Halbuki o, evdən yox 23 ok tyabr 2016-cı il tarixdə ikinci körpəsini dünyaya gəldikdən dərhal sonra, elə doğum şöbəsindən keçmiş əri X8 icazəsi ilə 40 günlük atasıgilə getmişdir. Məlum olduğu kimi doğum evində heç bir qızılziynət əşyalarının daşınması qanunsuz və qeyri mümkündür. Ona görə də onun qızılziynət əşyalarını götürməyi yalan və iftiradır. İlkin İddiaçı iddia edir ki, o, bir daha geri qayıtmamış qardaşı ilə yaşamaq istəməmişdir. Halbuki, o, 4 dəfə Bakıya qayıtmaq istədiyini bildirmişdir. İlkin iddia da qeyd olunmuşdur ki, qardaşı ona və qohumlarına müraciət edərək kirayə yaşadıqları evdən ona məxsus olan əmlaklarını götürməyi xahiş etmişdir. Halbuki, onun cehiz əmlakının oğurlanması boşanmadan uzun müddət əvvəl olmuşdur. X12 ondan boşananda cehiz əmlaklarının qaytarılması barədə məhkəməyə müraciət etməmişdi r. X12 ondan boşananda onun cehiz əmlakları cavadehlər tərəfindən oğurlanmış, mənimsənilmiş və talanmışdır. Oğurluğu ört basdır etmək məqsədi ilə İ ondan boşanmışdır. Cehiz əmlaklarının oğurlanması, mənimsənilməsi və talanması ilə bağlı o, dəfələrlə Nizami rayon - PŞ-nə, Prokurorluğna, Məhkəməsinə, Baş Prokurorluğa, DİN-nə, X21 Problemləri Komitəsinə dəfələrlə müraciət etmiş lakin, heç bir müsbət cavab ala bilməmişdir. Nizami RPŞ-nin təhqiqatçısı N ona bildirmiş ki, onun cehiz əmlakı X rayonunda xx yük anbarındadır. O, təhqiqatçının açıqlamasından sonra bilmişdir ki, onun cehiz əmlakı gəlin köçdüyü evdə yox hansısa bir anbarda gizlədilmişdir. Əmlakının oğurlanması, mənimsənilməsi və talanması qayını X11 tərəfindən həyata keçirilmişdir. X12 birgə yaşadıqları zaman qaynı X11 onların yaşadıql arı mənzildən pul oğurlamışdır. İndi də etdikləri işi gizlətmək üçün onun cehiz əmlakını saxlama anbarına təhvil vermişlər

