Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1605/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa 19.04.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2711/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 19 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydas ında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 15.02.2003-cü ildə Cavabdeh məktəb direktorunun təsərrüfat işləri üzrə müavini, 30.12.2010-cu ildə həmin məktəbdə elektrik, 01.02.2013-cü ildə həmin məktəbdə dalandar təyin edilmiş, 31.10.2014-cü ildə əmək müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. 31.10.2014-cü ildə həmin məktəbdə gözətçi kimi işə götürülmüşdür.
2. Cavabdeh direktorunun 02 iyul 2020-ci il 03 №-li əmri ilə İddiaçı sərt karantin rejimini və müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozduğuna görə 02 iyul 2020ci il tarixində ƏM-nin 186-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.
3. İddiaçı 07.08.2020-ci il tarixdə məzuniyyətinin bitməsinə baxmayaraq, işə çıxmamış, 15.10.2020-ci il tarixli, 39 saylı mək tubla iddiaçıya müraciət olunmuş, işə gəlməməsi səbəbləri barədə məlumat verilməsi istənilmişdir. Bunun müqabilində isə iddiaçı xəstəlik vərəqəsi təqdim etmişdir. 01.11.2020-ci il tarixdə işə çıxmalı olduğu halda isə, işə gəlməyərək əmək funksiyalarını icra etməmişdir. Daha sonra 05.11.2020-ci il tarixli, 44 saylı və 16.11.2020-ci il tarixli, 47 saylı məktubla iddiaçıya təkrar müraciət edilmiş, lakin heç bir cavab alınmamışdır. Həmkarlar İttifaqı məsələni 04.12.2020-ci il tarixdə müzakirəyə çıxarmış və iclas protokolu təqdim etmişdir. Məktəb direktorunun 29.12.2020ci il tarixli, i-30 saylı əmr ilə Əmək Məcəlləsinin 70- ci maddəsinin “Ç” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə sonuncu haqq-hesab ödənilməklə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci inst ansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh direktoru X tərəfindən qəbul edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair 29.12.2020-ci il tarixli i-30 nömrəli əmrin Əmək Məcəlləsinin tələblərinə uyğun qəbul edilmədiyindən, qanunsuz və əsassız olduğundan ləğv edilməsi, onun əvvəlki iş yerinə bərpa edilməsi və həmin günədək əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 15.02.2003-cü il tarixdə Cavabdeh direktorunun təsərrüfat işləri üzrə müdiri vəzifəsinə təyin edilmiş, 29.12.2020-ci ilədək həmin məktəbdə müxtəlif vəzifələrdə çalışmışdır. 2020-ci ilin əvvəllərindən başlaya raq həmin məktəbin direktoru iddiaçıdan işdən çıxmağı tələb etmiş, razılaşmadığı üçün təzyiqlər göstərməyə başlamışdır. 29.12.2020-ci il tarixdə direktorun i-30 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70- ci maddəsinin “Ç” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmr qanunsuz və əsassızdır və istinad edilmiş sənədlərin heç birinin hüquqi əhəmiyyəti yoxdur. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
6. İddiaçı məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edərək, Cavabdeh direktoru X tərəfindən qəbul edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair 29.12.2020-ci il tarixli i-30 nömrəli əmrin, iddiaçıya sonuncu dəfə xəbərdarlıq edilməklə şiddətli töhmət verilməsinə dair 02.0 7.2020-ci il tarixli, 03 nömrəli əmrin, həmçinin iddiaçıya məzuniyyət verilməsinə dair əmrin Əmək Məcəlləsinin tələblərinə uyğun qəbul edilmədiyindən, qanunsuz və əsassız olduğundan ləğv edilməsi, onun əvvəlki iş yerinə bərpa edilməsi və qanunsuz olaraq əmək haqqının ödənilmədiyi gündən işə bərpa edildiyi günədək əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, məktəb direktorunun 02.07.2020-ci il tarixli, 03 nömrəli əmri ilə ona sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verildiyi barədə əmrin mövcudluğundan iddiaçı xəbərsizdir. Əmrə görə, iddiaçı sərt karatin rejiminin qaydalarını kobud surətdə pozmuşdur. Bu isə məktəb direktorunun səlahiyyəti deyil və buna nəzarəti polis əməkdaşları həyata keçirirlər. Göz ətçilərin iş rejimində dəyişiklik edilməsi barədə təlimat hazırlanmış və iddiaçının onu imzalamaqdan imtina etməsi qeyd edilmişdir, lakin həmin təlimatın nədən ibarət olması heçkimə məlum deyil. İddiaçının təsərrüfat işləri üzrə direktor müavininə fiziki xəsarət yetirməsi və digər gözətçini təhqir etməsi qeyd edilir. Halbuki, həmin mübahisə məktəbin açarlarının ona təhvil verilməməsi zamanı yaranıb və orada kiməsə xəsarət yetirilməyib, bu hal polis araşdırmasında da öz təsdiqini tapıb. 07.08.2020-ci il tarixdə məzuniyyətinin bitməsinə baxmayaraq, iddiaçının işə çıxmadığı qeyd edilir, halbuki o məzuniyyətə çıxmaq barədə heç ərizə belə yazmamışdır. Həmin sənədlər köhnə tarixə rəsmiləşdirilmişdir. İddiaçının 07.08.2020-ci il tarixdə sonra işə çıxmaması qeyd edilir və bu barədə təqdimat yazılm ışdır. Təqdimatın 1 ay sonra yazılmasıvə kargüzar və texniki işçinin onun işə gəlməməsini iş saatı olmadığı vaxt təsdiq etmələri isə sənədlərin saxta şəkildə tərtib edilməsini göstərir.
