Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1604/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), X7 və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh və vəkili X oğlunun iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 07 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.B.Mehrəliyev) x nömrəli, 05 fevral 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, ilkin iddia üzrə Ca vabdeh göstərilmiş tibbi xidmətə görə 9621,90 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İddiaçı hesabına ödənilməsi, Cavabdeh İddiaçına qarşı cavabdehdən maddi ziyana görə 42000 manat, mənəvi ziyana görə 50000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 92030 manatın tutlması barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və E.Y.Şamayev) x nömrəli, 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin x nömrəli, 05 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması, apellyasiya şikay ətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı göstərilmiş tibbi xidmətə görə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən göstərilmiş tibb xidmətə görə 9621,90 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 9651,90 manatın tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İddiaçına qarşı maddi və mənəvi ziyanın tutulması tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyana görə 42000 manat, mənəvi ziyan görə 50000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 92030 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 07 oktyabr 2019-cu il tarixli qətnaməsini ləğv edib, işi yenidən baxılması üşün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili X oğlu kassasiya şikayət inin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın x nömrəli iş üzrə 07 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalə t etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İddiaçı ilə xəstə X4 və xəstə yaxını (qızı) Cavabdeh arasında bağlanmış 07.09.2017-ci il tarixli, 2305 saylı tibbi xidmət müqaviləsinin surətindən görünür ki, xəstəxana müvafiq tibbi xidməti həyata keçirməyi, xəstə və ya xəstə yaxını isə göstərilən tibbi xidmətə görə müvafiq qaydada təsdiq edilmiş qiymət Cədvəlinə əsasən tibbi xidmətin qeydiyyat vərəqəsində müəyyənləşdirilən məbləği ödəməyi öhdəsinə götürmüşdür. Xəstəyə ilkin olaraq “Pertonitdən sonra fəaliyyətdə olan fistula” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İddiaçı həkimləri tərəfindən tərtib olunmuş gündəliyin surətindən görünür ki, X4 07.09.2017-ci il tarixdə ağır vəziyyətdə RİTŞ- nə daxil olmuşdur. Şikayəti: yüksək hərarət, qarında ağrılar: infeksion xəstəlikləri inkar edir. Yaxınlarının dediyinə görə təqribən 1 ay oncə qarın aorta anevrizmasindan əməliyyat keçirib, vəziyyəti kafi evə yazilib. Evə yazildiqdan 2 gun sonra DİN hospitalina yerləşdirilib. Son 3 gündür ki, vəziyyəti pisləşib, xəstəyə abdominal KT müayinəsi olunub, siqmoid kolonda divar defekti aşkarlanıb. Müalicə təyinat üzrə başlanıldı. Diaqnoz: Siqmoid bağirsağın divar defekti. 30.09.2017-ci il tarixdə xəstə ambulator müalicə almaq məqsədi ilə evə yazılmışdır. Azərbaycan Respublikası DİN-nin A.N.Heydərov adına Respublika Hospitalının 5960 nömrəli xəstəlik tarixindən çıxarış-epikrizinin surətindən görünür ki, 03.02.1955-cu il təvəllüdiü X4 hospitalın cərrahiyyə şöbəsində 30.09.2017-ci il tarixdən 11.12.2017-ci il tarixədək stasionar müalicə olunmuşdur. Son klinik diaqnoz, XBT 10: Z 98.8 Hartman əməliyyatından sonrakı vəziyyət, funksiya edən kolostoma, Abdominal aorta protezləşməsi əməliyyatından sonrakı vəziyyət, Qarın boşluğunun, retroperitoneal, qreflətrafi nahiyyənin iltihabi ocaqları, Qarnın ön divannın əməliyyatdan sonrakı ventral yırtıqları. ÜİX, Gərginlikstenokardiyası FS-HT. Daxil olarkən şikayətləri: Xəstəyə İddiaçında (MNX) aorta rupturu səbəbi ilə abdominal aorta protezi əməliyyatı icra edilib. Əməliyyatdan sonrakı dövrün aparılmasına nəzarət məqsədi ilə xəstə hospitalmın rəisinin göstərişi ilə cərrahiyyə şöbəsinə yerləşdirilmişdir. 