7. Quba Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tаrixli, 2(027)-297/2020 saylı qətnаməsi ilə (hakim R.Həsənov) İlkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia cavabdeh X9 münasibətdə qismən təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdeh X2 – 1 ədəd, qonaq dəsti İtalyan klassik mebel – 16.000 manat, yataq dəsti İtalyan klassik mebel – 9.000, künc divan – 1650 manat, “Arçelik” markalı soyuducu – 999 manat, “Arçelik” markalı paltaryuyan – 759 manat, “Beko” markalı tozsoran – 620 manat, “Arçelik” markalı televizor – 1663 manat, farfor çılçıraq (Almaniya) 2 ədəd – 1250 manat, ağgül xalça (Çiçi) – 1800 manat, xalça (Türk) 2 ədəd – 1 ədədi 500 manat, xalça (babasının həd iyyəsi)dəyəri ölçülməyən, serviz (ağ zərli, obedni 12 predimet) – 1800 manat, serviz (ağ 12 predmet), serviz (qara madonna 12 predmet), serviz (ağ madonna, içi zərli 6 predimet çay), serviz (qara zərli, kofeyni, 6 predimet), boşqablar – 18 ədəd, bulud- 6 ədəd, qara zərli boşqablar – 12 ədəd, bagema vaza (yaşıl böyük) – 2 ədəd, bagema vaza (ağ böyük) – 2 ədəd, ördək vazalar – 2 ədəd, xurustal vazalar (böyük ayaqlı) – 2 ədəd, xurustal vaz (alçaq enli) – 4 ədəd, xurustal lotka – 2 ədəd, ləbləbi qabı (xurustal gümüş) – 2 ədəd, qaşlı zərli hündür bakal – 12 ədəd, qara şəkli bakal – 12 ədəd, xurustal bakal şanpan üçün – 12 ədəd, xurustal bakal limonad üçün – 12 ədəd, xurustal bakal araq üçün – 12 ədəd, bogema yaşıl dolça – 6 bakal ilə, ağ ağac şəkilli bogema dolça – 6 ədəd bakal ilə, sarı lepkal ı qapaqlı dolça – 6 bakal, xurustal böyük güldan – 4 ədəd, bagema külqabı – 1 ədəd, xurustal qrafinka – 1 ədəd, konfetnisa xurustal alçaq – 2 ədəd, xurustal stəkan böyük – 48 ədəd, nəlbəki qara zərli – 12 ədəd, somavar od – 1 ədəd, somavar tok rosiyya – 1 ədəd, qazan tefal aş üçün böyük – 1 ədəd, Tefal tava böyük – 1 ədəd, tava balaca – 1 ədəd, qazan balaca bardovu – 1 ədəd, qazan nikel komplekt germaniya – 1 karopka, qazan şüşə qapalı nikel komplekt – 6 ədəd, qazan şirli qırmızı-6 ədəd, qazan sarı komplekt rosiyya – 5 ədəd, qazan alminium böyük – 2 ədəd, qazan alminium balaca – 2 ədəd, qazan böyük çügün – 1 ədəd, qazan nikel rosiyya – 1 ədəd, tava çügün böyük – 1 ədəd, vedrə şirli – 2 ədəd, vedrə alminium – 2 ədəd, teşt böyük – 1 ədəd, teşt balaca – 1 ədəd, qaşıq naboru camadan hərəsindən – 12 predmet, duxovka qırmızı arı – 1 ədəd, pakrıval göy pələng şəkilli- 2 ədəd, yorğan yun taxt üçün üzəri mirvari muncuqlu əl işləməsi – 2 ədəd, yorğan bir nəfərlik – 4 ədəd, döşək tək – 1 ədəd, döşək taxt üçün – 1 ədəd, uşaq çarpayısı – 480 manat, yastıq böyük – 4 ədəd, yastıq dar uzun – 2 ədəd, ütü tefal – 1 ədəd, ütü rosiyya – 1 ədəd, elektrikli ət çəkən – 1 ədəd, müxaniki ət çəkən – 1 ədəd, sok çəkən elektirik – 2 ədəd, qırmızı uzun paltar atlas toyluq – 160 manat, qırmızı toyluq kaşelok – 25 manat, qara paltar sarı qısa qaşlı – 165 manat, qara qısa qaroşkalı paltar – 118 manat, ağ paltar qısa – 80 manat, qırmızı kastum yupka – 250 manat, qara paltar qolları tül – 60 manat, tünd sürməyi paltar ramaşka güllü – 70 manat, çəhrayı pilisi paltar – 75 manat, pünyar dəsti güpurlu tül – 8 5 manat, cins şalvar 4 ədəd- hərəsi 45 manat, qara şalvar 3 ədəd – hərəsi 30 manat, boz şalvar – 1 ədəd- 28 manat, göy kofta paloskalı – 35 manat, kofta qırmızı paloskalı, ağ anqolka vadalaska – 85 manat, anqolka şərf – 70 manat, boz uzun jaket – 120 manat, kofta ağ cins güllü – 30 manat, kafota kariçnivi qolu kəpənəkli – 60 manat, yaşıl saroçka – 55 manat, saroçka göy damalı – 40 manat, kofta boz biserli – 30 manat, qara kofta qabağı güllü – 35 manat, ağ kofta qırmızı güllü – 28 manat, boz qalın yupka – 55 manat, ağ qara kofta sancaqlı – 40 manat,qara paltar ağ damalı qısa – 88 manat, ağ paltar güllü-12 manat, göy paltar güllü -12 manat, qara laklı tüfli – 75 manat, qara qaşlı basanoçka – 60 manat, qara laklı tufli – 30 manat, ağ tufli gəlinlik – 12 manat, qara zamuj sapaçki – 78 manat, a lçaq ayaqqabı qabağı açıq – 12 manat, alçaq ayaqqabı – 10 manat, alçaq sapaçki – 40 manat, krasofka - 20 manat, qara qaroşkalı tufli – 90 manat, sarı qısa kurtka layka – 160 manat,qısa şuba qaynanası alan, ağ uzun toxunma jiletka – 20 manat, çəhrayı toxunma jiletka – 18 manat, pejama dəsti 6 ədəd cəmi – 160 manat, digər paltarları – 700 manat, sumka ağ göy kletkalı – 30 manat, sumka sarı kaşelok toyluq – 45 manat, sumka qara laklı, sumka ağ laklı, uşaq sumkaları 4 ədəd – 810 manat, ağ alçaq basanoçka, ağ laklı ayaqqabıdan ibarət olan cehiz və geyim əşyalarının alınaraq Cavabdeh verilməsi qət edilmiş, qarşılıqlı iddia İddiaçı və X7 münasibətdə təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cehiz əşyaların qaytarılması üçün həmin əşyala rın mövcud olması, Cavabdeh məxsus olması və İ olması sübuta yetirilməli idi. Mübahisənin predmeti olan cehiz əşyaları ilk öncə X8 yaşadığı evdə daha sonra isə saxlanc anbarında saxlanılmışdır. Cavabdeh evi tərk etdikdən sonra həmin əşyalar müəyyən müddət cavabdeh X1 qalmışdır. İddia tələbində adları qeyd olunan əşyaların bir qismi cavabdeh X1 olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Lakin həmin əşyaların İddiaçı və X6 olmasını göstərən mötəbər sübut mövcud deyildir. Bu səbəbdən Cavabdeh həmin əşyaları X5 tələb etməkdə haqlıdır. Ona görə də qarşılıqlı iddia X9 münasibətdə qismən təmin edilməli, tələb İddiaçı və X7 münasibətdə isə rədd edilməlidir

