Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1602/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-1602/2024 Açar sözlər: məhkəmə aidiyyəti, kommersiya mübahisəsi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyanın Kakimi Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və İnzibati Kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət hakimlərin qarışıq tərkibi, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə ilk, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıql ı iddiasına dair ərizələri ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4046/2023 nömrəli 13 noyabr 2023- cü il tarixli qərardadından Cavabdeh şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan 35.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışıdır ki, cavabdehlə şərik kimi işlətdikləri Nərimanov rayonunun ərazisində yerləşən Şəhriyar adına Mədəniyyət və İstirahət parkında çay evinin sökülməsi nəticəsində cavabdehə “ADA” Universiteti tərəfindən ödənilmiş 250.000 manat kompensasiyanın yarısı ona çatmalı olsa da, ona cəmi 85000 manat verildiyindən, qalan 35.000 manat cavabdehdən onun xeyrinə tutulmalıdır.
3. Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı 85.000 manat məbləğində pul vəsaitinin və 345 manat məhkəmə xərcinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Qarşılıqlı iddia onunla əsaslandırılır ki, iaşə obyektinin tikilməsində və işlədilməsində İddiaçı onunla heç bir şərikliyi olmamış, o, yalnız bir işçi, yəni administrator təsərrüfatçı kimi həmin obyektdə işləmişdir. Onun İddiaçı qarşısında hər hansı bir öhdəliyinin yaranmasını təsdiq edən sübut mövcud olmadığı, həmçinin, İddiaçı yazdığı iddia ərizəsi ilə ona verilən kompensasiyadan 85.000 manat aldığını etiraf etdiyi halda, ilkin iddia tələbi təmin olunmadan, qarşılıqlı iddia tələbi isə təmin olunaraq, qeyd olunan m əbləğin İddiaçı alınaraq ona qaytarılmalıdır.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4046/2023 nömrəli 13 noyabr 2023-cü il tarixli qərardadı ilə mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Nərgiz Tağıyeva).
6. Məhkəmə mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, təqdim edilmiş sənədlər əsasında və elektron məhkəmə informasiya sistemi vasitəsilə həm İddiaçı, həm də Cavabdeh vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) alaraq, fərdi sahibkar kimi qeydiyyatdan keçdikləri müəyyən edilmişdir. Hazırki iş üzrə pul tələbi isə məhz tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirmələrindən irəli gələn tələbdir. Belə ki, ən azı iki qarşı tərəfin birgə və yaxud ayrı-ayrılıqda sahibkarlıq fəaliyyəti həyata keçirmələr i ilə bağlı yaranmış mübahisələrə kommersiya məhkəmələri tərəfindən baxılır. Məhkəmə hesab etmişdir ki, fərdi sahibkar olan iddiaçının fərdi sahibkar olan cavabdehə qarşı pul tələbi məhz sahibkarlıq fəaliyyətindən irəli gəlir və həmin fəaliyyətin həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Bu baxımdan tərəflər arasındakı hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan, iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir
7. Cavabdeh həmin qərardaddan şikayət verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd olunan qərardadının qanunsuz və əsassız olduğu üçün məhkəmə tərəfindən ləğv edilməsini və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, mü lki iş materiallarından göründüyü kimi, hər iki iddia “pul tələbi” barədədir. Yəni, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar əldə olunmuş pul məbləğinin tərəflər arasında bölüşdürülməsi ilə tamamilə bağlı deyil. Eyni zamanda hazırkı mübahisə tərəflərin sahibkarlıq fəaliyyəti dövründə deyil, məhz həmin dövr bitdikdən sonra baş vermişdir. Hər iki iddia tələbinin predmetini əmlakın sökülməsinin əvəzi olaraq verilən kompensasiya təşkil etməklə, mübahisənin yarandığı səbəb də eynilə əmlakın sökülməsinin əvəzi olaraq verilən kompensasiya olmuşdur. Eyni zamanda hazırkı mübahisə deliktdən irəli gələn mübahisələrə də aid deyildir. Göründüyü kimi, bu kompensasiya sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilməmişdir. Hər hansı bir əmlakın sökülməsinin əvəzi olaraq veril ən kompensasiyaya dair mübahisə kommersiya deyil, məhz mülki mübahisədir. Digər tərəfdən, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının VÖEN-i tamamilə başqa fəaliyyətlə bağlı olmaqla ümumiyyətlə dayandırılmışdır. Qeyd olunanlara əsasən, hazırkı iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin kommersiya məhkəməsinə aid olduğunu müəyyənləşdirərək, həmçinin, hazırki iş üzrə pul tələbinin məhz tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirmələrindən irəli gələn tələb olması, bununla da pul tələbi məhz sahibkarlıq fəaliyyətindən irəli gəlir və həmin fəaliyyətin həyata keçirilməsinin təmin edilməsinə yönəlməsi üçün tərəflər arasındakı hazırkı mübahisənin kommersiya mübahisəsi olması barədə hakim yanlış n əticəyə gəlmişdir.
9. Məhkəmənin 7 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmədən mülki işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
10. Maddə
62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
11. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir;
12. Maddə 25.1. Sahibkarlıq fəa liyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır;
13. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir;
14. Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır;
15. Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 16. 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə ai diyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarı:
17. Bənd
12. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətində n, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur.
18. Bənd
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
19. Bənd
14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq müba hisə həmin şəxsin sahibkarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.
20. Bənd 28. məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
21. Hakimlərin qarışıq tərkibi iş materiallarını araşdıraraq qeyd edir ki, birinci instansiya məhkəməsinin mübahisəyə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olması ilə əlaqədar gəldiyi nəticə qanuni, şikayətin dəlilləri isə əsassız olduğu üçün qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir.
22. Belə ki, işdən görünür ki, mübahisə iki sahibkar arasında sahibkarlıq fəaliyyətinin obyekti olan çay evinin sökülməsi nəticəsində ödənilmiş kompensasiya məbləğinin bölüşdürülməsi barədəd ir. Tərəflər həmin sahibkarlıq obyektində şərikli fəaliyyət göstərmələri ilə bağlı fərqli mövqelərdə olsalar da, bu məsələ işə mahiyyəti üzrə baxılrakən araşdırılmalıdır. Lakin hazırki vəziyyətə hər iki tərəf sahibkar, mübahisənin predmeti sahibkarlıq obyektinə görə ödənilmiş kompensasiya məbləği olduğundan mübahisə əşya hüquq münasibətlərindən irəli gələn kommersiya mübahisəsidir.
23. Məhkəmə tərkibi kassatorun VÖEN-in fəaliyyətini dayandırması, eləcə də ayrı fəaliyyət istiqaməti ilə bağlı olması ilə bağlı şikayətin dəlilinə münasibətdə aşağı məhkəmənin mövqeyi ilə razılaşır və bir daha vurğulayır ki, fərdi sahibkar kimi vergi orqanında uçota alınmış fiziki şəxsin öz fəaliyyətini müvəqqəti dayandırması, yəni VÖENin aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirmə yə əsas vermir. Həmin şəxs yalnız vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda həmin statusu itirmiş hesab olunur. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.( “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarına Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu n 19 dekabr 2022-ci il qərarı ilə əlavə edilmiş 28-ci bəndi)
24. Göstərilənlərə əsasən və MPM-in 24 və 403-1-ci maddələrini rəhbər tutaraq, hakimlərin qarışıq tərkibi Qərara aldı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4046/2023 nömrəli 13 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.