07.09.2017-ci il tarixində “Qarın boşluğunun gərgin hematomaları, çoxsaylı abseslər”i səbəbi ilə MNX-da təkran relaparotomiya olunmuş, qarın boşl uğu, qreftətrafi nahiyyə sanasiya edilmiş, sağtərəfli Hartman tipində cərrahi əməliyyat icra edilmiş, 30.09.2017 tarixində yenidən sonrakı müalicə və reablitasiya üçün hospitalın cərrahiyvə şöbəsinə köçürülmüşdür. Xəstəyə genişləndirilmiş laborator, instrumental müayinələr aparılmışdır. Obyektiv müayinənin nəticələri: Huşu aydındır, adekvatdır. Dərisi və görünən selikli qişalar solğun, anemik rəngdədir. Periferik limfa düyünləri əllənmir. Ağciyərlərin auskultasiyası zamanı zəifləmiş vezikulyar tənəffüs eşidilir, aşağı paylarda tənəffüs zəif ötürülür. Ürək tonları karlaşmiş, A/T-140/80 mm.c.s. PS'88 vurğudur, ritmikdir, zəif dolğundur. Dili nəmdir, ərpsizdir, udqunma sərbəstdir. Palpasiya zamanı qarın yumşaq, köplüdür. Qara ciyər və dalaq əllənmir. Pastematski simptomu hər iki tərəfdə mən fidir. Diurez norma daxilindədir. Kolostoma fəaliyyət göstərir. Laborator və instrumental müayinələr: EKQ sinus ritmi, voltajlar aşağıdı, diffuz qidalanma zəifliyi. Hepatit B, C, RW-neqativ. R-skopiya zamanı sol ağciyərin kosta-diafraqmal sinusu bitişiklidir, zəif emfizematoz qeyd edilir. Ürək gərgin döyülür, sinuslar açılır, diafraqma hərəkətlidir. Qanın ümumi analizi: WBC-7,39. RBC-3,228. HGB- 8,70. PLT- 361,4. EÇS54 mm/saat Qanın biokimyəvi analizi: urea 32 mg/dl, Glu-
91. ALT-17. AST-22. Tbil-0.4, Dbil-03, CR-S 1,02. (daxil olarkən. 2,5), AMY-92. Koaquloqramma: Protrombin vaxtı 15,8. Protrombin indeksi- 54%. Fibrinogen-
823. APTT- 26,3. İNR-1,48. Alb - 2.3 (daxil olarkən 1,0), C-RP 11,92 Abdominal kontrast KT: Müsbət dinamika vardır, qalça damarlarında olan mikotik anevrizma sahələri kiçilib, iltihabi ocaqlar həcmcə azalıb, qreftətrafi sahədə iltihab ocaqları saxlamlır. Xəstəyə kardioçərrah, ümumi cərrah, infeksionistin təyinatı ilə aparılan müalicə sonrası müsbət dinamika izləndi. Xəstə ambulator müalicəyə buraxılır. 12.11.2018-ci il tarixli, 1630 saylı məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, 1955-ci il təvəllüdlü X2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və yüksək ixtisaslı mütəxəssis araşdırmalarına əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: “1. xun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda mövcud olan qarın aortasının anevrizması ilə əlaqədar 24.07.2017-ci il tarixdə İddiaçında üzərində “Abdomi nal aorta anevrizmasının ləğvi. Dakron qreft interpozisiyası” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonra xəstə dinamik nəzarətdə saxlanılmış və 10.08.2017-ci il tarixdə ambulator müalicəyə buraxılmışdır. xun sonrakı müayinə və müalicəsi DİN Tibb İdarəsinin x adına Respublika Hospitalında davam etdirilmiş 10.08.2017-ci il tarixdən 07.09.2017-ci il tarixədək “Abdominal aorta protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Qarın boşluğunun, retroperitoneal, qreftətrafı nahiyyənin absesləşmiş hematoması. Qarının ön divarınm çoxsaylı yoğun bağırsaq fıstulaları” və 30.09.2017-ci il tarixdən 11.12.2017-ci il tarixədək “Hartman əməliyyatından sonrakı vəziyyət, funksiya edən kolostoma. Abdominal aorta protozləşməsi əməliyyatından sonrakı vəziyyət. Qarın boşluğunun, retroritoneal, qreftət rafı nahiyyənin iltihabi ocaqları. Qarının ön divarının əməliyyatdan sonrakı ventral yırtıqları. ÜİX. Gərginlik stenokardiyası Fs-lll” diaqnozları ilə stasionar müalicələrdə olmuşdur. 2.3 xun keçirilmiş ilkin cərrahiyyə əməliyyatından sonra vəziyyətinin ağırlaşması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin X adına Respublika Hospitalında təyin edilmiş diaqnozlar aparılmış müvafiq müayinələr əsasında düzgün olmuş və diaqnoza uyğun olaraq konservativ müalicələr aparılmışdır. X2 xəstə məlumat formasından görünür ki, 07.09.2017-ci il tarixdən tarixdən 27.09.2017-ci il tarixədək onun müalicəsinə xidmət haqqı olaraq 7358,67 manat, əczaxana haqqı olaraq 3538,23 manat olmaqla cəmi 10896,90 manat sərf olunmuş, bu məbləğdən 1275 manat ödənilmiş, 9612,90 manat borc qalmışdır. N.Məmmədovu n DİN hospitalında almış olduğu müalicələrə baxmayaraq müsbət dinamika əldə edilmədiyi üçün o, yenidən 07.09.2017-ci il tarixdə MNX-na köçürülmüş və 08.09.2017-ci il tarixdə üzərində “S-vari bağırsağın divertikul xəstəliyi. S-vari bağırsağın fəaliyyətdə olan xarici fistulası. Perforasiya etmiş divertikul. İlgəklərarası abses. Reaktiv peritnoit” diaqnozu ilə əlaqədar üzərində “Laparotomiya. S-varı bağırsağı rezeksiyası. Kolostomiya. Nekrektomiya. Fistulektomiya. Qarın boşluğunun sanasiyası, drenajı” cərrahiyyə əməliyyatı icra edilmişdir. 4.7. xun üzərində X1 24.07.2017-ci il tarixdə icra edilmiş “Abdominal aorta anevrizmasının ləğvi. Dakron qreft interpozisiyası” cərrahiyyə əməliyyatından sonra müxtəlif ağırlaşmalar meydana çıxmışdır. Bu ağırlaşmalar orqanizmin kompensator funksiyaların poz ulması, immun sisteminin zəifləməsi, həmçinin xəstədə mövcud olan xroniki xəstəliklərin kəskinləşməsi fonunda yaranması istisna edilmir. Nəticədə əməliyyatdan sonra qeyd olunan patoloji prosesin aradan qaldırılması üçün müalicə müddətinin uzanmasına və təkrar operativ müdaxilənin keçirilməsinə səbəb olmuşdur. 5.6. X3 Nefitçilər Xəstəxanasında “Qarın aorta anevrizmasının yırtılması. Hemorraqik şok” diaqnozu ilə əlaqədar 24.07.2017-ci il tarixdə “Abdominal aorta anevrizmasının ləğvi. Dakron qreft interpozisiyası” cərrahiyyə əməliyyatı və vəziyyətinin ağırlaşmasından sonra “S-vari bağırsağın divertikul xəstəliyi. S-vari bağırsağın fəaliyyətdə olan xarici fistulası. Perforasiya etmiş diveytikul. İlgəklərarası abses. Reaktiv peritonit” diaqnozu ilə əlaqədar 08.09.2017-ci il tarixdə “Laporotomiy a. Bağırsağın rezeksiyası. Kolostomiya. Nekrektomiya. Fistulektomiya. Qarın boşluğunun sanasiyası və drenləşməsi” cərrahiyyə əməliyyatları icra edilmişdir. İcra edilmiş hər iki cərrahiyyə əməliyyatları təyin edilmiş diaqnoza uyğun olmuşdur. xun üzərində İddiaçında icra edilmiş ilkin cərrahiyyə əməliyyatından sonra baş vermiş ağırlaşmalar tibbi müdaxilənin uğursuz nəticəsi deyil, əməliyyatdan sonra yarana biləcək hal kimi qiymətləndirilir. x İddiaçında əməliyyatdan öncə və sonrakı mərhələdə vəziyyətinin ağırlaşması ilə əlaqədar ona göstərilmiş tibbi yardımlar Səhiyyə sistemində mövcud təlimat qaydalarına uyğun olmuşdur. 10-11. xun məhkəmə-tibbi müayinəsi zamanı onun keçirilmiş cərrahiyyə əməliyyatlarından sonra xəstəliyinin dinamikada izlənilməsi və təkrar operativ müdaxilənin aparılmasın a ehtiyacı vardır. 12. xun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, ümumilikdə xroniki ürək qan damar və həzm sistemi xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1 -ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra ed ilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin r azılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İşin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq ilkin iddia üzrə cavabdeh qeyd edilən “xidmət müqaviləsi” üzrə xəstəxana qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmişdir. Bununla əlaqədar ilkin iddia üzrə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubları göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən, Cavabdeh xəstəxanaya ödənişlər etməsi arqume nti ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Apellyasiya şikayətində qarşılıqlı iddia tələblərinə dair irəli sürülənlərlə bağlı apellyasiya instansiyası məhkəməsi aşağıdakıları qeyd etmişdir. Apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizaya əsasən Azəbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi tərəfin verilmiş 29.07.2019-cu il tarixli eskpert rəyindən görünür ki, 1955-ci il təvəllüdlü X2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aş ağıdakı nəticəyə gəlir: xun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin x adına Respublika Hospitalında 10.08.2017-ci il tarixdən 07.09.2:017-ci il tarixədək “Abdominal aorta protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Qarın boşluğunun, retroperitoneal, qreftətrafı nahiyyənin absesləşmiş hematoması. Qarının ön divarının çoxsaylı yoğun bağırsaq fıstulaları” və 30.09.2017-ci il tarixdən 11.12.2017-ci il tarixədək “Hartman əməliyyatından sonrakı vəziyyət, funksiya edən kolostoma. Abdominal aorta protozləşməsi əməliyyatından sonrakı vəziyyət. Qarın boşluğunun, retroperitoneal, qreftətrafı nahiyyənin iltihabi ocaqları. Qarının ön divarının əməliyyatdan sonrakı ventral yırtıqları. ÜİX. Gərginlik stenokardiyası Fs-lll” diaqnozları i lə stasionar müalicələrdə olmuşdur.
2. X5 İşlər Nazirliyinin Tibb İdarəsinin x adına Respublika Hospitalında təyin edilmiş diaqnozlar aparılmış müvafiq müayinələr əsasında düzgün olmuş və diaqnoza uyğun olaraq adekvat konservativ müalicələr yerinə yetirilmişdir. N.Məmmədovun DİN hospitalında almış olduğu müalicələrə baxmayaraq müsbət dinamika əldə edilmədiyi üçün o, yenidən MNX-na köçürülmüş və üzərində təkrar cərrahiyyə əməliyyatının aparılmasına zəmin yaranmışdır. Xəstədə xroniki xəstəliklərin kəskinləşməsi müxtəlif ağırlaşmalara səbəb olmuşdur. xda mövcud olan “S-vari bağırsağın divertikul xəstəliyi” ilə əlaqədar onda “Perforasiya etmiş divertikui. İlgəklərarası abses. Reaktiv peritonit” kimi ağırlaşmalar meydana çıxmışdır. Bu ağırlaşmalar xəstəliyinin ağır və atipik gedişi ilə əlaqəd ar olmuşdur. 5.6. xun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 24.07.2017-ci il tarixdə İddiaçına müraciət etmiş və müayinə zamanı onda “Abdominal aortanın cırılmış anevrizması. Hemorragik şok”un olduğu müəyyən edilmişdir. Bununla əlaqədar 24.07.2017-ci il tarixdə N.Məmmədovun üzərində tibbi göstəriş əsasında “Abdominal aorta anevrizmasının ləğvi. Dakron qreft interpozisiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. x müalicə müəssisəsi şəraitində aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. 7. x İddiaçından evə yazılmasına baxmayaraq o, DİN hospitalına müraciət etmiş və onda qoyulmuş qreftətrafı nahiyyədə absesləşmiş hematoma, S-bənzər bağırsağın arxa divarında deffektin, abses və fıstulalarm olduğu müəyyən edilmişdir. 9. x İddiaçında əməliy yatdan öncə və sonrakı mərhələdə vəziyyətinin ağırlaşması ilə əlaqədar ona göstərilmiş tibbi yardımlar Səhiyyə sistemində mövcud təlimat qaydalarına uyğun olmuşdur. 10.11. xun keçirilmiş cərrahiyyə əməliyyatlarından sonra xəstəliyinin dinamikada izlənilməsi və təkrar operativ müdaxilənin aparılmasına ehtiyacı vardır. 12. xun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, ümumilikdə xroniki qan damar və həzm sistemi xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edildi. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmas ının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, iddiaçının iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin delikt hüququ ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüqu qa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etrmişdir ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə onları irəli sürən şəxslərin üzərinə düşür və məhz onlar, yuxarıda sadalanan dispozitiv şərtlərin mövcudluğunu sübuta yetirməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdı rmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. İş materiallarından görünür ki, Cavabdeh xəstəxananın qanunsuz hərəkətləri nəticəsində maddi ziyana məruz qaldıqlarını biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir; hər hansı mötəbər sübutla dəstəklənmədiyi ha lda isə yalnız şifahi bildirdiklərinə əsasən onunn iddiasını əsaslı hesab etmək mümkün deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində ekspetiza təyin olunmuş və ekspert rəylərinə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh atasına xəstəxana tərəfindən düzgün diaqnoz qoyulmuş, müalicəsi, müayinəsi və əməliyyatlar düzgün aparılmışdır. Əməliyyatdan sonra xəstədə fəsadların baş verməsi isə xəstədə olan xroniki xəstəliklərin ağırlaşması nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazla rının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olma larını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni olmaqla təsdiq olunmadığından apellyasiya instansiya sı məhkəməsinin bununla bağlı gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 07 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolle giyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 07 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.