8. Abşeron Rayon Məhkəməsinin (hakim Cəmilə Səfiyeva) 2(012)-1778/2021 saylı, 30.03.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair iddiası təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddia tələbi əsaslı olmadığından və iddiaya etirazın dəlillərin işin məhkəmə baxışında təqdim olunan sənədlərlə öz təsdiqini tapdığından İddiaçı Cavabdehə qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı 07.08.2020-ci il tarixdə məzuniyyətinin bitməsin ə baxmayaraq, işə çıxmamış və bu hal uzun müddət davam etmişdir. 03.09.2020-ci il tarixdə məktəbin təsərrüfat işləri üzrə direktor müavini X təqdimatla müraciət edərək, iddiaçının qeyd olunan tarixdən işə çıxmadığını, telefon vasitəsi ilə əlaqə saxlanılaraq səbəbini soruşduqda isə qardaşının işə bərpa olunmadığı təqdirdə işə gəlməyəcəyini bildirdiyini, həmçinin işə çıxmadığı hər gün üçün müvafiq akt tərtib edildiyini bildirmiş, müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. 15.10.2020-ci il tarixli, 39 saylı məktubla iddiaçıya müraciət olunmuş, işə gəlməməsi səbəbləri barədə məlumat verilməsi istənilmişdir. Bunun müqabilində isə iddiaçı xəstəlik vərəqəsi təqdim etmişdir. 01.11.2020-ci il tarixdə işə çıxmalı olduğu halda isə, işə gəlməyərək əmək funksiyalarını icra etməmişdir. Daha sonra 0 5.11.2020-ci il tarixli, 44 saylı və 16.11.2020-ci il tarixli, 47 saylı məktubla iddiaçıya təkrar müraciət edilmiş, lakin heç bir cavab alınmamışdır. Həmkarlar İttifaqı məsələni 04.12.2020-ci il tarixdə müzakirəyə çıxarmış və iclas protokolu təqdim etmişdir. Məktəb direktorunun 29.12.2020ci il tarixli, i-30 saylı əmr ilə Əmək Məcəlləsinin 70- ci maddəsinin “Ç” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə sonuncu haqq-hesab ödənilməklə xitam verilmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 70(ç), 71(2), 72, 80(1), 186(2)-cı, Mülki Prossesual Məcəllənin 216-220, 227, 358-360 və 362-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
12. Sumqayıt Apell yasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2711/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: L.Məmmədova (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev) Abşeron Rayon Məhkəməsinin 2(012)-1778/2021 saylı, 30.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, İddiaçı apelyasiya şikayəti təmin olunmamışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları və işdə olan sübutlar hərtərəfli və obyektiv araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı iddiasını və apellyasiya şiayətinin dəlillərini əsaslandırmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri
17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hal larını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Əmək Məcəlləsi
19. Maddə 70 (ç) İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci ma ddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
20. Maddə 71 (2) Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
21. Maddə 72 (a) Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş gün ü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
22. Maddə 80 (1) Bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfinndən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir.
23. Maddə 186(2) İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini pozduqda işəgötürən işçiyə töhmət vermək və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək və ya işçini cərimə etmək və ya işçi ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləgv etmək hüququna malikdir. Mülki Prossesual Məcəllə
24. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
25. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
26. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
27. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
28. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
29. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsini n qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2711/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qətnamə si dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.