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci, 157.2, Mülki Prossesual Məcəlləsinin (bundan son ra – MPM) 14.2, 77.1, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1872/2020 nömrəli iş üzrə 25 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova - sədrlik edən və məruzəçi, T.Quliyev, G.Tağızadə) apelyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)-297/2020 saylı, 16 yanvar 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən, qarşılıqlı iddia tələbinin 5000 manat dəyərində komplektin cavabdehdən alınıb ona qaytarılmasının təmin edilməyən hissəsində ləğv edilmiş, qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilərək, 5000 (beş min) manat dəyərində qızıl komplektin X5 alınaraq Cavabd eh verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə kollegiyasının iclasında X10 izahatında bildirmişdir ki, gəlinləri Cavabdeh yalnız 5000 manat dəyərində qızıl komplekt alınmışdır. Amma Ü evdən gedərkən həmin komplekti də özü ilə aparmışdır.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı iddiaçı Cavabdeh üçün 5000 manat dəyərində qızıl komplekt alınmasını etiraf etmiş, lakin həmin qızılın tərəfindən özü ilə aparılmasına dair sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası İddiaçı etirafını qəbul edərək hesab etmişdir ki, qarşılıqlı iddia tələbinin 5000 manat dəyərində qızıl komplektın alınmasının təmin edilməməsi hissəsində qətnamə ləğv edilməli, qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməli, 5000 manat dəyərində qızıl komplekt X5 alınıb Cavabdeh verilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Qarşılıqlı iddia üzrə cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Kassatorun vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

18. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəl məmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsini n faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

24. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (maddə 152.1)

25. Mülkiyyətçisi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.(maddə 157.2) Ailə Məcəlləsi

26. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arv adın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.. (maddə 34) Mülki Prossesual Məcəllə

27. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

28. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

29. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

30. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)

31. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardad ını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) 34. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. (maddə 52.2)

35. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır(maddə 191.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunma ması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Qarşılıqlı iddia üzrə cavabdeh X12 tərəfindən verilmiş kassasiya şikayə ti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xxxx nömrəli iş üzrə 25 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar