Məhkəmə qərarları › İş №2(102)-1603/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1603/2021

04.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1603/2021 04.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası DNŞ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əliyev Zaur Əli oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili X3, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1489/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Siyəzən Magistral X1 325 mm diametrli “Quba QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Quba rayonu Barlı kəndi ərazisində Cavabdeh məxsus yarımtikilinin sökülməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri xxxxı»-nın və Az DTN 2.9-2 X10 Layihələndirmə Normalarının Tələbləri pozularaq, İddiaçı Siyəzən Magistral X11 balans və istismarında olan 325 mm diametrli “Quba QPS qolu” yüksək təzyiqli (12-25 atm) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında, Quba rayonu Barlı kəndi ərazisində kəmərdən 24 metr məsafədə yarım tikili inşa olunmuşdur. Magistral qaz kəmərlərinin mühafizə zonalarında inşa edilmiş tikililərlə əlaqədar Quba Rayon İcra Hakimiyyətinə, Quba Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, W3 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zo naları və təhlükəsizlik tədbirləri xxxxı»-na əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xəttlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası təyin edilmişdir. Həmin xxxxa əsasən mühazifə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Cavabdehə məxsus, buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və xxxxını ciddi surətdə pozmaqla inşa olunan tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. B u səbəbdən də tikili sökülməlidir. Bundan əlavə, xxxxın 2.23-cü bəndinin tələblərinə əsasən X10nin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istsmar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə mövcud deyildir. Həmçinin xxxxın 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir və həmin xxxxın 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər tərəfindən Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Cavabdehin təhlükəsizlik zonasında inşa etdiyi tikili həm özü, həm də ətrafdakılar üçün ona məlum səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən, həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108 və 1116-cı maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür. İddiaçı X13 Kəmərləri Sahəsi tərəfindən cavabdehə inşa etdiyi tikintinin adıçəkilən qaz kəmərinin mühafizə zonasında yerləşdiyi, orada hər hansı tikintinin aparılmasının qadağan olması və bunun potensial təhlükə mənbəyi olduğu barədə bildiriş məktubu ilə müraciət olmuşdur. Cavabdeh, ona məxsus Quba rayonu Barlı kəndi ərazisində yerləşən torpaq sahəsinin geri alınması və orada inşa olunan tikilinin sökülməsi ilə bağlı yaranacaq zərərin əvəzi ilə əlaqədar tərəflərindən və ya hər hansı dövlət orqanı tərəfindən heç bir kompensasiya ödənilməmiş və təklif edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.3 və 180.4-cü maddələrinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən yaşayış evinin sökülməsi üçün əsaslar vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.Tahirov, iş № 2(027)-76/2018) iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi barədə iddia tələbi təmin edi lməmiş, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçınə aid edilməsi, iş üzrə 50 manat ekspertiza xərcinin İddiaçındən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, notarial qaydada təsdiq olunmuş xx xxxxxxx 2011-ci il tarixli, AN-İ seriyalı, ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X8 tam mülkiyyət hüququ əsasında ona məxsus olan Quba rayonu Barlı kəndində yerləşən 0,0619 ha torpaq sahəsini 4000 manata Cavabdeh satmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinin torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Quba rayon DNK-nun xx.xx.201 1-ci il tarixli, 4Ə/02-251 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh satılmış 0,0619 ha torpaq sahəsi dövlət torpaq kadastr kitabında xx.xx.2012-ci il tarixdə AA 022631 № ilə uçota alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* №-li Çıxarışdan görünür ki, Quba rayonu Barlı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları olduğu göstərilən 0,0619 ha torpaq sahəsinə Cavabdeh xüsusi mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə tikinti-texniki ekspertizasının xx xxx 2018-ci il tarixli, 8570 №-li rəyindən görünür ki, 325 mm diametrli «Qub a QPS qolu» yüksək təzyiqli qaz kəmərinin magistral qaz kəməri olduğu müəyyən edildi. Tədqiq olunan ərazidən yerüstü qaz kəmərinin keçməsini, kəmərin istiqamətini 50 m məsafədə müəyyən edilmiş mühafizə zolağını, cavabdehin inşa etdiyi tikilinin planı yerləşməsini və Siyəzən MQKS- nin nümayəndələrinin tərtib etdiyi aktın göstəricilərini nəzərə alarıq, Siyəzən Magistral X1 325 mm diametrli «Quba QPS qolu» yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərindən 24,0 m məsafədə Quba rayonu Barlı kəndində yerləşən Cavabdeh məxsus eni 9 metr, uzunluğu 14 metr, hündürlüyü 1,8 m olan yarımtikili inşa edildiyi və həmin tikilinin qaz kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edildi. xx.xx.2016-cı il tarixli aktdan görünür ki, həmin aktda Siyəzən Magistral X11 nümayəndələri tərəfindən Azərbaycan Res publikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri xxxxı» nın və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2009-cu tarixli, 17 saylı əmri ilə təsdiq edilmiş «2.9-2 Azərbaycan Respublikasımın Dövlət Tikinti Normaları» nın tələblərinin pozularaq, Quba rayonu Barlı kəndində Qarayev Məzahir oğlu tərəfindən 325 mm-lik Quba QPS qaz kəməri qolu magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 24 metr məsafədə yarımtikili inşa edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələ diyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci, 2-ci və 3-cü bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı təşkilat cavabdehin lazımi icazə olmadan «Quba QPS qolu» olan qaz borusunun təhlükəsizlik zonasına qanunsuz olaraq yarımtikili tikməsi, həmin tikilinin özbaşına tikinti olması və beləliklə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci, 180.3 və 180.4-cü maddələrinə görə yarımtikilinin iddiaçının tələbinə əsasən sökülməsi üçün əsasların olmasını göstərsə də məhkəmə iddiaçının bu dəlilləri ilə razılaşmamışdır. Belə ki, Cavabdeh sökülməsi tələb edilən tikinti cavabdehin xüsusi mülkiyyətində olan 0,0619 hektar torpaq sahəsində tikilmişdir. Həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kimi fərdi yaşayış e vinin tikintisi üçündür, tikinti zamanı torpaq sahəsi təyinatı üzrə istifadə olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Quba rayon Barlı kəndində yerləşən 0,0619 ha torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüquqları olmaqla tam mülkiyyət hüquqları yaranmışdır. Sökülməsi tələb edilən tikinti də cavabdeh tərəfindən mülkiyyətində olan həmin torpaq sahəsində tikilmişdir. Göstərilən şəxsin müvafiq olaraq həmin torpaq sahəsi və torpaq sahəsində yerləşən fərdi yaşayş evinə mülkiyyət hüquqları qanunun müdafiəsi altına düşür. Cavabdehin «Quba QPS qolu» olan magistral qaz kəmərin in təhlükəsizlik zonasında yerləşməsi göstərilən torpaq sahəsinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığından, tkinti həmin torpaq sahəsində tikildiyindən və onun tikintisinə müvafiq icazə tələb olunmadığından, onun tikilməsi ilə bağlı aidiyyatı dövlət orqanları tərəfindən cavabdehə hər hansı irad və narazılıqlar bildirilmədiyindən, buna görə də qanunsuz və özbaşına tikinti sayılmadığından, torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmadığında və onun tikintinin magistrial qaz kəmərinin təhlükəsizlik zonasında yerləşməsində təqsir müəyyən olunmadığından, hazırkı mübahisənin predmetinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180 və Torpaq Məcəlləsinin 109, 110 və 111-ci maddələri tətbiq edilə və həmin fərdi yaşayış evinin və torpaq sahəsinin dəyəri qanunla müəyyən edilmiş qaydad a ödənilmədən tikintinin sökülüb, torpaq sahəsinin boşaldılması barədə qərar qəbul edilə bilməz. Əks hal mülkiyyətin qorunmasına dair milli və beynəlxalq qanunvericilikdə təsbit olunmuş tələblərə zidd olardı. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Məmmədov (sədrlik edən və məruzəçi), L.Məmmədova və S.Qafari, iş № 2(105)-2983/2019) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Quba Rayon, Barlı Bələdiyyəsinin 68 nömrəli arayışından müəyyən edilir ki, Cavabdeh Quba rayonu, Barlı kəndində x x.xx.2011-ci il tarixində X5 aldığı № AA022631 reyestr nömrəsi – kod **********98 olan həyətyanı torpaq sahəsi 1994-cü ildə Quba rayonu, H.B.Zərdabi adına sovxoz-zavod tərəfindən fərdi yaşayış evi tikmək üçün verilmiş və həmin həyətyanı torpaq sahəsində istifadəyə yararsız yarımtikili tikilmişdir. Fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmış torpağa dair torpağın mülkiyyətə verilməsinə dair cavabdehə çıxarış verilmişdir. Həmin torpaq sahəsi üzərində cavabdehin sahiblik, istifadə və sərəncam hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 240.1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və xxxxını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura v ə ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ə razisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən, barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 0,0619 ha torpaq sahəsinə Cavabdeh xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarış və onun verilməsinə əsas olan sənədlər qüvvədədir, həmin sənədlər hər hansı şəxs və orqan, o cümlədən iddiaçı tərəfindən mübahisələndirilməmiş və ləğv edilməmişdir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericilik reyestrin məzmununun qeyri-dəqiqliyinin sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olmasını müəyyən etmiş və bundan hər hansı kənara çıxma da bir qayda olaraq istisna edilmişdir. Belə olan halda, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin həqiqiliyi prezumpsiyası qüvvədədir və cavabdehin torpaq sahəsinə hüquqlarını təsdiq edən həmin çıxarış ləğv edilməyib, cavabdehi həmin çıxarışdan irəli gələn hüquqularını həyata keçirməsindən məhrum etmək mülkiyyət hüquqlarının pozulması hesab olunmalıdır. Sökülməsi tələb edilən yarım tikili cavabdehin adına dövlət reyestrində qeydiyyata alınmasa da, həmin yarım tikili cavabdehin mülkiyyətində olan həyətyanı torpaqda yerləşir. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qərarında qeyd edilir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Apelyasiya instansiya məhkəməsi nəticədə belə qənaətə gəlmişdir ki, mübahisəli yarımtikilinin yerləşdiyi torpaq sahəsinin qaz kəmərinin mühafizə zonasına düşdüyü təqdirdə həmin sahənin həyətyanı torpaq sahəsi kimi cavabdehin mülkiyyətinə verilməsinin əsassız olub-olmaması məsələsi öz həllini tapdıqdan sonra mübahisə yaranarsa, iddiaçı qeyd olunan tikilinin sökülməsi barədə tələblə yenidən məhkəməyə müraciət edə bilər. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Dəmirov, iş № 2(102)-538/2020) idiaçı Azərbaycan Respblikası DNŞ İddiaçı kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yeni apelyasiya baxışına göndər ilməsini qərara almışdır. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin mülkiyyətində olan Quba rayonu, Barlı kəndində yerləşən 0,0619 ha torpaq sahəsində inşa edilmiş eni 9 metr, uzunluğu 14 metr, hündürlüyü 1,8 metr olan yarımtikilinin Siyəzən Magistral X1 325 mm diametrli “Quba QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərindən 24,0 metr məsafədə, yəni magistral qaz kəmərinin mühafizə zonasında yerləşməsi və həmin yarımçıq tikilinin lazımi icazələr almadan inşa edilməsi işin mübahisə olunmayan hallarıdır və cavabdeh özü də bu faktları inkar etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və xxxxını ciddi sur ətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinin tələbinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və xxxxını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli Fərmanının 2-ci bəndində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əml ak X10nin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Kassasiya məhkəməsinin mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi, cavabdehə məxsus torpaq sahəsində inşa edilmiş yarımçıq tikilinin ərazidən keçən Siyəzən Magistral X1 325 mm diametrli “Quba QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərindən 24,0 metr məsafədə mühafizə zonasında yerləşməsinə və bu halın mübahisəli yarımçıq tikiliyə cavabdehin hüququnun dövlətr eyestrində qeydiyyata alınmasından imtina üçün əsas sayılmasına dair işin hallarına d üzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri xxxxı”nın 2.23-cü bəndinə əsasən, X10nin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin “xxxx”ın 2.24-cü bəndinə əsasən, kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu xxxxı pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi xxxxı və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx xxxx 2002-ci il tarixli Qərarında Konvensiyanın 2-ci maddəsi (yaşamaq hüququ) üzrə Avropa Məhkəməsi bir daha xatırladır ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyy ən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. Həmin Qərarın 63-cü bəndində göstərilir ki, həyata qarşı ehtimal olunan hər bir təhlükə dövlət orqanlarının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borclu idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir. Kassasiya məhkəməsi belə nəticəyə gəlmişir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən yarımçıq tikilinin lazımi icazə almadan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş layihə olmadan tikilməsinə, həmin tikilinin sözügedən “xxxx”ın tələbləri pozulmaqla magistral qaz kəmərinin mühafizə zonasında inşa edilməsinə, bunun ilk növbədə gələcəkdə cavabdehin həyatı üçün yüksək təhlükə mənbəyi olacağına, sözügedən qaz kəməri ilə yüksək təzyiqli qaz nəql olunduğu üçün onun gələcəkdə zədələnməsi və ya qaz sızması baş verməsi halında bunun qarşısı alınmaz xoşagəlməz nəticələr doğuracağına, magistral qaz boru kəmərinin torpaq sahəsinin cavabdehin mülkiyyətinə verilməsindən əvvəl inşa edilməsinə əhəmiyyət verməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim lər Ş.Abbasov (sədrlik edən və məruzəçi), Z.Məmmədov və T.Məmmədov, iş № 2(105)-1489/2019) apelyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)-76/2018 saylı xx xxxx 2018-ci il tarixli qənaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin olunması İddiaçı Siyəzən Magistral X1 325 mm. diamertli «Quba QPS qolu» yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərini mühafizə zonasında Quba rayon Barlı kəndi ərazisində Cavabdeh Məzahir oğluna məxsus yarımtikilinin sökülməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Siyəzən Magistral X1 325 mm diametrli “Quba QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərindən 24,0 metr məsafədə Quba rayonu, Barlı kəndində yerləşən Cavabdeh məxsus olan eni 9 metr, uzunluğu 14 metr, hündürlüyü 1,8 metr olan yarımtikili inşa edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və xxxxını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinin tələbinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Yenə həmin Məcəllənin 180.4-cü maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və xxxxını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təs diq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli Fərmanının 2-ci bəndində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak X10nin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehə məxsus torpaq sahəsində inşa edilmiş yarımçıq tikilinin ərazidən keçən Siyəzən Magistral X1 325 mm diametrli “Quba QPS qolu” y üksək təzyiqli (12-25 atm) magistral qaz kəmərindən 24,0 metr məsafədə mühafizə zonasında yerləşməsinə və bu halın mübahisəli yarımçıq tikiliyə cavabdehin hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina üçün əsas sayılmasına dair işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri xxxxı”nın 2.23-cü bəndinə əsasən, X10nin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanla rla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin “xxxx”ın 2.24-cü bəndinə əsasən, kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu xxxxı pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi xxxxı və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx xxxx 2002-ci il tarixli Qərarında Konvensiyanın 2-ci maddəsi (yaşam aq hüququ) üzrə Avropa Məhkəməsi bir daha xatırladır ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. Həmin Qərarın 63-cü bəndində göstərilir ki, həyata qarşı ehtimal olunan hər bir təhlükə dövlət orqanlarının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borclu idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir. Apellyasiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəsinə görə birinci instansiya məhkəməsi mübahisəli yarımçıq tikilinin lazımi icazə alınmadan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş layihə olmadan tikilməsinə, həmin tikilinin sözügedən “xxxx”ın tələbləri pozulmaqla magistral qaz kəmərinin mühafizə zonasında inşa edilməsinə, bunun ilk növbədə gələcəkdə cavabdehin həyatı üçün yüksək təhlükə mənbəyi olacağına, sözügedən qaz kəməri ilə yüksək təzyiqli qaz nəql olunduğu üçün onun gələcəkdə zədələnməsi və ya qaz sızması baş verməsi halında bunun qarşısı alınmaz xoşagəlməz nəticələr doğuracağına, magistral qaz bor u kəmərinin torpaq sahəsinin cavabdehin mülkiyyətinə verilməsindən əvvəl inşa edilməsinə əhəmiyyət verməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətində olması barədə hüquq müəyyənedici sənəd olsa belə, işin yuxarıda göstərilən halları iddianın əsaslı olmasını göstərir. Başqa sözlə, cavabdehin adına reyestrdən çıxarışın olması belə, hazırkı əsaslı iddianın rədd edilməsi üçün əsas sayıla bilməz. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, o nların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi sadalanan hallara düzgün qiymət verməmiş, tamamilə formal əsaslara görə İddiaçı qanuni tələbini təmin etməmişdir. Məhkəmə iş üzrə göstərilən halları tam araşdırmamış, yarımçıq tiklinin və mübaisəli torpaq sahəsində başqa tikililərin inşa edilməsinin cavabdehin özünə və ya ərazidə yaşayan digər şəxslərə vura biləcəyi təhlükə və zərərlərə düzgün qiymət verməmiş, yüksək təhlükə mənbəyi olan həmin yarımçıq tilkilinin sökülməməsi barədə işin faktiki hallarına uyğun gəlməyən nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil ) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1489/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, şikayətin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı Azərbyacan Respublikası Dövlət Neft Şirkəti İddiaçı kasasiya şikayətinə qarşı etiraz verərək Cavabdeh tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli verilmiş kassasiya şikayətinin təmin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. edilməməsi və həmin qətnamənin c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili Vəkil izahatlarında göstərmişlər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1489/2020 nömrəli iş üzrə 22 senyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və mülki iş üzrə yeni qərar qəbul edilməsini xahiş edirlər. İddiaçı Azərbyacan Respublikası Dövlət Neft Şirkəti İddiaçı vəkili X6 izahatında göstərmişlər ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kas asiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, maddi və prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasi ya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Apelyasiya məhkəməsi cavabdehin hazırkı dəlillərinə münasibətdə qeyd etmişdir ki, «… mübahisəli yarımçıq tikilinin lazımi icazə alınmadan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş layihə olmadan tikilməsinə, həmin tikilinin sözügedən “xxxx”ın tələbləri pozulmaqla magistral qaz kəmərinin mühafizə zonasında inşa edilməsinə, bunun ilk növbədə gələcəkdə cavabdehin həyatı üçün yüksək təhlükə mənbəyi olacağına, sözügedən qaz kəməri ilə yüksək təzyiqli qaz nəql olunduğu üçün onun gələcəkdə zədələnməsi və ya qaz sızması baş verməsi halında bunun qarşısı alınmaz xoşagəlməz nəticələr doğuraca ğına, magistral qaz boru kəmərinin torpaq sahəsinin cavabdehin mülkiyyətinə verilməsindən əvvəl inşa edilməsinə əhəmiyyət verməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətində olması barədə hüquq müəyyənedici sənəd olsa belə, işin yuxarıda göstərilən halları iddianın əsaslı olmasını göstərir. Başqa sözlə, cavabdehin adına reyestrdən çıxarışın olması belə, hazırkı əsaslı iddianın rədd edilməsi üçün əsas sayıla bilməz. » «…yarımçıq tiklinin və mübaisəli torpaq sahəsində başqa tikililərin inşa edilməsinin cavabdehin özünə və ya ərazidə yaşayan digər şəxslərə vura biləcəyi təhlükə və zərərlərə düzgün qiymət verməmiş, yüksək təhlükə mənbəyi olan həmin yarımçıq tilkilinin sökülməməsi barədə işin faktiki hallarına uyğun gəlməyən nəticəyə gəlmiş dir.» Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1489/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qət

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar